A4 Letterhead English



Yüklə 107 Kb.
tarix02.01.2022
ölçüsü107 Kb.
#2539


United Nations Children’s Fund

Azerbaijan Country Office

3, UN 50th Anniversary

Baku, Azerbaijan AZ 1001

Telephone 994-12 492 17 82

994-12 492 30 13

Facsimile 994-12 493 82 78

e-mail baku@unicef.org

www.unicef.org



Birləşmis Millətlər Uşaq Fondu

Azərbaycan Nümayəndəliyi

3, BMT-nin 50 illiyi küçəsi

Bakı, Azərbaycan AZ 1001

Telefon 994-12 492 17 82

994-12 492 30 13

Faks 994-12 493 82 78

e-mail baku@unicef.org

www.unicef.org







Press release





Sloveniyada uşaqlara qarşı zorakılıq üzrə Regional Məsləhətləşmələr başlayır
BAKI, 5 iyul, 2005-ci il – Bu gün Sloveniyanın Lyublyana şəhərində başlamış Avropa və Mərkəzi Asiya ölkələrində uşaqlara qarşı zorakılıqla bağlı başlayan məsləhətləşmələr diqqət mərkəzindədir.
Sloveniyada həyata keçirilən, Avropa Şurası, UNİCEF, ÜST, BMT-nin İnsan Hüquqları üzrə Ali Kommisarlığı və QHT Məşvərət Şurası – BMT-nin Baş Katibi Kofi Annanın Uşaqlara qarşı zorakılıq 2006-cı ildə sona çatsın mövzusundakı əsas tədqiqatı üzərində dünya miqyasında planlaşdırılan doqquz görüşlərdən biridir. Bu məsləhətləşmə ekspertləri, akademikləri, həkimləri və uşaqları bir yerə yığmaqla dəyişiklik məqsədilə siyasi gündəliyi öndəmdən kənarlaşdıracaq. Tədqiqata rəhbərlik edən Professor Paulo Serjio Pinyero Lyublyanada asambleyaya müraciət edəcək.
Regionun hər yerindən gəlmiş nümayəndə heyəti bəzi daxili həqiqətlərlə sözün əsl və məcazi mənasında üzləşəcəklər: ev uşaq üçün hələ ən təhlükəsiz yer demək deyildir. Təkcə Avropa regionunda hər gün 0-14 yaşına qədər dörd uşaq öldürülür və ya 1,300 –dən çox uşaq hər il hücum və zorakılıq nəticəsində öldürülürlər.
Region boyunca əldə olan bəzi məlumatlar özləri bunu sübut edir:


  • Hücum riski bir yaşlı uşaqlarda 1-4 qədər olan uşaqlardakından üç dəfə çoxdur. Həmin yaş qrupundakı uşaqlar isə öz növbəsində 5-14 yaşında olan uşaqların üzləşdiyi ikiqat riskə məruz qalırlar.

  • 14 Avropa ölkəsində aparılan tədqiqatlar göstərir ki, cinsi təhqiretmə həm ailə daxili və həm də ailədən kənar halları 9 faizə çatdırır: 33 faiz qızlara qarşı, 3-dən 15 faizə qədər oğlan uşaqlarına qarşı; Sloveniyada 2004-cü ildə vəzifəli şəxslər tərəfindən uşaqlara qarşı qeydə alınmış 26 cinsi təhqiretmə halı baş vermişdir.

  • Qızlara edilən bu zorakılıq oğlanlarla müqayisədə daha yüksəkdir. Bu hücumların 85%-ni oğlanlar həyata keçirir. Zorakılığın səksən faizi 12-16 yaş qrupu tərəfindən həyata keçirilir.

  • Belçika, Çex Respublikası, Fransa, Qırğızıstan və Moldovada müəssisələrdə bədən cəzalarına heç bir dəqiq qadağa mövcud deyil.

  • Şərqi Avropada qrup zorakılığı baş qaldırmışdır. Rusiya Federasiyasında kommunizm dağıldıqdan sonra 10-24 yaşlı uşaqlara qarşı hücumlar 150 faizi ötüb keçmişdir. Atışmalar Azərbaycanda, Latviyada və Rusiya Federasiyasında ikiqat artmışdır.

İkinci konfrans eyni yerdə keçirilməklə uşaqların cinsi istismarı mövzusunda olacaq (8 və 9 iyul). Avropa Şurası tərəfindən təşkil olunmuş bu konfrans pornoqrafiyanın yayılması məqsədilə mobil telefonlardan istifadə

kimi uşaqları gözləyən təhlükələr mövzusunun və cinsi istismara qarşı mübarizənin yollarının araşdırılmasının müzakirəsini nəzərdə tutur.
Sloveniyaya bu konfransda iştirak etməyə gedən Azərbaycan tərəfin nümayəndəliyini Xarici İşlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, QHT-lər və Parlamentin nümayəndələri təşkil edir.
Azərbaycan nümayəndə heyəti ölkəyə qayıtdıqdan sonra UNİCEF müşavirənin nəticələri və zorakılıq mövzusu ilə bağlı dəyirmi masa keçirəcək.
###

UNICEF dünyanın 157 ölkə və ərazilərində fəaliyyət göstərir. Onun proqramları təhsil, səhiyyə, su təchizati və sanitariya və uşaqların müdafiəsi kimi sahələri əhatə edir. UNICEF həmçinin hökumətlə uşaq haqlarının müdafiəsi və irəli sürülməsi və uşaqların gələcək həyatlarında qərar vermək hüquqlarının olacağına zəmanət vermək üçün daxili siyasəti, büdcə ayırmaları və proqramların işlənib hazırlanmasını təbliğ edir


Əlavə məlumat üçün əlaqə saxlayın:

Ayna Mollazadə, Media və İctimai Əlaqələr üzrə Məsul İşçi


Tel: 99412 492 3013

Faks: 99412 492 2468



E-poçt: amollazade@unicef.org



For every child

Health, Education, Equality, Protection

ADVANCE HUMANITY



Yüklə 107 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin