Avstraliya iNGİLİZCƏsinin leksik-semantik xüsusiYYƏTLƏRİ



Yüklə 38,14 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü38,14 Kb.
#38716
  1   2   3   4   5
AVSTRALİYA İNGİLİZCƏSININ LEKSIK-SEMANTIK XÜSUSİYYƏTLƏRİ


AVSTRALİYA İNGİLİZCƏSININ LEKSIK-SEMANTIK

XÜSUSİYYƏTLƏRİ

Lüğətin təsviri - dilin ən mobil, çoxölçülü və sayılmayan elementidir, hansıki hər zaman müəyyən çətinliklərlə ( xüsusən də dilin söz ehtiyatının az-çox tam mənzərəsini yaratmaq lazım gələrsə) əlaqəlidir. Bu zaman lüğətin ümumi xüsusiyyətləri və quruluşu, ümumi nüvə və mikrosistem elementlərinin nisbəti, nəzərdən keçirilən mikrosistemdə yerli işarələnmiş elementlərin spesifik çəkisi, jarqon daxil olmaqla ədəbi və qeyri-standart elementlərin nisbəti və "əlaqəsi", ədəbi üslubun xüsusiyyətləri nəzərə alınır. Avstraliya variantına gəldikdə isə həll yolu bənzərdir, təsvirlər bir çox "ağ ləkə"lər səbəbindən tam olaraq hələ mümkün deyil. Buna görə də burada tanınmış əsərlərdə əks olunan söz lüğətinin ən ümumi xüsusiyyətlərinə malik olan, Avstraliya İngilis dilinə həsr edilmiş və xüsusilə seçilmiş leksik-semantik, (leksik-üslubi və söz əmələ gətirmə) BE və AuE paradiqmaları ilə sistematik müqayisədə diqqət yetiriləcədir.

AuE lüğətindəki "Avstraliya elementi" Avstraliya ədəbi lüğətinin üzvi bir hissəsi olan və nəzərə çarpacaq dərəcədə mürəkkəb bir sistemdir və qeyri strandart təbəqələrin leksik toxumasına nüfuz edir.

Avstraliya Ensiklopediyasına (1963) görə "Avstralizmlər"in sayı10.000-ə çatır. Ancaq nəzərə alınmalıdır ki, "avstralizmtlər"etimologiyasında ensiklopediya müəlliflərinin termininə uyğun olaraq boomerang və kangaroo kimi sözlər daxildir. Digər tərəfdən, bir çox termin və terminoloji birləşmə Ensiklopediya müəlliflərinin nəzərindən kənarda qalır. Bunlara fauna və flora adları sahəsini, yer adlarını və s. toponimik lüğətlərdən birini söyləmək kifayətdir. "Avstraliya materialında" 3000-dən çox termin var və ən mühafizəkar hesablamalara görə, yalnız Qərbi Avstraliya əyalətində botaniklər 6000-dən çox endemik bitki növü qeyd edibər. Son on ildə Avstraliya ədəbi lüğətinin bir çox leksik vahidi Ensiklopediyaya daxil edilməyib(lay-by kimi, home u n it, pastoralist və s.).

"Avstralizmlər"in sayına dair məlumatlar müxtəlif yollarla təfsir edilə bilər. Bir tərəfdən 10.000 rəqəmi olduqca təsir edicidir və bu baxımdan, ingilis dilinin digər variantları ilə məsələn, American English ilə müqayisə edilə bilər. Bundan əlavə ümumi ingilis dili lüğəti ilə nisbətdə də (Böyük Oxford Lüğətində 100.000-dən çox leksik vahidin olduğunu düşünsək), "Avstralizmlər" AuE lüğətinin nəzərəçarpan bir hissəsi ola bilməz. Digər tərəfdən, bu rəqəm peşəkarlıq, jarqon, arqo "və s. ilə əlaqəli sözlərin əhəmiyyətli bir hissəsini, həqiqətən mövcud olan leksik vahidləri əhatə edir. Ədəbi lüğətin hüdudlarında, O. Qreydi kimi bəzi yazıçıların yüngül əli ilə bu "sözlər" (“They ’re a weird mob”) "Avstralizmlər" kimi göstərilir. C.Bakerin məcazi ifadəsinə görə Avstraliyadakı İngilis dili lüğətinin əsasən bu cür leksik vahidlərdən ibarət olduğuna inanmaq, tamamilə xardaldan ibarət bir şam yeməyi fikri ilə eynidir."

AuE ədəbi üslubundakı avstralizmlər müəyyən dərəcədə mənzərəni aydınlaşdırmağa kömək edir. Müşahidələr göstərir ki, “avstralizm”lərin rolu leksikada,xüsusilə avstraliyalıların danışığında müxtəlif fəaliyyət sahəsində işlənməsindən asılı olararaq fərlidir. Belə ki, söz ehtiyatı avstraliyalıların nitqində fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Bu vəziyyətdə "avstralizm" lərin payı nəzərə çarpandır və bunların çoxu (məsələn bloke "oğlan" mənasında; paddock "istənilən ölçüdə çəpərlənmiş sahə" mənasında; wowser - "başqalarının əhvalını zəhərləyən bir insan" və s.) istifadə tezliyi baxımından hər gün istifadə olunan ümumi ingilis sözlərinə food və ya hotel kimi yanaşırlar. Avstralizmlər bir çox poetik əsərlərin ,xüsusiə xalq mahnılarının ,folklorların əsasını təşkil edir. AuE-nin bu xüsusiyyəti W. Gudij'in "The G reat A ustralian Slangage" şeirində özünü daha yaxşı göstərir.

’Tis the everyday A ustralian Has a language of his own, H as a language, or a slangage W hich can sim ply stand alone And a “dickin pitch to kid us” Is a synonym for “lie” , And to “nark it” means to stop it, And to “n it it” means to fly! A nd a bosom frie n d ’s a “cobber” , And a horse a “prad” or “m oke” W hile a casual acquaintance Is a “joker” or a “bloke” .

Avstralizmlər AuE-də fərdi leksik vahidlərdən bir neçə onlara, və bəzən yüzlərlə leksik vahidlərə qədər bu və ya digər konseptul sferalardan asılı olaraq,qeyri-bərabər paylanmışdır. Bu daha ətraflı müzakirə edilməlidir.




Yüklə 38,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin