Azərbaycan Dövlət Neft və Sənaye Universiteti



Yüklə 1,25 Mb.
səhifə1/6
tarix11.11.2022
ölçüsü1,25 Mb.
#68630
növüQaydalar
  1   2   3   4   5   6
C fakepathFH zaman ilk tibbi yard m

PLAN: 1. Ətrafların uzun müddət sıxılması zamanı ilk tibbi yardım; 2. Ətrafların uzun müddət sıxılması zamanı daxili orqanlarda baş verən dəyişikliklər; 3. Ətrafların sıxılmaqdan azad edilməsi qaydaları; 4. Fərdi tibbi mühafizə vasitələri : Aİ2; 5. Fərdi sarğı paketi

1. Ətrafların uzun müddət sıxılması zamanı ilk tibbi yardım Fövqəladə hadisələr baş verdikdə insanların xilas edilməsi çox zaman vaxtında, məqsədyönlü surətdə aparılan ilk tibbi yardımdan asılı olur. Bəzi hallarda lazımi məlumatın olmaması zərərçəkmiş insanların həyatı üçün təhlükəli olan ağırlaşmalara səbəb olur. Bu isə dağıntı zamanı ölüm faizinin artmasına səbəb olur.

Dağıntılar zamanı meydana çıxan travmalardan biri də uzunmüddətli sıxılma sindromu-Kraş sindromudur. Kraş sindromu -uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının (əzələ, piy qatı, dəri) zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir.

Eyni zamanda vəziyyətin ağırlığına və xəstənin proqnozuna həm də sıxılmanın müddəti təsir edir: a) yüngül hal-zədələnmiş şəxs dağıntı altında 4 saatdan az qaldıqda; b) orta ağır hal-6 saat qaldıqda; c) ağır hal-6-8 saat qaldıqda; ç) çox ağır hal-8 saatdan çox qaldıqda. Letallıq dərəcəsi isə belədir: d) 4-8 saat dağıntı arasında qalan hər 10 şəxsdən biri;8 saatdan çox qalan hər 10 şəxsdən yarısı ölür.

Zərərçəkəni dağıntı altından ehtiyatla azad etdikdən dərhal sonra zədələnmiş ətraflara damarsıxıçı jqut qoyulur. Jqut olmadıqda əl altında olan vasitələrdən istifadə edilir. Jqutun qoyulması zədələnmiş nahiyyədən zəhərli maddələrin geri qayıtmasının qarşısını alır. Düzgün qoyulan jqut zədələnmış ətrafda şişkinliyin (ödemin) azalmasına səbəb olur. Eyni zamanda qoyulmuş jqut qanaxma təhlükəsini aradan qaldırır.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin