1
Gömrük işi
Hazırladı: L.M.Hüseynova
1. Gömrük tarixi.
Suallar:
1.Azərbaycanın qədim dövrlərdən XVIII əsrin əvvəllərinə qədərki xarici siyasəti.
2. Azərbaycanın rus imperiyasının tərkibində olduğu müddət ərzindəki gömrük
tarixi (1807-1918).
3.Azərbaycanın XX əsrin dövründəki gömrük tarixi.
4.Azərbaycan Respublika müstəqillik qazandıqdan sonra olan müddətdə gömrük
tənzimlənməsi xüsusiyyətləri.
5.Müasir dövrdə gömrük işinin mahiyyəti, dövlət tənzimlənməsində onun rolu və
ə
həmiyyəti.
Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan
ə
vvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur. Fələstin və Misir ölkələri ilə
xammal və məhsullar mübadiləsi aparar, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif
soyuq silahlar gətirərdilər.
Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Miyana, Zəncan,
Naxçıvan, Maku və digər şəhərlər ölkə daxilində mühüm ticarət mərkəzlərinə
çevrilmişdilər. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə
ticarət əlaqələri yarada bilmişdilər. Məşhur “Böyük ipək yolu” vasitəsilə Orta Asiya, Çin,
Hindistan, Kiçik Asiya ölkələri, İberiya, Qafqaz Albaniyası ilə ticarət əlaqələri
formalaşmışdı.
Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yün məmulatları və s. ixrac olunaraq
ə
vəzində lazım olan istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif
vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır.
Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın
ə
razisini əhatə edən Albaniya dövləti yarandı. Tarixi mənbələrdə bu ərazidə neft, təbii
2
qaz, dəmir, mis və s. kimi qiymətli ehtiyatların olduğu göstərilirdi ki, bunlar da sonradan
ticarət subyektlərinə çevrilirdilər.
Ş
irvanda (Bakıda) neft və duz məhsullarının üzərinə vergi qoyulmuşdur ki, bu da
müasir dildə mədən vergisi və aksiz vergisi kimi dəyərləndirilir.
Mənbələrin yazdığına görə, Azərbaycan ərazisində dövlət tərəfindən gömrük
vergiləri rəsmi olaraq IX əsrin əvvəllərindən müəyyən edilməyə başlamışdır. Bəlkə IX
ə
srdən qabaq da bu vergilər mövcud olmuşdur, lakin bu barədə olan məlumatlar Ərəb
xilafəti dövründə yandırıldığı üçün, bu barədə ancaq mülahizə yürütmək olar. Çünki artıq
iri şəhərlərdə - Ərdəbil, Muğan, Naxçıvan, Bərdə, Beyləqan, Qəbələ, Şəki, Şəmkir,
Dərbənd (Bab-əl-Əbvab), Şabran, Şamaxı və digərlərində ticarət məhəllələri (o zamanlar
“ravad” adlanırdı) yaranmışdı.
Xarici ölkələrdən Azərbaycana müxtəlif parçalar, metal məmulatları, ətriyyatlar,
ə
dvalar, xəzlər və s. gətirilir, ölkədən isə xam ipək, ipək parçalar, pambıq, xalçalar,
boyalar, neft, mal-qara, atlar və s. ixrac edilirdi. Ticarətə qoyulan gömrük vergi və
rüsumları ölkə xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi.
XI-XII əsrlərdə karvan və ticarət yollarının bir-biri ilə və xarici ölkələrlə birləşdiyi
Azərbaycan şəhərlərindən daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, meyvə,
balıq, boyaq, ədviyyat və s. göndərilir, Şərq və Qərblə ticarət əlaqələri saxlayırdılar.
Monqollara qədərki Azərbaycanın iqtisadi vəziyyəti məhsuldar qüvvələrin
artması, ticarətin və mal-pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir.
XI-XII əsrlərin vergiləri əvvəlki dövrlərin qayda - qanunlarının çoxunu mühafizə
etmişdir. O dövrün vergi sistemi haqqında ətraflı məlumat verən tarixçi Ravəndi yazırdı
ki, vergilər dəftərlərdə xüsusi qeydlər aparılmaqla həyata keçirilirdi.
Eyni zamanda Ravəndi qanunsuz vergilərdən (yəni, müasir dildə rüşvətdən)
“dəstərqə” (hədiyyə kimi qəbul edilən vergi növü), “şərab-baha” (içki üçün yığılan pul -
indiki “aksiz” vergisi) və sairlərinin də adını çəkir.
XII-XIII əsrlərdə Dərbənddən İran körfəzinə, Şərqdən Avropaya gedər beynəlxalq
karvan yolları Təbrizdə kəsişirdi. Azərbaycanın xam ipəyi Şamaxıdan Şimali İtaliya
şə
hərlərinə, həmçinin Fransaya ixrac olunurdu. Volqaboyu, Rusiya və Şərqi Avropanı
3
İ
ran körfəzi ilə əlaqələndirən beynəlxalq karvan yolunun üstündə yerləşən şəhər Şamaxı
idi.
XI-XIII əsrin əvvəllərində Dərbənddən sonra ikinci mühüm liman şəhəri, ağ neft
və duz istehsalı mərkəzi Bakı şəhəri idi.
Monqol əsarəti dövründə Azərbaycanda monqol vergi toplayanları (baskaklar) çox
qəddarlıq edirdilər. Məhz monqollar ilk dəfə olaraq tacirlər üçün yeni vergi növü -
“tamqa” tətbiq etmişdilər (qeyd etmək lazımdır ki, rus dilində işlənən “tomodnya” sözü
də buradan götürülmüşdür). Məhz bu vergi növünün tətbiqindən sonra XIII əsrin
axırlarında Azərbaycanın xarici ticarəti tənəzzülə uğramışdır.
Azərbaycan dövlətçiliyi tarixində, məmurların (чиновник) özbaşınalığını
məhdudlaşdırmaq, iqtisadiyyatı yüksəltmək və xəzinəni doldurmaq üçün ilk vergi
islahatını XV əsrdə Səfəvilər dövlətinin başçısı Uzun Həsən həyata keçirmişdir.
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Trabzon-Yunan dövləti ilə dostluq
ə
laqəsi yaratmışdı. O, Trabzon imperatorunun qızı Dəspinə (Feodra) Xatunla evlənmişdi.
Uzun Həsən Trabzon şəhərində böyük bir körpü saldırmışdır. Çünki Trabzonun
Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti var idi. Belə ki, bu şəhər Ağqoyunlu
tacirləri üçün Qara dənizə əlverişli çıxış yolu idi. Müasirlərinin “Sultani-adil” (yəni
“ədalətli sultan”) adlandırdıqları Uzun Həsən ilk vergi məcəlləsini –“Qanunnamə”ni
hazırlamışdır. Maraqlıdır ki, bu “qanun” nəinki XV əsrdə, elə XVI əsrdə də, həm
Səfəvilərdövləti ərazisində, həm də əvvəllər Ağqoyunlular dövlətinin tərkibində olmuş
Osmanlı imperiyasının şərq vilayətlərində də qüvvədə idi.
1475-ci ildə Rusiyanın knyazı III İvan öz nümayəndəsi Markı Uzun Həsənin
yanına ticarət və diplomatik münasibətləri genişləndirmək üçün göndərmişdi. Səfəvilər
dövlətinin hökmdarı I Təhmasib sənətkarlığın və ticarətin inkişafını genişləndirmək
məqsədilə 1565-ci ildə vilayətlərin hər birindən alınan 80 min tümənlik tamğa vergisini
ləğv etdi. Şamaxıdan Rusiya, İran, Suriya ölkələrinə və İrəvan şəhərinə tranzit ticarət
yolları gedirdi.
XVI əsrdə Şamaxıda daimi İngiltərə-Moskva şirkəti təşkil edilmişdi. XVI əsrdə
Cənubi Qafqazda ipək istehsalı əsas yer tutmuş və ticarətin hamısı Şamaxı və Ərəşdə
cəmləşmişdi.
4
XVI-XVII əsrlərdə Azərbaycan Moskva dövləti, Avropa və Asiya ölkələri ilə iri
miqyaslı xarici ticarət aparırdı. Azərbaycandan Moskva dövlətinə və digər ölkələrə
parçalar, xalçalar, neft, duz, zəfəran, düyü, boyaq maddələri, soyuq silah ixrac edilirdi.
Qızıl və gümüş məmulatları, ləl-cəvahirat, ədviyyat, ətir və s. isə idxal edilirdi.
Azərbaycan XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə qədər, yəni Azərbaycan Çar
Rusiyası tərəfindən işğal olunana qədər sərbəstolunana qədər sərbəst vergi və gömrük
siyasəti yetirmişdir. Vergi və rüsumların yığılması vəzifəcə naibin səlahiyyətə daxil idi.
2.XVIII əsrin sonu XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda
daşa fəal siyasət yeritməsi 1801-ci il Şərqi Gürcüstanın Rusiyaya birləşməsi ilə
nəticələndi. Rusiyanın niyyəti Azərbaycanı tutmaq idi. General Sisyanovun bu işğal
planında ilk hədəf Car-Balakən oldu (1803-cü il). Sonra Gəncə xanlığı (1804-cü il),
Qarabağ xanlığı (1805-ci il), Bakı xanlığı (1806-cı il), Quba xanlığı (1806-cı il), Talış
xanlığı (1809-cı il) Rusiya imperiyasının tərkibinə qatılır. 1804-cü ildə başlamış Rusiya-
İ
ran müharibəsi 1813-cü ilin oktyabr ayının 12-də Qarabağın Gülüstan kəndində sülh
müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsi Azərbaycanın Rusiya və
İ
ran arasında iki yerə bölünməsinin başlanğıcını qoydu.
1828-ci ildə bağlanan "Türkmənçay" müqaviləsindən sonra Azərbaysanın şimal
ə
razisi Rusiyanın, cənub ərazisi isə İranın tərkibində qaldı. İndiyə qədər də bu tarixi
haqsızlıq davam edir. Azərbaycanı işğal edən Rus imperiyası İran və Türkiyə ilə
həmsərhəd olan əraziləri tam nəzarətə götürmək üçün təcili tədbirlər planı hazırladı.
Həmin tədbirlər planında Bakı şəhərində gömrükxananın açılması məsələsi də
göstərilmişdir.
Bakı şəhərində gömrükxana İmperator 1 Aleksandr tərəfindən Rusiya İmperiyası
Senatına 25 yanvar (9 fevral) 1807-ci il tarixində təqdim olunmuş "Bakı şəhərində
gömrükxananın təsis edilməsi barədə" 434 saylı Fərmanı ilə təsis edilmiş və Həştərxan
gömrük dairəsinin tərkibinə daxil edilmişdi. Həmin fərmanda gömrükxananın ştatı təsdiq
olunmuş, Bakı limanına gətirilən mallardan rüsum tutularkən 1751-ci ildə qəbul olunmuş
rüsum dərəcələrindən istifadə olunması haqqında qərar qəbul edilmiş, habelə işçilərin
5
ə
mək haqqlarının yığılacaq gömrük ödənişləri hesabına həyata keçirilməsi barədə
göstəriş verilmişdir.
"Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrindən sonra
Azərbaycanda Rusiyanın gömrüklə bağlı qərarları qüvvəyə mindi. Həmin vaxt Rusiya
ə
razisində 1811-ci ildə qəbul olunmuş gömrük tarifləri qüvvədə idi.
1813-cü ildə Bakı gömrükxanasında reyestr üzrə aşağıdakı gömrük kitablarında
qeydiyyatlar aparılırdı:
1) dəniz ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab;
2) quru yolu ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab;
3) dəniz ilə aparılan mallar və tutulan rüsumların qeydiyyatı kitabı;
4) quru yolu ilə aparılan mallar və tutulan rüsumların qeydiyyat kitabı;
5) dəniz gəmiləri ilə gələn sərnişinlərin qeydiyyat dəftəri;
6) quru yolu ilə gələnlərin qeydiyyatının aparıldığı dəftər və s.
Bakı gömrükxanası "Qafqaz və Zaqafqaziyada gömrük idarəetməsi barədə
Ə
sasnamə”yə görə, 31 iyul 1831-ci il tarixindən Zaqafqaziya gömrük dairəsinin
tabeliyinə verilmiş və 1832-ci ildən etibarən “Bakı anbar gömrükxanası” adını almışdır.
Bakı gömrükxanası 4 may 1847-ildə Zaqafqaziya Karantin - Gömrük dairəsinin
tabeliyində olan Bakı Karantin-Gömrük idarəsinə çevrilir.
Qafqaz canişini – General-Feldmarşal Knyaz Baryatinski tərəfindən 31 mart 1861
ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin - gömrük hissəsinin yenidən
təşkili və idarə edilməsi barədə Əsasnamə”yə görə, Bakı Karantin - Gömrük idarəsi Bakı
Karantin-Gömrük kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük
dairəsinə tabe edilmişdir. Dairənin idarə edilməsi üçün 3 (Dairənin rəisi, tapşırıq üçün
məmur və katib) ştat ayrılmışdır.
Bakı Karantin-Gömrük kontoru 1-ci dərəcəli hesab edilməklə bərabər, 18 ştat
(rəis, karantin üzrə direktor-həkim, katib-xəzinadar, 2 rüsum yığan, nəzarətçi, tərcüməçi,
gəmi baxıcısı və 10 gömrükxana yoxlayıcısı) ayrılmışdır.
Ə
sasnamənin 5-ci paraqrafına görə Bakı Karantin-gömrük Dairəsi iki sahəyə
ayrılır:
6
1. Cəbrayıl - Erivan Quberniyasından İran sərhəddi boyu Astara çayına qədər olan
məsafə buraya aid edilir;
2. Bakı - Bakı Quberniyasının Xəzər dənizinin sahili boyu Astara çayından
başlayaraq Dağıstan Vilayətinə qədər olan sərhəd məsafəsi buraya aid edilir.
Bakı sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir:
1) Astara Karantin-gömrük Zastavası - birnci dərəcəli;
2) Nizova Karantin-gömrük Zastavası - üçüncü dərəcəli;
3) Karantin-gömrük Zastavası - üçüncü dərəcəli:
Kür deltası zastavası;
Salyan zastavası;
Pereval zastavası;
Lənkəran zastavası.
4) Apşeron Daimi karantin-gömrük Postu;
5) Bakı ayırıcı karantin-gömrük Postu.
Ə
sasnamənin 11 bölməsində Naxçıvan Baş Karantin-gömrük Kontoru və Culfa
Karantin gömrükxanasına gömrük işlərini həyata keçirmək və karantin işlərini təşkil
etmək üçün 150 ştat ayrılmışdır. Bu ştatlardan yalnız 12-si (bunlardan 9 nəfəri
gömrükxana işçisi, 3 nəfəri isə karantin işçisidir) Erivan transit postuna ayrılmışdır. Bakı
sahəsi üçün isə 255 ştat (bunlardan 200 nəfəri gömrük məmuru kimi, 55 nəfəri isə
karantin xidmətinin işçisi kimi nəzərdə tutulmuşdur) ayrılmışdır.
“Gömrük tarifi” (1891) və “Gömrük nizamnaməsi” (1892) qəbul olundu. Yeni
nizamnaməyə görə Rusiyanın Avropa və Asiya hissəsində gömrük işlərinin
tənzimlənməsində vahid qaydalar tətbiq olundu. Eyni zamanda, sahil zonası və dəniz
sahilindən 3 dəniz milində yerləşən sular da gömrük zonası elan edildi.
1897-ci il dekabr ayının 8-də “Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük
təşkilatlarının ştatları” barədə qanuna əsasən Bakı Karantin - Gömrük kontoru Bakı
Gömrük dairəsi idarə heyəti tabeliyində Bakı gömrükxanasına çevrilir.
XX əsrin əvvəllərində, Rusiya dövlətinin gəlirləri içərisində gömrük yığımları
spirtli içkilərin icarətindən əldə olunan gəlirlərdən sonra ikinci yeri tuturdu. Bu dövrdə
rusiyada inqilabı hərəkat gücləndiyi üçün gömrük orqanlarının işi ikiqat artmışdır.
7
Gömrüyün funksiyalarına həm də, yoluxucu xəstəliklərin müəyyən edildiyi tədbirdə
bütün sərnişinlərin və gəmi heyətinin sahildə müəyyən olunmuş müddətlərdə təcrid
edilməsi də daxil idi.
3.Azərbaycan Xalq Cümhuriyyəti (ADR) hakimiyyətə gəldikdən sonra gömrük
işinin təşkilində ciddi dəyişiklik baş vermədi. Azərbaycan Demokratik Respubllikasının
(1918-1920-ci illər) vaxtında bu sahədə konkret bir iş görülməsə də, dövlətçilik
baxımından bütün siyasi addımlar atılmışdı. Bütün vergi siyasətinə maliyyə naziri Nəsib
bəy Yusifbəyli rəhbərlik etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti (ADR) hakimiyyətə gəldikdən sonra gömrük
işinin təşkilində ciddi dəyişiklik baş vermədi. Yalnız gömrük idarəsi Maliyyə Nazirliyinə
tabe edilmiş və dəftərxana işlərində müəyyən dəyişiklik baş vermişdir. Amma yenə də
sənədləşmə rus dilində aparılmışdır. Bu bəlanın əsas səbəbi isə əvvəlki dövrlərdə yerli
kadrların qəsdən hazırlanmaması və hüquqi bazanın ancaq rus dilində olması idi. Eyni
problemlə Azərbaycan müstəqilliyin ilk illərində də (1991-1996-cı illər arası)
qarşılaşmışdı.
ADR hakimiyyəti ilk aylarında mövcud vəziyyəti araşdırmaq, problemlərlə tanış
olmaq, ölkənin milli maraqlarına uyğun olan iqtisadi siyasət formalaşdırmaq, gömrük
vergi və rüsumlarına yenidən baxmaq, yeni gömrükxanalar və gömrük postları açmaq,
ölkənin Rusiya, Gürcüstan və Ermənistan olan dövlət sərhədlərini nəzarətə götürmək,
gömrük orqanı işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq, ölkədən çıxarılan milli
sərvətlərin və tarixi əsərlərin qaçaqmalçılığının qarşısını almaq, keçmişdən miras qalmış
üsul-idarəni dəyişdirmək, ölkənin dünya ölkələri tərəfindən tanınmasını təşkil etmək,
milli maraqlara cavab verən qanunvericilik bazası yaratmaq, sərhəd zastavalarını
artırmaq və onları milli kadrlarla təmin etmək, ölkədaxili hərcmərcliyi aradan qaldırmaq,
dövlət büdcəsinin formalaşdırılması üçün yeni mənbələr tapmaq, ölkənin müstəqilliyini
qorumaq üçün milli ordunu formalaşdırmaq, müstəqill milli şüur və milli ideologiyanın
yaradılması üçün milli konsepsiyalar hazırlamaq və s. məsələlərlə məşğul olmağa
başladı. Problemlərin çoxluğu və çətin həll olması ilk vaxtlar ciddi çətinliklər yaratsa da,
tədricən məsələlər bir-bir həll edilməyə başladı.
8
28 aprel dövlət çevrilişindən sonra Rusiyanın Azərbaycana olan marağı yenidən
gündəmə gəldi. Artıq 1921-ci ilin əvvəllərində Azərbaycanın gömrük orqanları
bütünlüklə Rusiyanın tabeçiliyində idi.
1921-ci ilin əvvəllərində Bakı gömrükxanasının strukturu aşağıdakı kimi idi:
1) Dəftərxana;
2) Müsadirə şöbəsi;
3) Mühasibat;
4) Gəmi kontoru.
Azərbaycan, 1922-ci il 31 mart tarixli dekretə görə 8 gömrük ərazisinin birinə -
Zaqafqaziya dairəsinə daxil edilmişdir.
Hakimiyyətə gələn bolşeviklər uzun müddət ölkənin iqtisadi siyasəti, xüsusilə də
gömrük işinin təşkili və idarə edilməsi işi ilə məşğul olmadılar. Çünki onların
ə
ksəriyyətinin nə dövlətçilik təcrübəsi, nə də təhsilləri var idi. Ölkənin gömrük siyasəti
sahəsindəki bütün hüquqları alınaraq Rusiya Federasiyasına verilir. Moskvanın bu
siyasəti ötən əsrin 90-cı illərinə qədər davam etmişdir.
1924-cü il dekabr ayının 22-də SSRİ Xalq Komissarları Sovetinin 151/t saylı əmri
ilə Zaqafqaziya gömrük idarəsinin adı dəyişilərək “SSRİ Xarici Ticarət Xalq
Komissarlığı Baş Gömrük İdarəsinin Zaqafqaziya bölməsi” adlandırıldı.
SSRİ XTXK-nın təsdiq etdiyi gömrük təşkilatları statusuna görə aşağıdakı kimi
idi:
İ
rəvan gömrükxanası - II dərəcəli
Alışar gömrükxanası - III dərəcəli
Ş
ahtaxtı gömrükxanası - III dərəcəli
Naxçıvan gömrükxanası - III dərəcəli
Culfa gömrükxanası - I dərəcəli
Ordubad gömrükxanası - III dərəcəli
Mehri gömrükxanası - III dərəcəli
Mincivan gömrük postu
Xudafərin gömrük postu
Cəbrayıl gömrükxanası - III dərəcəli
9
Maralyan gömrük postu
Bəhram-Təpə gömrükxanası - III dərəcəli
Biləsuvar gömrükxanası - III dərəcəli
Arus gömrük postu
Kilvəz gömrükxanası - III dərəcəli
Astara gömrükxanası - I dərəcəli
Lənkəran gömrükxanası - III dərəcəli
Qızıl-Ağac gömrük postu
Kür-Dili gömrük postu
Bakı gömrükxanası - I dərəcəli
(XTK-nın 28.01.1925-ci il 21 saylı əmri ilə təsdiq edilmişdir).
Siyahıdan göründüyü kimi Azərbaycan ərazisində 3 birinci dərəcəli gömrükxana
yəni Gömrük İdarəsi (Culfa, Astara və Bakı), bir ikinci dərəcəli (İrəvan), 10 üçüncü
dərəcəli gömrükxana və 6 gömrük postu fəaliyyət göstərmişdir.
Gömrük işinin təşkili ilə əlaqədar SSRİ-nin qəbul etdiyi ilk böyük sənət 25
oktyabr 1924-cü ildə SSRİ MİK Prezidumımın tərəfindən təsdiq edilmiş “SSRİ-nin
Gömrük Nizamnaməsi” idi. Bu Nizamnamə SSRİ MİK və XK Sovetinin 6 fevral 1925-ci
ildə təsdiq edilmişdi.
SSRİ Xarici Ticarət Xalq Komissarlığı 2 fevral 1925-ci il tarixli 22 saylı qərarı ilə
Gömrük İdarələrinin vahid ştat cədvəli təsdiq olundu.
Yeni ştat cədvəlinə görə gömrük idarələrinin strukturu aşağıdakı kimi olmalı idi:
Gömrük İdarəsi:
1. Tarif şöbəsi
2. Smeta-hesablaşma şöbəsi
3. İnzibati-təsərrüfat şöbəsi
4. Statistika şöbəsi
5. Operativ-məhkəmə şöbəsi
6. Qaçaqmalçılıqla mübarizə üzrə şöbə
7. Nəzarət şöbəsi.
SSRİ-nin Yeni Gömrük Nizamnaməsi 53 maddədən ibarət idi.
10
Baş Gömrük İdarəsinin vəzifələrinə aşağıdakılar daxil idi:
1) gömrük orqanlarının fəaliyyətinin təşkili və idarə edilməsi;
2) gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələr və konvensiyaların
hazırlanmasında iştirak etmək;
3) gömrük tarifinin hazırlanması;
4) qaçaqmalçılığa qarşı mübarizə tədbirlərini hazırlamaq və həyata keçirmək;
5) gömrüklə əlaqədar bütün qanun və təlimatların icrasına nəzarət;
6) gömrük statistikasının aparılması.
1929-cu ildən gömrükxanaların fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq
Komissarları Şurasının 19 dekabr 1928-ci il tarixli müvafiq qərarı ilə tənzimləndi və əsas
məsələlər kimi aşağıdakılar nəzərdə tutulurdu:
a) sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və nəqliyyat vasitələrinin
müayinəsi və onların buraxılması;
b) xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki
nəzarət;
c) qaçaqmalçılığın müəyyən edilməsi və tutulması; qaçaqmalçılıq barədə işlərin
həll edilməsi;
ç) yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və
yığımlarının hesablanması və tutulması.
1946-cı ilin əvvəlində Bakı gömrükxanasının strukturu genişləndirildi və
aşağıdakı kimi oldu:
1) Ümumi şöbə;
2) Mühasibat;
3) Məhkəmə - müsadirə şöbəsi;
4) Yük şöbəsi; 5) Poçt sərnişin şöbəsi;
6) Gəmi şöbəsi.
1955-ci ildə gəmi və yük şöbələri birləşdirilərək, vahid gəmi-yük şöbəsi oldu,
məhkəmə - müsadirə şöbəsi isə bəzi funksiyalarını itirərək, qaçaqmalçılığa qarşı
mübarizə qrupuna çevrildi. 1956-88-ci illərdə də Bakı gömrükxanasının strukturunda,
funksiyalarında, adında və tabeçiliyində bir sıra dəyişikliklər baş vermişdir.
11
5 may 1964-cü ildə SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə yeni “Gömrük
Məcəlləsi” təsdiq olunmuş və bu məcəllə 1991-ci ilə qədər fəaliyyət göstərmişdir.
İ
lk dəfə olaraq 1989-cu ilin birinci yarısında SSRİ Nazirlər Soveti yanında
fəaliyyət göstərən Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin razılığı və onun əmri ilə (17
saylı, 27 yanvar 1989-cu il) Azərbaycan ərazisində, bütün respublikaya nəzarət edən
Respublika Gömrük İdarəsi yaradıldı.
1991-ci ildə SSRİ-nin “Gömrük Məcəlləsi” və “Gömrük tarifi haqqında”
qanunları qəbul olundu.
Qəbul olunmuş yeni Məcəllənin müddəalarına görə, Dövlət Gömrük Nəzarəti Baş
İ
darəsi - Dövlət Gömrük Komitəsinə çevrildi. Eyni zamanda Gömrük-Tarif Şurası və
narkotik maddələrin dövriyyəsinə qarşı Beynəlxalq Koordinasiya (əlaqələndirmə) Şurası
yaradıldı. 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazandı və Müstəqillik
haqqında Konstitusiya aktı qəbul olundu.
4. 30 yanvar 1992-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı Fərmanı ilə
Gömrük Komitəsi yaradıldı. Komitə əsasən keçmiş Azərbaycan Respublikası Gömrük
İ
darəsinin bazasında yaradılmışdı.
Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanı əsasında Azərbaycan
Respublikası Nazirlər Soveti 1 iyun 1992-ci ildə 301 saylı “Azərbaycan Respublikası
Gömrük Komitəsinin məsələləri” haqqında qərar verdi. Bundan sonra NK 19 yanvar
1994-cü il tarixli qərarı ilə Gömrük Komitəsinin məsələlərinin və ona tabe təşkilatların
siyahısı həll edildi və onun maddi-texniki bazası yaradıldı. Son verilən bu qərarda
Gömrük Komitəsinin maddi-texniki təchizat məsələləri ilə yanaşı, yeni gömrük
postlarının açılması da öz əksini tapmışdır. O zaman Azərbaycan Respublikası Gömrük
Komitəsinə Naxçıvan MR Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, 12 gömrükxana,
Mərkəzi laboratoriya, avtomobil təsərrüfatı və təsərrüfat hesablı “Azərterminalkompleks”
xarici iqtisadi birliyi daxil idi.
Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici
müdaxilənin zərərli təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və
bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin təmin edə biləcək orqanın yaradılmasını, ilk
12
növbədə təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı elementlərindən birinin
təşkilini labüdləşdirdi.
Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin
tərkibində olmuş Azərbaycan üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni
olmaqla, demək olar ki, sıfır səviyyəsindən başlanılmalı idi. Bu tədbirlər kompleks
xarakterli olmalı və onların həyata keçirilmə mərhələləri müəyyənləşdirilməli idi. Lakin,
o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü tədbirlər
planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına
nail olunmadı.
Ölkə daxilində və dövlət sərhədlərində iş qabiliyyətli gömrük orqanları
şə
bəkəsinin yaradılması və onların texniki təminatı, gömrük xidməti kadrlarının
hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul edilməsi və tətbiqi, gömrük
işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi.
Müstəqil Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsinin birinci sədri
Maqsud Məmmədov (30.01.1992, 562 saylı fərman) olmuşdur. Daha sonra isə Tofiq
Kərimov (04.06.1992, 825 saylı fərman),
İ
brahim Vəliyev (05.10.1992, 692 saylı fərman) və Tahir Əliyev (30.07.1993, 693
saylı fərman) olmuşlar.
Azərbaycan Respublikası 24 sentyabr 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə
daxil oldu. Respublikamız MDB-nin yaratdığı iqtisadi ittifaqa üzv olsa da, Gömrük
İ
ttifaqına daxil olmamışdır (Dövlət Gömrük Komitəsi 13 mart 1992-ci ildə imzalanmış
“Gömrük şurası haqqında Əsasnaməyə qoşulmaqdan imtina etmişdir).
Azərbaycan MDB üzvi kimi 1995-ci ilin 10 fevral tarixində Alma-Atada
imzalanmış “MDB ölkələrinin gömrük qanunvericiliyinin əsasları haqqında” sazişə
qoşulmuşdur. Buna əsas səbəb isə MDB Nizamnaməsinə (1992) görə “üzv ölkələrə eyni
qanunvericilik bazasına malik olmalıdırlar” bəndidir. 1997-ci il 25 iyul tarixində Milli
Məclis tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”nin
ə
sasını da məhz həmin sazişdəki müddəalar təşkil edir. AR Beynəlxalq təşkilatlardan
Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusunda, Ümumdünya Gömrük
Təşkilatında isə daimi üzv statusunda iştirak edir.
13
Sonuncu təşkilatda ölkəmizi DGK təmsil edir(представляет). DGK ÜGT-nin
Maliyyə Komitəsinin (1998) və Siyasi Şurasının (2000) üzvüdür.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin uyğun olaraq Dövlət Gömrük
Komitəsi Azərbaycan Respublikasının beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf
etdirilməsi və möhkəmləndirilməsi üçün digər dövlətlərlə beynəlxalq hüquq normalarına
uyğun sazişlər, protokollar və memorandum layihələri hazırlanmasında yaxından iştirak
edir.
1992-ci ildən bu günə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
tərəfindən Azərbaycan Respublikasında dövlətin xarici və daxili siyasətinin tərkib hissəsi
olan vahid gömrük siyasətinin həyata keçirilməsi sayəsində Komitənin beynəlxalq
ə
laqələri daha da genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə çatmışdır.
Komitənin ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərə üstünlük verməsi gömrük
sisteminin təkmilləşdirilməsində öz bəhrəsini verir.
Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan,
Qazaxıstan, Livan, Bolqarıstan respublikaları və Ukrayna gömrük orqanları ilə gömrük
işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər imzalanmışdır. MDB
Gömrük Xidmətləri Rəhbərləri Şurası çərçivəsində və İqtisadi Əməkdaşlıq təşkilatına
üzv olan ölkələrlə çoxtərəfli sazişlər mövcuddur. Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında gömrük
orqanlarının qarşılıqlı inzibati yardım haqqında memorandum 7 iyul 1997-ci il tarixdə
imzalanmışdır.
Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası əsasında
vahid gömrük tarifinin işlənib hazırlanması, gömrük rüsumlarının alınması, tətbiq
edilməsi, malların mənşə ölkəsinin təyin edilməsini, gömrük məqsədləri üçün malların
qiymətləndirilməsi də daxil olmaqla MDB üzvü olan ölkələrin gömrük siyasətinin əsas
istiqamətləri üzrə təkliflərin hazırlanıb təqdim edilməsini təmin edir.
DGK, həmçinin gömrük orqanları üçün kadrların hazırlanması, avtomatlaşdırılmış
informasiya sistemi, gömrük statistikası, beynəlxalq əməkdaşlıq sahələrində MDB
gömrük xidmətləri ilə əməkdaşlıq edir.
BMT-nin İnkişaf Proqramı ilə Memorandum imzalanmışdır.
14
ÜGT ilə bir Memorandum və bir niyyət protokolu imzalanmışdır.
Ümumdünya Gömrük Təşkilatlarının Baş Katibi Mişel Danenin müraciət
məktubuna əsasən Azərbaycan Respublikası “Malların təsviri və kodlaşdırılması üzrə
harmonikləşdirilmiş sistem haqqında Beynəlxalq Konvensiya”ya qoşulmuş və bu
Konvensiya Milli Məclisdə ratifikasiya olunmuşdur. 2001-ci ilin yanvarından
Azərbaycan bu konvensiyaya qoşulan 101-ci dövlətdir.
DGK Tasis proqramı çərçivəsində Avropa Gömrüyü ilə sıx əlaqələr yaradılması
barədə intensiv iş aparır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Avropa
Gömrüyü, Tasis proqramı çərçivəsində Alman Gömrüyü ekspertləri tərəfindən Dövlət
Gömrük Komitəsinin əməkdaşları üçün narkotiklərin müəyyən edilməsi, riskin təyin
edilməsi, yükün nəzarətdən keçirilməsi və gəmilərin yoxlanılması, Hava və Dəniz
limanlarında, dəmir yolunda, gömrük sənədlərində nəqliyyat vasitələrinə nəzarətə dair,
nəzəri və praktiki seminarlar təşkil olunmuşdur.
Avropa İttifaqının Tacis proqramı üzrə Azərbaycan Respublikasının milli və
dövlətlərarası proqramları və Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqram
çərçivəsində (1996-ci il oktyabr) Daşkənd şəhərində Avropa Gömrüyü və Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi arasında Tasis proqramı çərçivəsində “Təhsil”,
“İdarəetmə və Təşkil” Layihələri üzrə müqavilələr imzalanmışdır və layihələrdə nəzərdə
tutulanlar mərhələlərlə həyata keçirilir.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına həsr edilmiş Beynəlxalq
Konfransa hazırlıq üçün Bakı şəhərində keçirilən iştirakçı dövlətlərin işçi qruplarının
üzvlərinin iclasında gömrük əməliyyatları və sənədləşdirilmənin aparılması üzrə Əsas
Sazişin texniki əlavəsinin layihəsi hazırlanmışdır. DGK Avropa-Qafqaz-Asiya dəhlizinin
inkişaf etdirilməsi üzrə imzalanmış “Çoxtərəfli Əsas Saziş”in gömrük prosedurası və
sənədlərin işlənməsi üzrə texniki əlavədə nəzərdə tutulan müddəaların icrası ilə əlaqədar
tədbirlərin həyata keçirilməsi işini davam etdirir.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN dövlət başçısı kimi gömrük siyasəti
sahəsindəki faliyyətini iki mərhələyə bölmək olar:
1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi;
2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri.
15
Ölkədəki problemləri zərgər dəqiqliyi ilə bir-bir həll edən möhtərəm H.Əliyev
cənabları, 1995-ci ildən başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı.
Ə
vvəlcə Dövlət Gömrük Komitəsinin rəhbərliyini dəyişdirdi. Dövlət Gömrük Komitəsinə
Heydər Əliyevin 17 yanvar 1995-ci il tarixli 295 saylı Fərmanı ilə təyin olunan
Kəmaləddin Heydərov Ümummilli Liderin rəhbərliyi altında müstəqil Azərbaycan
dövlətinin gömrük sistemini yenidən qurdu və onu dünya standartları səviyyəsinə gətirib
çıxartdı.
Azərbaycanın gömrük tarixində ilk dəfə olaraq gömrük xidməti sahəsində general
rütbəsinə məhz K.Heydərov layiq görülmüşdür. Ona 17 yanvar 2002-ci il tarixli 640 saylı
Fərmanları ilə gömrük xidməti general-polkovniki rütbəsi (41 yaş) verilmişdir. O.
Azərbaycan dövlətçiliyi tarixində bu yaşda general-polkovnik rütbəsini almış yeganə
şə
xsdir.
Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi” və “Gömrük Tarifi haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Məcəllədə, gömrük orqanlarının
qarşısında qoyulan vəzifələrdən çıxış edilərək, gömrük işinin əsas prinsipləri
müəyyənləşdirildi. Məhz gömrük orqanları bu Məcəllənin müddəalarına görə, hüquq-
mühafizə orqanı statusu aldı.
Gömrük tarifi və valyuta tənrzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük
orqanlarına valyuta nəzarətini həyata keçirmək hüququnu verdi, habelə gömrük
rüsumlarının dəqiq hesablanması və vaxtında yığılaraq dövlət büdcəsitnə köçürülməsi
tələbini qoydu.
Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin 27 oktyabr 1998-ci il tarixli 6 saylı Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamə mühüm yer
tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük
işi sahəsində dövlət siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır.
Gömrük işinin təşkil edilməsi və gömrük siyasətinin formalaşdırılması ilə bağlı
Ümummilli liderimiz H.Ə.Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir:
QANUNLAR
16
1. "Gömrük tarifi haqqında" qanunun təsdiq edilməsi barədə( No 1064 /
20.06.1995)
2. "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük
Konvensiyasının təsdiq edilməsi barədə (No 33-IQ / 12.03.1996)
3. Yoxlama və attestasiya məqsədilə daşınan normativ sənədlərin, etalonların,
ölçmə vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və
xüsusi icazələr verilməsindən azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə (No
171-IQ / 08.10.1996)
4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında (No
304 -IQ / 10.06.1997)
5. Azərbaycan Respublikası Hökumət və Qazaxıstan Respublikası Hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlış haqqında Sazişin təsdiq edilməsi barədə (No
338-IQ / 26.06.1997)
6. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik
edilməsi barədə (No583-IQD / 11.12.1998)
7. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə
(No 768-IQ / 07.12.1999)
8. "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər
arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti
qaydası haqqında" Sazişin təsdiq edilməsi barədə (No 793-IQ / 01.02.2000)
9. "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti
arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi
barədə (No 803-IQ / 08.02.2000)
10. "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması
haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barədə (No 810-IQ / 11.02.2000)
11. "Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədi ilə müvəqqəti
idxalının Gömrük Konvensiyası"na qoşulmaq barədə (No 813-IQ / 11.02.2000)
12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan
Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının
pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik
17
vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə
sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə (No 118-IIQ
/03.04.2001)
13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan
Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında sərhədlərdən qanunsuz keçirilən mədəni
sərvətlərin tutulub saxlanması və qaytarılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı
yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 119-IIQ / 03.04.2001)
14. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan
Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında əməkdaşlıq və gömrük sənədlərinin və
gömrük təminatlarının qarşılıqlı tanınması haqqında" Sazişin təsdiq edilməsi barədə (No
120-IIQ /03.04.2001)
15. Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında (No
134-IIQ /01.06.2001)
16. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında (No 135-IİQ
/01.06.2001)
17. Tütün və tütün məmuoatı haqqında (No 138-IIQ / 08.06.2001)
18. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara
texniki, tibbi, əczaçılıq, sanitar, baytar və vitosanitar normaların, qaydaların və tələblərin
tətbiq edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə (No 257-IIQ / 12.02.2002)
19. "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən
keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə
(No 259-IIQ / 12.02.2002)
20. "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan
qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" Beynəlxalq Konvensiyaya və
onun I-X Əlavələrinə qoşulmaq barədə (No267-IIQ / 19.02.2002)
21. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında
"Gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının
qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı
inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 295-IIQ / 09.04.2002) və s.
18
Azərbaycan R-da gömrük işinin təşkili və gömrük siyasəti.
Suallar:
1. Gömrük sisteminin təyinatı və funksiyaları.
2. Az R-nın gömrük siyasəti və onun məqsədləri.
3. Gömrük qanunvericiliyi.
4. Azərbaycan Respublikası gömrük orqanlarının təşkilat strukturu.
5. Az R-sı gömrük orqanlarının vəzifələri və hüquqları.
6. Gömrük işinin təşkil etdirilməsində gömrük infrastrukturunun rolu.
Heydarov.K. “Gömrük işinin əsasları” cild 1.
Gömrük işi – gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri
barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin
iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qadagalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar
toplusundan, gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən
ibarətdir. (maddə 2) Gömrük tənzimlənməsi dedikdə gömrük sərhədindən
malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin
riayət etməli olduğu norma və qaydaların müəyyən olunması başa düşülür.
Azərbaycan r-nın gömrük xidməti ölkə iqtisadiyyatının dövlət
tənzimetmə sisteminin əsas tərkib hissələrindən biridir. Gömrük sisteminin
məqsədi və təyinatı – Azər R-nın strateji milli-dövlət mənafələrinin təmin
edilməsindən, milli iqtisadiyyatın sosial-iqtisadi səmərəliliyini və rəqabətə
davamlığını stimullaşdırmaqdan, ölkənin milli təhlükəsizliyinin lazımı
səviyyədə saxlanılmasından, xarici iqtisadi fəaliyyət sahələri üçün əlverişli
şəraitin təmin edilməsindən ibarətdir.
Əvvələr Azərbaycan Respub-nın SSRİ tərkibində olduğundan onun
müstəqil gömrük xidməti olmamışdır. Bununla yanaşı respublika ərazisində
SSRİ-yə məxsus gömrük orqanları fəaliyyət göstərirdi, idxal-ixrac
əməliyyatlarına nəzarət İttifaq orqanları tərəfindən yerinə yetirilirdi.
Milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır.
İqtisadiyyatın tənzimlənməsində məqsəd onun təkmilləşmə və inkişaf üçün
zəruri olan strukturunun fasiləsiz olaraq dəyişdirilməsini, milli təsərrüfatın
19
sistem kimi bütövlüyü üçün təhlükə yaradan uyğunsuzluğun aradan
qaldırılmasını təmin edən dinamik tarazlığın saxlamasından ibarətdir.
Azər. Dövlət Gömrük Komitəsi respublikanın inkişaf xüsusiyyətlərini
nəzərə alaraq, müvafiq strategiyanı işləyib hazirlayarkən aşağıdakı əsas
vəzifələri müəyyən etmişdir:
- təhvil verilmə üsulundan asılı olmayaraq bütün malların gömrük
rəsmiləşdirilməsinin təmin olunması;
- gömruk proseduralarının sadələşdirilməsi və rəsmiləşdirilmə
müddətinin qısadılması;
- gömrük nəzarətinin müasır mütərəqqi texnoloğiyalarının tətbiqi;
- gömrük ödənişləri texnologiyasının təkmilləşdirilməsi və onların
büdcəyə daxil olmasına nəzarət;
- yüklər və yük göndərənlər haqqında ilkin məlumatların əldə edilməsi;
- gömrük qanunvericiliyi pozuntularının qarşısının alınması;
- valyuta nəzarəti;
- nəzarət işlərinin təkmilləşdirilməsi, nəzarətin müxtəlif formalarından
istifadə edilməsi, ayrı-ayrı identifikasiya və sənədli baxış texnologiyasının
tətbiqi;
- gömrük sənədlərinin beynəlxalq tələblərə uyğun olaraq daha da
unifikasiyalaşdırılması;
- qeyri-tarif tənzimləmə tədbirlərinə riayət olunmasına nəzarət
texnologiyasının təkmiləşdirilməsi;
- bütövlükdə gömrük xidmətinin və onun struktur bölmələrinin işinin
effektivliyinin vaxtaşırı təhlili.
Bütün şəxslər mal və nəqliyyat vasitələrini bərabər əsaslarla Az.R-sı
ərazisinə gətirmək və bu ərazidən apara bilmək hüququna malikdirlər.
Malların və nəql.vasitələrinin respublikaya gətirilməsi və aparılması, o
cümlədən xarici iqtisadi fəaliyyətin həyata kecirilməsi hüququ Az R sı
Konstitusiyasi ilə təstiq edilmişdir.
Gömrük Məcəlləsi və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş
hallar istisna olmaqla, hec kəsin Az-na mal və nəqliyyat vasitələri gətirməsi və
ya aparması hüququ əlindən alına və ya məhdudlaşdırıla bilməz.
Qanunvericilik aktı malların və nəqliyyat vasitələrinin aparılıb-getirilməsi
hüququnun reallaşdırılmasına münasibətdə müəyyən məhdudiyyətlər
20
nəzərdə tuta bilər. Belə məhdudiyyətlər, bir qayda olaraq, ictimai asayişi və
cəmiyyətin əxlaqi dəyərlərinin müdafiəsi məqsədini güdür.
Gömrük işinin predmeti – mallar, gömrük nəzarəti və gömrük
rəsmiləşdirilməsi əməliyyatlarıdır, XİF tənzimlənmə tədbirləridir. Mallar
dedikdə - gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft,
elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən
malların daşınmasında istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla,
nəqliyyat vasitələri.
2. Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak
edən institutların məcmusu, həmçinin onun həyata keçirilmə metodları,
səlahiyyətli dövlət orqanları tərəfindən gömrük tənzimlənməsi metodlarının
istifadə qaydası gömrük siyasəti mexanizmi anlayışını təşkil edir.
Gömrük siyasəti dövlətin xarici ticarət dövriyyəsinin gömrük
sərhədindən mal və nəqliyyat vasitələrinin uyğun gömrük prosedurasını
müəyyən edilməsi vasitəsi ilə keçirilməsinin dövlət tənzimlənməsi üzrə
məqsədyönlü fəaliyyət istiqamətlərini təyin edir və dövlətin iqtisadi
təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir.
Iqtisadi təhlükəsizlik məsələləri iqtisadiyyatın Az R-nın sosial, siyasi,
müdafiə qabiliyyətinin və mütərəqqi inkişafının kifayət edəcək səviyyəsini
təmin edə bilən vəziyyətini, tarazlaşdırma problemlərinin həlli yollarını,
mümkün xarici və daxili təhlükələrə, onun iqtisadi maraqlarının xarici
təsirlərdən asılı olmaması və kifayət qədər xətərdən qorunması qabiliyyətini
nəzərdə tutur.
Gömrük siyasətini mahiyyəti öz əksini gömrük-tarif qanunvericiliyində,
müxtəlif istiqamətli beynəlxalq gömrük birlikləri və münasibətləri
yaradılmasında, sərbəst gömrük və ticarət zonalarının təşkil edilməsində
tapır. Gömrük siyasəti dövlətin iqtisadi və xarici ticarət siyasətinin ayrılmaz
hissəsidir və buna görə də hökümətin ümumi iqtisadi strategiyasının məqsəd
və vəzifələrdən asılıdır.
Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi və daxili istehsalcıların beynəlxalq
rəqabət qabiliyyətindən asılı olaraq xarici iqtisadi siyasətin, o cümlədən də
gömrük siyasətinin nisbətən dəqiq konturlara malik olan aşağdakı növləri
müşahidə edilir:
21
- proteksionizm;
- sərbəst ticarət.
Bu istiqamətlər, eyni zamanda ölkə iqtisadiyatının xarici iqtisadi
müdaxilələrə açıqlıq dərəcəsini nümayiş etdirir. Proteksionist gömrük siyasəti
yerli inkişafı üçün daha əlverişli şərait yaradılmasına yönəldilib. Onun əsas
məqsədləri idxal edilən mallara gömrük vergiqoymasının daha yüksək
səviyyəsini tətbiq etməklə əldə edilir.
Proteksionist siyasətdən fərqli olaraq sərbəst ticarət siyasəti gömrük
rüsumlarının daha aşağı – minimum səviyyəsini nəzərdə tutur və daxili bazara
xarici malların daha çox cəlb edilməsinə təhrik edir.
Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələri gömrük
rüsumları, yığımları, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti
əməliyyatları, xarici ticarətin lisenziyalaşdırılması və kvotalaşdırılması
təcrübəsi ilə bağlı olan müxtəlif gömrük məhdudiyyətləri və rəsmiyyətdir.
Gömrük siyasəti müxtəlif hüquq normaları və gömrük qaydaları
əsasında həyata keçirilməlidir və bu da gömrük hüququ məfhumu meydana
çıxarır.
Gömrük siyasətinin dəqiq hüquqi əsaslandırılmaları ilk növbədə ona
görə vacibdir ki, sahibkarlıq fəaliyyətinin bu və ya digər istiqamətlərini
imperativ tənzimləyərkən onun həyata keçirmə vasitələri istər-istəməz
mülkiyyət münasibətləri sferasına müdaxilə etmiş olur. Bundan başqa
gömrük siyasətinin xarici münasibətlərə təsiri dövlət üçün beynəlxalq –
hüquqi xarakterli öhdəliklər yaradığından onun normalaşdırılması zəruri olur.
3. Gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi
prinsiplərini nizama salan və rəsmiləşdirilmə əməliyyatlrının yerinə
yetirilməsi üçün mövcüd qanunvericiliyə əməl olunmasını təmin edəcək olan
dövlət tərəfindən müəyyənləşdirilmiş hərəkət qaydaları gömrük-hüquq
normaları adlanır. Belə qaydaların məcmusu gömrük hüququnu əmələ gətirir
ki, bu da Azərbaycan Respublikası Ganunvericiliyinin mühüm tərkib
hissələrindən biridir.
Gömrük hüququn mənbəyini ixtiyari hüquqi akt deyil, yalnız elə akt
təşkil edir ki, gömrük işinin ümumi qaydalarını əks etdirə bilsin. Gömrük
hüququ mənbələrini sistem xarakterlı olub aşağıdakl əsas elementlərdən
22
ibarətdir: a) daxili gömrük qanunvericiliyi; b) gömrük münasibətlərinə aid
olan və Azərbaycan R-nın tərəf-müqabil olduğu beynəlxalq müqavilə və
sazişlər.
Gömrük
işi
haqqında
Azərbaycan
Res-nın
Qanunvericiliyi
Konstitusiyasından, Gömrük Məcəlləsindən, Gömrük Tarifi haqqında
Qanundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi
aktlardan və Az R-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir
(maddə 4).
Aşağıdakılar istisna olunmaqla, gömrük qanunvericiliyindən başqa digər
qanunvericilik aktlarına gömrük ödənişləri və gömrük nəzarəti məsələləri
daxil edilə bilməz:
- Az R-nın İnzibatı Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük
münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;
- Az R-nın Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq cinayətlər
haqqında müddəalar;
- Büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı müddəalar;
- Ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında
qanunlarda nəzərdə tutulan müddəalar.
Gömrük Məcəlləsi və Gömrük Tarifi haqqında qanun gömrük
münasıbətlərinin hüquqi tənzimlənməsində baş mövqədə durur və qömrük
praktikasında meydana çıxan bütün əsas hüquqi məsələləri əhatə edir.
Hüquqi qüvvəsinə görə onlar yalnız Konstitusiyadan geriyə qalır və əsasında
bütün gömrük qanunvericiliyinin qurulduğu və inkişaf etdirildiyi hüquqi
bazasını təşkil edirlər. Bu gömrük qanunlarının əlahiddə normalarının tətbiq
edilmə xüsusiyyətləri Az R-sı prezidentinin 25 iyul 1997-ci il tarixli 616 saylı
fərmanı ilə müəyyən edilmişdir.
Hal-hazırda gömrük münasibətlərini tənzimləyən qanun qüvvəli aktların
aşağıdakı əsas növləri tətbiq edilməkdədir:
1). Konstitusiyanın 99-cu maddəsinə əsasən Az R-da İcra Hakimiyyətinin
Prezidentə mənsub olması ilə əlaqədar olaraq:
Xarici siyasətin, o cümlədən də onun tərkib hissəsi olan xarici iqtisadi və
gömrük siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi Prezidentin
fərman və sərəncamları ilə öz həllini tapmış olur. “Azərbaycan
23
Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında”
Azərbaycan Respublikası Prezidenrinin 24 iyun 1997-ci il tarixli 609 saylı
Fərmanı ilə idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları təstiq
edilmişdir.
2). Nazirlər Kabinetinin qərarları ilə, adətən, gömrük siyasəti və gömrük
hüququnun mühüm məsələləri tənzimlənir və daha yüksək statusa malik
aktların icra mexanizmi müəyyən edilir.
3). Bir necə dövlət orqanı tərəfindən birgə qəbul edilən qanun qüvvəli
aktlar.
Öz səlahiyyətləri çərçivəsində yerli gömrük orqanları da hüquqi aktlar
yarada bilər. Belə aktlar, adətən, fərdi xarakter daşıyır. Məsələn, struktur
bölmələrin əsasnamələr, gömrük əməkdaşlarının vəzifə təlimatları, daxili
əmrlər və s.
Dövlət süverenliyi hər dövlətin gömrük məsələlərinin birtərəfli qaydada
daxili qanunvericiliklə tənzimlənməsi zərurətini meydana çıxarır. Əgər hər
hansı bir dövlət, gömrük məsələlərinin həlli zamanı digər dövlətlərin
maraqlarını nəzərə alınmırsa və ya onların mənafeyinə zərbə vura bilən
siyasət yeridirsə, xarici iqtisadi əlaqələri və bütövlükdə beynəlxalq əlaqələri
mürəkkəbləşdirən konfliktlər meydana çıxa bilər.
Gömrük –hüquq normalarının tətbiq edilməsinin məkan hüdudlarının
təyini üçün gömrük ərazisi və gömrük sərhədi anlayışlardan istifadə olunur.
Azərbaycan Res-nın ərasizi vahid gömrük ərazisidir. Gömrük
Məcəlləsinin 3 maddəsinə əsasən gömrük ərazisinə Az r-nın quru ərazisi,
daxili suları, Xəzər dənizinin (gölünün) Az R-na mənsub olan bölməsi (o
cümlədən, orada yerləşən adalar, qurğular və tikililər) və onların üzərindəki
hava məkanı daxildir. Gömrük sərhədi dedikdə gömrük ərazisinin perimitri –
bu ərazinin konturlarını hüdudlandıran xətt başa düşülür. Gömrük sərhədi
həndəsi bölgü xarakterlı, yer üzərindəki real xətt olan dövlət sərhədindən
fərqli olaraq hüquqi funksiya hesab edilir. Bələ təsvir bəzi hallarda gömrük
sərhədinin dövlət sərhədi ilə üst-üstə düşməyə biləcəyi variantların
mümkünlüyünü göstərir.
4. Az R-da gömrük işi gömrük orqanları tərəfindən yerinə yetirilir.
Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük
24
orqanları hüquq mühafizə orqanlarıdır. Gömrük orqanlarının fəaliyyəti
qanunun aliliyi,
Gömrük orqanlarının vahid sisteminə aşağdakılar daxildir:
Az R-nın Dövlət Gömrük Komitəsi:
1. Naxçıvan Muxtar R-sı DGK-si; NaxçıvanTerminalKompıeks; Naxçınav
Gömrük İdarələri (5 idarə).
2.Gömrük idarələri (12):
Gömrük postları (29). (maddə 7)
Gömrük sisteminə daxil olmayan, lakin DGk-nin tabeçiliyində olan
qurumlar aşağıdakıladır:
- gömrük məqsədləri üçün malların ekspertizasına və tədqiqini
aparmaqdan ötrü yaradılan gömrük laboratoriaları;
- gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı
və onların ixtisasının artırılması məqsədi ilə yaradılan elmi-tədqiqat
müəssisələri, peşəyönümlü təhsil-tədris müəssisələr;
- gömrük fəaliyyətinin yerinə yetirilməsinə kömək edən hesablama
mərkəzləri, poliqrafiya, tikinti-istismar idarələri və digərləri (məsələn, gömrük
anbarları, müvəqqəti saxlanc anbarları)
-
Mərkəzi Gömrük Ekspertiza İdarəsi;
Tədris Mərkəzi;
Avtomobil təsərrüfatı;
AzərTerminal kompleks Birliyi;
Gömrük mühafizə xidməti;
Gömrükçü İdman-Sağlamlıq mərkəzi;
Tibbi Xidmət İdarəsi;
Kinoloji Mərkəz.
Gömrük işinə bilavasitə rəhbərlik Dövlət Gömrük Komitəsi tərəfindən
həyata kecirilir. Basqa sözlə Dövlət Gömrük komitəsi Azərbaycan
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanıdır.
25
DGK-nin idarəçilik fəaliyyəti ilk növbədə tabeli gömrük orqanları ilə
qarşılıqlı münasibətlərdə öz əksini tapır. Bəzi hallarda DGK fiziki şəxslər və
vəzifəli şəxlərlə bilavasitə ünsiyyətdə olur. Gömrük orqanlarının ümumi
məsələlərədən başqa DGK gömrük xidmətinə rəhbərlik və gömrük işinin
inkişafı ilə əlaqədar olan spesifik məsələləri həll edir. Azərbaycan dövlət
Gömrük Komitesi: tabeli orqanların, müəssisələrin, qurumların mülkiyyətinin
idarə edilməsində mülkiyyətçi hüquqlarını həyata keçirir; gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən qaçaqmalçılıq, gömrük qaydalarının
və vergi qanunvericiliyinin pozulması halları barədə işlərin icraatında
prosessual normalara əməl edilməsinə nəzarət edir, belə pozuntular barədə
verilmiş şikayət və protestlərə baxır. Azərbaycan Respublikasının gömrük işini
bilavasitə həyata kecirən orqanlar DGK-nin təstiq etdiyi əsasnamələrə uyğun
fəaliyyət göstərirlər. DGK-nin fəaliyyətinə Sədr rəhbərlik edir. Respublika
Prezidenti Komitə sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Gömrük işinə
rəhbərliyin mühüm məsələləri DGK Kollegiyasının iclaslarında müzakirə edilir.
DGK-nin mərkəzi aparatı, əsasən operativ tədbirlər həyata kecirir, gömrük
sisteminin işləmə mexanizmini yaradılır, müvafiq normativ aktların
hazırlanmasını təmin edir, məlumatların yığılması və analizi, idarəetmə
qərarların mərhələlərinin hazırlanması və yerli gömrük orqanlarının
fəaliyyətinin əlaqələndirilməsini təşkil edir.
DGK-nin idarə və şöbələri gömrük xidmətinin mərkəzi orqanı
səviyyəsində qərarlar qəbul edilməsini təmin edir və bu qərarların yerlərdə
yerinə yetirilməsini təşkil edir. DGK-nin idarə və şöbələri öz səlahiyyətləri
çərçivəsində gömrük işinin bəzi məsələlərini müstəqil həll edir və yerli
gömrük orqanlarının fəaliyyətinin konkret sahələrini istiqamətləndirirlər.
DGK-nin idarə struktur bölmələrinin iş prinsipinin əsasını funksional
fəaliyyət təşkil edir, yəni hər bir idarə və şöbənin fəaliyyəti DGK-nə həvalə
edilmiş funksiyaların yerinə yetirilməsini təmin etmək məqsədi güdür.
Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır:
1. Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu
təkmilləşdirmək;
2. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;
26
3. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi
mənafeyini və təhlükəsizliyini qorumaq;
4. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük
ərazisinin vahidliyini təmin etmək;
5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi
vasitələrinin tətbiqini təşkil etmək;
6. İcrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə
dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş
funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
1. Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi
üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata
keçirilməsini təmin edir;
2. Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını
hazırlayır və həyata keçirir;
3. Gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil
edir, bu cür nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsi
və təkmilləşdirilməsi üçün tədbirlər görür;
4. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar
barəsində qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil
olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz
səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;
5. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan
vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük
ödənişlərinin alınmasını, beynəlxalq avtomobil daşımalarını yerinə yetirən
xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının
verilməsinə görə dövlət rüsumunun tutulmasını təşkil edir;
6. Malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində
nəzarət sistemini təşkil edir;
27
7. Gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin
vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir;
8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri
alır, reyestrinin aparılmasını təmin edir;
9. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilərkən müvafiq gömrük proseduralarından səmərəli
istifadəni təmin edir;
10. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını
təşkil və onların icrasını təmin edir;
11. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin
həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi
üçün tədbirlər görür;
11-1. malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının
(şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində
baytarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir;
11-2. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi
qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən
nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada
və müddətdə məcburi dezinfeksiya edir;
12. Müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə
orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına
nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə sistemini
təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması
məqsədi ilə digər tədbirlər də həyata keçirir;
13. İcrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına
həvalə olunmuş gömrük işi üzrə və digər qanunvericilik aktlarına əməl
olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir;
14. Rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə
də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq
Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinə, habelə
28
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər
hallarda valyuta nəzarətini həyata keçirir;
15. Qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı
mübarizə aparılmasını təşkil edir. Azərbaycan Respublikasının gömrük
orqanları tərəfindən bu cür cinayətlər üzrə qüvvədə olan qanunvericilik
aktlarına müvafiq olaraq təhqiqat ibtidai istintaq aparılmasını və əməliyyat-
axtarış fəaliyyəti həyata keçirilməsini təmin edir;
16. Narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan
xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan
əşyaların, intellektual mülkiyyət obyektlərinin, habelə digər malların gömrük
sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə tədbirlər
sistemi hazırlayır və həyata keçirir;
17-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və onların
qorunması üzrə dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində iştirak
edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin
yerinə yetirilməsi üzərində nəzarəti təmin edir
18. Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, hava və
dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz
müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə
Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir;
20. Azərbaycan Respublikasının xarici ticarətinin gömrük və xüsusi
gömrük statistikasının aparılmasını təşkil edir;
21 Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet
saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən
edilmiş
açıqlanmalı
olan
ictimai
informasiyanın
həmin
saytda
yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;
22. Gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat
subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;
29
23. Şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir;
fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasını
yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür;
24. Öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların
nəşrini təmin edir;
25. Konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük
işi haqqında qanunvericilik aktlarının tətbiqi məsələləri üzrə öz qərarlarının
qəbulu və fəaliyyət göstərməsini təmin edir;
26. Gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində
iştirak edir; Azərbaycan Respublikasının gömrük işinə dair beynəlxalq
öhdəliklərinin yerinə yetirilməsini təmin edir;
27. Xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə
əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir;
28. Xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin
vəziyyətini öyrənir və təhlil edir;
29. Müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin
mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür;
30. Gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük
laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri
yaradır və ləğv edir;
31.
Azərbaycan
Respublikası
gömrük
orqanlarının
vahid
avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını, fəaliyyət göstərməsini
və təkmilləşdirilməsini təmin edir;
32. Azərbaycan Respublikasında gömrük işinin inkişafı üzrə həyata
keçirilən tədbirləri maliyyələşdirir;
33. Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük
sisteminin büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində
sərəncam verir;
34. Gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan
digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf
etdirir;
30
35. Gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının,
həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların işçilərinin
dövlət və sosial müdafiəsini, fiziki hazırlığını təmin edir, onların tibbi
təminatını həyata keçirir;
36. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş
digər vəzifələri yerinə yetirir.
Ərazi gömrük idarələri öz fəaliyyətlərini DGK-nin ümumi rəhbərliyi
altında həyata keçirirlər. DGK-si gömrük idarələrin fəaliyyət zonasının
hüdudlarını müəyyən edir. Gömrük idarələrin tabeçiliyində işin xarakterindən
və həcmindən asılı olaraq gömrük postları yaradılır. Gömrük idarələrin
fəaliyyət zonalarının sərhədləri respublikanın ərazi-bölgü prinsipi ilə müəyyən
edilmiş bölgələrin inzibati sərhədləri ilə üst-üstə düşməyə bilər.
Gömrük idarələrə, onlara həvalə edilmiş vəzifə və funksiyaların yerinə
yetirilməsini təmin etmək üçün geniş profilli hüquqlar verilmişdir:
- mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş gömrük proseduru
altında yerləşdirilməsinə icazə vermək;
- gömrük müayinəsi və gömrük nəzarətinin müxtəlif formalarını həyata
keçirmək;
- mal
və
nəqliyyat
vasitələrinin
gömrük
nəzarəti
altında
eyniləşdirilməsini aparmaq;
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin aparılması üçün
nəqliyyat vasitələrinin qayanacaq yerlərindən yola düsmələrinə icazə
verilməsi;
- Az R-nın gömrük ərazisini gömrük orqanlarının icazəsi olmadan tərk
etmiş nəqliyyat vasitələrini dayanmağa məcbur etmək, hava və dəniz
gəmilərini geriyə qaytarmaq (xarici gəmilər və digər dövlətlərin ərazisində
olan gəmilərdən başqa);
- gömrük məqsədləri üçün prob və nümunələrin götürülməsi və
tədqiqatı;
- deklarant və gömrük qaşıyıcılarından gömrük rəsmiləşdirilməsi
icraatında və gömrük nəzarətinin kecirilməsində köməklik göstərilməsini
tələb etmək;
- mal və nəqliyyat vasitələri buraxıldıqdan sonra gömrük nəzarəti
həyata keçirmək;
31
- öz səlahiyyətləri daxilində gömrük ödəncləri müddətinin uzadılması
barədə qərar qəbul etmək;
- gömrük qaydalarının pozulmasına görə şəxsləri məsuliyyətə cəlb
etmək;
- ödənilməmiş gömrük ödənclərini mübahisəsiz almaq;
- gömrük idarələrinin struktur bölmələrinin fəaliyyət yerini, onların iş
vaxtını müəyyən etmək.
Gömrük postları öz fəaliyyətini gömrük idarələrin bilavasitə rəhbərliyi
altında həyata keçirir. Ehtiyac olduqda bilavasitə DGK-nə tabe olan gömrük
postları da yaradıla bilər. Qəbul edilmiş ümumi qaydalara görə gömrük
postları, adətən, hüquqi şəxs statusuna malik olmur, amma DGK-nin qərari
ilə belə status müəyyən edilə bilər. Bu halda gömrük postunun müstəqil
balansı, banklarda hesablaşma və digər hesabları yaradılır və post dövlət
mülkiyyəti olan, ona verilmiş mülkiyyət üzərində operativ idarəetmə hüququ
alır.
Gömrük postlar üçün, əsasən, aşağıdakı vəzifələr və funksiyalar
müəyyən edilir:
- gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin həyata keçirməsi;
- - qaçaqmalşçılıq və gömrük sahəsində digər hüquqpozma və
cinayətlərə qarşı mübarizə aparılması.
Mövcüd qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək
üçün ixtisaslaşdırılmış gömrük postları yaradıla bilər. Məsələn, Komitə
sədrinin 20 fevral 1998-ci il tarixli 002 saylı əmri ilə Respublika Nazirlər
Kabinetinin 22 mart 1997-ci tarixli 24 saylı qərarının tələblərinə müvafiq
olaraq, respublika ərazisinə idxal edilən aksizli malların mərkəzləşdirilmiş
qaydada gömrük rəsmiləşdirilməsini təmin etmək, aksiz markalarının
tətbiqinə nəzarəti gücləndirmək, aksiz vergilərinin qanunvericilikdə nəzərdə
tutulmuş qaydada düzgün hesablanıb tutulmasını və vaxtında dövlət
büdcəsinə köcürülməsini təmin etmək məqsədi ilə DGK-nə bilavasitə tabe
olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Az R-nın gömrük ərazisi
olan – Aksiz Gömrük postu yaradılmışdır, sonra Aksiz Gömrük İdarəsi
statusunu almışdır.
“Azərterminalkompleks”
fəaliyyətinin
məğzi
və
məqsədləri
aşağıdakılardır:
32
-xarici iqtisadi əlaqələrin yeni formalarının inkişaf etdirilməsi üzrə
tədbirlərin hazırlanması və həyata keçirilməsi, Azərbaycan Respublikasının
müəssisələrinə, idarələrinə, təşkilatlarına xarici-iqtisadi fəaliyyətin həyata
keçirilməsində kommersial əsaslarda yardım göstərilməsi;
-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada idxal-ixrac əməliyyatları üçün sənədlərin hazırlanması, yüklərin,
həmçinin gömrük nəzarəti altında olan yüklərin qorunmasını və salamatlığını
təmin etmə üzrə xidmətlər göstərilməsi;
-dünya əmtəə və xidmətlər bazarının konyunkturasının öyrənilməsi və
ondan istifadə edilməsi;
-xarici-iqtisadi fəaliyyət iştirakçılarının və vətəndaşlarının gömrük
qanunvericiliyi və gömrük işini və xarici-iqtisadi fəaliyyəti tənzimləyən
normativ aktlar barədə məlumatlandırılması, bu sahədə konsaltinq
xidmətlərinin göstərilməsi;
-Xarici ticarət yüklərinin daşınmasının təşkili və təkmilləşdirilməsi üzrə
tədbirlərin hazırlanması və həyata keçirilməsi;
-gömrük brokerliyi fəaliyyətinin həyata keçirilməsi;
- Dünya əmtəə və xidmətlər bazarının konyunkturasını öyrənir və əldə
edilmiş məlumatlardan istifadə etməklə kommersial əsaslarda marketinq,
konsaltinq və məlumatlandırma xidmətlərini həyata keçirir:
- Azərbaycan Respublikasının gömrük orqanlarının zəruri tikililər,
nəqliyyat, təşkilati-texniki vasitələri və avadanlıqla təchiz edilməsinə yardım
göstərir:
- Gömrük orqanları tərəfindən müsadirə edilmiş malların və əşyaların
realizə edilməsi üçün gömrük auksionları təşkil edir.
- Sənaye, inşaat, nəqliyyat, rabitə, kənd təsərrüfatı, ictimai-iaşə,
mədəniyyət, elm və digər sahələrdə xidmətlər, pərakəndə və topdansatış
ticarəti, ticarət-tədarük və vasitəçilik xidmətləri göstərmək:
- Müqavilə və həvaləetmə əsasında baş podratçı və baş tədarükçü
funksiyalarını yerinə yetirmək:
33
- Əmtəə, fond, valyuta birjaları təşkil etmək və onların işində iştirak
etmək
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd
olmayan yuxarıda göstərilən fəaliyyət növlərini tamamlayan və inkişaf
etdirən fəaliyyət növləri ilə məşğul etmək.
“Azərterminalkompleks”ə Azərbaycan Respublikası qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada aşağıdakı hüquqlar verilir:
-
Azərbaycan
Respublikasında,
həmçinin
xaricdə
idarələrlə,
müəssisələrlə, təşkilatlarla, cəmiyyətlərlə, şirkət və ortaqlıqlarla və ayrı-ayrı
şəxslərlə sövdələşmələr və digər hüquqi aktlar, o cümlədən xidmət
göstərilməsi, alqı-satqı, sığorta, saxlanc, tapşırıq, komissiya və digər hüquqi
fəaliyyət növlərinin həyata keçirilmək, hərraclarda, müsabiqələrdə iştirak
etmək, zəmanətlər vermək:
- Azərbaycan Respublikasında, həmçinin xaricdə öz fəaliyyətini həyata
keçirmək üçün yardımçı müəssisələr yaradıb təsis etmək, hər cür daşınar və
daşınmaz əmlak əldə etmək, özgələşdirmək, icarəyə götürmək və icarəyə
vermək:
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin razılığı ilə
müəyyən edilmiş qaydada öz filiallarını, kontorlarını, şöbələrini,
nümayəndəliklərini, agentliklərini təsis etmək, eləcə də fəaliyyətləri öz
vəzifələrinə uyğun olan hər növ təşkilatlarda iştirak etmək, öz fəaliyyətini
həyata keçirmək üçün müəssisələr, ortaqlıqlar, o cümlədən ticarət evləri,
banklar, birgə müəssisələr yaratmaq:
- Konsaltinq, məsləhət xidmətləri, eləcə də xarici-iqtisadi fəaliyyət üçün
zəruri olan sənədlərin tərtib olunması idxal, ixrac və tranzit yüklərinin və
malların digər gömrük rejimləri üzrə bəyan edilməsi, şəxsi bəyannamə
doldurulması üzrə xidmətlər göstərmək:
- Blankların, arayışların və gömrük orqanları üçün zəruri olan digər
sənədlərin, gömrük qanunvericiliyinin, gömrük işini və xarici ticarəti
tənzimləyən normativ aktların, göstərilən sahələrdə digər ədəbiyyatın
çoxaldılması üzrə istehsalatlar təşkil etmək:
34
- Məhkəmələrdə, arbitraj məhkəmələrində iddiaçı və cavabdeh kimi
çıxış etmək, müqavilə əsasında digər müəssisələrin, idarələrin və təşkilatların
mənafelərini məhkəmə və dövlət idarəetmə orqanlarında təmsil etmək:
5. Az R-sı gömrük orqanlarının vəzifələri və hüquqları.
Gömrük orqanlarının vəzifələri aşağıdakılardır (maddə 8):
- Az R-nın Gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu
siyasətin həyata keçirilməsini təmin etmək;
- icrasına nəzarət gömrük orqanlarına həvalə edimiş qanunvericilik
aktlarına riayət olunmasını təmin etmək;
- gömrük Məcəlləsinin və gömrük işi üzrə digər qanunvericilik aktlarının
pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq;
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada Az R-nın iqtisadi və milli
təhlükəsizliyini təmin etmək;
- gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və
təkmilləşdirmək;
- mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən
gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını
təmin etmək;
- gömrük rüsumlarının, müvafiq vergiləri və digər gömrük ödənişlərini
almaq;
- malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin
sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;
- gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti
tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları
əleyhinə inzibatı xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq,
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının,
silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji
sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi
altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük
sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;
- Az R-nın dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər
yerlərdə
beynəlxalq
nəqliyyat
vasitələrinin
fəaliyyətinə
qanunsuz
müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə
digər hüquq mühafizə orqanlarına yardım göstərmək;
35
- milli təhlükəsizliyi, ictimai asayişin, insanların mənəviyyatının, həyat
və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii,
tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata
keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;
- insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük
sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş
qaydada almaq;
- Az R-da xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük
statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və
təkmilləşdirmək;
- gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının
hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət
orqanlarına yardım göstərmək;
- gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının
qorunması üzrə tədbirlər görmək;
- milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük
sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət
etmək, habelə Gömrük Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta
nəzarətini həyata keçirmək;
- gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib
hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdələklərin
yerinə yetirilməsini təmin etmək;
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata
keçirmək;
- dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində
qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini
həyata keçirmək;
- beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat
vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə
uyğun olaraq İcazə blanklarını vermək;
- gömrük işi sahəsində yeni informasiya sistemlərinin və
texnologiyalarının layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək;
- müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük
işi sahəsində risklərin idarəetmə sistemi əsasında gömrük nəzarətini
təkmilləşdirmək;
36
- xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə
əlaqədar müvafiq tədbirlər görmək;
- gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid
məsləhətlər vermək;
- dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə
Az R-nın Nazirlər Kabinetin Az R-nın Prezidenti ilə razılaşdırmaqla, müəyyən
etdiyi qaydada məlumat vermək;
- dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi
operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;
- müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı
və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə
elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti
müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat
zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq
ticarətin asanlaşdırılmasına şərait yaratmaq;
- digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq
məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda
onların fəaliyyətini əlaqələndirmək;
- qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Gömrük Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini
yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər:
- gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq
tədbirlər həyata keçirmək;
- Gömrük Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına
əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və
məlumatları şəxslərdən tələb etmək;
- gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və
bəyannamələrin düzgünlüyünü araşdırmaq;
- şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq;
- dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və
nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar,
gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini) qanunvericiliyə uyğun
olaraq yoxlamaq;
- malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin
bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və
şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirilməsini yoxlamaq, gömrük
37
prosedurlarına nəzarət həyata keçirmək, hüquqpozmaların operativ surətdə
qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər
məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil
etmək;
- təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş
cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan,
törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə
qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini
həyata keçirmək;
- cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
təhqiqat və ibtidai istintaq aparmaq;
- müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə
icraatı aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri
məsuliyyətə cəlb etmək;
- gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri
törətmiş, habelə törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya
təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin
diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara
məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə)
məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində
istifadə etmək;
- müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb
edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına
nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə
sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa
tədbirləri həyata keçirmək;
- malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi,
həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması,
saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları
və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini
aparmaq;
- Gömrük Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki
qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu
silahdan istifadə etmək;
38
- öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük
qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada
xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
- digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla
əməkdaşlıq etmək; gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir
metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları
ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq,
məsləhətləşmələr aparmaq;
- Gömrük Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında
nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək.
6. Gömrük infrastrukturunun təşkili və inkişafı – gömrük orqanları vahid
sisteminin ayrılmaz atributu, gömrük işinin həyata keçirilməsində onun
səmərəli olmasını şərtləndirən əsas amillərdən biridir.
“İnfrastruktura” latın sözu olub – (infra- altında, struktur- quruluş,
təşkilat) “yardımçı quruluş” mənası daşıyır. Beləliklə, infrastruktura – orqanın
normal fəaliyyət göstərməsini təmin edən istehsal, qeyri-istehsal, elmi
sahələr kompleksidir.
Gömrük sistemini normal fəaliyyətini təmin edən infrastruktura təminatı
elementlərini üç əsas qrupa ayrımaq olar.
1 qrupa mal və nəqliyyat vasitələrinin keçirilməsi, saxlanması və anbar
emalı üçün, həmçinin sərnişinlərə xidmət etmək üçün şərait yaradan
elementlər daxildir. Başqa sözlə bu, gömrük orqanlarının maddi-texniki
bazası (inzibatı binalar, keçid-buraxılış məntəqələri, anbar təsərrüfatı,
nəqliyyat vasitələri, sosial təyinatlı obyektlər, vağzal və hava limanlarında
gömrük nəzarəti zonaları və s.) hesab edilir.
2 qrupa gömrük əməliyyatlarının aparılmasını, prosesin gedişi və alınmış
nəticələr barədə məlumatın ötürülməsini təmin edən sistem, vasitə və
fəaliyyət növləri (gömrük nəzarətinin texniki vasitələri, gömrük ekspertizası
vasitələri, rabitə, gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat
sistemi, kömpyüter avadanlığı və s.) daxildir.
3 qrupa orqanları kadrlarının normal həyat fəaliyyətinin bərpası üçün
maddi, məişət, mədəni və digər şəraitin yaradılmasına xidmət edən sosial
infrasruktura aid edilir. Bu sfera gömrük işçilərin peşə hazırlığının və
39
hərtərəfli inkişafının təmin edilməsi üçün qeyri-istehsal xarakterli tələbatın
ödənilməsini təmin etməlidir.
Beləliklə, gömrük infrasruktura dedikdə, XİF-in gömrük tənzimlənməsi
şərtlərini, gömrük sisteminin bütövlükdə fəaliyyət göstərməsini təmin edən,
gömrük nəzarəti, ekspertizası, rabitəsi, məlumat sistemi, gömrük
orqanlarının maddi-texniki bazası, texniki vasitələri, institusional, sosial
struktur və fəaliyyət növləri kompleksi başa düşülməlidir.
Az R-sı gömrük sisteminin infrastrukturunun təkmilləşdirilməsi və inkişaf
etdirilməsində DGK-nın təklifi ilə qəbul edilmiş Az R-sı Nazirlər Kabinetinin 25
dek1997-ci tarixli 140 saylı qərarı mühüm addımdır. Bu qərarla gömrük
vəzifələrini uğurla həyata keçirmək üçün Az R-sı gömrük sisteminin
büdcədənkənar inkişaf fondu təsis edilmişdir.
Gömrük sisteminin inkişaf fondu aşağıda göstərilən mənbələr hesabina
yaradılır:
- Az R-nın gömrük sərhədindən əmtəə şəkilində keçirilən nəqliyyat
vasitələri, eləcə də müşayiət olunmayan yük, kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan beynəlxalq poçt daşımaları, eləcə də nəqliyyat vasitələri
ilə daşınan yüklər və mallar daxil olmaqla gömrük rəsmiləşdirilməsinə görə
alınmış gömrük yığımları;
- mütəxəssislərə gömrük rəsmiləşdirilməsi üçün ixtisas attestatlarının
verilməsinə və ixtisas attestatının bərpasına, gömrük ödəmələrinin
ödənməsinə zəmanət verən bankların və digər kredit təşkilatlarının rejestrə
daxil edilməsinə görə alınan yığımlar;
- gömrük işi sahəsində, qacaqmalçılığa və gömrük qaydalarının
pozulması işinə görə müəyyən edilmiş qaydada Az R-nın mülkiyyətinə
keçirilən malların, nəqliyyat vasitələrinin və digər predmetlərin satışından
əldə olunan vəsaitlər;
- girov əşyası hesab olunan malların və nəqliyyat vasitələrinin
herraclarda satışından əldə olunan dövlət büdcəsinə köçürülən vəsaitdən
artıq olan məbləg;
- Az R-sı gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən iqtisadi
hüquq pozuntularına, gömrük qaydalarının pozulmasına görə müsadirə
edilmiş malların, nəqliyyat vasitələrinin satışından əldə olunan rüsumlar,
cərimələr, vəsaitlər;
40
- valyuta tənzimlənməsi haqqında mövcüd qanunvericilik və normativ
aktların pozulmasına və ya gömrük orqanlarının normal fəaliyyətinə qəsd
edən hüququpozmalara görə Az R-nın gömrük orqanları tərəfindən müsadirə
edilmiş valyuta;
- gömrük sisteminin inkişaf fondu vəsaitlərinin bank hesablarında və
digər
kredit
orqanlarının
hesablarında
yerləşdirilməsindən
və
saxlanmasından əldə olunan mənfəət;
- qabaqcadan qəbul olunmuş qərarlara görə ödəmələr;
- Az R-nın gömrük qanunvericiliyində nəzərdə tutulmuş maddi ziyana
görə ödənmiş məbləğ və digər gömrük ödəmələri;
- Az R-nın maliyyə nazirliyi ilə razılaşdırılmış digər daxilolmalar.
Gömrük sisteminin inkişaf fondunun vəsaitlər aşağıdakı tədbirlərin
maliyyələşdirilməsinə yönəldilir:
- Az R-da vergi siyasətinin hazırlanması və həyata keçirilməsi, Az R-nın
iqtisadi maraqlarının təmin edilməsinə və həyata keçirilməsinə nəzarət;
- Az R-sı gömrük orqanlarına tapşırılan mövcüd qanunvericiliyə riayət
edilməsi;
- xarici iqtisadi fəaliyyətin və onun ayrı-ayrı bölmələrinin inkişaf
etdirilməsi, Az R-nın istehsal üzrə beynəlxalq kooperasiyasında iştirakına
kömək edilməsi;
- gömrük işi sahəsində qanunun pozulmasına qarşı mübarizə;
- Gömrük Məcəlləsinə görə Az R-nın beynəlxalq əməkdaşlığının təmin
edilməsi;
- gömrük idarələrinin normal işinin və inkişafının təmin edilməsi;
- gömrük sisteminin maddi-texniki bazasının və sosial sahəsinin
möhkəmləndirilməsi;
- gömrük kadrlarının hazırlanması və təkmilləşdirilməsi tədbirlərinin
maliyyələşdirilməsi, eləcə də DGK-nin tədris müəssisələrinin saxlanması,
inkişaf etdirilməsi və əlavə xərclərin maliyyələşdirilməsi;
- Az R-sı DGK sisteminə daxil olan müəssisə və təşkilatların yaranması
və fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi;
- gömrük orqanlarının aldığı kredit borcların qaytarılması və s.
41
3. Gömrük nəzarətinin təşkili.
Suallar:
1. Gömrük nəzarəti anlayışı.
2. Gömrük məqsədləri üçün tələb olunan sənəd və məlumatlar.
3. Gömrük nəzarəti formaları və onların tətbiqinin əsas xüsusiyyətləri.
4. Gömrük nəzarətinin həyata keçirilməsi prosesində gömrük orqanlarının
fəaliyyətinin əsas istiqamətləri.
5. Gömrük nəzarəti altında olma müddəti.
6. Şəxslərin ayrı-ayrı kateqoriyaları üçün gömrük güzəştləri.
1.Gömrük nəzarəti gömrük hüququnun ən mühüm institutlarından biridir. Gömrük
Məcəlləsinə görə gömrük nəzarəti – gömrük işi üzrə Az Res-sı Qanunvericiliyinə,
həmçinin, icrasına nəzarətin Az Res-sı gömrük orqanlarına həvalə olunduğu Az Res-nın
digər qanunvericiliyinə və beynəlxalq müqavilələrinə riayət olunmasını təmin etmək
məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusudur.
Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir birindən seçilir. Gömrük nəzarəti
birdəfəlik və təkrar ola bilər. Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulurki, gömrük
sərhədi ancaq bir istiqamətdə keçirilir.
Gömrük nəzarəti onun həyata keçirilməsinin qayda və metodlarının məcmusudur.
Bu metodlardan aşağıdakıları göstərmək olar:
-
mal və nəqliyyat vasitələri gömrük məntəqəsinə gətirilərkən həyata
keçirilən adi gömrük nəzarəti;
-
nəqliyyat vasitəsinin hərəkəti zamanı həyata keçirilən gömrük nəzarəti;
42
-
gömrük nəzarətinin müəyyən formalarında azad etmə halları istisna
olmaqla, nəzarətin bütün formalarının istifadə olunduğu tam nəzarət;
-
seçmə gömrük nəzarəti.
Gömrük nəzarətinin növləri.
Dostları ilə paylaş: |