AZƏRBAYCAN RESPUBLİKASI
Əlyazması hüququnda
ABŞ VƏ AZƏRBAYCAN NƏSRİNDƏ MÜHARİBƏ
MÖVZUSUNDA ƏSƏRLƏRİN JANR XÜSUSİYYƏTLƏRİ
İxtisas:
5715.01– Ədəbiyyat nəzəriyyəsi ədəbi təhlil
və tənqid
Elm sahəsi: Filologiya
İddiaçı:
Vüsalə İlqar qızı İbrahimova
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın
AVTOREFERATI
BAKI – 2022
2
Dissertasiya işi Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya
ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir.
Elmi rəhbər:
filologiya
elmləri doktoru, professor
Nailə Məhəmmədhüseyn qızı Sadıqova
Rəsmi opponentlər:
filologiya elmləri doktoru, professor
Hacıyev Asif Abbas oğlu
filologiya elmləri doktoru,
dosent
Quliyeva Mahirə Həmid qızı
filologiya elmləri doktoru, dosent
Hüseynov Qafar Möhsün oğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
nəzdində fəaliyyət göstərən ED 1.05– Dissertasiya şurası.
Dissertasiya şurasının sədri:
______________
akademik,
filologiya elmləri doktoru,
professor
İsa Əkbər oğlu Həbibbəyli
Dissertasiya şurasının
elmi katibi:
______________
filologiya üzrə fəlsəfə doktoru, dosent
İsmixan Məhəmməd oğlu Osmanlı
Elmi seminarın sədri:
______________
filologiya elmləri doktoru, dosent
Məmməd İrac oğlu Əliyev
3
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı və işlənmə dərəcəsi.
Müharibə və
onun insan taleyinə təsiri məsələlərinə müxtəlif yazıçı
mövqeyindən yanaşmaları çağdaş ədəbi proseslərlə üzvi əlaqəsi
mövzunun aktuallığına dəlalət edir. XX əsr dünya tarixində
inqilablar, müharibələr, dünya miqyasında
siyasi və ideoloji
sistemlərin mübarizəsi, qarşıdurması və nəhayət, ilk sosialist
dövlət kimi meydana çıxmış SSRİ-nin dağılması əsridir; bu əsrdə
cəmiyyət həyatında, hər bir xalqın həyat tərzində ciddi hadisələr,
dəyişmələr baş vermişdir və bütün
bunlar ədəbiyyata təsirsiz
qalmamış, bəlkə əksinə, ədəbiyyat əsrin bütün bu qlobal
hadisələrini əks edərək yeni ədəbiyyat yaranmışdır.
Azərbaycan və Amerika xalqları üçün bu dövr həm fərdi,
spesifik,
həm də oxşar, müştərək cəhətlərlə səciyyələnirdi.
Ədəbiyyat bu mərhələdə insanı, xalqı əsrin möhtəşəm hadisələri
– İkinci Dünya müharibəsi kimi hadisələrin içərisində iştirakını,
mübarizəsini geniş lövhələrdə, epik miqyaslı təsvirlərdə təcəssüm
etdirə bilmişdir.
Siyasət məngənəsinə düşən Azərbaycanın füsunkar
Qarabağının ölüm, olum faciəsini həm poetik dillə, həm də nəsrlə
bizim şair və yazarlarımız ifadə etmişlər. Vətənin ağrıları, faciəsi
bütün şairlərin töhfələrini verdikləri fəryadlı poeziyamızın
aparıcı xətti oldu.
Torpaqlarımızı düşmən tapdağından azad etsək də, yenə də
gündəmdə müharibə və sülh, azadlıq
və istiqlaliyyət kimi
məsələlər var və
bu da mövzunun aktuallığını şərtləndirir.
Amerika ədəbiyyatı Azərbaycan elmi-ədəbi mühitində
həmişə ciddi marağa səbəb olmuşdur. Elmi araşdırmaların artan
sayı və son dövrlər tərcümə olunan əsərlərin çoxsaylı faktları
buna sübutdur.
1
1
Аникин Г.В. Литература США и антифашистская борьба. Литература
США XX века. Опыт типологического исследования (авторская позиция,
конфликт, герой), М., 1978, Белов С.Б. Современный американский роман о
войне, М.,Знание,1987, Беляев А. Идеологическая борьба и литература, М.,
Худ.литература, 1988, Бочаров А. Человек и война, М., 1983.
4
XX-XXI əsr Amerika və Azərbaycan ədəbiyyatının
müqayisəli tarixi və ədəbi tipoloji təhlili zamanı
mövzu ilə
əlaqəli elmi işlərdən, həmçinin ümumnəzəri tədqiqatlardan
istifadə olunmuşdur. Keçmiş rus sovet ədəbiyyatşünasları II
Dünya müharibəsindən sonra bu mövzunu ciddi araşdırmışlar.
Lakin tənqidi fikrə diaxronik kəsikdə diqqət verdikdə məlum olur
ki, yeni dövrdə ideologiyadan kənar daha obyektiv və daha
hərtərəfli təhlilə ehtiyac var.