Arxeologiya elminə görə ibtidai icma quruluşu 3 yerə bölünür ədəddir



Yüklə 21,76 Kb.
tarix16.12.2023
ölçüsü21,76 Kb.
#183330
İbtidai icma quruluşu təxminən ilk insanın yaranandan sora


İbtidai icma quruluşu təxminən ilk insanın yaranandan sora (1.5 milyon il bundan əvvəl ) kiçik dövlət qurumları yarananadek ( eramızdan əvvəl 3 - 1 ci minilliyi əhatə edir ) mövcud olmuşdur .

Arxeologiya elminə görə ibtidai icma quruluşu 3 yerə bölünür ədəddir


1. Daş dövrü
2 . Tunc və dəmir
3 . Dəmir dövrü

Daş dövrü


Əsas əmək alətlərinin daşdan hazırlanması daş dövrünü əhatə edir daş dövrü özü də əmək alətlərininin hazırlanmasına görə , növünə görə 3 yerə bölünür :
1) Paleolit (qədim daş dövrü )
2) mezolit (orta daş dövrü)
3) neolit ( yeni daş dövrü)
4) eneolit (mis - daş dövrü )

1) ibtidai icma quruluşunun ilkin mərhələsi olsan Paleolit özu də 3 sinfə bölünür


1a) alt Paleolit
1b) orta Paleolit
1c) üst Paleolit
İkinci dünya müharibəsindən sonra Azerbaycanli arxeoloqlarin səyi nəticəsində respublika ərazisində azıx, tağlar, damcılı ,qazma ,buzeyir ve s . Maddi mədəniyyət nümunələri aşkar olundu qısa vaxt ərzində Azərbaycanda 30 dan çox Paleolit düşərgəsi aşkar olundu .
1a) Alt Paleolit - ( 1.2 milyon - 100 min il bundan əvvəl ) dövrünə aid ən qədim Maddi mədəniyyət nümunələri azıx , tağlar damcılı, qazma mağaralarinda aşkar edilmişdir . Bu abidələr dən en zengin sərvət və tarixə malik olanı azıx mağarası olmuşdur . Eyni zamanda ən çox SSRİ də ən çox araşdırma aparılan Maddi mədəniyyət nümunəsi olmuşdur. Bu mağarada ən qədim arxeoloji tədqiqatlar 7- 10 təbəqəsinə aiddir . Bu təbəqədə 300 dən çox daş alət əldə edilmişdir. Azıx da yaşayan insanlar yaxınlıqdaki Quruçay vadisində özləri üçün çay daşlarından müxtəlif əmək alətləri düzəldirdilər .
Quruçay mədəniyyəti - ( eramızdan əvvəl 1.2 milyon - 700 kimi) əhatəsinə daxil olan insanlar ovçuluq və yigiciliq ilə məşğul olmuşdurlar.
1968 ildə azıx arxeoloji abidələrində 18-22 yaşlı qadina məxsus alt çənə sümüyünun bir hissəsi aşkar olunmuşdur . Azıx adamı elmi ədəbiyyatda azıxantrop adlanır. Azıxantroplad süni od əldə etməyi və sadə yaşayış məskənləri insa etməyi bacarırdilar. Ovçuluğun və yiğıcıliğin mövcud olduğu alt Paleolitdə mənimsəmə təsərrüfatı hökm sürürdü . İnsanların tarixi birliyinim əsas forması insan sürüsü bu bu dövrdə yaranmışdır.

1b) orta paleolit -- dövrü təqribən 100 min il – 40 min il bundan əvvəli əhatə edir. (Bu dövrə aid maddi mədəniyyət qalıqları Fransanın Le –Mustye düşərgəsində tapıldığına görə Mustye mədəniyyəti adlanır). Bu dövrün sakinləri Neandertal insanlar adlanır. Bu dövrə aid Azıx (III təbəqə), Tağlar, Daşsalahlı, Qazma və Buzeyir düşərgələrində maddi mədəniyyət nümunələri tapılmışdır. Əmək alətləri çaxmaq daşı, şist, dəvə gözündən hazırlanmışdır. Orta paleolit dövründəən çox vəhşi at, ceyran, maral, ayı və s. ovlanmışdır. Orta paleolitin axırı, üst paleolitin əvvəllərindəqəbilə icması yaranmağa başlamışdır. Axirət dünyasına, totemlərə (heyvanlara) inam, ovsun bu dövrdə yaranmışdır.

1c) ust paleolit -- təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Üst paleolit dövründə insanların həyatında, təsərrüfatda, əmək alətlərinin hazırlanmasında yeniliklər baş vermişdir. Bu dövrdə daş və sümükdən incəsənət nümunələri düzəldilir, çaxmaq və dəvəgözü daşlarından qaşov, tiyə, biz və s. hazırlanmışdı. Daş alətlərlə yanaşı sümükdən biz, bıçaq, qarmaq, süngü, iynə və s. düzəldilirdi. Azərbaycan ərazisində üst paleolit dövrü zəif öyrənilmişdir. Əsasən Damcılı mağarasında və Zar yaşayış yerində üst paleolitə aid maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Bu dövrdə müxtəlif dəfn adətləri mövcud olmuşdur. Üst paleolitdə qəbilə (nəsli) icmasının formalaşması başa çatmışdır. Qan qohumluğuna əsaslanan qəbilə icması ibtidai insan sürülərinə nisbətən sabit və möhkəm idi. Qəbilənin ən hörmətli üzvləri ağsaqqallar idi. Onlar əmək alətlərinin hazırlanmasına, qidanın əldə edilməsinə və bölüşdürülməsinə, gənclərə ovçuluq işlərinin öyrədilməsinə başçılıq edirdilər. Qəbilənin təsərrüfat və ictimai həyatında başlıca rolu qadınlar oynamışdı. Kişilər ancaq ovçuluqla məşğul olurdu. Qadının əsas rol oynadığı qəbilə icmasının bu mərhələsi Anaxaqanlıq (matriarxat) adlanır. Bu dövrdə “Ağıllı insan”ın (Homo sapiens) yaranması başa çatdı. Ağıllı insanı bacarıqlı insandan fərqləndirən əsas xüsusiyyətlər, boyca hündür, düz qamətli olması, şüura, rabitəli nitqə malik olması, beyin həcminin iki dəfə böyük olması idi
2 ) Mezolit
(Orta daş dövrü) dövrü e.ə.12-8 minilliyi əhatə edir. Bu dövrdə buzlaşma qurtarır, . İri heyvanların nəsli kəsilmiş, əsasən xırda heyvanlar ovlanırdı. Ona görə də əvvəlki kütləvi ov etmə üsulu və əmək alətləri öz əhəmiyyətini itirmişdi. Azərbaycanın mezolit düşərgələrində çaxmaqdaşı və dəvəgözündən hazırlanmış çoxsayli ox ucları, kiçik həcmli bıçaqlar, bizlər, dişli gəzli alətlər aşkar edilmişdir. Mezolit dövrünün ən mühüm ixtirası ox və kamanın kəşfi olmuşdur. Ovçuluq ön plana keçdi. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçid başladı. İlk əkinçilik vərdişlərinin yaranması ilə ibtidai əkinçiliyin əsası qoyuldu. nüvələr, kiçik bıçaqvari lövhələr, xırda qaşovlar, kəsici və deşici alətlər tapılmışdır. Qobustan qayaları üzərində yay və oxla silahlanmış insan təsvirləri vardır. Damcılı və Qobustan sakinlərinin əsas məşğuliyyəti ovçuluq olmuş, hər iki məskənin əhalisi balıq da ovlamışdı.Mezolitin ortalarından başlayaraq qəbilələrin birləşməsi əsasında tayfalar formalaşmağa başladı. Hər bir tayfanın özünəməxsus dili, ərazisi, adət-ənənəsi və dini ayini olmuşdur. Tayfa insan tarixi birliyinin yeni forması idi. Tayfanın ali orqanı tayfa yığıncağı idi. Bütün qərarlar tayfa şurasında qəbul olunurdu.

3) neolit

(Yeni daş) dövrü Cənubi Qafqazda, o cümlədən Azərbaycanda e.ə.VIII-VI minillikləri əhatə edir. Bu dövrdə əmək alətləri xeyli təkmilləşmiş, insanlar daşı yonmağı, oymağı, cilalamağı və deşməyi öyrənmiş, əyiricilik və toxuculuqla məşğul olmuş, balıqçılıqda tordan, qarmaqdan, harpundan istifadə etmişlər. Neolit dövrünün mühüm yeniliklərindən biri gil (saxsı) qabların istehsalına başlanması idi. Elmi ədəbiyyatda bu yenilik “Neolit inqilabı” adlanır. Eyni zamanda bu dulusçuluğun əsasının qoyulması demək idi. Azərbaycan ərazisində yaşamış qəbilələr neolit dövründə yabanı dənli bitkiləri toplamaqdan, onları mədəni surətdə becərməyə başladılar. Beləliklə, yığıcılıqdan əkinçilik meydana gəldi. Onlar vəhşi heyvanları ovlamaqla yanaşı, əhliləşdirməyə başladılar. Ovçuluqdan maldarlıq yarandı. İstehlak (mənimsəmə) təsərrüfatından, istehsal təsərrüfatına keçid başa çatdı. möhrə və çiy kərpicdən hörülmüş evlərdən kəndlər salınırdı.

4) eneolit


(Mis-daş) dövrü Azərbaycanda e.ə. VI minillikdən - e.ə.IV minilliyin ortalarına qədər davam etmişdir. mis yataqları mövcud olduğuna görə, bu ərazilərdə yaşamış qəbilələr misdən daha tez istifadə etmişdilər. Misdən əsasən əmək aləti, silah, bəzək və məişət əşyaları düzəldilirdi. Eneolit dövrünün yaşayış məskənləri özünəməxsus quruluşa malik idi. Çiy kərpicdən hörülmüş dairəvi və dördkünc yaşayış evləri və təsərrüfat tikililəri kiçik həyətlə birlikdə hasar içərisinə alınırdı. Cəlilabad rayonu ərazisində yerləşən Əliköməktəpədən e.ə. V minilliyin sonlarına aid əhliləşdirilmiş atın sümüyü tapılmışdır.

TUNC VE DEMIR DOVRU


Mis kövrək idi, tez əyilir və sınırdı. Uzun sürən təkmilləşdirmə prosesinin nəticəsində misin tərkibinə sürmə, qalay, mərgümüş, nikel qatılaraq yeni metal olan tunc əldə edildi. Tunc təbiətdə hazır şəkildə olmur. Azərbaycanda tunc dövrü e.ə.IV minilliyin ikinci yarısında başlamış, e.ə.II minilliyin sonuna qədər davam etmişdir. Əmək alətləri, məişət, bəzək əşyaları, silahlar tuncdan hazırlandığına görə bu dövr tunc dövrü adlanır.
Tunc dövrü üç mərhələyə bölünür: Erkən tunc dövrü, Orta tunc dövrü, Son tunc və erkən dəmir dövrü
ERKEN TUNC -----(Kür–Araz mədəniyyəti) Bu dövr e.ə. IV minilliyin ikinci yarısı-III minilliyin sonunu əhatə edir. Bu dövdə insanlar sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan dağ ətəklərinə yayılıb məskunlaşmışdılar. Artıq e.ə.III minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış əkinçiliyinə verməyə başladı. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağlıq və dağətəyi yerlərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdı.
Erkən tunc dövründə əkinçilik, maldarlıq və metalişləmə daha qadın peşəsi deyildi. Bu peşələr xüsusi dözüm, güc tələb edirdi və tədricən kişi peşəsinə çevrildi. Təsərrüfatda və tayfanın idarə olunmasında kişinin rolu artdı. Beləliklə anaxaqanlıq ataxaqanlıqla (patriarxatla) əvəz olundu. Nəsil ata xətti ilə müəyyən olunmağa başladı.

ORTA TUNC---Bu dövr e.ə III minilliyin sonu, II minilliyin birinci yarısını əhatə edir. Orta tunc yaşayış məskənləri eneolit dövrünə nisbətən daha geniş ərazini əhatə edirdi. Bu dövrdə Urmiya bölgəsindən başqa Azərbaycanın digər bölgələrində də ilkin şəhər mərkəzləri yaranmışdır. Belə mərkəzlərə Naxçıvandakı II Kültəpəni, Oğlanqalanı, Qarabağdakı Üzərliktəpəni və s. aid etmək olar. Naxçıvan şəhəri bundan 3500 il əvvəl Orta tunc dövründə şəhər dövlətlərindən birinin mərkəzi kimi yaranmışdır. Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir. Orta tunc dövründə cəmiyyətin həyatında yeni ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə, dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Əliköməktəpədən tuncdan məişət əşyaları, əmək alətləri (yastı baltalar, biz,bəzək əşyaları və s.), silahlar (xəncər, ox və nizə, döyüş balatası), dəri,sümükişləmə sənətinə aid məmulatlar tapılmışdır. Daş işləmə sənəti isə getdikcə öz əhəmiyyətini itirməkdə idi.


Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır,xış əkinçiliyi tətbiq edilir, buğda, arpa və darı becərilirdi.Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kənd təsərrüfatında üzümçülük mühüm yer tuturdu.
Əkinçilik və maldarlıq təsərrüfatının çiçəklənməsi şəraitində artıq məhsul,zinət əşyaları,sürülər,otlaqlar və s.tayfa başçılarının və əyanların əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi.
SON TUNC -- (e.ə. XIV-XII əsrlər) və Erkən dəmir dövrü (e.ə. XI-VIII əsrlər). Son tunc dövrü e.ə.XIV-e.ə.XII əsrlərdə mövcud olmuşdur. Azərbaycanda ilk dəmir alətlər e.ə.II minilliyin axırları və I minilliyin əvvəllərində hazırlanmışdır.Bu dövrdə məhsuldar qüvvələr arasında maldarlıq,əkinçilik,sənətkarlığın müxtəlif sahələri inkişaf etdi,ictimai quruluşda əsaslı dəyişiklik yarandı.Daha güclü tayfalar bu dövrdə formalaşdı,ibtidai icma quruluşu dağılması prosesi sürətləndi. Son tunc və erkən dəmir dövründə əkinçilik və maldarlıq inkişaf etmişdir. Əkinçilik yeni mərhələyə qədəm qoymuşdur.Xış təkmilləşmiş, taxıl tunc oraqla biçilmişdi.Taxılın döyülməsi işində heyvanlardan (at,öküz),daş vəllə yanaşı taxta, vəllərdən də istifadə olunmuşdu. Bu dövrdə sənətkarlıqda bir sıra əsaslı dəyişikliklər baş verdi.Sənətkarlığın müxtəlif sahələri meydana gəldi,sənətkarların təbəqələşməsi baş verdi.Daha sonra sənətkar-tacirlər ancaq ticarətlə məşğul olmağa başladılar və beləliklə,ticarətlə məşğul olan tacirlər zümrəsi meydana gəldi və ticarət sənətkarlıqdan ayrıldı,üçüncü böyük ictimai əmək bölgüsü yarandı.Sənətkarlıqda dulusçuluq xüsusi yer tuturdu. Bu dövrdə müxtəlif silah növləri (balta, nizə, qılınc və s.), əmək alətləri (oraq, iynə, biz, xış ucu, bıçaq və s.), bəzək əşyaları (sırğa, kəmər, üzük, qolbaq, muncuq, düymə və s.) və digər keyfiyyətli məmulatlar istehsal edilmişdir.
Son tunc və erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalar arası və ölkələrarası arası ticarəti daha da gücləndirmişdi. Azərbaycanın Ön Asiya, xüsusilə Mesopotamiya (İkiçayarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri vardı.
Yüklə 21,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin