1
Az
ərbaycan Milli Elmlər Akademiyası
İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU
Rasim Əliquliyev
Əfruz Qurbanova
TERM
İNOLOJİ İNFORMATİKA: FORMALAŞMA
MƏRHƏLƏLƏRİ VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ
EKSPRESS –
İNFORMASİYA
İNFORMASİYA CƏMİYYƏTİ SERİYASI
Bakı – 2014
2
Əliquliyev R.M., Qurbanova Ə.M. Terminoloji informatika:
formalaşma mərhələləri və inkişaf istiqamətləri. Ekspress-
informasiya. İnformasiya cəmiyyəti seriyası. Bakı:
“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2014, 71 səh.
Ekspress-informasiyada müasir dövrd
ə terminologiya
f
əaliyyətinin rolu və əhəmiyyəti, bu sahədə xarici təcrübə
araşdırılıb, Terminologiya üzrə Beynəlxalq İnformasiya
M
ərkəzinin fəaliyyəti və beynəlxalq standartlar təhlil edilib.
B
u standartlarda terminologiyanın müxtəlif problemlərini
əhatə edən bir sıra məsələlərin əhəmiyyəti və onların tətbiqinin
zəruriliyi göstərilib. Azərbaycanda terminologiya üzrə milli
standartların işlənməsinin vacibliyi əsaslandırılıb.
T
ədqiqat işində terminoloji informatika sahəsində
aparılan tədqiqatların müasir vəziyyəti və onların müqayisəli
t
əhlili verilib, terminoloji biliklər bazasının yaradılması
imkanları analiz edilib.
Az
ərbaycanda terminologiya fəaliyyətinə informasiya-
kommunikasiya texnologiyaları mövqeyindən yanaşmanın
z
əruriliyi əsaslandırılıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi
Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur.
Elmi redaktor: tex.f.d., dos. Z
ərifə Cəbrayılova
ISBN: 978-9952-434-69-9
“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2014
3
MÜNDƏRİCAT
1
Müasir dövrd
ə terminologiyanın rolu və əhəmiyyəti
4
2
Terminologiya sah
əsində xarici təcrübənin təhlili
13
3
Terminologiya üzr
ə beynəlxalq standartlar
36
4
Terminoloji informatika sah
əsində
aparılan
araşdırmaların müasir vəziyyəti
41
5
Terminoloji informatika sah
əsində
aparılan
araşdırmaların təhlili
52
6
Az
ərbaycanda terminologiya fəaliyyətinə yeni
yanaşmanı zəruri edən amillər
60
Ədəbiyyat
64
4
1.
MÜASİR DÖVRDƏ TERMİNOLOGİYANIN
ROLU
VƏ ƏHƏMİYYƏTİ
Son illər həm milli, həm də xarici linqvistikada ayrı-
ayrı predmet sahələrində və müxtəlif dillərdə
terminologiyanın problemlərinin hərtərəfli öyrənilməsinə
böyük diqqət ayrılır.
Sərhədlərin açılması və genişlənməsi, elmi-texniki
inqilabın ictimai həyatın bütün sferalarına təsiri ilə
əlaqədar müasir həyat tempinin yüksəlməsi tədqiqatçılar
arasında professional ünsiyyət dilinə (Language for special
purposes (LSP) -
xüsusi məqsədlər üçün dil – dilin
müxtəlif funksional formasıdır, elmin və texnikanın
müxtəlif sahələrində təcrübə mübadiləsi, xüsusi bilik
sahələrində ünsiyyət, əsasən də informasiyanın ötürülməsi
üçün təyin olunub) marağın artmasına səbəb olub. Bu isə
yeni terminlər, o cümlədən leksikoqrafik terminlər axınının
əhəmiyyətli dərəcədə çoxalmasına gətirib çıxarıb ki,
onların da sistemləşdirilməsi və izahının verilməsi
zəruridir.
Bu gün sənədlərin böyük əksəriyyəti mütəxəssislər
üçün nəzərdə tutulduğundan onların böyük əksəriyyəti
terminologiyadan ibarətdir. Başqa sözlə, formula, kod,
5
simvollar və qrafika kimi dil elementlərini özündə əks
etdirən terminologiya faktların, fikirlərin və biliklərin
təqdimatı və ötürülməsi üçün əsas vasitədir [1].
X
üsusi bilik və informasiyanın (birdilli və ya çoxdilli
olmasından asılı olmayaraq) ötürülməsi terminoloji
resursların yaradılması və yayılması ilə birbaşa əlaqəlidir.
Bu proses təkcə elm və texnikada deyil, həmçinin hüquq,
dövlət idarəçiliyi, səhiyyə və digər sahələr üçün də
zəruridir. Əlavə olaraq terminologiya sənədlərin işlənməsi
və yayılmasında da əsas rol oynayır. Akademik fənn kimi,
termin
ologiya biliyin yüksəkkeyfiyyətli, effektiv təqdimatı
və ötürülməsi üçün konsepsiya və metodologiya təklif edir.
Bu metodologiyalar dil üzrə mütəxəssislər tərəfindən,
eləcə də müvafiq hazırlıqdan sonra diğər sahənin
mütəxəssisləri tərəfindən istifadə oluna bilərlər, həm də
terminoloji resursların və biliyin təqdimatı üçün digər
formaların
aşkarlanması,
yayılması,
ötürülməsi,
saxlanması və dəstəklənməsi vasitələrinin çoxalması üçün
də zəmin yaradır.
Elmin sosial rolunun artması, informasiyanın
h
əcminin daim çoxalması həm yeni, həm inkişaf edən, həm
6
d
ə artıq formalaşan bilik sahələrinin termin sistemlərinin
sistemli t
ədqiqini zəruri etmişdir. Biliyin müxtəlif
sahələrinin termin sistemlərinin sərbəst tədqiqat obyekti
kimi ayrılması hazırkı dövrdə inkişaf edən və tədqiqat
metodları təkmilləşən terminoqrafiya və terminşünaslıq
kimi sərbəst elmi predmetlərin meydana gəlməsinə səbəb
oldu [2].
Terminşünaslıq
(terminologiya)
tipologiyası,
mənşəyi, forması, məzmunu və fəaliyyəti, həmçinin
istifadəsi, nizama salınması və yaradılması nöqteyi-
nəzərindən xüsusi leksikanı öyrənən elmdir [3].
Terminologiya bir-
biri ilə əlaqəli bir neçə fənnin
tədqiqat obyektidir. Linqvistikada o, nəzəriyyə obyekti,
tətbiqi terminşünaslıqda unifikasiya, standartlaşma və
nizamlama
obyekti, informatikada informasiya
sistemlərinin süni dillərinin yaradılması vasitəsidir. Xüsusi
bilik sahələrinin anlayışlarının ifadə edilməsinə xidmət
edən dil işarələrinin məcmusu kimi terminologiya xüsusi
fənndir [4].
Hazırkı dövrdə terminşünaslıqda bir sıra sərbəst
istiqamətlər fərqlənir ki, onlardan ilk növbədə nəzəri
terminşünaslığı ayırmaq olar. Nəzəri terminşünaslıq xüsusi
7
leksikanın inkişaf qanunauyğunluqlarını öyrənir. Hal-
hazırda terminşünaslığın nəzəri problemlərinin tədqiqi ilə
məşğul olan bir sıra milli məktəblər mövcuddur. Belə ki,
avstriya-alman, fransa-
kanada, rus, çex milli məktəbləri
fəaliyyət göstərir ki, bu məktəblər xüsusi leksikaya baxışın
aspektləri və yanaşma nöqteyi-nəzərindən fəqlənirlər [5].
Terminşünaslığın ikinci əsas istiqaməti olan tətbiqi
terminşünaslıqda terminologiya və terminlərin izahı,
qiymətləndirilməsi, redaktəsi, nizamlanması, yaradılması,
tərcüməsi və istifadəsi, çatışmazlıqlarının aradan
qaldırılması üzrə praktiki prinsip və tövsiyələr işlənir.
Ümumi terminologiya xüsusi leksikanın ümumi
xüsusiyyətlərini,
problemlərini
öyrənir,
sahə
terminşünaslığı isə konkret dillərdə ayrı-ayrı bilik
sahələrinin xüsusi leksikasını öyrənir.
Terminşünaslığın tipoloji, semasioloji, onomasioloji,
tarixi,
funksional
və
digər
istiqamətlərində
terminologiyanın
ümumi
xüsusiyyətlərinin
müəyyənləşdirilməsi məqsədilə ayrı-ayrı əlamətləri
müqayisəli tədqiq olunur, xüsusi leksikanın semantikası ilə
əlaqəli problemləri, struktur fopmaları araşdırılır və s.
Son dövrlərdə terminşünaslığın bir sıra yeni
8
is
tiqamətləri yaranıb, onlardan koqnitiv terminşünaslığı
ayırmaq olar ki, bu istiqamətdə elmi təfəkkürdə terminlərin
rolu araşdırılır.
Terminoqrafiya xüsusi leksik lüğətlərin tərtibatı
haqqında elmdir və terminşünaslıqla sıx əlaqəlidir. Bir sıra
mütəxəssislər terminoqrafiyaya terminşünaslığın bir
bölməsi kimi baxırlar. Terminşünaslar tərəfindən tədqiq
olunan bir sıra problemlər xüsusi lüğətlərin işlənməsi
zamanı praktikada meydana çıxdı və bu problemlərin həlli
lüğətlərin qurulması metodlarına təsir edir. Eyni zamanda,
xüsusi leksikanın istənilən sahəsinin öyrənilməsi
terminoqrafiya ilə sıx bağlıdır, belə ki, terminologiyanın
aşkarlanması, tədqiqi və nizamlanması üzrə işin nəticəsi
adətən lüğət şəklində tərtib edilir.
Termin –
ümumi anlayışların adlandırılması üçün
qəbul edilən söz və ya söz birləşməsidir.
Xüsusi leksikanın müxtəlif sahələrinin öyrənilməsi
nəticəsində müəyyən olunmuşdur ki, terminlərlə yanaşı
digər xüsusi leksik vahidlər də mövcuddur: nomenlər,
predterminlər, professional alqotizmlər və ya professional
jarqonlar, kvaziterminlər, terminoidlər, prototerminlər və s.
Xüsusi leksemlərlə terminlərin ümumi və fərqli
9
cəhətləri var. Belə ki, nomenlər - tək-tək anlayışları,
terminlər isə ümumi anlayışları ifadə edir. Predterminlər
yeni fopmalaşan anlayışların adlandırılması üçün termin
kimi
istifadə olunan xüsusi leksemlərdir, amma terminlərə
qoyulan əsas tələblərə cavab vermirlər. Predterminlərin
müvəqqəti, keçici xarakteri, forma dəyişkənliyi, ümumi
qəbul olunan tələblərin və müxtəsərlik tələbinin yerinə
yetirilməməsi, stilistik neytrallığın olmaması və s. kimi
xüsusiyyətləri onları terminlərdən fərqləndirir. Bir çox
hallarda terminlər predterminləri sıxışdırıb çıxarırlar.
Pred
terminlər xüsusi leksikada möhkəmlənirlər,
dayanıqlı xarakter alırlar və kvaziterminə çevrilirlər.
Terminoidlər dəqiq sərhəddi və tərifi olmayan
anlayışlardır.
Prototerminlər elmin yaranmasına qədər (30-40 min
il əvvəl) meydana çıxan xüsusi leksemlərdir, bu səbəbdən
onlar anlayış deyil, xüsusi anlayış, təsəvvür adlanırlar.
Terminlərin aşağıdakı tipləri var:
Kateqoriya terminləri (məs: materiya, zaman,
məkan)
Ümumelmi və ümumtexniki terminlər (məs: metod)
Sahələrarası terminlər (məs: analitik metod)
10
Xüsusi terminlər (məs: Zeydel metodu)
Terminlər məzmuna, sahələrə (elmi, texniki),
semantikaya, formal struktura, məntiqi kateqoriya,
semantik struktura, əsaslandırılmasına, dil mənbəyinə,
dövrə, sıxlığa, nitq hissəsinə, müəllifliyə, istifadə sahəsi
üzrə, normativliyə və s. görə təsnif olunur [6].
Terminologiyanın
mənbələri
əsasən
müəllif
terminologiyası, qəbul edilmiş (təsdiq edilmiş)
terminologiya, standartlar, qanunlar,
nəşrlərdən ibarətdir.
Terminologiya
lüğətlər (ing-az, az-rus və s.),
ensiklopediyalar (
genişləndirilmiş tərif), qlossarilər (əsas
təriflər ardıcıllığı ilə verilmiş anlayışlar), xarici sözlərdən
ibarət lüğət və s. formalarda mövcud olur.
Terminşünaslıqda
nizamlanma
obyekti
terminologiya, başqa sözlə müəyyən bilik sahəsinin
terminlər məcmusudur. Terminologiya sistemləşdirilir,
sonra çatışmazlıqlarının və onların aradan qaldırılması
metodlarının aşkar edilməsi üçün analiz edilir və nəhayət,
qaydaya salınır, normallaşdırılır. Bu işin nəticəsi termin
sistemləri şəklində təqdim olunur. Termin sistemləri
aralarında aşkarlanmış münasibət olan nizamlanmış termin
ço
xluqlarıdır.
11
Terminologiyanın qaydaya salınmasının iki tərəfi var
–
terminlərin məzmununun qaydaya salınmasına
istiqamətlənən unifikasiyası və terminlərin optimal
formasının seçilməsi məqsədilə optimallaşdırılması.
Unifikasiya terminlər sistemi ilə anlayışlar sistemi arasında
birqiymətli uyğunluğu təmin edir. Hər bir anlayışa verilən
terminlər sistemindən yalnız bir termin uyğundur və
əksinə. Burada düzgün qurulmuş terminlər sistemi elmi
anlayışlar sistemini onların əlaqələri ilə birlikdə əks
etdirməlidir. Ona görə də optimallaşdırmanın əsas məsələsi
terminlərin istifadə üçün rahat olan yığcam formalarının
axtarışıdır.
Nizama salınmanın son mərhələsində alınan terminlər
sisteminin k
odlaşdırılması, başqa sözlə onun normativ
lüğət şəklində tərtib olunması həyata keçirilir.
Terminlərin dəqiq birqiymətli istifadəsi vacib olan
sahələrdə (əsasən istehsalat sahəsində) kodlaşdırma
terminlərin standartlaşdırılması formasını alır. Nəticəsi
termin
lərə standartların işlənməsi olur, bu isə
sənədləşmədə vacibdir. Əgər əlavə sərt normalar elm
sahəsində yaradıcı fikirlərə mane olursa, kodlaşdırma
t
övsiyə xarakteri alır.
12
Terminlərin
dillərarası
nizamlanması
–
harmonikləşdirilməsi işinin yerinə yetirilməsi terminoloji
fəaliyyətin əsas istiqamətlərindən biridir. Terminlərin
harmonikləşdirilməsi uyğun anlayışlar sistemi (milli
anlayışlardan ibarət) əsasında iki və ya daha çox dilin
terminologiyasının sistemli qarşılaşdırılmasını həyata
keçirir.
13
2.
TERMİNOLOGİYA SAHƏSİNDƏ XARİCİ
TƏCRÜBƏ
T
erminşünaslıq bir elm sahəsi kimi XX əsrin 30-cu
illərində yaranmışdır. 40 il ərzində müəyyən inkişaf
mərhələsində olan terminologiya sahəsində aparılan
tədqiqatlar və görülən işlər 70-ci illərdə sistemləşdirilməyə
başlamış və məqalələr dərc olunmuşdur [7].
Terminşünaslığın başlanğıcı avstriyalı alim Eygen
Vyusterin adı ilə bağlıdır. Belə ki, E.Vyusterin
terminologiyaya aid ilk məqalələri keçən əsrin 30-cu
illərində nəşr olunmuşdur. O, terminologiyanı linqvistika,
məntiq, ontologiya, informatikanın konkret bilik sahələri
ilə kəsişməsində xüsusi fənn adlandırmışdır.
Dünyada ilk Termin
ologiya Mərkəzi, məhz
E.Vyusterin
rəhbərliyi ilə, 1930-cu ildə Viezelburqda
(Avstriya) yaradılmışdır. Mərkəz tərəfindən YUNESKO və
digər beynəlxalq təşkilatların layihələri həyata keçirilmiş
və dünyanın bir çox ekspertləri bu işə cəlb olunmuşdur.
E.Vyuster
in rəhbərliyi ilə 1951-ci ildə Avstriya
Standartları İnstitutunun (Austrian Standards Institute)
nəzdində Beynəlxalq Standartlaşdırma Təşkilatının
14
"Terminologiya (prinsiplər və koordinasiya)" katibliyi təsis
olunmuşdur.
Hal-
hazırda bu mərkəz Vyana Universitetinin Elmi
Nəzəriyyə Arxivinin bir hissəsi kimi fəaliyyətini davam
etdirir.
1971-
ci ildə YUNESKO dünya elmi informasiya
sisteminin (World Science Informational System)
yaradılması layihəsinin həyata keçirilməsində iştirak edən
ölkələrlə birlikdə konfrans keçirdi. Qeyd edək ki,
E.Vyusterin rəhbərliyi altında həyata keçirilən bu layihə
standartlaşmış terminlərdən ibarət çoxdilli terminoloji
sistemdir. Həmin il YUNESKO və Avstriya Standartları
İnstitutunun birgə təşkilatçılığı ilə Terminologiya üzrə
Beynəlxalq İnformasiya Mərkəzi – İnfoterm (International
Information Cеntre for Terminology) yaradıldı [8].
Bütün
dünyada
terminologiya
sahəsində
əməkdaşlığın dəstəklənməsi və koordinasiyası məqsədilə
yaradılan İnfotermin üzvləri terminologiya fəaliyyəti ilə
məşğul olan beynəlxalq, regional və ya milli müəssisə və
şəbəkələr, ixtisaslaşmış dövlət və ya qeyri-dövlət, eləcə də
qeyri-
kommersiya təşkilatlarıdır. İnfotermin üzvləri
terminologiya sahəsində əməkdaşlığın genişləndirilməsi
15
və dəstəklənməsi istiqamətində fəaliyyət göstərirlər.
1977-
ci ildən başlayaraq Infoterm tərəfindən dilçilik,
xüsusən də terminologiyanın müxtəlif problemləri üzrə
simpoziumlar təşkil edilir, terminologiya sahəsində
mühüm layihələr və proqramlar həyata keçirilir. İnfoterm
qlobal
cəmiyyətdə biliyin ötürülməsi və informasiya
təminatının həyata keçirilməsi məqsədilə yeni terminoloji
mərkəzlərin və şəbəkələrin yaradılması ideyasını irəli sürür
və dəstəkləyir.
Hal-
hazırda İnfoterm aşağıdakı istiqamətlərdə
fəaliyyət göstərir:
•
t
erminologiya sahəsində əməkdaşlıq;
•
terminologiya
siyasəti;
•
hüquqi
məsələlər (müəlliflik hüququ ilə əlaqəli);
•
i
nformasiya və biliyə əlyetərlik;
•
terminologiya
standartlaşdırılması.
Terminologiya biliyin ötürülməsi və ünsiyyət
qurma
ğın bütün aspektlərində həlledici rol oynayır və
müxtəlif formada təqdim oluna bilər: yazılı və şifahi nitqlə;
qeyri-
verbal kommunikasiyada; bir və ya bir neçə dildə.
Müasir dövrdə, ünsiyyət yalnız insan-insan əlaqələrində
deyil, həm də insan-maşın (kompüter) və maşın-maşın
16
əlaqələrində də baş verir. Qloballaşma dövründə insanlar
uğurlu əlaqə qurmaq üçün çoxlu vasitələrdən istifadə edə
bilərlər. Bu zaman dil siyasəti, təhsil və professional
hazırlıq, tərcümə və lokallaşdırma, hüquqi məsələlər (məs.,
müəlliflik hüququ, intellektual mülkiyyət) və s. kimi,
terminologiya ilə şıx əlaqədə olan siyasi, mədəni və
iqtisadi faktorlar da
nəzərə alınmalıdır.
Bu gün terminoloji metodlar
informasiya və
kommunikasiya
vasitələrini daha səmərəli edir və
dill
ərarası məzmun
uyğunluğunu
təmin edə bilər. Son
məqsəd
e-
biznes vasitəsilə e-səhiyyə, e-tədris sahələrində,
eləcə də digər e-tətbiqlərdə məzmunun uyğunluğuna nail
ol
maqdır.
İqtisadi nailiyyət, sosial tərəqqi və dayanıqlı inkişaf
üçün xarici
əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Müasir
terminologiya menecmenti təkrarçılığın azaldılmasına,
vaxt itkisinin
olmamasına və problemlərin birlikdə həllinə
kömək edir. Bu səbəbdən, əsas fəaliyyət terminologiyanın
mövcud, eləcə də yeni metod və vasitələrinin işlənməsi,
həmçinin terminoloji sistemlərin layihələndirilməsi və
tətbiqində
ən
son
işlərlə
maraqlı
tərəflərin
məlumatlandırılmasına yönəlmişdir. İnfotermin fəaliyyəti
17
terminologiya və digər dil və məzmun resursları sahəsində
fəaliyyət göstərən müəssisə, təşkilat və şəbəkələrin
əməkdaşlığına, eləcə də standartlaşdırma fəaliyyətinə
istiqamətlənib.
İnfotermin 30 illik fəaliyyət tarixi dörd dövrü əhatə
edir [9] .
Birinci dövr
˗ 1971-1978-ci illəri əhatə edir,
“r
eallaşdırma və qurulma” dövrü adlanır. Bu dövrdə,
İnfoterm əsas diqqəti texnikada və təbiət elmlərində
terminoloji işlə bağlı informasiya və sənədlərin
toplanmasına yönəltdi. İnfoterm ilk addım kimi, bütün
dünya
üzrə terminologiya təşkilatları ilə ilk müqavilələrini
bağlamalı idi. Qeyd etmək lazımdır ki, bu prosesdə
Viezelburq mərkəzində toplanan verilənlər İnfoterm üçün
rahat
və əlverişli mənbə oldu və əsas diqqət terminoloji
standartların toplanmasına yönəldildi. Bu dövrdə Eygen
Vyuster
İnfotermin fəxri elmi rəhbəri idi.
1972–1973-
cü illərdə Avstriya Texnologiya və
Tikinti Nazirliyi tərəfindən maliyyələşdirilən “Texnologiya
sahəsində
terminologiya
standartlaşdırılmasının
fundamenti
və koordinasiyası üçün mənbələrin yazılması
və analizi” kimi yöndəmsiz ad altında elmi-tədqiqat
18
layihəsi həyata keçirildi. Bu dövrdə həyata keçirilən daha
bir layihə terminologiya üzrə nəzəri ədəbiyyat haqqında
kompüterin
oxuyabiləcəyi
formada
biblioqrafik
informasiya və onların sonrakı nəşri ilə bağlı idi.
1974-1975-
ci illərdə daha çox əmək tələb edən
layihələr
yerinə
yetirən
İnfoterm
tərəfindən
“Terminologiya
sahəsində beynəlxalq əməkdaşlıq” adlı
birinci Simpozium (1975-
ci ildə) təşkil olundu.
1976-
cı ildə YUNESKO tərəfindən İnfotermin
fəaliyyətini qiymətləndirmək üçün beynəlxalq ekspertlər
qrupu yaradıldı. İnfoterm “Terminologiya üzrə fəaliyyət
göstərən təşkilat və mərkəzlərin şəbəkələrinin yaradılması
və inkişafı” adlı tədqiqat layihəsində iştirak edir. Bu
tədqiqatın nəticəsi olaraq Beynəlxalq Terminologiya
Şəbəkəsi (TermNet) yaradıldı.
TermNet 1988-
ci ildən qeyri-kommersiya təşkilatı
kimi qeydiyyatdan keçib, 50-d
ən çox üzvü var [10].
TermNet-
in üzvləri terminologiya məhsulu təqdim
edən və terminologiya xidməti göstərən, çoxdilliliyin
inkişafını dəstəkləyən və proqram təminatı xidmətini
göstərən, terminologiya sahəsində fəaliyyət göstərən
universitet və təşkilatlardır.
19
1993-
cü ildə NORDTERM, ARABTERM, RITerm
və RINT regional şəbəkələri fəaliyyətlərini genişləndirmək
məqsədilə İnfotermlə əməkdaşlıq əlaqələri qurdular.
İnfotermin təcrübəsindən yararlanaraq 1993-cü ildə Çin
Terminologiya şəbəkəsi (China TermNet), 1997-ci ilə
Terminologiya üzrə Şərqi-Asiya forumu (EAFTerm)
yaradıldı.
Qeyd edək ki, TermNet və onun üzvləri aşağıdakı
məqsədlərlə əməkdaşlıq edirlər:
•
terminologiya
məhsulu və xidməti bazarının
yaradılması;
•
i
rimiqyaslı tədqiqat və layihələrin planlaşdırılması
və həyata keçirilməsi;
•
b
irgə seminar, konfrans və treninqlərin təşkili və s.
İnfotermin ilk elektron nəşri də bu dövrə təsadüf
edir.
İkinci dövr - 1979-1988-ci illəri əhatə edir, “Yeni
horizontlar
a doğru informasiya-təbliğat fəaliyyəti” dövrü
adlanır. Bu dövrdə rəqəmləşdirilmiş terminologiya və
terminoqrafiyanın problemləri əsas diqqət mərkəzində idi.
İlk böyük terminoloji verilənlər bankının yaradılması və
verilənlərin effektiv idarəedilməsi və mübadiləsi,
20
müəlliflik hüququ və s. məsələlərin müzakirəsi də həmin
illərə təsadüf edir.
Bu dövrdə İnfoterm Avropa Birliyi Komissiyası və
digər AB institutları ilə birlikdə bir sıra strateji layihələrə
də rəhbərlik edirdi.
1979-cu il
də İnfotermin Məşvərət Komitəsinin
(Infoterm Advisory Committee) iclasında bir sıra
tövsiyələr qəbul olundu. Qeyd edək ki, TermNet-in inkişafı
ilə bağlı təkliflərə İnfoterm məsuliyyət daşıyırdı və
informasiya axınını TermNet-ə yönəltmək üçün dövri
nəşrini çap etdirmək qərarına gəldi. Terminoloji
verilənlərin mübadiləsini asanlaşdırmaq məqsədilə elə
həmin il “Terminologiya dərsliyi”nin hazırlanması üzrə işə
başlanıldı və 1982-ci ildə onun nəşri YUNESKO
tərəfindən dəstəkləndi.
1980-ci il
də TermNet-in “Xəbərləri” jurnalı dərc
olundu.
Bu dövrdə könüllü əməkdaşlığa hazır olan
ekspertlər,
institut
və
təşkilatların
qeyri-rəsmi
şəbəkələrinin genişləndirilməsi sahəsində böyük irəliləyiş
əldə edildi və bu İnfoterm və YUNESKO-nun birgə
proqramı şəklində rəsmi olaraq həyata keçirildi.
1983-cü il
də
İnfotermin “Terminologiyada
21
beynəlxalq əməkdaşlıq: TermNet-in reallaşdırılmasının
təşkili” adlı ikinci simpoziumu təşkil olundu. Avropa
Birliyi Komitəsi ilə müqavilə bağladıqdan sonra birliyin
“EURODICAUTOM” Terminoloji verilənlər bazasının
strukturunu testdən keçirmək üçün E.Vyusterin “The
Machine Tool
” lüğətinin elektron variantı hazırlandı.
1984-cü il
də İnfoterm öz idarəsini genişləndirdi və
Vyusterin Tədqiqat kitabxanasını Viezelburqdan Vyanaya
köçürdü.
1985-ci il
də İnfoterm Avropa Birliyi Komissiyası ilə
yeni uzunmüddətli layihənin yerinə yetirilməsi məqsədilə
əməkdaşlığa başladı: terminoloji yanaşma tətbiq etməklə
Yaponiyadan
Avropaya əlyetərli olan xüsusi informasiya
hazırlayan JAPANIFO-nun yaradılması layihəsi yerinə
yetirildi.
1986–1989-
cu illərdə İnfoterm paralel olaraq Avropa
Birliyinin bir sıra layihələrini həyata keçirmişdir.
Üçüncü dövr - 1989-1996-c
ı illər “Beynəlxalq
təşkilat və tədbirlərin təşkili” dövrü kimi səciyyələnir. Bu
dövrdə İnfoterm Avropa Birliyinin layihələri ilə məşğul
olurdu.
Qeyd etmək lazımdır ki, üçüncü dövr İnfotermin
tarixində bir çox mühüm konfrans və iclaslarla
22
əlamətdardır. Bu dövr iki predmet sahəsinin -
terminologiya
və bilik mühəndisliyinin yaxınlaşması ilə də
səciyyələnir. “Terminologiya və Bilik Mühəndisliyi”nə
aid ilk iki uğurlu konfrans İnfoterm ilə Terminologiya və
b
iliklərin ötürülməsi üzrə Assosiasiya tərəfindən 1987 və
1990-
cı illərdə təşkil olunmuşdur. 1993, 1996, 1999 və
2002-
ci illərdə İnfoterm TermNet-lə birlikdə konfranslar
təşkil etdi və materiallar nəşr olundu. Aparılan
araşdırmalar zamanı aydın oldu ki, bilik mühəndisliyi
terminologiya
ilə sıx əlaqəlidir.
1989-cu il
də İnfoterm tərəfindən Tunis Standartlar
İnstitutu
(INNORPI)
ilə
birgə
terminologiya
standartlaşdırılması üzrə beynəlxalq konfrans keçirildi.
Konfransda
vahid dil yaratmaq məqsədilə ərəb
ölkələrindən olan 100-dən çox iştirakçı bir araya gəldi.
Burada TermNet-in birinci “
Geniş Mikrocomputer
tətbiqlərində terminologiya” adlı simpoziumunun Vyanada
keçirilməsi qərara alındı. Həmin il Analitik İnformasiya
Mərkəzi tərəfindən İnfotermin müstəqil beynəlxalq
müəssisəyə çevrilməsi təklifinin irəli sürülməsi və bu
məqsədlə müxtəlif modellərin işlənilməsi ilə səciyyələnir.
1990-
cı
ildən
başlayaraq
terminologiyanın
23
planlaşdırılması həm elm və texnologiya planlaşdırılması,
həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə dil
planlaşdırılmasında terminologiyanın inkişafı üçün
həlledici rol oynadı. Həmin il Kuala-Lumpurda bu
məsələlərə həsr olunan “TermPlan 90” adlı konfrans
keçirildi.
1991-ci il
də İnfoterm tərəfindən Vyanada “Predmet
sahələrində terminoloji iş” adlı üçüncü sipozium keçirildi.
Təxminən 30 ölkədən 200 iştirakçı biologiya,
maşınqayırma, hüquq, iqtisadiyyat, tibb və informasiya
texnologiyaları sahələrində terminoloji fəaliyyətin inkişafı
haqqında məruzələrlə çıxış etdilər. Əlavə olaraq, bank
sahəsində terminoloji verilənləri testdən keçirmək üçün
böyük İsveçrə bankının proqram təminatı müzakirə edildi
və qiymətləndirildi. İnfoterm qeyri-hökumət təşkilatı kimi
Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı İctimai
İnformasiya üzrə Departamentinə qoşuldu. Bu rəsmi
tanınma İnfotermin nailiyyəti idi və onun 20 illik yubileyi
ilə üst-üstə düşdü.
1992-ci il
də paylanmış heterogen verilənlər bazası
üç
ün çoxdilli istifadəçi interfeysinin konsepsiyası
müzakirə edildi. İnterfeysin əsas elementlərindən biri
24
çoxdilli
lüğətlər,
bir-birilə
əlaqəsi
olmayan
təsnifatlaşdırılmış sxemlər və ya digər dil sənədləri
sistemidir. Bu sistem
Birləşmiş Milllətlər Sənaye İnkişafı
Təşkilatı (UNIDO) üçün işlənmiş, əsasən ekspertlərin
Rusiya və Çin iqtisadi, elmi və texniki verilənlər bazalarını
anlaması üçün nəzərdə tutulub. 1992-ci ildən etibarən
İnfoterm Sənaye Standartlarının Lokallaşdırılması
Assosiasiyasına informasiya texnologiyaları məhsulları
üçün terminologiya
sahəsində beynəlxalq standartları
reallaşdırmaqda kömək etdi.
1993-cü il
də İnfotermin Məşvərət Komitəsi illik
hesabat yığıncağında Mərkəzin müstəqil hüquqi status
alması ideyasını irəli sürdü. Nəticə etibarilə beynəlxalq
təşkilat və xarici dövlətlərə İnfotermin fəaliyyətində iştirak
etmək imkanı yaradıldı. Həmin ilin avqustunda Kölndə
terminol
ogiyada müəlliflik hüququ üzrə beynəlxalq
seminar keçirildi.
1994-cü il
də YUNESKO-nun dəstəyilə İnfotermin
çoxdilli xüsusi
informasiyanın idarə edilməsinə həsr
olunmuş I “MikroISIS” beynəlxalq konfransı keçirildi.
İnfoterm Pekində təşkil olunan “Elektron Nəşr” (EP 94)
adlı konfransa dəstək verdi. Həmin ildə “Pointer” layihəsi
25
üzrə başlanan iş 1995-ci ilin sonuna kimi davam etdi. Bu
layihə ilə əlaqəli İnfotermin gələcək rolu Avropanın
terminologiya infrastrukturu çərçivəsində Avstriya
İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olundu.
1995-ci il
də İnfotermin dəstəyilə Vyanada
“Verilənlərin mənbələrinin kataloqları” adlı birinci
beynəlxalq simpozium və “Xüsusi informasiya, bilik və
yeni texnologiyalar üçün intellektual
mülkiyyət hüquqları”
beynəlxalq konqresi keçirildi.
1996-
cı ildə “Terminologiya və Bilik Mühəndisliyi”
adlı dördüncü beynəlxalq konfrans təşkil olundu. Nəhayət,
İnfoterm beynəlxalq qeyri-kommersiya Assosiasiyasına
çevrildi
və Vyanadakı “SIG” Texnologiya Mərkəzinə
köçürüldü.
Bu dövrdə İnfoterm Avstriya Standartları
İnstitutunun adından ISO/TC37 Katibliyi (prinsip və
koordinasiya)
və
Beynəlxalq
Standartlaşdırma
Assosiasiyası ISA37 “Terminologiya” adlı texniki komitə
də daxil olmaqla müvafiq standartlaşdırma fəaliyyətini də
yerinə yetirirdi.
Dördüncü dövr – 1997-2002-
ci illəri əhatə edir və
“
Təşkilatın və fəaliyyətin yeni istiqamətləri” dövrü adlanır.
26
Bu dö
vr ərzində əsas məqsəd çoxdilli informasiya
cəmiyyətinin tələblərinə uyğun güclü informasiya
sistemlərinin yaradılması üçün nəzəri və metodoloji
prinsiplərin işlənməsi olmuşdur. Beləliklə, İnfoterm BMT
və onun xüsusi təşkilatları ilə əlaqələr qurmağa qadir idi,
eyni zamanda Avropa Komissiyası və onun üzvləri ilə sıx
əlaqələr yaradırdı.
Bu dövrdə müəssisə və təşkilatların İnfotermə üzv
yazılması qaydalarını müəyyənləşdirmək üçün İnfoterm və
onun üzvləri arasında əməkdaşlıq məqsədilə dəqiq
müqavilə modelləri işlənildi. İnfoterm artıq müxtəlif
yarmar
kalar və sərgilərdə iştirak edirdi. Məhz bu məqsədlə
də onun fəaliyyətinə aid alman və ingilis dillərində qovluq
və videofilmlər hazırlandı.
1997-
ci ildə Vyanada “Professional kommunikasiya
və biliyin ötürülməsi” adlı beynəlxalq konfrans təşkil
olundu. Bu konfrans “Professional kommunikasiya,
terminologiya və planlaşdırılmış dillər” adlı elmi konfrans
ilə İnfotermin dördüncü simpoziumu olan “Terminoloji iş
və biliyin ötürülməsi”ni birləşdirdi. Qeyd edək ki, bu
hadisə terminologiya nəzəriyyəsinin banisi Eygen
Vyusterin 100 illik yubileyinə təsadüf etmişdi.
27
1998-ci il
də
Almaniya
Terminologiya
Assosiasiyasının Avstriya sektoru yaradıldı.
1999-cu il
dən “İnfoterm” adı artıq qeydiyyatdan
keçmiş əmtəə markası kimi mühafizə olunmağa başladı.
Həmin ildə kitabxana və sənədlər kolleksiyalarının
yeniləndirilməsi İnfotermin əsas məsələlərindən biri oldu.
Bu iş İnfotermin verilənlər bazasının yeni CD-ROM
versiyasının hazırlanması ilə yanaşı aparılırdı. Qeyd etmək
lazımdır ki, bu dövrdə Eygen Vyusterin arxivi Vyana
Universitetinə köçürüldü.
2000-ci il
də iki layihə - “Mərkəzi və Şərqi
Terminologiya
Şəbəkəsi”
(CETnet)
və
“Şərqi
Terminolo
giya Təminatı” (ETPpro) layihələri təqdim
olundu.
2001-ci il
də İnfoterm idarəsini Vyanadakı Eykolqaza
(Aichholzgasse) köçürtdü.
Bununla əlaqədar İnfotermin
sənədlər toplusu, arxivi Vyana Universtitetində
E.
Vyusterin arxivinə daxil edildi. Əlavə olaraq İnfoterm
Afrika ölkələri ilə əməkdaşlığı gücləndirdi (əsasən
Tanzaniya və Nigeriya müəssisələri ilə). 2001-ci ilin
sonunda
İnfotermin qollarından biri Almaniyanın Köln
şəhərində Tətbiqi Elmlər Universitetində yaradıldı və
28
hazırda İnfotermin kitabxanası kimi fəaliyyət göstərir.
2002-ci il
də İnfoterm YUNESKO ilə müqavilə
əsasında bir neçə dildə olan kontentlə idarə olunan
platforma yaratdı. Platforma lokal kompüter və ya lokal
şəbəkədə avtonom və yaxud bütövlükdə proqramların
kombinasiyası şəklində istifadə olunan bir sıra tətbiqi
proqramlar və vasitələri özündə toplayır. Həmin il
İnfoterm Polşa İnformasiya Emalı Mərkəzi ilə
TERMinPOL (
Terminoloji informasiya və sənədlər
mərkəzi) yaradılmasını və onun TDCnet-ə (İT-xidməti, İT-
konsaltinq və İT-dəstək idarəsi, Toronto) qoşulmasını
təmin etmək məqsədilə Varşavada müqavilə imzaladı.
2009-cu il
də
Yaponiya Terminologiya
Assosiasiyasının təşkilatçılığı ilə XXII Yaponiya
Terminologiya Simpoziumu keçirildi.
Qeyd edək ki, Yaponiya Terminologiya Assosiasiyası
Yaponiya İnformasiya və Bilik Cəmiyyətinin (YİBC) bir
bölməsidir, 1988-ci ildə yaradılıb.
YİBC 10 ildən çoxdur ki, öz davamlı tədqiqat
fəaliyyəti ilə informasiya və biliklə bağlı problemlərin
həllində aparıcı mövqe tutur. YİBC-in fəaliyyətinin əsas
məqsədi
informasiya
texnologiyalarının
inkişafı,
29
informasiya və bilik haqqında elm, informasiyanın effektiv
istifadəsi üçün metodologiya, sosial normaların
yara
dılması və s. kimi problemlərdə yeni istiqamətləri
müəyyənləşdirməkdir. Eyçi Universitetində keçirilən bu
simpoziumda standartlara əsaslanan kontent və kontent-
əlaqəli xidmətlər sertifikatı haqqında məlumat verilmiş,
ISO Content DataBase-in
(ISO/CDB) təqdimatı edilmişdir.
2010-cu ilin may
ında TermNet və Tərcümə Tədrisi
Mərkəzinin (The Center for Translation Studies)
təşkilatçılığı ilə Vyana Universitetində Beynəlxalq
Terminologiya Yay Məktəbi təşkil edilmişdir.
Terminologiya nəzəriyyəsi və praktikasına giriş üzrə
keçirilən bir həftəlik praktika kursu tələbələr,
mütəxəssislər və alimlər üçün nəzərdə tutulmuşdur. Yay
məktəbində terminoloji işin tətbiqi prinsirləri, İnternetdə
terminoloji informasiyanın əldə edilməsi və yoxlanılması,
t
erminoloji
verilənlər
bazasının
yaradılması,
terminologiyadan
ontologiyaya, t
ərcüməçilər,
terminoloqlar
üçün
layihələrin
idarə
edilməsi,
terminologiyada
müəlliflik
hüquqları
məsələləri,
terminologiya üzrə standartlar, terminologiya və proqram
təminatının lokallaşdırılması, terminologiya və texniki
30
sənədlər, terminoloji fəaliyyətdə iqtisadi məsələlər və s.
mövzular tədris edilirdi.
2010-cu il
iyun ayında Fransanın Enersi şəhərində
keçirilən “Terminologiya və Ontologiya: Nəzəriyyə və
tətbiqlər” mövzusunda beynəlxalq konfransda bilik
mühəndisliyinin və xüsusən ontologiyanın işlənməsinin
terminologiyaya
təsiri və terminologiyanı rəqəmsal əsrdə
mühüm olan bir çox
tətbiqlər üçün əsas elementə çevirməsi
kimi məsələlər müzakirə olunmuşdur. Terminologiya,
müstəqil tədqiqat sahəsi kimi, linqvistika, süni intellekt və
informasiyaya
əsaslanaraq daha çox sahəni əhatə etdi.
2012-
ci ilin yanvar ayından “Fin Terminologiyası
layihəsi” həyata keçirilməyə başladı. Finlandiya hökuməti
elm və incəsənətdə fin terminologiyası layihəsinin həyata
keçirilməsi üçün vəsait ayırıb, bu layihə çoxdilli elektron
termin
bankının yaradılmasına istiqamətlənmişdir. 2011-ci
ildən başlayaraq 5 il müddətinə nəzərdə tutulan layihə
bütün
tədris
fənlərinin
terminologiya
sı
üçün
infrastrukturdur.
2012-
ci ilin sentyabrında Kastelloda (İspaniya)
keçirilən “3-cü dilin əldə edilməsi və çoxdillilik”
mövzusunda VIII beynəlxalq konfrans 3 və daha çox dilin
31
əldə edilməsi və istifadəsinə istiqamətlənib, çoxdilliliyin
mobilliyi
və sosial-linqvistik tədqiqi, çoxdillilikdə nitqin
emalı və s. məsələlər müzakirə olunmuşdur.
İnfotermin bütün fəaliyyətinin nəticələri onun dövri
nəşrlərində öz əksini tapır. Belə ki, Mərkəz tərəfindən
“
İnfotermin informasiya bülleteni (INL)”, terminologiya
sahəsində biblioqrafik məlumatları əks etdirən
“BiblioTerm (BIT)”, terminoloji
standartlaşdırma
fəaliyyəti haqqında informasiya bülleteni olan
“Terminologiya s
tandarlaşdırılması və harmonikləşdirmə
(TSH)” və terminologiya standartlaşdırılması sahəsində
biblioqrafik informasiya bülleteni olan “STandardTerm
(STT)” nəşr olunur.
Qeyd etmək lazımdır ki, keçmiş sovet alimi Dmitriy
Semyonov
iç Lotte də terminşünaslığın ilk banilərindən
hesab olunur. O, XX əsrin 30-cu illərində terminologiya
sahəsində ilk məqalələrini çap etdirmişdir. Rusiya
terminşünaslarını “RossTerm” Rusiya Terminologiya
Cəmiyyəti birləşdirir.
H
azırda dünyanın müxtəlif ölkələrində terminologiya
fəaliyyəti ilə məşğul olan beynəlxalq təşkilatlar fəaliyyət
göstərir, terminologiyanın müxtəlif problemlərinə həsr
32
olunan
konfranslar təşkil edilir.
XX əsrin 70-ci illərində Polşanın tanınmış alimi
Ziqmund
Stoberski
Terminoloji
neologizmlərin
unifikasiyası üzrə beynəlxal təşkilat (International
Organization for Unification of Terminological
Neologisms)
yaratmışdır. O, 20 dildə (Avropa ölkələri)
terminləri müxtəlif jurnallardan toplamış və çap
etdirmişdir. Z.Stoberski bu sahədə bir neçə kitab nəşr
etdirmişdir. O, “Beynəlxalq elmi terminologiya:
problemlər, postulatlar, gözləntilər” (1982, Varşava,
polyak dilində) və “Yaşamaq və sağ qalmaq” (elm naminə)
(1991, Varşava, polyak və ingilis dillərində) kitablarında
əsasən müəlliflik hüquqlarının qorunması və s. haqqında
əhəmiyyətli ideyalar söyləmişdir [11].
2002-
ci ildə Z.Stoberskinin yaratdığı təşkilat Xüsusi
terminologiya üzrə Beynəlxalq təşkilata çevrilmiş, onun 5
kontinentdə şöbələri - katiblikləri açılmışdır. Həmin il
təşkilatın dəstəyi ilə Sloveniyanın paytaxtı Lyublyanada
“Qloballaşma əsrində terminologiya” adlı Beynəlxalq
konfrans keçiril
mişdir.
30 ildən artıqdır ki, Varşavada Terminoloji
neologizmlərin unifikasiyası üzrə beynəlxalq komitə,
33
Terminoloji bank üzrə beynəlxalq federasiya
(International Federation of Terminology Banks)
və
Terminoloji
neologizmlərin unifikasiyası üzrə beynəlxalq
təşkilat (International Organization for Unification of
Terminological Neologisms
) tərəfindən “Neoterm” adlı
jurnal nəşr olunur.
Rusiyada 2002-
ci ildən başlayaraq hər il
terminologiyanın aktual problemlərinə həsr olunan
konfranslar keçirilir. 2003-
cü ildə Ümumrusiya kompleks
informasiya elmi-
tədqiqat institutunun təşkilatçılığı ilə
“Terminşünaslıq və standartlaşdırma: nəzəriyyə və
praktikanın qarşılıqlı fəaliyyəti” adlı 9-cu Beynəlxalq
konfrans keçiril
mişdir.
Rusiyada
30 ildən artıqdır ki, kompüter linqvistikası
üzrə beynəlxalq “Dialoq” konfransı keçirilir.
Qeyd edək ki, terminologiya sahəsində ən yeni işlər
beynəlxalq tədqiqat mərkəzləri olan ISO, İnfoterm,
Beynəlxalq Terminoloji Tədqiqatlar İnstitutu (International
Institute for Terminology Research),
Avropa Dil Resursları
Assosiasiyasında (The European Language Resources
Association) yerinə yetirilir. Tədqiqatların nəticələri
Avropa
Leksikoqrafiya
Assosiasiyası
(European
34
Associat
ion for Lexicography), Terminologiya və Qabaqcıl
Mikrokompü
ter Tətbiqləri (Terminology and Advanced
Microcomputer Applications),
Terminologiya və Bilik
Mühəndisliyi (Terminology and Knowledge Engineering)
və s. beynəlxalq konfranslarda, dil problemlərinə həsr
olunmuş konqreslərdə və beynəlxalq leksikoqrafik məktəb-
seminarlarda t
əqdim olunub [12].
Terminologiyanın problemləri müxtəlif bilik və
fəaliyyət sahəsinin mütəxəssisləri arasında böyük maraq
doğurur. Yalnız sistemləşdirilmiş və yaxşı inkişaf etmiş
terminologiya
ilə elmin tərəqqisinə nail olmaq
mümkündür
. Bu səbəbdən terminoloji fəaliyyətin, onun
əsasını təşkil edən terminologiya yaradıcılığı və
menecmenti işinin düzgün qurulması çox vacibdir. Dünya
təcrübəsində
terminologiya
fəaliyyəti
aşağıdakı
mərhələlərə ayrılır:
-
elm və texnikanın anlayışlarının terminləşdirilməsi.
Bu zaman ayrı-ayrı bilik sahələrinin terminlərindən ibarət
sistem qurulur və onların adlandırılması üçün daha
məqsədəuyğun leksik vahidlər seçilir;
-
müəyyən
dildə
terminlərin
istifadəsinin
nizamlanması; hər bir bilik sahəsində yeni terminlərin
35
yaradılması məqsədilə tövsiyə və rəyin tərtib edilməsi;
-
müəyyən sahəyə aid olan terminoloji lüğətlərin
(
birdilli izahlı, ikidilli tərcümə) hazırlanması;
-
terminoloji sistemlərin milli və beynəlxalq
səviyyədə standartlaşdırılması.
Dostları ilə paylaş: |