Abdullayev Cavid Vahid oğlu 23 aprel 2000-ci ildə Qax Rayon Qaşqaçay kəndində Abdullayevlər ailəsində dünyaya göz açıb



Yüklə 13,57 Kb.
tarix31.12.2021
ölçüsü13,57 Kb.
#50006
Abdullayev Cavid Vahid oğlu 23 aprel 2000


Abdullayev Cavid Vahid oğlu 23 aprel 2000-ci ildə Qax Rayon Qaşqaçay kəndində Abdullayevlər ailəsində dünyaya göz açıb.Atası Vahid Abdullayev öz halal zəhmətilə evinin,ailəsinin qayğısını çəkən zəhmətkeş bir ata, anası Pəri Abdullayeva isə evdar qadın,daim övladlarının qeydinə qalan bir ana olub.Ailədə 3-cü övlad olmağına baxmayaraq Abdullayevlər ailəsi Cavidin yolunu səbirsizliklə gözləyirdi.Ailəyə gəlişi ilə Cavid hər kəsin sevimlisinə çevrildi. Hər uşaq bir fitri istedadla doğulur.Cavidi də hamıdan fərqləndirən əsas cəhətləri təbiətən mülayim, xoşrəftar, qayğıkeş, sadə və səmimi ,həddən artıq mərd olması idi. Əsl kişi xüsusiyyətləri vardı canında. Elə uşaqlıqdan özündən zəifləri qorumağa can atırdı. Döyüşkən uşaq idi. Onların əvəzinə gedib döyülsə belə, sonadək haqqın yanında olurdu.Cavid Abdullayev 2006-2017-ci illərdə Şəhid Zeynəddin Rəhimov adına Qaşqaçay kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Qax rayonunun Peşə liseyinə qəbul olub. 24 aprel 2019-cu il peşə təhsilini donduraraq həqiqi hərbi xidmətə yollandı.Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Abdullayev 2020-ci il sentyabrın 27-də həqiqi hərbi xidmətini başa vurmağa üç gün qalmış Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.Həmin igidlərdən biri də noyabr ayının 21-də Cəbrayıl rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cavid Abdullayev olmuşdur.Lakin uzun müddət Caviddən xəbər ala bilməyən Abdullayevlər ailəsi Cavidin axtarışına çıxıb.52 gün sonra DNT analizi nəticəsində Cavid Abdullayev tapılıb və Qax rayon Qaşqaçay kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yüklə 13,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin