Azərbaycan dili- test tapşırıqları a variantı



Yüklə 4,22 Mb.
səhifə1/6
tarix22.05.2020
ölçüsü4,22 Mb.
  1   2   3   4   5   6
Azərbaycan dili- Test tapşırıqları

A variantı

1. Yazılışı ilə deyilişi fərqlənən sözlər cərgəsini göstərin.

A) dağh, adamlar, taxıl B) səyahət, ucadan, naxır

C) haqlı, uşaqlar, bağça D) yağlı, buludlar, tamaşa E) xalça, futbol, təmirçilər


2. Vurğusu dəyişməklə mənası dəyişən sözlər hansılardır? 1. Tənha 2. İzlə 3. Kimya 4. Yazdır 5. Soyun

A)l,3,5 B)2,4,5 C) 2, 3, 5 D) 1, 4, 5 E) 2, 3


3. Səadət sözünün leksik təhlili ilə bağlı düzgün fikirləri seçin.

1. Azərbaycan (türk) mənşəli sözdür.

2. Antonimi bədbəxtlik sözüdür.

3. Sinonimləri xoşbəxtlik, bəxtəvərlik sözləridir.

4. Çoxmənalı sözdür.

5. Omonim ola bilmir.

A)3,4,5 B)l,3,4 C) 1,4, 5 D) 2,4,5 E)2,3,5
4. Cümlədə feldən düzəlmiş neçə isim işlənib?

Bu il əkinlərə bol yağış düşdüyü üçün bitkilər yaxşı inkişafedib.

A)l B)2 C)4 D)3 E) 5
5. Hansı cümlənin xəbəri düzəltmə fellə ifadə olunub?

A) Kvadratm eni ilə uzunu bərabərdir.

B) Onun bu düşüncələri olduqca maraqlıdır.

C) Bu gün bizə ən çox lazım olan birlikdir.

D) Martm 22-də gecə ilə gündüz bərabərləşir.

E) Söz-söhbət bitmək bilmir, uzanırdı.


X sinif 7

6. Hansı fikir səhvdir?

A) Zərflər, bir qayda olaraq, fellə bağlı olub onu izah edir.

B) Tərzi-hərəkət zərflərinə hansı? sualını vermək olmaz.

C) Feli bağlama şəxsə və kəmiyyətə görə dəyişmir.

D) Zərflər cümlədə yalnız zərflik olur.

E) "la" qoşma olmaqla yanaşı, həm də zərf düzəldən şəkilçidir.
7. Hansı cümlədə isə hissəciyi felin qeyri-qəti gələcək zamanına artırılmışdır?

A) gəlməyəcəksə B) gəlibsə C) gəlsə D) gəlməzsə

E) ğəlmirsə
8. Modal söz və fel kimi işlənə bilən söz hansıdır?

A) qoy B) görəsən C) bax D) gəlsənə E) gör


9. III növ təyini söz birləşməsi hansıdır?

A) azadlıq eşqi

B) oxumaq həvəsi

C) bahar gələndə

D) uçan quş

E) müğənninin səsi


10. Sadə cümlə hansıdır?

A) Yağdı yağışlar, banladı quşlar.

B) Fevralın axırları olmasına baxmayaraq, şəhərdə hələ də qar yağmayıb.

C) Dedim ki, xəbərim yoxdur.

D) Fikrim budur ki, getməyim.

E) Çağırsalar, gedərəm.


B variantı

1. Kolorit sözünün fonetik təhlilində səhv haradadır?

A) Uç hecalıdır və vurğu üçüncü hecaya düşür.

B) Sözdə 7 səs, 7 hərf var.

C) 2 kar, 2 cingiltili samit işlənib.

D) [a]-qalın, dodaqlanmayan, açıq, [o]-qalm, dodaqlanan, açıq, [i]-incə, dodaqlanmayan, qapalı saitdir.

E) Sözün deyilişi ilə yazılışı fərqlənmir.
2. Düzgün yazılmamış sözlər hansılardır? 1. Çağrış 2. Əcaib 3. Hərakat 4. Valideyn 5. Amanət 6. Ekologiya

A) 1, 2, 6 B) 2, 3, 6 C) 1, 3, 5 D) 2, 4, 6 E) 2, 4, 5


3. Hansı söz düzəltmə deyil?.

A) baxış B) gülüş C) yoxuş D) çağırış E) tanış


4. Cümlədə yaxın mənalı sözlərdən əmələ gəlmiş neçə mürəkkəb söz işlənib?

Dost-tamş onun haqqında belə söz-söhbət eşidəndə acı-acı gülümsü-nür, bıı ağüasığmaz şayiələrin hardan yarandığını duyub təəssüflənir-dilər.

A)2 B)3 C)4 D)l E) 5
5. Düzəltmə fel hansıdır?

A) ayıldı B) soyuldu C) sozaldı D) bayıldı

E) qarışdı
6. Hansı cümlədə iki ədat işlənib?

A) Axı sən haradan biləsən?

B) Söylə də, nə durmusan?

C) O lap ağ eləyıb kı...

D) Daha mənim sənə sözüm yoxdur.

E) Bil ki, göyə çıxsa da, tapacağam.


7. Hansı cümlədə mürəkkəb mübtəda işlənib?

A) Yaxm dostum Əlibala bizə gəlmişdi.

B) Cavidin şeirləri hamı tərəfindən sevilir.

C) Həsənağa bizim yaxın qonşumuzdur.

D) Gülnar rəfiqəsinin sözünü yerə salmadı.

E) Topaldıqaç maraqlı oyundur.


8. Hansılar şəxssiz cümlədir?

1. Qarşı səngərdə tam sakitlik idi.

2. Hər yay gedib ona baş çəkirdim.

3. Mənim ona yazığım gəlirdi.

4. Şaxtalı bir qış günü idi.

5. Onun da orada olduğunu deyirlər.

A)l,3,5 B)2,3,5 C) 1, 2, 5 D) 1, 3, 4 E) 2, 4, 5
9. Hansılar tabeli mürəkkəb cümlədir?

1. Dünən necə idisə, bu gün də elədir.

2. Dünən yaxşı idi, bu günsə halı pisləşib.

3. Dünən gəlibmiş, lakin mən görmərnişəm.

4. Hərçənd eşitmişdim, amma gəlməyə vaxt tapılmadı.

5. Kim özünə arxaymdır, gəlsin.

A)l,3,5 B)3,4 C)l,2,5 D) 1,4,5 E) 2,4

10. Onların belə danışmaqlarına baxmayın cümləsində işlənmiş məsdərdə onun üçün səciyyəvi olmayan hansı cəhət özünü göstərir?

A) hallanıb

B) mənsubıyyətə gorə dəyışıb

C) III növ təyini söz birləşməsinin II tərəfi kimi işlənib

D) cəmlənib

E) yiyəlik halla əlaqəyə girib
C variantı

1. Kollektiv sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin.

1. Ahəng qanununa tabe deyil.

2. Sözdə bir dodaqlanan sait var.

3. [a] qalın, açıq, [i] incə, qapalı saitdir.

4. Vurğu 3-cü hecaya düşür.

5. Sözün yazılışı ilə deyilişi fərqlənmir.

6. Sözdə 2 cingiltili, 3 kar samit işlənib.

A)l,2,3 B)l,3,4 C) 2,4,6 D) 1,3,5 E)2,5,6
2. Səhv yazılmış sözləri müəyyənləşdirin.

1. Bəsdəboy 2. Yumşaq 3. Mübtadə 4. Çılqın 5. Xəyanət 6. Dalğın

A)l,2,5 B)2,3,6 C) 1, 4, 5 D) 2, 4, 6 E) l,3,4
3. Məcazi məna daşıyan ifadə hansıdır?

A) gur sel B) bəzəkli naxış C) soyuq baxış

D) durulducu qurğu E) kəsici alət
4. Hansı düzəltmə sözdür?

A) ilik B) üzük C) duyuq D) çevik E) körük


5. Daha çox isimləşə bilən sifətlər hansı cərgədədir?

A) qorxulu, kütləvi, qısaca

B) yamyaşıl, qorxunc, duzlu

C) sarımtıl, gülünc, gömgöy

D) xəsis, igid, namərd

E) tarixi, elmi, iqtisadi


6. Məchul növdə olmayan fel hansıdır?

A) oxunubdur B) daşmıbdır C) köçürülübdür

D) axtarılmışdır E) dağılıbdır
7. Zərfdən düzəlmiş fel hansıdır?

A) izlədi B) həyəcanlandı C) göyərdi D) gerilədi

E) yerləşdi
8. Hansı cümlədə qoşma işlənib?

A) Cəmillə Kərim mənim dostlarımdır.

B) Hər gün gəlib mənimlə görüşərdi.

C) Tək ondan ehtiyat edirəm.

D) Başqa işlərə vaxt sərf etməyin.

E) Hər axşam sahildə tək gəzişərdi

.

9. Yalnız xəbərdən ibarət olan cümlə hansıdır?



A) Dünən qanı bərk qaralmışdı.

B) Onun təşvişə düşməsi əbəsdir.

C) İlin son fəsli idi.

D) Eşidən kimi köməyə tələsdik.

E) Xoş xəbər olanda çox sevinirdik.
10. Aşağıdakı sxemlərdən biri "bildirkihrdən" sözünə uyğun gəlir:

a) ı lA/W^ b) ı \Ar\r\ o ı—iAAAa D) ı \r\r\r\ e) ı lAnnn



D variantı

1. Iştaha sözünün fonetik təhlili ilə bağlı düzgün olmaıyan fikirləri seçin.

1. Sözün yazılışı ilə deyilişi fərqlənmir.

2. Vurğu sonuncu hecaya düşür.

3. Ahəng qanununa tabe olmur.

4. [a] qalın, dodaqlanmayan, açıq saitdir.

5. Sözdə 3 kar samit iştirak edir.

A)l,3 B)3,4 C)2,4 D) 2,5 E) 1,5


2. Hansı cərgə əsl Azərbaycan sözlərindən ibarətdir?

A) müstəqil, istiqlal, şöhrət B) siyasi, iqtisadi, ictimai C) palıdı, zoğalı, yaraşıqlı D) fəlsəfə, islahat, izahat E) ucalıq, qorxunc, müəmma


3. Amansızlaşıbdır sözünün tərkibinə görə təhlili hansı sxemə uyğundur?

A) ı \/\r^r\r\ B) ı-ı/W^r^r^

C) ı \r\r\r\ D) ı-\S\r\r\

E) ı-lA/V~>0


4. Hansı cümlə yalnız düzəltmə sözlərdən ibarətdir?

A) Hünərli insanlar xoşbəxtliyə layiqdirlər.

B) Sərgidə maraqlı nümunələr toplanmışdı.

C) Külək yağışı səpələyirdi.

D) Canlı yayım çoxdan başlamışdı.

E) Mərdlik və dözüm hər kəsin işi deyil.


5. Sözlərdən ikisi düzəltmədir:

1. Güzgü 2. Əski 3. Hörgü 4. Cizgi 5. Qarğı 6. Qurğu A)l,5 B)3,6 C)3,5 D) 2,4 E) 1,6


6. Hansı feldə idi hissəciyi nəqli keçmiş zamana artırılmışdır?

A) deyərdi B) azaldı C) söyləmişdin D)gəzsəydi E) toxunaydı


7. Quruluşca mürəkkəb olan şərt bağlayıcısı hansıdır? A) əgər B) hərgah C) istərsə D) yoxsa E) halbuki
8. Mürəkkəb cümlə üzvü sayılır:

A) mürəkkəb sözlər

B) söz birləşmələri ilə ifadə olunanlar

C) yalnız mürəkkəb adlar

D) nitq hissələri ilə ifadə olunanlar

E) yalnız ismi birləşmələr


9. Hansılar qeyri-müəyyən şəxsli cümlələrdir?

1. İndicə gəlib xəbər verəcəklər.

2. Hərə bir söz deyirdi.

3. Bəziləri artıq imtahanı vermişdilər.

4. Sizin barənizdə yaman çox danışırlar.

5. Yeməyənin payını yeyərlər.

A)l,4 ' B)2,4 C)2,3,5 D) 1,4,5 E) 2,5
10. Təyin budaq cümlələri hansılardır?

1. Elə mühəndis var ki, dəzgahdan başı çıxmır.

2. Elə köçürt ki, oxuya bilək.

3. O sənətkar xoşbəxtdir ki, xalq içərisində hörməti var.

4. Qazancı o oldu ki, evsiz-eşiksiz qaldı.

5. Atan necə idisə, sən də o cür insan ol.

6. Şərtimiz belədir ki, uduzan çıxır.

A)l,3,5 B)4,5 C)3,6 D) 2,4,6 E) 1,2,5



E variantı

1. Hansı söz kök və şəkilçiyə düzgün aynltnayıb?

A) yaxa-la-n-dı B) uzaq-laş-dı-m

C) qorx-aq-lıq D) yox-la-mış-ıq

E) iz-lə-n-di
2. Biri alınma söz deyil:

A) təmir B) sahil C) taqqıltı D) dünya

E) mənsubiyyət
3. Üçü düzəltmə sözdür:

1. Dilək 2. Kələk 3. Oyaq

4. Dayaq 5. Qovaq 6. Bəzək

A) 2,3, 4 B) 1, 3, 5 C) 1, 4, 6 D) 2, 5, 6 E) 3, 4, 6


4. Düzəltmə isimdən düzəlmiş fel hansıdır?

A) düzəldi B)sancılandı C)dalğalandı D)yaxşılaşdı E) gücsüzləşdi


5. Qeyri-müəyyən əvəzlik hansı cümiənin xəbəridir?

A) Hər kəs öz işi ilə məşğul olsun.

B) Bu işlərin səbəbkarı sənsən.

C) Mənim müraciətim hamıyadır.

D) Məktubun əsli özündədir.

E) Nə edəsən, vəziyyət belədir.


6. Yanaşma əlaqəsi haradadır?

A) elmi öyrənmək

B) zəngin səsi

C) ondan soruşdum

D) tarixi bilmək

E) siyasi məsələ


7. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?

A) Külək gücləndi, dalğalar sahilə hücum çəkdi.

B) Quş kimi atın belinə sıçradı, kəhər götürüldü.

C) Camaat əl çalır, iki gənc həvəslə oynayırdı.

D) Qapı açılanda onu dəhşət bürüdü: hər yer alışıb yanırdı.

E) Qoşqar getmək istəyirdi, ancaq nənəsi buraxmırdı.


8. Xəbər budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

A) Elə insandır ki, tayı-bərabəri yoxdur.

B) Elə iş gör ki, sonra peşman olmayasan.

C) Kim qiymət almasa, günah onun özündədir.

D) Əminəm ki, hər şey yaxşı olacaq.

E) Madam ki, qorxur, gəlməsin.


9. Sözlərdən biri almmadır:

A) çörək B) iraq C) dözüm D) gül E) doqquz


10. Onların belə gec gəlməkləri məni üzürdü cümləsində işlənmiş məs-dərdə onun üçün səciyyəvi olmayan hansı cəhət özünü göstərir?

A) Hallanıb.

B) Mənsubiyyətə görə dəyişib.

C) III növ təyini söz birləşməsinin II tərəfi kimi işlənib.

D) Cəmlənib.

E) Yiyəlik halla əlaqəyə girib.


F variantı

1. Müstəqil leksik mənası olmayan söz hansıdır?

A) içki B) ancaq C) bizimki D) görüş E) yürüş
2. Hansı isimlər mənşəcə almma sözlərdir? 1. Əmanət 2. İldırım 3. Məktəb 4. Birlik 5. Təyinat 6.Axtarış 7. Saat 8. Vergi

A) 1, 4, 5, 8

B) 1, 3, 5, 7

C) 2, 3, 8

D) 2, 4, 6

E) 3, 5, 6, 7


3. Hansı bənddə yalnız təsriflənən feliər verilib?

A) çıxar-çıxmaz, uzanan

B) uzaqlaşdı, gördükcə, deyən

C) qorxmaz, dedikdə, alışmaq

D) bilməz, deyərsən, gedəsiyik

E) deyərkən, deyərdi, dözməliyik


4. Hansı söz həm zərf, həm də ədat kimi işlənə bilər? A)lap B)yalnız C) ki D) ancaq E) təkcə
5. Yalnız xəbərdən ibarət olan cümlə hansıdır?

A) Həyat mübarizədir.

B) Onun təşvişə düşməsi əbəsdir.

C) İlin əvvəlləri idi.

D) Eşidən kimi köməyə tələsdik.

E) İçəri keçin.


6. Bunlardan biri budaq cümləni baş cümləyə bağlayan vasitələrdən deyil:

A) bağlayıcı B) -sa2 C)bağlayıcı söz D)hal şəkilçisi E) ədat


7. Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələri seçin.

1. Nə biləydik ki, belə günlərimiz olacaq?

2. Mümkündür ki, siz bunu yalan hesab edəsiniz.

3. Kim qovurmanı yeməsə, Ejurla xatun odur.

4. Fərasət ki oldu, çox şey mümkündür.

5. Eləsi də var ki, kinonu xoşlamır.

6. Kimi məsləhət bilirsən, o gəlsin.

A) 1,2,5 B)2,4, C)3,5 D) 2,5,6 E)l,3


8. Aşağıdakı sözlərin içərisində hansılar uzun saitlidir?

I. Hesab 2. Məkan 3.Vicdan 4.Bədii 5.Tətil

6. Müəllim 7. Şeir 8. Sima 9. Həyat 10. Növbə

11. Mübtəda

A) 1, 2, 9,11 B) 4, 5, 6, 7, 8,10 C) 3, 5, 6, 7, 9,10

D) 4, 5, 7, 8, 9 E) 3,4, 6, 9,11


9. O, əlbəttə, gələcək cümləsində o əvəzliyindən sonra vergül nə üçün qoyulmuşdur?

A) cümlənin mübtədası olduğuna görə

B) şəxs əvəzliyi olduğuna görə

C) özündən sonra modal söz işləndiyinə görə

D) xəbərlə uzlaşma əlaqəsində olduğuna görə

E) şəxs əvəzliyini işarə əvəzliyindən fərqləndirmək üçün


10. Bəndlərdən birində eyni səs müxtəlif sözlərdə ayrı-ayrı hərflərlə ifadə olunub:

A) kənd, kağız B) tar, dar C) nöqtə, doqquz

D) rəqs, kadr E) nitq, əmlak
G variantı

1. Məcazi mənalı ifadə hansıdır?

A) ağır yük B) təmiz su C) yüngül hərəkət

D) mehriban dost E) işlək adam


2. Məchul növdə ola bilməyən fel hansıdır?

A) düzülüb

B) silinibdir

C) köçürülübdür

D) didilmişdir

E) seyrəlib


3. Yalnız xəbərdən ibarət olan cümlə hansıdır?

A) Dünən bərk qanı qaralmışdı.

B) Adama söz deyən olar.

C) Qış günü idi.

D) Stolları həyətə daşıdıq.

E) Hər sözə baş qoşmazlar.


4. Sözlərdən biri almmadır:

A) bacarıq B) iraq C) işıq D) məktəb E) səkkiz


5. Sxemlərdən biri dözümlülərə sözünə uyğun gəlir:

A) I-i/VV^

B) l-\/\r\r\

C) ı-lAAA^

D) ı-\r\r\r\

E) ı-\A,r\r\r\;


6. Uzun saitli sözləri göstərin.

1. Həyat 2. Sima 3. İnşaat 4. İsim

5. Hədiyyə 6. Müəllim 7. Mübtəda 8. Növbə

9. Durna 10. Mötəbər 11. Sanki

A) 1, 2, 4, 6 B) 2, 3, 6, 8,10 C) 5, 7, 8,11

D) 1, 4, 7, 9 E) 3, 7,10


7. Hansı söz düzəltmə deyil?

A) sağım B) yanıq C) savaş D) durum E) sınıq


8. Zərfdən düzəlmiş fel hansıdır?

A) başladı B) ağıllandı C) ağardı D) irəlilədi

E) sözləşdilər
9. Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələri seçin.

1. Aydm olur ki, çətin günlərimiz başlanır.

2. Çox təəccüblüdür ki, o, mənsiz gedib.

3. Kim bacarıqlıdırsa, onu qiymətləndirin.

4. Qorxursa, qayıda bilər.

5. Kim qorxursa, qayıda bilər.

6. Arxaym olun ki, sizi tək buraxmarıq.

A)l,2,5 B)2,4,6 C) 3, 5 D) 2, 5, 6 E) 1, 3


10. O, bəlkə də, getmədi cümləsində o əvəzliyindən sonra nə üçün versül qoyulub?

A) cümlənin mübtədası olduğuna görə

B) şəxs əvəzliyi olduğuna görə

C) özündən sonra modal söz işləndiyinə görə

D) xəbərlə uzlaşma əlaqəsində olduğuna görə

E) şəxs əvəzliyini işarə əvəzliyindən fərqləndirmək üçün


H variantı

1. Düzəltmə söz hansıdır?

A) çahşdı B) danışdı C) bulaşdı D) ilişdi

E) ahşdı
2. Omonim sözləri seçin.

1. Cavan 2. Üz 3. Ara 4. İz 5. Üç 6. Qarı

A) 1, 4, 5, 6 B) 2, 3, 4 C) 2, 3, 6 D) 2, 3, 5 E) 1, 2, 3


3. Hansı söz sdhv yazılıb?

A) səhifə B) mövhumat C) məşquliyyət

D) müfəssəl E) dəhşət
4. Hansı cümlə yiyəlik halda olan sözlə başlanır?

A) Qapm açıq olsun, ay baba.

B) Sevin ki, belə qohumun var.

C) Ayın 10-da tədbir keçiriləcək.

D) Fikrin mənə aydmdır.

E) Başın hansı işlərə qarışıb?

.

5. " r~ ~~lA " sxeminə uyğun olmayan sözü tapm.



A) göndəriş B) dirçəliş C) göstəriş D) dönüş

E) qırış
6. Eyniköklü sözlərin cərgəsini göstərin.

A) astadan, astaca, astar

B) üzücü, üzgün, üzüntü

C) əlavə, əlvan, əlaqə

D) ağartı, ağlamalı, ağlağan

E) mənalı, mənəvi, mənafe
7. Hansı sözdə iki kar samit işlənib?

A) sanki


B) məskən

C) əsgər


D) şəfqət

E) şərafət


8. Hansı söz düzəltmə sifət deyil?

A) şəhərdəki

B) köhnəlik

C) xeyirxah

D) qorxulu

E) zarafatcıl


9. Alınma sözü göstərin.

A) meşə


B) sancaq

C) itki


D) millət

E) əlli
10. Adlıq halda olan söz hansıdır?

1 2 3 4 5

Kənd yolunun ətrafı daşlardan təmizləndi. ;

A)l B)2 C)3 D)4 E) 5
I variantı

1. Ki bağlayıcısı işlənir:

A) tabeli mürəkkəb cümlədə

B) həmcins üzvlər arasmda

C) xüsusiləşmiş üzvlərdə

D) cümlə üzvünün əlavəsində

E) tabesiz mürəkkəb cümlədə
2. Hansı söz birləşməsinin hər iki tərəfi sifətlə ifadə olunub?

A) sevimli peşə B) nəcib insan C) müdrik qoca

D) həmin gözəl E) xeyirxahlarm yolu

3. Hansı cümlədə isim sifətləşib?

A) Qəmgin baxışları vardı.

B) Gümüşü saçları ona xüsusilə yaraşırdı.

C) Mühəndis Əli yaxşı insandır.

D) Qızıl gümüşdən bahadır.

E) Şəhərdəkilər bundan xəbərsizdirlər.
4. Hansı cümlənin xəbəri söz birləşməsi ilə ifadə olunub?

A) Xəzərin bir adı da Quzğun dənizdir.

B) Sədr mənim təklifimi qəbul etdi.

C) Bakı küləkli şəhərdir.

D) Bakı dəniz qırağmda yerləşir.

E) Bakmm tarixi çox qədimdir.


5. Hansı nümunədə idarə əlaqəsi var?

A) sevimli dost B) bərkdən danışmaq

C) arxaya dönmək D) gördüyü mənzərə

E) tarixi hadisə


6. Hansı cümlə yalmz mübtəda və xəbərdən ibarətdir?

A) Çiçək kimi ətirlidir.

B) Üzr istəməyi şəninə sığışdırmırdı.

C) Onu çağırmaq yadımdan çıxmışdı.

D) Evdəkilər onu danladılar.

E) Dostları sərt danışdılar.


7. "I l/^/X/N/"^ " sxeminə uyğun olan sözü göstərin.

A) sizinkilərdən B) qorxumuzdan

C) tanışlığımızı D) xalamgildəkilər

E) qonaqlıqlarda


8. Hansı mürəkkəb söz deyill

A) üçtelli B) mal-qara C) dilli-ağızlı D)qiraətxana E) söz-söhbət


9. Cümlədə feldən düzəlmiş neçə isim işlənmişdir?

Böyük itkihr vermiş düşmən ordusu döyüş bölgəsinddn geri çəkildi.

A) l B) 2 C) 3 D) 4 E) belə söz yoxdur
10. Dəniz sözü hansı nümunədə adlıq haldadır?

A) Dəniz kənarı adamla dolu idi.

B) Xəzər dənizi əslində göldür.

C) Ilk dəfə idi ki, dəniz görürdüm.

D) Dənizin ləpələri sahilə hücum çəkirdi.

E) Görünən dəniz limanıdır.


J variantı

1. Hansı söz düzəltmə deyil? A) silgi B) sərgi C) sancı D) süngü E) solğun

2. Eyniköklü sözlər hansılardır? 1. Qurğu 2. Qurğuşun 3. Qurşun 4. Qurucu 5. Qurtuluş 6. Quraqlıq 7. Qurum A)l,4,7 B)2,4,7 C)l,3,4,7

D) 2, 4, 6 E) 1, 4, 5

3. Deyilişi yazılışından fərqlənən sözləri göstərin. 1. Məna 2. Müavin 3. Məharət

4. Müftə 5. Məqsəd 6. Məsafə A) 2,4, 6 B) 1, 3, 6 C) 2,4,5 D) 1, 4, 6 E) 3, 4, 6

1 2 3 4 5

4. "Bizim qrupun rəhbəri həmin Səməddir" cümləsindəki hansı sözdə cingiltili samit kar kimi tələffüz olunur?

A) 1-ci B) 2-ci C) 3-cü D) 4-cü E) 5-ci

5. Vurğusu 2-ci hecaya düşən sözü göstərin.

A) firavan

B) fizika

C) flora

D) fantaziya

E) fantastik

_X sinif | 25

6. Ahnma söz hansıdır?

A) ovlaq


B) inamlı

C) müstəsna

D) istəkli

E) barışıq

7. Hansmm yazılışı düzgündür?

A) kayinat

B) kampot

C) iktisad

D) montyor

E) cəsus


8. Hansının tələffüz şəkli düzgün göstərilməmişdir?

A) [səya:hət]

B) [məca:zi]

C) [miskər]

D) [təfdiş]

E) [onnux]

9. Hansı omonim sözdür?

A)göl B)göz Qgəl D)güləş E) gilas

10. Danışıqlardakı sözünün düzgün təhlil sxemini göstərin. A) I l/vV\

d) I lATY^A

e) I—ırv\A

26 | Azərbaycan dili / Test tapşırıqları

K variantı

1. Qopardı sözü haqqında hansı fikir səhvdir?

A) təsdiqdədir

B) təsriflənən formadadır

C) III şəxsin təkindədir

D) məlum növdədir

E) yalnız şühudi keçmiş zaman kimi düşünmək olar

2. Biri yalnız isim kimi götürülə bilər: A) giriş B) yürüş C) barış D) görüş E) döyüş

3. Mücərrəd düzəltmə isim hansıdır?

A) döyüşçü

B) düşüncə

C) rəngsaz

D) boyaqçı

E) yurddaş

4. Hansı felin sinonimi "duymaq" sözüdür?

A) düşünmək

B) görünmək

C) sevinmək

D) hiss etmək

E) doymaq

5. Vurğusu sonuncu hecaya düşən söz hansıdır? A) bilirdi B) avtobus C) qayğıkeş D) radio E) bilmədən

_X sinif I 27

6. Hansı cəhət feli bağlamaya aid edilə bilməz?

A) inkarda işlənmək

B) cümlə üzvü olmaq

C) isimləşə bilmək

D) tərkib əmələ gətirmək

E) təsirli və ya təsirsiz olmaq

t

7. Yanıqlı sözünün fonetik təhlili ilə bağlı hansı fikir səhvdir?



A) Ahəng qanununa tabedir.

B) Deyilişiyazılışmdanfərqlənir.

C) Vurğu3-cühecayadüşür.

D) Yalnız cingiltili samitlər iştirak edir.

E) Həm açıq, həm də qapalı saitlər iştirak edir.

8. Hansı sözlər omonimdir?

l.Ömür 2. Günəş 3. Din 4. Oyun

5. Soy 6. Baş 7. Tala A) 2,5, 6 B) 4, 5, 6 C) 3, 5, 7 D) 2, 3, 5 E) 1, 5, 7

9. "Çadırdakı yaralıların biri yoluxucu xəstəliyə tutulmuşdu" cümləsində neçə isimləşmiş sifət işlənmişdir? A)l B)2 C)3 D)4 E) 5

10. Təsirlik halda olan isimləşmiş söz hansı sıradadır?

A) sözündüzü

B) sonu görünmədən

C) işin sonu

D) qaçanı qovmaq



E) baxışlarıqəmli


Variant

A

B

C

D

E

F

G

H

İ

J

K

1

C

E

B

E

D

B

C

C

A

D

E

2

B

C

E

C

C

B

E

C

C

A

B

3

E

C

C

E

C

D

C

C

E

C

B

4

D

A

C

D

B

E

D

C

A

E

D

5

D

B

D

B

C

C

A

E

C

D

C

6

D

C

E

C

E

D

B

B

C

C

C

7

D

B

D

B

B

D

C

A

D

D

D

8

B

D

B

B

C

B

D

B

D

C

C

9

E

D

C

A

A

C

A

D

C

D

A

10

B

D

B

A

D

D

C

C

B

A

D

Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə