Azal azərbaycan Hava Yolları



Yüklə 25,9 Kb.
tarix21.04.2017
ölçüsü25,9 Kb.
#14984
Sərnişinlərə göstərilən xidmət növləri

Azərbaycanın Milli Aviadaşıyıcısı olan "AZAL Azərbaycan Hava Yolları" respublika ərazisində, eləcə də regionda ən böyük aviaşirkətdir.

Tərkibində qərb istehsalı olan hava gəmiləri yer alan müasir aviaparka malik "AZAL" Avropa, MDB, Yaxın Şərq, Asiya və Azərbaycanın əsas hava limanlarına həftədə 150-dən çox reys yerinə yetirir.

Aviaşirkətin başlıca prioriteti uçuşların təhlükəsizliyini ən yüksək beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

Müntəzəm və çarter aviadaşımaları üzrə xidmətlər göstərən avişirkət, tez-tez uçan sərnişinlər üçün "AZAL Miles" loyallıq proqramı tətbiq edir, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında biznes sinif sərnişinləri üçün "Fast Track" - gediş və dönüş zamanı formallıqların sürətlə həll olunması xidmətini pulsuz təqdim edir.

1. Aviaşirkətin Azərbaycanda və xaricdəki ofisləri

2. Online aviabiletlərin əldə olunması

3. AZAL reyslərinin cədvəli

Aviaşirkətin partnyorları tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində sərnişinlərə xidmət səviyyəsinin və rahatlığın artırılması üçün hər cür şərait yaradılır:

1. "Fast Track" hava limanında uçuşöncəsi prosedurların və formallıqların sürətlə həyata keçirilməsi

2. "VIP" room - "VIP" otağın sifarişi

3. "Airport Hotel" - hava limanı ərazisində 5***** otel

4. "Airport Gate" - taksi və digər növ nəqliyyat vasitələrinin sifarişi

5. "Euroasian cargo" - sərgi iştirakçıları üçün yük daşınmasının təşkili

"Bina İnternational Service" Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərə yeni - "Fast Track - sürətli keçid" xidmət paketini təqdim edir.

Bu xidmətlər sərnişinlərin fərdi müşayiətini təmin edir, xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasına, uçuşla bağlı prosedurların (pasport-viza nəzarəti, reysə qeydiyyat, tərcüməçi və məsləhətçi xidmətləri, baqajın daşınması üçün xüsusi personal, giriş vizasının alınması üçün köməklik və s.) sürətləndirilməsinə şərait yaradır.

Fast Track sərnişinlərə, həmçinin Business Lounge Services xidmətindən yararlanmaq və uçuş ərəfəsində vaxtlarını yumşaq mebelli zallarda keçirmək imkanı verir. Burada televizor, telefon, internet, siqaret çəkmək üçün otaq, içkilər, meyvələr, şirniyyat və digər qəlyanaltılar sərnişinlərin ixtiyarında olacaq.

Buradakı xidmətlər özlərinə xüsusi diqqət tələb edən bütün sərnişinlərə, habelə:

1. biznesmenlərə;

2. korporativ sərnişinlərə;

3. hava limanı xidmətlərindən ilk dəfə istifadə edən sərnişinlərə;

4. yalnız bir dildə danışan sərnişinlərə və b. tövsiyə olunur.

Beynəlxalq terminalın 2-ci mərtəbəsində yerləşən "Fast Track" ofisləri 24 saat ərzində fəaliyyət göstərir.

"VIP" room . "VIP" otağın sifarişi

Xidmətlər



  • Avtomobillər üçün xüsusi dayanacaq;

  • Bar. Burada siz dincələ, alkoqollu və alkoqolsuz içkilərdən, yüngül qəlyanaltılardan və meyvələrdən dada bilərsiniz.;

  • Gediş və dönüş üçün sənədlərin rəsmiləşdirilməsi, pasport nəzarəti, viza alınmasına dəstək, baqajın çatdırılması və digər formallıqların həyata keçirilməsi;

  • Bizim fərdi və biznes zallarımız işgüzar və şəxsi görüşlər üçün ideal yerdir.

  • Mini VIP avtobus Sizi zaldan düz təyyarənin trapına çatdıracaq.

2008-ci ilin iyun ayından etibarən GHC VIP zallar üzrə Avropa Assosiasiyasının üzvüdür ki, buraya Avropadakı bütün CIP xidmətləri operatorları aiddir. Bizim zalın xidmətləri Münhen, Frankfurt, Vyana, Amsterdam, Praqa, Dublin, Riqa, Helsinki, Sürix, Cenevrə və Stokholmdakı partnyorlarımız tərəfindən də sifariş edilə bilər.

Xidmət sahəsi
Zal təkcə müntəzəm reyslərdə uçan sərnişinlər üçün deyil, həmçinin fərdi təyyarələrin sərnişinləri üçün nəzərdə tutulub.

"Airport Hotel" Hava limanı ərazisində 5***** otel

"Airport Hotel" - Hava limanı ərazisində 5***** otel, burada İTECA sərgisinin iştirakçıları üçün xüsusi tariflər və Sərgi mərkəzinə pulsuz transfer nəzərdə tutulub.

Bakı Ekspo Mərkəzindən maşınla 3 dəqiqə, Abşeron çimərliklərindən 10 dəqiqə və Bakının mərkəzindən 25 dəqiqəlik məsafədə, Heydər Əliyev Beynəlxalq Hava Limanının gözəl güşəsində yerləşən Airport Hotel mehmanxanası iş adamları və turistlər üçün sərfəli qiymətə, etibarlı, nəzakətli xidmət və müasir, cəlbedici, rahat mühit təklif edir.

Oteldəki 207 otağın hamısı fərdi idarə edilən hava kondisionerləri ilə tam təchiz olunmuşdur. Bu otaqlarda yüksək sürətli internet, çay/qəhvə hazırlama cihazları, yastı ekranlı televizor, oteldaxili filmlərin nümayişi və 24 saat ərzində otaqlara xidmət təklif olunur. Ümumi sahəsi 388 kvadrat metr olan 8 iclas və konfrans otaqlarında, ən müasir audio və video texnologiyalarını tətbiq edərək, "Airport" oteli 10 nəfərdən 650 nəfərədək konfrans və mərasimlər keçirmək üçün imkan yaradır. Qonaqlar tam nəzarət altında olan trenajor zalında məşq, yaxud saunada və sakitləşdirici masaja getməklə istirahət edə bilərlər. Bütün qonaqlarımıza hər 2 saatdan bir Bakı Ekspo Mərkəzinin yanından keçərək, şəhərin mərkəzinə gedib-qayıtmaq üçün avtobuslar təklif olunur.



"Airport Gate"
Taksi və digər növ nəqliyyat vasitələrinin sifarişi

"Airport Gate" şirkətinin əsas fəaliyyəti:



  • Avtonəqliyyat xidmətlərinin təklifi, qrupların Mitsubichi Rosa avtobuslarında və Renault Trafic mikroavtobuslarında şəhər otellərinə aparılıb-gətirilməsi;

  • Aviasərnişinlərə onların sorğuları əsasında Volkswagen Passat avtomobili ilə xidmətin göstərilməsi. Xidmətin dəyəri məsafədən asılıdır. Hava limanından şəhərin mərkəzinə çatdırılma qiyməti təqribən 20 AZN-dir;

  • Müxtəlif təşkilatlar üçün Hava limanı ərazisində reklam xidmətlərinin təşkili;

  • Sərnişinlərin şəhərə və əks istiqamətdə (16N-li marşrut) daşınması. Bir tərəfə gedişin qiyməti 30 qəpikdir.

Yüklə 25,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin