ANTİBÖHRANLI İDARƏETMƏ
Plan:
Antiböhranlı menecmentin mahiyyəti
Müasir iqtisadiyyatda müflisləşmə və iflasın rolu
Müəssisənin müflisləşməsinin xarici və daxili səbəbləri
Antiböhranlı idarəetmə və risklərin idarə edilməsi
Bazar şəraitində firmaların rəqabət mübarizəsi onlardan bir çoxunun sıradan çıxması ilə nəticələnir. Bu hal iqtisadi sistem üçün təbii sayılır. Bununla belə iflasa uğramanın qarşısının alınmasında yaxud bu prosesin başqa uyğun variantda həll edilməsində menecerlərin böyük rolu vardır. Öz işinə ciddi, peşəkar yanaşan menecer antiböhran tədbirlərini iflasa uğrama baş verəndən sonra sabitlik pozulmanın ilk vaxtlarından həyata keçirir.
Antiböhran tədbirləri sistemli xarakter daşıyır və ona görə də çoxcəhətli və çoxtərəfli olur. Antiböhran idarəetmə xoşagəlməz halların qarşısının alınması, firmanın potensialından səmərəli istifadə edilməsi, çətinliklərin aradan qaldırılması, bazar mövqeyinin ( marketinq tədbirləri) möhkəmləndirilməsi üzrə proqram xarakterli seçimdir. Lakinbütün müəssisələr üçün həmin tədbirlər eyni standart ola bilməz, hər bir müəssisənin və ölkənin öz reallığı vardır. Bununla yanaşı, antiböhran tədbirlərinin məzmunca bir sıra oxşar cəhətləri və menecerlərə olan tədbirlərdə uyğun prinsipləri vardır. Məsələn, hər yerdə menecerlərdən yenilikçilik, dərin elmi- texniki və iqtisadi təfəkkür tələb olunur. Bəzən menecerdə belə təfəkkürün formalaşması konkret şəraiti nəzərə ala bilməyə, qeyri- standart qərarlar qəbul etməyə imkan yaradır.
Hazırda sahibkarlıq, biznes fəaliyyətindəki uğurların əldə edilməsi antiböhran menecmentin və antiböhran marketinqin imkanlarından bacarıqla istifadə etməyi tələb edir. Bunun üçün nəinki ayrı- ayrı şirkətlərdə makroiqtisadi səviyyədə antiböhran tədbirləri- ( struktur siyasəti, səmərəli seçim problemlərinin həlli və s. ) həm də makroiqtisadi menecment tədbirləri görülməlidir. Həm də strateji proqramlar cari və perspektiv planlarla, strateji menecmentlə üzvi şəkildə əlaqələndirilməli və ən müasir metodlar və vasitələrlə həyata keçirilməlidir.
Hüquqi və fiziki şəxsin öz borc öhdəliklərini vaxtlı- vaxtında ödəyə bilməməsinə onun müflisləşməsi deyilir. Müflis olan hüquqi şəxsin mütləq ödəmə qabiliyyətinin olmamasının məhkəmə tərəfindən təsdiq edilməsi isə onun iflasa uğraması kimi başa düşülür.
Müflisləşmə obyektiv iqtisadi münasibətlərin əsas atributudur. O, iqtisadiyyat adını daşıyan iri sistemin vacib elementi rolunu daşıyır. Onun vasitəsilə bazar iqtisadiyyatının subyektləri kimi çıxış edən ayrı- ayrı investor və borclu arasında münasibətləri tənzimləməklə növbəti iqtisadi yüksəliş üçün zəmin yaranır.
Beləliklə, müflisləşmə elementinin olması normal iqtisadi sistemin fəaliyyət göstərməsinə dəlalət edir. Hər bir biznesmen və işgüzar adam yadda saxlamalıdır ki, müflisləşmə onu daim bir “ kölgə” kimi izləyir. Lakin bu onları qorxutmamalıdır, əksinə, dərk etməyə sövq etməlidir ki, məhz müflisləşmə onların bir “ aktyor” və ya bir “ idmançı” kimi formada qalmalarının zəruri şərtidir. Aşqa sözlə, bu təhlükə biznes fəaliyyətinin səmərəli qurulmasının ayrılmaz tərkib hissəsidir. Müflisləşmənin iqtisadi sistemdə pozitiv və neqativ tərəfləri vardır. Obrazlı desək, “ canavar adətən sürüdən xəstə və zəif qoyunu apardığı” kimi müflisləşmə də biznes fəaliyyətində ən zəif və xəstə təsərrüfat subyektlərini oyundan kənar vəziyyətə salır. Bu minvalla müflisləşmə aşağıdakı məsələləri həll edir:
müflisləşmə istehlakçılara az və tamamilə lazım olmayan məhsul və xidmət təklif edən istehsalçıları sıradan çıxarır.
müflisləşmə struktur dəyişikliyinə zəmin yaradır, yəni azad olunan istehsal amilləri bir sahədən digər sahəyə keçirlər. Kapital axını təbii şəkildə baş verdiyindən onun səmərədi də yüksək olur.
müflisləşmə əmək resurslarının çevik hərəkət etməsinə təkan verməklə kadrların yenidən hazırlanmasına- mütərəqqi peşə və ixtisaslara yiyələnməsinə şərait yaradır.
müflisləşmə qorxusu biznesmenləri və investorları daha çox sahibkar kimi davranmağa sövq edir. Onlardan daha çox qeyri- standart yenilikçi qərarlar qəbul etməyi, yeni istehsal və kommersiya ideyaları axtarmağı, bazar konyukturasını düzgün qiymətləndirməyi, risk etməyi, daha çox daxili və xarici informasiyanı təhlil etməyi tələb edir.
müflisləşmə qorxusu mütərəqqi texnologiyaların, ucuz bazarlardan xammal və materialların, digər resursların istehsala cəlb edilməsinə geniş şəkildə xarici iqtisadi fəaliyyətlə məşğul olmağa imkan yaradır.
müflisləşmə həmdə azad təsərrüfat subyektləri arasında gedən rəqabət mübarizəsini gücləndirir.
Qeyd edilən məsələləri həll etməklə yanaşı müflisləşmənin zərərli təəfləri də vardır. Belə ki, artıq formalaşmış təşkilatın iflası işgüzar ordusunu artırmaqla bərabər zəncirvari şəkildə kreditor və səhmdarların vəsait itkisinə, iflasa, təşkilatla daima kommersiya və kooperasiya əlaqələrində olan müəssisələrin maliyyə çətinliklərinə və əgər bu əlaqələrin xüsusi çəkisi yüksəkdirsə, onda hətta onların da müflisləşməsinə səbəb olur.
Beləliklə, müflisləşməni, iflası, sanasiyanı ( sağlamlaşdırma ) , müəssisənin yenidən qurulması və digər məsələləri özündə birləşdirən “ antiböhranlı idarəetmə” məfhumu çoxşaxəli fəaliyyət olaraq borclu vəziyyətinə düşən müəssisənin daxili və xarici mühitinin təhlil edilməsini və böhran vəziyyətindən çıxmaq yollarının müəyyənləşdirilməsini nəzərdə tutur.
Müflisləşmə sistemi dövlət orqanları tərəfindən təmin olunan bir sıra məntiqi, təşkilati və metodiki vasitələri birləşdirir. Müflisləşmə sistemində ilkin olaraq məqsəd və prinsiplər müəyyən edilir, sonra isə müəssisənin vəziyyəti təhlil edilir, iflasın qarşısının alınması tədbirləri hazırlanır və sistemdə göstərilən digər işlər həyata keçirilir.
Müasir şəraitdə hər bir işgüzar təşkilat daima mürəkkəb mühitlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, xarici mühitin tərkibinə isə müəssisənin cari və strateji fəaliyyətində qarşılaşdığı bütün amillər, normalar və təşkilatlar daxildir. Xarici mühit heç vaxt sabit olmur. Bu da onun daima inkişafda olmasından, mürəkkəbliyindən, qeyri- müəyyənliyindən və xarici mühit amillərinin bir- birilə qarşılıqlı şəkildə əlaqədə olmasından asılıdır. Müəssisəyə təsir göstərən xarici mühit amilləri müxtəlif xarakterə keyfiyyətlərə malik olduğuna görə onları şərti olaraq 2 qrupa – birbaşa və dolayı təsir qruplarına bölürlər.
Birinci qrupa əmək, material və kapital resurslarının təchizatlarını, istehlakçıları, rəqibləri, həmkarlar ittifaqlarını, qanunverici və dövlət orqanlarını, ikinci qrupa isə iqtisadi vəziyyəti, sosial- mədəni amilləri, siyasi amilləri, elmi- texniki tərəqqini və beynəlxalq hadisələri aid edirlər.
Şəraitdən asılı olaraq göstərilən hər bir amil müəssisənin müflisləşməsinin əsasını qoya bilər.
Müəssisənin müflisləşməsinin xarici səbəblərinin təsirini azaltmaq üçün isə hər bir müəssisənin gözlənilməyən dəyişikliyə idarəetmə reaksiyası reaktiv şəkildə deyil, aktiv və ya planlı şəkildə olmalıdır.
Xarici səbəblərin mənfi təsirini yumşaltmaq üçün işgüzar təşkilatda aşağıdakı keyfiyyətlər olmalıdır:
ölkədə və xaricdə makroiqtisadi vəziyyəti təhlil etmə bacarığı
potensial alıcıların aktual ehtiyac və tələbatlarını vaxtında üzə çıxarma bacarığı
istehsal amilləri bazarlarında iqtisadi konyukturun təhlili bacarığı və s.
Daxili mühit isə istehsal sisteminin aşağıdakı funksional sahələrini müəyyənləşdirir.
Dostları ilə paylaş: |