A baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir



Yüklə 120,54 Kb.
səhifə3/3
tarix08.12.2019
ölçüsü120,54 Kb.
1   2   3

B) B

C) C


D) E

E) A


107) Düzəltmə yer zərfi işlənmiş cümləni göstərin:

A) Məhkəmədəki son görüşü unuda bilmirdi.

B) Birdən-birə onu qarşımda gördüm

C) Ortalıqda hələ heç nə yoxdur, bu isə aləmi bir-birinə qatıb

D) Çay qırağında oynayan uşaqların şən səs-küyü meşəni başına götürmüşdü

E) Ora-bura vurnuxan insanların narahatlığı ona da təsir etmişdi.

108) Morfoloji yolla düzəlmiş çoxaltma dərəcəsində olan sifət hansı cümlədədir?

A) Mən tünd çayı heç sevmirəm

B) Otağın düz ortasında balaca bir masa var idi

C) Həyat hamımız üçün çətin bir sınaq meydanıdır.

D) Hava küləksiz idi, amma narınca yağış yağırdı.

E) Dümağ paltarı ona xüsusi yaraşıq verirdi

109) İsmə aid bütün qrammatik şəkilçiləri qəbul etmiş say hansı nümunədədir?

A) Çalışmalıyıq ki, birincilik bizim olsun.

B) Birinə sirr verəndə çox diqqətli ol!

C) Bu qələbəyə görə beşincilərimizə minnətdarıq.

D) Sahənin beşdə üçünü əksən nə qədər məhsul əldə edəcəksən ki?

E) Bu bayram on birincilərimizindir!

110) Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək, Nə biləydik sevgi adlı bu qonaq İkimizin arasında öləcək… Nümunədə əvəzliyin hansı məna növləri işlənib?

A) qeyri-müəyyən, işarə

B) təyini, işarə

C) sual, işarə

D) sual, təyini, qeyri-müəyyən

E) şəxs, qeyri-müəyyən

111) Hər ömürdə bir ulduza dönər o, Gah şimşəktək birdən çaxıb sönər o, Gizli gələr, fəqət aşkar dinər o, Canda nəfəs, damarda qan məhəbbət, Həm var olan, həm yox olan məhəbbət! Nümunədə bağlayıcının hansı növləri işlənmişdir?

A) qarşılaşdırma, birləşdirmə, bölüşdürmə

B) inkar, qarşılaşdırma, iştirak

C) bölüşdürmə, qarşılaşdırma, iştirak

D) iştirak, inkar, bölüşdürmə

E) birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma

112) Antonim sözlərin işlənmədiyi cümləni tapın.

A) Dəli ilə ağıllını, alim ilə cahili bir gözdə görəndə insanlıq ölçüsü və meyarı pozulur.

B) Sən həm şəkərim, həm zəhərimsən, Sən həm xeyirim, həm zərərimsən....

C) Varlanmağa tələsən yoxsulluğa tez düşər.

D) Yaxşı dost yaman gündə tanınar.

E) Bütün məslək dostlarımın bu dünyada mən Hər qəminə, nəşəsinə ortaq olaydım

113) Hansı cümlədə frazeoloji birləşmə yoxdur?

A) Dərd çəkmək elə mənə qalıb?

B) İlin axır çərşənbəsi idi.

C) Qayğısız uşaqlıq illərini yada saldıqca gözləri yaşarır, o günlərə dönmək istəyirdi.

D) Ömründə hələ heç kəsə ağız açmamışdı

E) Pərinisə qarı yeznəsinin kölgəsini qılınclayır, elə- hey pisləyirdi.

114) Alınma sözlərə xas olan cəhətləri seçin. I. Ön şəkilçi qəbul edən sözlər II. Bir və ikihecalı fellər III. Şəxs əvəzlikləri IV. k-y, q-ğ əvəzlənməsi baş verməyən sözlər

A) II, III

B) II, IV

C) I, IV


D) III, IV

E) I, III

115) Biri quruluşuna görə fərqlidir

A) inqilabi (hadisə)

B) əyani (şöbə)

C) tarixi (sənə

D) rəsmi (danışıq)

E) mülki (geyim)

116) Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilən sözü seçin:

A) ötrü


B) savayı

C) ötəri


D) ilə

E) tək


117) Vurğusu son hecaya düşməyən sözləri müəyyənləşdirin. 1. birlik 3. kompleks 5. sonra 2. sanki 4. həvəskar 6. sonsuz

A) 1, 4, 6

B) 1, 3, 5

C) 2, 3, 5

D) 2, 4, 5

E) 3, 4, 6

118) Bunlardan hansı defislə yazılmalıdır?

A) layihə?qurma

B) cız?bız

C) kəllə?mayallaq

D) kəm?hövsələ

E) cızma?qara

119) Ara söz işlənmiş cümlə hansıdır? (Durğu işarələri buraxılı

A) Düzü bu işdən gözüm su içmir.

B) Sözün düzünü zarafatla deyərlər.

C) Düz danışsan, başın da ağrımaz.

D) Elə hər işin düzdür.

E) Düzünü Allah bilir.

120) Aşağıdakı cümlələrdən ikisi ümumi şəxslidir. 1. Dərsi vaxtında hazırlayarlar. 2. İgid ölər, adı qalar. 3. Yalan söz üz qızardar. 4. Sözün düzünü zarafatla deyərlər. 5. Quşu gözündən vururdu. 6. Onu orden və medallarla təltif etmişdilər.

A) 2, 4


B) 1, 4

C) 5, 6


D) 1, 2

E) 3, 5


121) “Vağzalın yan-yörəsindəki dükanların da hamısı bağlı idi” cümləsindəki üzvlərin sıralanmasını göstərin

A) təyin, mübtəda, xəbər

B) mübtəda, xəbər

C) təyin, tamamlıq, mübtəda, xəbər

D) təyin, tamamlıq, xəbər

E) zərflik, təyin, mübtəda, xəbər

122) “Qələm əyri yonulsa da, düz yazar” – cümləsi haqqında səhv fikri tapın.

A) qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir

B) cümlələr bir-birinə -sa şəkilçisi və da ədatı ilə bağlanıb.

C) I cümlə müəyyən şəxsli cümlədir.

D) II cümləsi şəxssizdir.

E) hər ikisi nəqli cümlədir.

123) Hansı tabesiz mürəkkəb cümlənin xəbərləri felin məchul növü ilə ifadə olunub?

A) Güllər açıldı, çəmənlər əlvan rəngə boyandı

B) Məsələyə baxıldı, qərar çıxarıldı.

C) Quş çırpındı, sonra göyə pərvazlandı.

D) Sənədlərə baxıldı, əmr verildi

E) Otaqlar təmizləndi, pəncərələr silindi.

124) Sıraların hansında “q” /qe/ hərfi ayrı-ayrılıqda [q], [ğ], [x] və [k´] səsini ifadə edir?

A) üfüq xətti, uşaq, qənimət

B) Müşfiq, qutu, haqsız, qəza

C) qoçaq oğlan, otaqsız, məqsəd

D) haqqında, toqqa, aşıq havası

E) aşiq, aşıq, əqidə, çıraq

125) Nümunədəki isimlərin hamısına aid olan ümumi cəhəti göstərin. Fazil özünü nağıllarda eşitdiyi əfsanəvi bürclərin üstündə hiss edirdi.

A) Hər üçündə hal şəkilçisi vardır.

B) İsimlərin hamısı cəmdədir.

C) Nümunədəki isimlərin hamısı ümumi isimdir.

D) İsimlərin heç birində mənsubiyyət şəkilçisi yoxdur.

E) İsimlərin hamısı milli mənşəlidir.

126) Həmcins üzvlərdə təkrar olunan bəzi qrammatik şəkilçilər sonuncusu saxlanılmaqla ixtisar oluna bilir. Bunlara aid deyil: 1. Hal şəkilçiləri 2. Cəm şəkilçiləri 3. Mənsubiyyət şəkilçiləri 4. Xəbərdə şəxs şəkilçiləri 5. Zaman şəkilçiləri 6. Felin şəkil şəkilçiləri 7. İnkar şəkilçiləri

A) 1, 2, 3

B) 4, 5, 7

C) 5, 6, 7

D) 3, 6, 7

E) 2, 4, 5

127) Frazeoloji birləşmələrin hər üçünə aid olan xüsusiyyəti göstərin. ayağından çəkmək, gözü açılmaq, əlindən tutmaq

A) hər üçünün tərkibindəki isimlərin hal şəkilçisi ilə işlənməsi

B) hər üçünün həm də həqiqi mənada işlənə bilməsi

C) hər üçünün yalnız xəbər ola bilməsi

D) hər üçünün tərkibindəki fellərin təsirli olması

E) hər üçünün frazeoloji omonim hesab olunması

128) Məntiqi ardıcıllığı tamamlayın: Madam ki, indi ki, bir halda ki….

A) hərgah

B) çünki

C) belə ki

D) yəni

E) hərçənd



129) “ Bayaqdan bizim hərəkətlərimizə sakitcə göz qoyan qadın birdən-birə dilə gəlib bizə məsləhət gördü ki,…” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?

A) tamamlıq

B) mübtəda

C) xəbər


D) təyin

E) tərzi-hərəkət

130) İcbar fel işlənmiş cümlələri göstərin. 1. Dayım içəri girən kimi bizə acıqlandı və və böyrü üstə aşmış stulu qaldırdı. 2. Usta özünə təzə köynək tikdirirdi. 3. İdarənin bütün sənədlərini yoxlatdırdılar. 4. O, içəri keçib işıqları yandırdı. 5. Hökmdar müqəssiri tutdurdu. Xəta bildir

A) 1, 5


B) 1, 2, 3

C) 2, 4


D) 2, 3, 5

E) 3, 4, 5

131) Aşağıda göstərilənlər hansı üslub üçün səciyyəvidir? 1. Ləhcə xüsusiyyətləri özünü göstərir. 2. İntonasiya, jest-hərəkət aparıcı yer tutur. 3. Nitqin sərbəstliyi mühümdür

A) elmi


B) publisistik

C) məişət

D) rəsmi-işgüzar

E) bədii


132) 1. Söz birləşməsi şəklində olur 2. Sintaktik təhlil zamanı parçalanmır. 3. Tərkibindəki hər bir sözün öz vurğusu olur. 4. Bəziləri ixtisar oluna bilir. Verilən fikirlər hansına aiddir?

A) feli birləşmələrə

B) frazeoloji birləşmələrə

C) xüsusi isimlərə

D) mürəkkəb sözlərə

E) mürəkkəb adlara

133) “ 1969-cu ildə Nil Armstronq “Apollon-11” gəmisində ayın səthinə enməyə müvəffəq oldu” cümləsindəki hansı ismin yazılışında səhvə yol verilmişdir?

A) “Apollon-11”

B) ayın

C) gəmisində



D) səthinə

E) Armstronq

134) Hansı fikirlər səhvdir? 1. Oynaq ismi və sifəti eyniköklü omonim sözlərdir. 2. Düzəltmə sözlərin kökü və başlanğıc forması fərqli olur. 3. Eyniköklü sözlər həm morfoloji, həm də sintaktik yolla düzəlir. 4. “Yanacaq” sözünün başlanğıc formasını iki şəkildə düşünmək mümkündür. 5. Kökü omonim olan yağlı, yağış, yağmur sözləri eyniköklüdür.

A) 1, 5


B) 3, 5

C) 1, 2, 4

D) 1, 4, 5

E) 2, 3, 4

135) Aşağıdakı işgüzar sənədlərdən hansını hazırlayarkən bu tələblər yerinə yetirilməlidir? 1. Sənəd vahid formada yazılır və onu idarə rəhbəri verir. 2. Sənəddə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır. 3. Kimə,kimdən və haraya təqdim olunması göstərilir. 4. Dövlət əhəmiyyətlidirsə, müzakirə olunaraq yoxlanılır. 5. Məsul şəxsin imzası və müəssisənin möhürü vurulur.

A) tərcümeyi-hal

B) izahat

C) xasiyyətnamə

D) protokol

E) ərizə


136) Xitab haqqında deyilənlərdən biri səhvdir

A) Xitab xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır.

B) Müraciət olunan şəxsi bildirir.

C) Xitab cümlədə xəbərlə uzlaşır.

D) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur.

E) Ey, ay, a kimi nidalarla da işlənir.

137) Gördünmü, ay bala dedi atan mənim başıma nə oyun açdı – cümləsinin sxemini göstərin:

A) M: “V?”

B) M: ”V”, -m

C) “V, - m, - v?”

D) “V?” – m

E) M:”V, -m,- v”.

138) Tabesiz mürəkkəb cümlə hansıdır?

A) Qəribədir, ona elə gəlirdi ki, elə bu saat, buradaca başına faciəli bir iş gələcək.

B) Ustalarla, tikinti briqadaları ilə danışıqları o aparırdı, daxildəki işlərə rəhbərlik isə Şərafət xanımın əlində idi.

C) Pillələri yavaş-yavaş qalxıb üçüncü mərtəbədə yerləşən mənzilinin qapısı ağzında dayandı və zəngin düyməsini basdı

D) Sonra ağzını onun qulağına yaxınlaşdırıb yalnız özünün və oğlunun eşidə biləcəyi bir səslə dedi.

E) Bunun üçün Salehin sürdüyü maşına əyləşib işsiz adamların iş axtarmaq üçün yığışdıqları yerlərə baş çəkirdi

139) Quruluşca mürəkkəb təyin, tamamlıq və zərflik işlənmiş cümlə hansıdır?

A) Vəziyyətin çıxılmaz olduğunu başa düşən gənc kəşfiyyatçı, indi uzanıb qaldığı bu evin qarşısında, düşərgənin asfalt meydançasında, on nəfərdən çox əsgərin üstünə atılmağa məcbur oldu

B) Maşını qol-budaqlı bir palıd ağacının altında saxlayıb dərindən nəfəs aldı.

C) Şəhərin ən imkanlı adamlarından biri hesab olunan Əlifağanın başqa bir yerdə çox dəbdəbəli bir bağ evi var idi.

D) Onlar bu maşında kimin və nə məqsədlə gəldiyini bilməsələr də onun öz mövqelərinə yaxınlaşmağına imkan yaratmağa çalışırdılar.

E) Əsirin belə möcüzəli şəkildə yoxa çıxdığını görən əsgərlər heyrətdən yerlərindəcə donub qaldılar.

140) Söz sırasının pozulduğu sıranı göstərin:

A) Hünərin var, ağladanda gül görüm.

B) Düşüb qarış-qarış izinə sənin, Əzbərləyəcəyəm yollarını mən.

C) Həyat səni güldürəndə gülmüsən...

D) Qop, ey tufan! əs, ey yel! Xəzan olum, tökülüm

E) Sən mənə zülm eylədin, mənə zülüm yaraşır...



141) Boş xanaya hansı söz yazılmalıdır ki, tabelilik əlaqəsinin bütün növləri cədvəldə olsun?

A) unudulmur

B) dərsi

C) qədim


D) dəyişdirilərək

E) müəllimi

142) Mənsubiyyətə görə fərqli dəyişən isimlərin sayını müəyyən edin: sinif, su, mövqe, həvəs, nə. mənafe, tələb, tale

A) 5


B) 2

C) 1


D) 4

E) 3


143) “..Sən gərək özünü tanıtmayaydın, Ömür də beləcə keçib gedəydi…” Altından xətt çəkilmiş fellər haqqında verilmiş fikirlərdən biri düzdür:

A) Hər ikisi arzu şəklindədir

B) Hər ikisi inkardadır

C) Hər ikisi quruluşca sadədir

D) Hər ikisi ikinci şəxsin təkindədir

E) Hər ikisi şühudi keçmiş zamandadır



144)

A) C


B) E

C) D


D) A

E) B


145) Hansı cümlədə miqdar zərfi təsriflənməyən felə aiddir? Xəta bildir

A) Tədbirə xeyli xarici qonaq da dəvət olunmuşdu.

B) Məktubu bir neçə dəfə dönə-dönə oxudu.

C) Firuz baba çox yorulmuş, əldən-ayaqdan düşmüşdü.

D) Onu düşündükcə Əzizə çox kədərlənir, qəlbindəki qaysaqlanan yara yenidən sızıldayırdı

E) Xeyli danışandan sonra birdən-birə susub gözlərini məchul bir nöqtəyə zillədi.

146) Sintaktik yolla yaranmış çoxaltma dərəcəsində olan sifət hansı bənddədir?

A) Mən onu görəndə o, bapbalaca bir qız idi.

B) Biz xeyli gəzib-dolaşdıq, lakin maraqlı bir məlumat əldə edə bilmədik.

C) Ölkəmiz get-gedə daha da inkişaf edir, qüdrəti ilə aləmə səs salır.

D) Hökmdar dövrün ən bilikli təbiblərini, ən müdrik şəxslərini sarayına dəvət etsə də, heç kəs bu dərdə çarə tapa bilmədi.

E) Bütün olanları düşündükcə həyəcanlanır, buralardan qaçıb uzaqlaşmaq istəyirdi.

147) Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir? Xəta bildir

A) Birincisi, onun Nazim haqqında dedikləri mənim heç xoşuma gəlmir.

B) Masanın üstünə qoyulmuş külqabında xeyli siqaret kötüyü var idi.

C) Onun bu hərəkəti ən az məni maraqlandırırdı.

D) Xeyli düşündükdən sonra aram-aram sözə başladı

E) Biz bir qədər dincəlib sonra yenidən irəliləməyə başladıq

148) Sözlər niyə belə xətrə dəyirlər? Ürəksiz görüşdən doymuşuq daha. Fillər ölümünü duyur, deyirlər, Biz də ayrılığı duymuşuq daha. Nümunədə əvəzliyin hansı məna növləri işlənib? Xəta bildir

A) sual, işarə, şəxs

B) işarə, şəxs

C) qeyri-müəyyən, işarə, şəxs

D) sual, şəxs

E) sual, təyini, şəxs

149) … Yalnız indi anladım, Ah, sən daha mənim üçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərimtək geri dönməyəcəksən… Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı bənddə düzgün verilmişdir?

A) 2 ədat, 1 nida, 1 qoşma

B) 1 ədat, 1 nida, 1 qoşma. 1 bağlayıcı

C) 1 ədat, 1 nida, 2 bağlayıcı

D) 1 ədat, 1 nida, 2 qoşma

E) 2 ədat, 1 nida, 2 qoşma

150) Şirin xatirəmdir, şirin röyamdır Müqəddəs andımdır vətənim mənim…. Nümunədə mənsubiyyət şəkilçili neçə söz vardır?

A) 4


B) 1

C) 2


D) 5

E) 3


151) Antonim sözlərin işlənmədiyi cümləni tapın.

A) Sən həm savabım, həm günahımsan, Sən həm dünənim, həm sabahımsan...

B) Sevən könüllərçün, gülüm, uzaqlıq Ən böyük, ən gözəl yaxınlıq olur.

C) Demə mənə nələr gəlir ağlıma, Vay onda ki, qara səndən ağ uma

D) Ürəksizə ürək verib ağlama, Bir gün sənsiz öləcəyi yoxdusa...

E) Gəl bölək dünyanı ikilikdə biz, Dərə mənə düşsün, dağı sən götür...

152) Hansı cümlədə frazeoloji birləşmə yoxdur?

A) Ürəksizə ürək verib ağlama...

B) Ürəyinə damdı ki, Nəcəfi evdə tapacaq

C) İşin nədən ibarət olduğunu bizə başa saldılar.

D) Dostuna pul verən həm pulunu itirər, həm dostunu

E) Cəfa çəkməsən, səfa görməzsən

153) Alınma sözlərə xas olan cəhətləri seçin: I. Sonu qoşasamitli birhecalı sözlər II. Onluq saylar III. Tərkibində uzun sait işlənən sözlər IV. İşarə əvəzlikləri

A) II, III

B) III, IV

C) II, IV

D) I, III

E) I, II


154) Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilən sözü seçin:

A) nüsxə


B) sanki

C) xülasə

D) üçün

E) yan


155) Vurğusu son hecaya düşən sözləri müəyyənləşdirin. 1. maneə 3. sakitcə 5. dahiyanə 2. qəlbən 4. lirika 6. forum

A) 1, 3, 6

B) 2, 3, 4

C) 4, 5, 6

D) 2, 4, 6

E) 1, 3, 5

156) Bunlardan hansı defislə yazılmalıdır?

A) ölkələr?arası

B) diqqətə?layiq

C) cah?calal



D) kino?aparat

E) fövqəl?bəşər
Yüklə 120,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə