Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Karyera planlanması və inkişafı” kafedrasının müəllimi,
Əliyeva Gülnarə İlham qızı
aliyevagulnara148@gmail.com
(+99450)7320137
Fənn: Karyera planlaması
Mövzu: Karyera yol xəritəsinin tərtibi
P L A N
Fərdi karyera planlaması
Holland metodu
Karyera üçün boşluqların analizi
İşlərdə priotitet anlayışı
“Eisenhower” matrisi
Şəxsi inkişafı planlama
Karyera stategiyanın qurulması
Mentor seçimi
Mühazirə mətni ilə tanışlıq tələbələrə karyera yol xəritəsi haqqında ümumi məlumatlar verəcəkdir. Həmçinin tələbələr müxtəlif modellər, analizlər, karyera quruculuğu üçün gərəkli olan planlar və strategiyalar və digər məqamlar barəsində məlumatlar əldə edəcəklər
Fərdi karyera planlaması
Karyera planlaması, yeni biliklər əldə etmək, özünü inkişaf etdirmək, yeni və daha çətin vəzifələr götürmək, vəzifədə yüksəlmək və s. kimi hədəflərə çatmaq üçün planlı addımlarla bilrikdə fərdin qısa və uzunmüddətli hədəflərinə dayanan uzun bir yoldur.
Karyera ilə bağlı qərarların verilməsi fərdlərin həyatında böyük əhəmiyyətə malikdir. Şəxsiyyətin seçdiyi karyera həyatı boyunca iş sahəsindəki müvəffəqiyyəti və məmnuniyyəti, müvəffəqiyyəti nəticəsində qazandığı pul, yaşayacağı yer və hətta hobbisi üçün bir amil olacaqdır. Büyük ehtimalla ilk öncə detallı araşdırma etmədən, ne istədiyinizi müəyyən etmədən, seçimlərinizi dəyərləndirmədən ve sonra qərarınızı vermədən bir ev və ya maşın satın almaq kimi büyük məbləğdə xərcləmə etməzsiniz. Karyera planlaması oxşar bir prosesdir və uzunmüddətli müvəffəqiyyət və məmnuniyyətiniz üçün bəlkə də daha vacibdir.
Karyera Planlaması, fərdlərin və təşkilatların gələcək hədəflərinə çatmaq üçün necə davranmalı olduqlarını göstərir. Karyera planlaşdırması sayəsində fərdlər və təşkilatlar qısa, orta və uzun müddətli hədəflərinə görə özlərini harada görmək istədiklərinə qərar verirlər. Bu çərçivədə hədəfləri nəticəsində qarşılaşacaqları imkanları qiymətləndirərək qərar verirlər və beləliklə daha inamlı addımlarla hədəflərinə doğru irəliləyə bilirlər. Fərdi Karyera Planlaması, hədəflərini bilən və özlərini bilən insanlara çatışmazlıqlarını görmək və onları gücləndirmək imkanı təqdim edir.
Dostları ilə paylaş: |