Ernest heminquey qoca və DƏNİZ (p o V e s t)



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#42474
  1   2   3
-kitabyurdu.org--1477680429 ernest-heminquey-qoca-ve-deniz
Laboratoriya işi 1


 
 
  

 
  
ERNEST HEMİNQUEY   
QOCA VƏ DƏNİZ  
(P O V E S T)  
  
downloaded from KitabYurdu.org


 
  

 
  
  
  
  
QOCA VƏ DƏNİZ  
  
downloaded from KitabYurdu.org


  
  

 
Qoca  ikiavarlı  balaca  qayıqda  Qolfstrimdə
1
 təkbaşına 
balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər 
dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində oğlan da qoca ilə 
bərabər getmişdi, lakin sonra ata-anası onu başa salmışdı ki, 
bəs qoca açıq-aşkar salao adamdır, yəni bəxtsizinuğursuzun 
biridir; o da valideynlərinin təkidi ilə qocadan ayrılıb başqa 
qayığa keçmişdi, özü də elə birinci həftə ərzində evlərinə üç 
iri  balıq  gətirmişdi.  Qocanın  halı  oğlanı  yaman 
kədərləndirirdi;  hər  gün  əliboş  qayıtdığını  görəndə  ona 
əməlli-başlı  yazığı  gəlirdi.  Oğlan  axşamlar  sahilə  gedib 
qayıqdakı şey-şüyləri – kəndiri, yelkən dolanmış dorağacını, 
ya da nizəni daşımaqda qocaya kömək edirdi. Yelkən  
başdan-başa yamaq içindəydi. Dorağacına sarınmış bu köhnə 
kətan parçası ardıcıl məğlubiyyətlərə düçar olub darmadağın 
edilmiş alay bayrağına oxşayırdı.   
                                           
1
 Qolfstrim– Atlantik okeanında isti cərəyan (axın
). 
 
  
downloaded from KitabYurdu.org


 
  

 
Taqətdən  düşmüş,  heyi  kəsilmiş  yorğun  qoca  çox  arıq 
idi; peysərini dərin qırışlar örtmüş, qonur rəngə çalan sifətini  
ləkələr  bürümüşdü.  Hər  iki  yanağı  boyunca  üzüaşağı 
səpələnmiş bu ləkələr qocanın ta boynuna qədər yayılırdı.   
Dənizdən  ağır,  nataraz  balıqları  dartıb  çıxartmaqdan 
kəndir  onun  əllərini  kəsib  yarıq-yarıq  eləmişdi.  Özü  də 
yarıqların heç biri təzə deyildi; onlar eynən susuz  
səhralardakı köhnə, quru çatlara bənzəyirdi.   
Gözlərindən başqa, onun hər yeri, hər şeyi köhnəlmişdi, 
təkcə dəniz kimi mavi gözləri xalis gənclik ehtirasıyla alışıb-
yanırdı; bu gözlər qocanın nə qədər məğlubedilməz olduğunu 
təsdiqləyirdi.   
– Santyaqo,  –  deyə  oğlan  qayığı  sahildə  yerbəyer  edib 
yoxuşla  qəsəbəyə  qalxdıqları  zaman  qocaya  üz  tutdu,  – 
bundan sonra mən dənizə yenə də səninlə gedəcəm. Biz artıq 
bir az pul qazanmışıq.  
Balıq tutmağın bütün sirlərini ona öyrətdiyi üçün oğlan 
qocanı çox sevirdi.  
downloaded from KitabYurdu.org


  
  

 
– Yox, bala, – qoca razılaşmadı, – indiki yerin yaxşıdır, 
bir halda ki, bəxtin gətirir, elə orada qal.   
– Bir dəfə sən səksən yeddi gün hər səhər dənizə getdin, 
amma bir dənə də olsun balıq tuta bilmədin, amma sonra biz 
üç  həftə  dalbadal  dənizə  çıxıb,  gündə  də  iri  bir  balıqla 
qayıtdıq, yadındadır?   
– Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm  
ki,  yanımdan  öz  xoşunla  getməmisən.  Mənə  inandığına 
qətiyyən şübhəm yoxdur.  
– Məni  atam  məcbur  elədi,  –  oğlan  özünü  təmizə 
çıxartmağa  çalışdı,  –  mən  hələ  uşağam,  atama  qulaq 
asmalıyam.  
– Doğrudur, – qoca dedi, – çox yaxşı iş tutmusan, başqa 
cür ola da bilməzdi.   
– Atam, nədənsə, sizin bəxtinizə o qədər də inanmır.  
– Amma biz inanırıq, elə deyil?  
downloaded from KitabYurdu.org


 
  

 
– Əlbəttə,  elədir.  İstəyirsən  gedək  Terrasda  bir  az  pivə 
içək,  şeyləri  sonra  gəlib  apararıq.  Pivənin  pulunu  mən 
verəcəm.  
downloaded from KitabYurdu.org


 
  

 
Nə deyirəm ki?! İçək deyirsən, içək! Balıqçı balıqçını 
qonaq eləyər də.   
Onlar  Terrasa  gəlib  oturdular.  İçəridə  çoxlu  balıqçı 
vardı;  qocanı  görəndə  zarafatlaşmağa  başladılar.  Qoca 
zarafatlardan incimirdi. Yaşlı balıqçılar onun halına acısalar 
da,  üzdə  heç  nə  büruzə  vermir,  qocanın  hörmətini 
saxlayırdılar.  İndi  balıqçılar  axından,  havanın  necəliyindən, 
tilovu  hansı  dərinliyə  atmaqlarından  danışırdılar;  dənizdə 
gördüklərindən,  başlarına  gələnlərdən  dəm  vururdular.  Bu 
gün  balıq  ovunda  bəxti  gətirənlərin,  dənizdən  əlidolu 
qayıdanların  da  hamısı  buradaydı.  İçalatını  çıxardıb 
təmizlədikdən  sonra  balıqları  bir-birinə  bərkidilmiş  qoşa 
taxtaların üstünə köndələninə düzmüşdülər və indi iki adam 
hərəsi taxtanın bir tərəfindən yapışıb onları anbara daşıyırdı; 
anbarda  balıqları  soyuducuya  doldurub,  sonra  da  Havana 
bazarına aparacaqdılar.   
Köpəkbalığı tutanlar öz ovlarını limanın o biri başındakı 
balıq  zavoduna  təhvil  vermişdilər;  orada  balıqları  tirlərdən 
downloaded from KitabYurdu.org


 
  

 
asıb üzgəclərini kəsmiş, qara ciyərlərini çıxartmış, dərilərini 
soymuşdular; duza qoymaqçün hamısını uzununa nazik-nazik 
yarmışdılar.   
Külək gündoğandan əsəndə balıq zavodundan üfunət iyi 
gəlirdi.  Amma  bu  gün  külək  səmtini  dəyişmişdi:  əvvəl 
şimaldan  əssə  də,  sonra  tamamilə  səngimişdi,  iy-qoxu  da 
xeyli azalmışdı. İndi Terrasda oturub özünü günə verməyin 
ləzzəti ayrıydı.   
– Santyaqo... – oğlan dedi.  
– Hə,  nolub?  –  Qoca  pivə  stəkanını  əlində  tutub  dərin 
fikrə getmişdi; keçmişləri yadına salırdı.   
– İcazə  ver,  gedib  səninçün  sabaha  bir  neçə  sardina 
tutum.   
– Yox!  Lazım  deyil.  Sən  get,  beysbol  oyna.  Mən  hələ 
özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.   
– Yox,  gedəcəm.  Bir  halda  ki,  səninlə  balığa  gedə 
bilmirəm, qoy heç olmasa, başqa işlərdə sənə bir köməyim 
dəysin.   
downloaded from KitabYurdu.org


 
  

 
– Məni pivəyə qonaq etdiyin üçün çox sağ ol, maşallah, 
daha yekə oğlansan.   
– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı?  
Beş  yaşındaydın.  Az  qalmışdı  dənizə  düşüb 
boğulasan. Balığı tutub qayığa çıxartdım. Başladı çırpınmağa, 
az qaldı qayığı sındırıb tikə-tikə etsin.  
Yadındadır?  
– Əlbəttə, yadımdadır. Hə, yaman çırpınırdı, quyruğuyla 
elə  vurdu  ki,  qayığın  oturacağı  da  sındı.  Amma  sən  də 
toppuzla o ki var əzişdirdin onu... Yadımdadır ki, qayıq əsim-
əsim  əsirdi,  sən  də  məni  götürüb  qayığın  burnuna,  yaş 
avadanlığın üstünə tulladın. Sən onu elə döyəcləyirdin ki, elə 
bil odun doğrayırdılar. Hər tərəf qan içindəydi, qan iyindən 
nəfəs almaq olmurdu.   
– Doğrudanmı,  yadında  belə  yaxşı  qalıb,  yoxsa  mən 
sonralar danışanda eşitmisən?   
– Səninlə  dənizə  çıxdığım  birinci  gündən  bəri  nə 
olubkeçibsə, hamısı yadımdadır.  
downloaded from KitabYurdu.org


 
  
10 
 
Qoca  günün  altında  qalmaqdan  qan  çəkmiş  gözləriylə 
oğlanı oxşadı; onun baxışlarından etibar və nəvaziş yağırdı.   
– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib, riskə 
gedərdim,  səni  özümlə  dənizə  aparardım.  Amma  sənin  öz 
atan-anan var, özün də uğurlu qayığa düşmüsən.   
downloaded from KitabYurdu.org


 
  
11 
 
Qoy  m  n  gedim  sardina  dalınca.  Tilova  taxılası  tələ 
yeminin də yerini bilirəm. Dörd dənəsi bəsindir.  
– Səhər apardığım yem olduğu kimi qalır. Qutuda duzun 
içinə qoymuşam.   
– Sənə dörd dənə təzəsini də gətirərəm.   
– Yaxşı, onda birini gətir, – qoca razılaşdı.  
O,  heç  vaxt  ümidini  itirmir,  gələcəyə  həmişə  inanırdı. 
Dənizdən əsməyə başlayan sərin meh indi onun inamını bir az 
da artırmışdı.   
– Onda qoy ikisini gətirim, – oğlan əl çəkmədi.   
– Yaxşı, sən deyən olsun, – qoca onun xətrinə dəymək 
istəmədi, sonra ehtiyatla soruşdu: – Bura bax, birdən oğurluq 
olar ha?   
– Yox,  pulla  almışam,  –  oğlan  dedi.  –  Amma  girimə 
keçsəydi, əlbət ki, çırpışdırardım.   
– Qonaqlığa görə sağ ol.   
downloaded from KitabYurdu.org


 
  
12 
 
Qoca təbiətən çox sadə, başıaşağı, təmiz ürəkli, həm də 
təvazökar adamdı; hiylənin, kələyin nə olduğunu bilməzdi; bu 
da onun şənini daha da artırırdı.   
– Axının səmti dəyişməsə, sabah yaxşı gün olacaq.   
Sabah s n balıq tutmağa hara gedəcəksən?   
– Fikrim  uzaqlara  getməkdir.  Lap  erkən  çıxacam  ki, 
külək səmtini dəyişəndə geri qayıda biləm.   
– Mən də qayığın yiyəsini dilə tutub, bəlkə, onu uzaqlara 
apardım,  –  oğlan  gülümsədi,  –  birdən  qarmağına  iri  balıq 
keçsə, köməyinə gələrik.   
– Səninki uzağa getmir, sahildən çox da aralanmır.   
– Hə, düz deyirsən, amma bəlkə bu dəfə şirnikdirib apara 
bildim. Onsuz da gözləri yaxşı seçmir, nəsə tapıb göstərərəm, 
lap qoy uzaqlarda uçan qağayılar olsun, nişan verib deyərəm 
ki,  oralarda  skumbriya  var.  Qızıl  skumbriyadan  ötrü  o  lap 
dünyanın o başına da gedər.  
– Yəni bu dərəcədə pis görür?   
– Kordur da.   
downloaded from KitabYurdu.org


 
  
13 
 
– Qəribədir, – qoca dodaqaltı mızıldandı, – o ki ömründə 
çanaqlı bağa tutmağa getməyib, gözləri nədən xarab olsun?   
– Sən  ki  neçə  il  moskit  sahillərinə  gedib,  çanaqlı  bağa 
tutmusan,  bəs  niyə  gözlərin  kor  olmayıb?  Məşəl  kimi 
parıldayır.  
Ona gör ki, mən qəribə qocayam.   
– Bəs birdən çox iri balığa rast gəlsən, tilovuna ən zırpısı 
düşsə, tutub çıxartmağa gücün çatar?   
– Mənə elə gəlir ki, çatar. Bu işdə gücdən daha çox fənd 
lazımdır.   
– Gedək, şeyləri yavaş-yavaş aparaq evə, – oğlan bunu 
deyib  ayağa  durdu,  –  oradan  da  mən  toru  götürüb,  sardina 
tutmağa gedərəm.   
Onlar təzədən sahilə qayıtdılar və köməkləşib avadanlığı 
qayığın  içindən  çıxartdılar.  Qoca  dorağacını  çiyninə  aldı, 
oğlan isə içərisində qəhvəyi rəngli tilov ipi olan köhnə zənbili, 
eləcə də qarmağı, dəstəli nizəni götürdü və yola düzəldilər. 
downloaded from KitabYurdu.org


 
  
14 
 
İçində  tələ  yemi  saxladıqları  qutunu,  yekə  balıqların  başını 
əzdikləri toppuzu isə qayıqda saxladılar.  
Əlbəttə,  qocanın  şey-şüyünü  heç  kəs  oğurlamazdı;  amma 
nəmişlikdən kəndirlər islana, dəmir alətlər pas ata bilərdi.  
Qoca  yaxşı  bilirdi  ki,  qəsəbədə  ona  sataşan  olmaz,  lakin 
başqalarını  şərləyib  günaha  batmamaq  üçün  nəinki  yüngül 
şeyləri,  hətta  ağır  nizə-qarmağı da hər dəfə  evə  aparar,  heç 
birini qayıqda saxlamazdı.   
downloaded from KitabYurdu.org


 
 
  
15 
 
Yoxuşu yanaşı qalxıb, qapısı həmişə açıq olan komaya 
girdilər.  Qoca  yelkən  sarınmış  dorağacını  divara  söykədi. 
Oğlan da əlindəki zənbili və gətirdiyi şey-şüyləri onun yanına 
qoydu. Dorağacı yetərincə uzun idi, bu yerlərdə diapo deyilən 
şahağacı  palmasının  çubuqlarından  hörülmüş  komanın 
hündürlüyü boydaydı. Komada bir çarpayı, bir stol, bir dənə 
də stul vardı. Ocaq çoxdan sönmüşdü. Şahağacı palmasının 
preslənmiş yarpaqlarından olan divarların birindən müqəddəs 
Məryəmin, digərindən Həzrət İsanın yağlı boya ilə çəkilmiş 
şəkilləri asılmışdı; Həzrət İsanın geniş, açıq köksündə ürəyi 
şəfəq  saçırdı.  Hər  iki  şəkil  qocaya  mərhum  arvadından 
yadigar  idi.  Əvvəllər  elə  arvadının  da  rəngli  fotoşəkli 
divardan asılmışdı. Qoca hər dəfə şəklə baxdıqda tənhalığını 
daha  dərindən  hiss  edir,  bu  vaxt  ürəyi  olmazın  qüssə  ilə 
dolurdu; buna görə də axırda onu divardan çıxardıb küncdəki 
taxçada,  təmiz  paltarların  altında  gizlətmişdi;  şəkil  indi  də 
orada idi.   
– Şam yeməyinə nəyin var? – oğlan soruşdu.   
downloaded from KitabYurdu.org


  
  
16 
 
– Bir qab düyü daşması, üstündə də balıq. İstəyirsən, bir 
az ye!   
İstəmirəm. Gedib evdə yeyərəm. Ocağı qalayım?   
– Yox. Bir azdan özüm qalayaram. Bəlkə, daşmanı elə 
soyuq-soyuq yedim.  
– İcazə verirsən, toru götürüm?   
– Əlbəttə, götür.  
Əslində,  qocanın  toru-filanı  yox  idi;  balaca  toru  necə 
satdıqları  oğlanın  yaxşı  yadındaydı.  Onlar  qəsdən  belə 
danışır,  bilə-bilə  hər  gün  özlərini  aldadırdılar.  Heç  üstünə 
guya balıq qoyulmuş sarı düyü daşması da nağıl idi və oğlan 
bütün bunların uydurma olduğunu çox gözəl bilirdi.   
– Səksən  dörd  uğurlu  rəqəmdir,  –  qoca  gülümsədi,  – 
birdən  sabah  min  girvənkə  ağırlığında  bir  balıq  tutub 
gətirdim, onda nə deyərsən?   
– Gedirəm sardina tutmağa. Toru özüm taparam. Sənsə 
hələlik kandarda otur, özünü günə ver.   
downloaded from KitabYurdu.org


 
  
17 
 
– Yaxşı. Məndə hardasa dünənki qəzet olmalıdır, oturub 
beysboldan nə yazdıqlarını oxuyaram...  
Qocada  həqiqətən  dünənki  qəzetin  olub-olmadığını 
oğlan dürüst bilmirdi; bəlkə bu da uydurma idi. Amma qoca 
çarpayının altından bir qəzet çıxardıb dedi:   
Bunu mənə çaxırsatan Periko verdi.  
– Sardina tutan kimi qayıdıb gələcəm. Sənin payını da, 
elə  özümünkünü  də  bir  yerdə  buza  qoyaram,  səhər  tezdən 
bölüşdürərik.  Mən  gələndə  beysbolun  necə  qurtardığını 
deyərsən.   
– “Yankilər”ə dünyasında batan olmaz.   
– Qorxuram  klivlendlilərin  “Hindular”ı  “Yankilər”i 
birtəhər eləsin.   
– Sən  “Yankilər”dən  tam  arxayın  ol,  bala,  ürəyini  buz 
kimi  saxla.  Yaddan  çıxartma  ki,  orda  Di  Macio  kimi  ustad 
var.   
– Düzü, mən təkcə Klivlendin “Hindular”ından yox, elə 
Detroytun “Pələnglər”indən də qorxuram.  
downloaded from KitabYurdu.org


  
  
18 
 
– Hə, görürəm belə getsə, sən deyəsən axırda lap  
Sinsinatanın 
“Qırmızılar”ından  da,  Çikaqonun  “Ağ 
corablar”ından da qorxmağa başlayacaqsan.   
– Otur qəzeti oxu, kimin udduğunu mənə deyərsən.   
– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən 
beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.  
Alaq da, – oğlan dərhal razılaşdı. – Bəlkə səksən yeddi 
nömrəli  bileti  götürək?  Ötən  dəfə  sən  axı  dalbadal  səksən 
yeddi gün getmişdin, rekord yadındadır?   
– Dünyasında  heç  bir  şey  iki  dəfə  təkrarlanmır.  Elə 
bilirsən, səksən beş nömrəli bileti taparsan?   
– Niyə tapıram ki? Sifariş verərəm.   
– Bir bilet iki dollar yarımadır. Kimdən borc ala bilərik?   
– Borc tapmaq asandır. İki dollar yarımı istədiyim vaxt 
tapa bilərəm.   
– Mənə elə gəlir ki, mən də tapa bilərəm. Amma borca 
düşmək  istəmirəm.  Bir  dəfəyə  bənddir.  İkinci  dəfə  əl  açıb 
dilənəcəksən.   
downloaded from KitabYurdu.org


 
  
19 
 
– Sən kandarda otur, gün düşən yerdə. Özünü gözlə ki, 
soyuq dəyməsin. Bax ha, indi sentyabr ayıdır.   
– Hə,  iri  balıqlar  həmişə  sentyabrda  gəlir.  Mayda  lap 
nənəm  də  balıqçı ola  bilər,  – qoca qımışdı.    –  Mən getdim 
sardina gətirməyə.  
Oğlan bunu deyib getdi.   
downloaded from KitabYurdu.org


 
  
20 
 
Geri  qayıdanda  qocanı  oturduğu  yerdəcə  yuxulamış 
gördü.  Gün  artıq  batmışdı.  O,  çarpayının  üstündən  köhnə 
əsgər  ədyalını  götürüb  stulun  söykənəcəyinə  saldı,  qocanın 
kürəyini, çiyinlərini örtdü; bu çiyinlər əcaib dərəcədə qeyri- 
adi, həm də möhkəmdi, çox möhkəm. Başı sinəsinə  
sallandığından qocanın boynundakı qırışlar indi bir o qədər 
sezilmirdi.  Əynindəki  nimdaş  köynək  elə  qayığının  yelkəni 
kimi  yamaq-yamaqdı  və  yamaqlar  günün  altında  müxtəlif 
dərəcədə  yandığından  hərəsi  bir  rəngə  çalırdı.  Lakin  hər 
şeydən daha köhnə görünən qocanın sifəti idi və indi gözləri 
yumulu  vəziyyətdə  onun  simasında  zərrə  qədər  də  həyat 
əlaməti  sezilmirdi.  Yalın  ayaqlarının  damarları  çıxmışdı; 
onları,  az  qala,  barmaqla  saymaq  olardı.  Qəzet  əlindən 
sürüşüb dizinin üstünə düşmüşdü; uçub getməsin deyə, qoca 
dirsəyi ilə onu dizinə sıxmışdı. Yüngül meh əsirdi.   
Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ 
də ayılmadığını gördükdə isə əlini onun dizinə vurub astadan 
səsləndi:   
downloaded from KitabYurdu.org


 
  
21 
 
– Dur ey, axşamdır.   
Qoca  gözlərini  açdı,  bir  anlığa  haradansa,  çox 
uzaqlardan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi.  
– Hə, nə gətirmisən? – oğlandan soruşdu.   
– Axşam yeməyi, hazırlaş şam eləyək.   
– Mən bir o qədər də ac deyiləm.   
– Di  yaxın  otur,  yeməyini  ye.  Yeməsən,  balıq  tutmaq 
olar?  
– Acqarına o qədər balıq tutmuşam ki.  
Qoca bunu deyib ayağa qalxdı, qəzeti əlinə alıb qatladı, 
ədyalı da büküb yerinə qoydu.  
– Ədyalı çiyninə sal. Nə qədər mənim canım sağdır, səni 
acqarına balıq tutmağa qoymaram.   
– Onda  özündən  muğayat  ol  ki,  lap  çox  yaşayasan,  – 
qoca dedi. – Yaxşı, yeməyə nəyimiz var?   
– Düyü ilə qara paxla, banan qızartması, bir də mal ətinin 
soyutması.  
downloaded from KitabYurdu.org


 
  
22 
 
Oğlan  Terraslakı  balaca  restorandan  iki  tənəkə  qabda 
yemək, iki çəngəl, iki bıçaq, iki qaşıq gətirmişdi; hər dəsti də 
ayrılıqda kağız əlsilənə büküb cibinə soxmuşdu.   
– Bunları sənə kim verdi?   
Martin, restoranın sahibi.  
– Onu görəndə gərək razılıq edəm...   
– Mən  sənin  əvəzindən  də  dil-ağız  elədim,  daha  sən 
əziyyət çəkməyə bilərsən.   
– İri balıq tutanda qarnının altındakı yumşaq ətdən ona 
kefin istəyən ləzzətli pay göndərərəm. Martin bizə tez-tez əl 
tutur, birinci dəfə deyil ki.   
– Yox, birinci dəfə deyil.   
– Amma  dediyim  pay  az  olar.  Mən  gərək  ona  nəsə 
əməlli-başlı bir şey verim. Hə, ona əsl yaxşılıq etməliyəm.  
İnsafən, o, bizim əcəb qeydimizə qalır.   
– Hələ bu gün pivə də verdi.  
– Mənim ən çox xoşladığım pivə banka pivəsidir.  
– Hə, bilirəm, amma bu gün butulka pivəsi verib. Özü də 
Hauti pivəsidir. Boş şüşələri sabah aparıb qaytarmalıyam.  
downloaded from KitabYurdu.org


 
  
23 
 
– Yadından çıxmasın, mütləq apar ver. Yaxşı, bəs yemək 
hazırdır?  
– Əlbəttə, hazırdır, – oğlan ədəblə dilləndi. – Bayaqdan 
səni gözləyirəm ki, keçib oturasan. Sənsiz qabın ağzını açmaq 
istəmirəm.   
downloaded from KitabYurdu.org


 
  
24 
 
Mən hazır, – qoca həvəslə qabağa yeridi, amma tez də 
əlavə elədi: – Yox, əvvəlcə əl-üzümü yumalıyam.   
Oğlan fikirləşdi ki, görəsən, qoca harada yuyunur?   
Bütün qəsəbə camaatı suyu qocanın komasından iki küçə 
o  yandan,  aşağı  məhəllədən,  yol  qırağındakı  krandan 
götürürdü.  “Gərək  gedib  su,  sabun,  yaxşı  bir  əl-üz  dəsmalı 
gətirəydim. Gör nə kütbeyinəm. Ona köynək, qış gödəkcəsi, 
ayaqqabı, bir dənə də əlavə ədyal tapmaq lazımdır”.  
Qoca yeyə-yeyə xörəyi təriflədi:   
– Soyutma ət əcəb ləzzətlidir.   
– Bəlkə bir az beysboldan danışasan mənə. Nə yazıblar? 
İşlər necədir?   
– Necə  olacaq,  mən  deyən  kimi,  –  qoca  məmnun 
görkəmlə  sözə  başladı.  –  Amerika  liqasında  “Yankilər” 
birinci yerdədir.    
– Bəs axı bu gün “Yankilər” uduzublar.  
– Bir dəfə uduzanda nolar ki? Böyük şey olub? Di Macio 
hələ özünü bundan sonra göstərəcək.   
downloaded from KitabYurdu.org


  
  
25 
 
– Komandanın bütün uğuru tək ondan asılı deyil ki.  
Başqa oyunçular da var.   
Orası  elədir.  Amma  Di  Macio  ayrı  aləmdir,  oyunun 
taleyi  ondan  
asılıdır.  
İkinci  
liqada 
 bruklinlilər  
filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler 
sənin  yadındadır?  Yadına  gəlir  Əski  parkdakı  oyunda  topa 
necə zərbə ilişdirirdi?!   
– Əsl ustadır! Hələ indiyəcən topu onun tək uzağa vuran 
ikinci bir oyunçu görməmişəm.   
– Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb 
onu balıq ovuna dəvət edəm. Utandım. Sənə dedim, sən də 
gedib demədin, utandın.   
– Yadımdadır,  necə  yadımda  deyil.  Çağırmamaqda 
böyük səhv elədik. Nə bilmək olar, bəlkə bizimlə gedərdi?  
Ömrümüz  uzunu  onunla  balığa  getməyimizdən  danışıb 
qürrələnərdik!   
downloaded from KitabYurdu.org


 
  
26 
 
– Getsəydi,  lap  Di  Macionun  özünü  də  balıq  ovuna 
aparardım,  – qoca dərindən köks ötürdü.  – Deyirlər  vaxtilə 
onun da atası balıqçıymış. Kim bilir, bəlkə elə o da bizim  
kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.   
– Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən 
yaşda olanda o ən məşhur komandalarda oynayırmış.   
Sən  yaşda  olanda  mən  Afrika  sahillərində  üzən 
yelkənli gəmidə yunqa idim. Axşamüstü şirlər gəlib sahildə 
gəzişirdi, biz də uzaqdan onların tamaşasına dururduq.   
– Bilirəm, danışmısan.  
– Sən bilən, indi nədən danışsaq yaxşıdır: Afrikadan, ya 
beysboldan?   
– Mən bilən, beysboldan danışsaq, yaxşı olar. Bəlkə sən 
mənə ustad Con Mak-Qroudan bir az danışasan?   
– O da qabaqlar bizim Terrasdakı restorana tez-tez baş 
çəkərdi. Bərk də içərdi. İçəndə qızışıb özündən çıxmağı vardı, 
ucadan danışar, kobud davranardı. Beysbol öz yerində, həm 
də  yaman  atbaz  idi.  Məşhur  cıdır  yarışlarının  proqramı 
downloaded from KitabYurdu.org


  
  
27 
 
həmişə cibindəydi, birini də buraxmazdı. Telefonla danışanda 
görürdün ki, birnəfəsə bir sürü at ləqəbi sadaladı.  
– Mak-Qrou  əsl  təlimçi  olub.  Atam  deyir  ki,  dünyada 
onun kimi ustad təlimçi olmayıb.   
– Atan  onu  hamıdan  çox  gördüyü  üçün  elə  deyir. 
MakQrou hər il bura gəlirdi. Əgər Droşer də onun kimi hər il 
buralığa  gəlsəydi,  atan  deyərdi  ki,  ondan  böyük  təlimçi 
yoxdur.   
Sən  bilən,  hansı  daha  yaxşı  təlimçidir:  Lyuk,  yoxsa 
Qonsales?   
– Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.   
– Hə, amma dünyanın ən yaxşı balıqçısı sənsən.   
– Yox ha! Mən özümdən də yaxşılarını tanıyırdım.   
– Que va!
2
 – oğlan razılaşmadı. – Dünyada yaxşı  
                                           
2
 

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə