Xutbətul hacə Həmd ancaq



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix28.07.2020
ölçüsü0,89 Mb.
#32327
  1   2   3   4   5   6   7
Без названия


www.selefeqidesi.net 

 

1

XUTBƏTUL – HACƏ 



      Həmd ancaq 

Allah


adır, Ona həmd edir, ondan yardım və məğfirət diləyirik. Nəfslərmizin 

şərindən və pis əməllərimizdən 

Allah

a sığınırıq. 



Allah

 kimi hidayətə yönəltmişsə onu heç kəs azdıra 

bilməz, kimi də azdırmışsa heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, 

Allah


dan 

başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və 

elçisidir.  

      «Ey iman gətirənlər! 

Allah

dan lazımınca qorxun. Yalnız mısəlman olduğunuz halda ölün». (Ali 



İmran 102).  

      «Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və 

onlardan daha bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən 

(Cürbəcur şeylər) istədiyiniz 

Allah

dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. 



Şübhəsiz ki, 

Allah


 sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).  

      «Ey iman gətirənlər! 

Allah

dan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) 



Allah

 

əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs 



Allah

a və Peyğəmbərinə itaət etsə, 

böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).  

      Şübhəsiz ki, sözlərin ən doğrusu 

Allah

ın kəlamı, yolların ən xeyirlisi Məhəmməd – səllallahu 



aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə 

salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə 

oddadır.  

      «Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı 

anlasınlar». (Ta ha 25-28).  

      Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı 

Allah

ın salamı ilə salamlayıram. 



Allah

ın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm –in yoluna uyaraq öz risaləmi «Bismilləh» 

ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə – bismilləh – ilə başlanılmazsa o işin sonu 

kəsikdir».  

      

Allah


 – subhanəhu və təalə – Məhəmməd – səllallahu aleyhi və səlləm –i aləmlərə rəhmət, əməl 

edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə göndərdi. O, - səllallahu aleyhi və 

səlləm – ona verilən əmanəti yerinə yetirdi, rəsaləti təbliğ etdi, ümmətə öyüd verdi, dinin 

əsaslarından tutmuş hər bir şeyi incəliyinə kimi bizə xəbər vermişdi. Açıqlamadığı bir şey, 

ümmətini sövq etmədiyi bir xeyr və onları çəkindirməyi bir pislik buraxmadı. Səhabələr onun 

aydınlıq yolu üzərində yürüdükləri kimi, onların yollarına uyan kimsələr də bu yolda yürüməyə 

başladılar.  

      Lakin çox keçmədi ki, gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa başladı. Bu bidətlər, 

uydurmalar İslamı və müsəlmanları dağıtmağa və onların firqələrə və məzhəblərə bölünməsinə 

gətirib çıxartdı. Müsəlmanlar da cahilcəsinə bu bidətlərə doğru yürüməyə başladılar. İnanclarını bu 

çürümüş şeylər üzərində qurmağa başladılar. Bu İslam və müsəlmanların düşmənlərinin fikirləri 

birdir. 


Allah

ın nurunu söndürmək, yəni İslamı məhv etməkdir. Lakin bu əsla belə deyildir. 

Allah

 

buyurur: «Onlar 



Allah

ın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək 

istəyirlər. 

Allah


 isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır». (əs-Səff 8). 

Allah


u Əkbər! Həqiqətən də onların xoşlarına gəlsə də, gəlməsə də belə 

Allah


 öz dinini qoruyur və 

tamamlayır. Hər dövrdə, hər zamanda, hər vaxtda 

Allah

ın dinini bəxş etdiyi iman, elm və hikmət ilə 



din düşmənlərinə qarşı vuruşan, onların hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox edən və 

onları Quran və Sünnə ilə məhv edən sünnət əhlindən olan cəmaat olub və olacaqdır. İnşəallah!  

      Səvban – radıyallahu anhu – dən gələn rəvayətdə Rəsulullah – səllallahu aleyhi və səlləm – 

buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacaqı vaxta qədər haqq üzrə 

gedəcəklər. Heç nə və heç kim onlara zərə vura biməyəcək. 

Allah


ın əmri gəlincəyə qədər». Bu 

cəmaat Firqətin Nəciyə – qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi-Salman, Əhli Hədis və 

s. deyə adlandırılmışdır. Onlar isə Peyğəmbər – səllallahu aleyhi və səlləm – in və əshabələrin 


 

2

izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Auf b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, 



Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər. 

Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcək-dir. Xristianlar yetmiş iki firqəyə 

bölünəcəklər. Onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində 

olan 


Allah

a and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onlardan yalnız biri 

Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir». İbn Ömər – radıyalallahu anhu- nun rəvayətində isə 

səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah – səllallahu aleyhi və səlləm – 

buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir». Başqa rəvayətdə Rəsulullah – 

səllallahu aleyhi və səlləm – buyurdu: «O da cəmaatdır».  

      Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta yoly mənimsəmiş Əhli 

Sünnə vəl Cəmaat olduğunu açıqca göstərməkdədir. Çünki onlar bütün ixtilaflarda orta yolu 

tutmuş, Kitab və Sünnətin bildirdiyi iman əsaslarından başqa hər hansı bir insana yönəlməmiş, 

insan üçün lazımlı hər şeyin bu iki qaynaqda bəyan edildiyinə inanmışlar. Sünnəti bəyan etmək

əsaslarını gücləndirmək və bidətləri yıxmaq üçün bir çox əsərlər də yazmışlar.  

      Buna görə də hörmətli bacı və qardaşlarım hər biriniz bu azmışlara qarşı mübarizə 

aparmalısınız. Hər biriniz 

Allah


ın dinini qorumalısınız. «Ey iman gətirənlər! Əgər siz 

Allah


a yardım 

göstərsəniz, o da sizə yardım göstərər və sizi sabitqədəm edər». (Məhəmməd 7). 

Allah

ı qorumaq 



isə onun dinini qorumaq ilə olur. İbn Məsid – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 

səllallahu aleyhi və səlləm- buyurdu: «

Allah

ın məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin 



öz ümmətindən sünnətin alan və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra 

onların ardından etməyəcəkləri şeyləri söyləyən və əmr olunmadıqları işləri edən bir çox nəsillər 

zühur edər. Kim onlara qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim diliylə 

mübarizə apararsa o da bir mömindir. Onlara qarşı kim qəlbi ilə mübarizə apararsa, o da 

mömindir. Amma bundan aşağı (imandan) bir xardal dənəsi qədər də iman yoxdur».  

      Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah – səllallahu 

aleyhi və səlləm – in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir 

müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl 

edib başqalarına öyrətməlidir. İbn Teymiyyə – rahmətulahi aleyhi – bu məsələ ilə bağlı demişdir: 

«Buna görə də Əhli Sünnə alimləri – sünnətə sarılmaq qurtuluşdur demişlər». 

Allah

 rəhmət etsin 



imam Məlik deyir: «Sünnət Nuhun gəmisi kimdir, minən qurtulur, arxada qalan isə həlak olur. Haqq 

budur. Çünki Nuhun gəmisinə peyğəmbəri təsdiq edən və ona tabe olanlar minmişlər. Ona 

minməyənlər isə peyğəmbəri yalan saymışlar. Sünnətə tabe olmaq 

Allah


 qatından gələn rtsalətə 

tabe olmaq deməkdir. Dolayısı ilə risalətə tabe olan, Nuhla bərabər gəmiyə minən kimsə 

durumundadır. Risalətə tabe olmaqdan ayrılan kimsə də Nuha tabe olmaqdan və onunla bərabər 

gəmiyə minməkdən qaçan kimsə durumundadır».  

      Bu baxımdan da mən ikinci risaləni topladım. Bu risaləni toplamaq üçün Quran və Sünnəyə 

uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək 

Allah

ın izni ilə əlimizdəki bu 



risalənin toplanmasına nail oldum. Bu risalədə birincidən fərqli olaraq İman, imanın əsaslarından, 

ehsan və s. mövzular haqqında geniş yer verməyə və hər oxucu ondan faydalansın deyə, aydın 

dəlillərlə göstərməyə çalışdım. İlk növbədə 

Allah


dan bu çalışmanın dolğun, düzgün şəkildə yazıb 

başa çatdırlmasını diləyirəm. 

Allah

dan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib 



onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və 

şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət 

verməkdən çəkinməyəcəyinizi ümid edirəm.  

      Güvəndiyim 

Allah

dır! İşlərimi Ona həvalə edirəm və ona arxalanıram. Həmd və təriflər yalnız 



Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur.  

      «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də içirdən də Odur! 

Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və 

Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və 



 

3

məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim 



Cənnətlərinin varislərindən et». (əş-Şüəra 78-85).  

      


Allah

ın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə 

üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.  

 

İMAN 



     

Sözdə iman təsdiq etmək deməkdir. Şəriətdə isə qəlb ilə etiqad etmək, dil ilə söyləmək və əzalar 

ilə əməl etmək deməkdir. Sələfi Salihin, yəni Əhli Sünnə vəl Cəmaatın iman əsasları Peyğəmbər – 

səllallahu aleyhi və səlləm – in məşhur Cəbrail – əleyhissəlam – ın hədisində xəbər verdiyi kimi – 

altı əsasa iman etmək və onları təsdiq etmək deməkdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm - , 

onların yanına dinlərini onlara öyrətmək və İman haqqında sual vermək üçün gələn Cəbrail – 

əleyhissəlam - a belə cavab vermişdi: «İman, 

Allah


a, Mələklərə, Kitablara, Peyğəmbərlərə, Axirət 

gününə, Xeyir və Şərrin qədərdən olduğuna iman etməkdir…». Amr b. Əbəsə – radıyallahu anhu – 

rəvayət edir ki, bir nəfər Peyğəmbər – səllallahu aleyhi və səlləm – ə dedi: «İslam nədir?» 

Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Qəlbinin 

Allah

a təslim olması və müsəlmanların 



sənin dilindən və əlindən salamat olmalarıdır» deyə cavab verdi. Adam: «Hansı İslam fəzilətidir?» 

deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «İman etmək» deyə cavab verdi. 

Adam: «Bəs iman nədir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «

Allah


a, 

Mələklərə, Kitablara, Peyğəmbərlərə və öldükdən sonra dirilməyə inanmaqdır» deyə cavab verdi. 

Adam: «Hansı iman daha fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: 

«Hicrət etmək» deyə cavab verdi. Adam: «Hicrət nədir?» - deyə soruşdu. Peyğəmbər – sallallahu 

aleyhi və səlləm – ona: «Pisliyi tərk etmək!» deyə cavab verdi. Adam: «Hansı hicrət daha 

fəzilətlidir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Cihad» deyə cavab 

verdi. Adam: «Cihad nədir?» deyə soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Onlarla 

qarşılaşdığın zaman kafirləri öldürmək» - deyə cavab verdi. Adam: «Hansı cihad fəzilətlidir?» deyə 

soruşdu. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ona: «Atının ayaqları kəsilib yerə yıxılaraq 

öldürüldüyü və qanının axıdıldığı cihad…».  

      Bu altı xüsus imanın əsaslarıdır. Həmçinin Qurani-Kərimdə də 

Allah


 bu haqda bir çox ayələr 

nazil etmişdi. «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. 

Yaxşı əməl sahibi əslində 

Allah


a, Axirət gününə, Mələklərə, Kitaba (

Allah


ın nazil etdiyi bütün ilahi 

kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəyyən 

ölçüdə (qədər) ilə yaratdıq». (əl-Qəmər 49).  

      Hər kim bu altı əsasa iman etməzsə onun imanı tamam olmaz. Bunlardan birini inkar edən 

kimsə kafir olur. O, halda iman bu altı əsas üzərində yüksəlir. Bu əsaslardan birini itirən kimsə, 

əlbəttə ki, mömin olmaz. Çünki o, imanın əsaslarından birini itirmiş olur. Necə ki, bir bina ancaq 

təməl əsasları üzərində yüksələ bilir. Bu əsaslar imanın rükunlarıdır. Kitab və Sünnətə uyğün olaraq 

bunlara əməl edilmədikcə iman da tamamlanmaz. Sələfi Salihin yəni Əhli Sünnə vəl Cəmaatın 

əqidəsinin əsaslarından biri də budur ki, onlara görə iman qəlb ilə təsdiq etmək, dil ilə söyləmək 

və əzalarla əməl etmək deməkdir. İman itaətlə artır, asiliklə azalır. Şəriətdə isə gizli və açıq bütün 

itaətlərdir. Gizli əməllərə qəlbin əməllərini misal göstərmək olar. Məs: Niyyət, ixlas, məhəbbət və s. 

Bu da qəlbin təsdiq etməsi ilə olur. Zahir (açıq) əməllərə isə bədən ilə edilən əməlləri məs: Ruku, 

səcdə və s. misal göstərmək olar. Qısaca iman – qəlbdə yer tutan əməl tərəfindən təsdiqlənən, 

meyvələri 

Allah

ın əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək ilə ortaya çıxan 



şeydir. Əgər elm əməldən uzaq olarsa, onun heç bir faydası da olmaz. Əməldən uzaq bir elmin bir 

kimsəyə faydası olsaydı, 

Allah

ın lənətinə düçar olan iblisə faydası olardı. O, 



Allah

ın şəriki 

olmadığına, tək olduğuna, sonunda da ona qaytarılacağını bilirdi. Lakin 

Allah


: «Adəmə səcdə et!» 

deyə əmr verdikdə o, təkəbbürlüyündən səcdə etməyib kafirlərdən oldu. (

Allah

) buyurdu: «Ey iblis! 



 

4

Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü 



yuxarı tutdun? Qiyamət gününə qədər mənim lənətim sənin üstündən əskik olmasın!». (Sad 75-

78). 


Allah

ın vəhdəniyyətini bilməsi ona (İblisə) fayda vermədi. Çünki əməldən ayrı bir elmin 

aləmlərin Rəbbinin tərəzisində heç bir ağırlığı yoxdur. Şeyx Usemin – rahmətullahi aleyhi – «Üç 

Əsas» kitabının şərhində dediyi kimi: «Əməl elmin meyvəsidir. Kim elimsiz əməl edərsə o, 

Xristianların misalındadır. Elmi olmaqla bərabər əməl etməyən kimsə isə Yəhudilərin misalındadır».  

      «Əməllər iman deyilən şeyin içərisinə girməz» - deyənlər, iman tək bir şey olduğuna görə: 

«Mənim imanım Əbu Bəkr əs-Siddiq, Ömər – radıyallahu anhum – un imanı kimidir. Hətta mənim 

imanım Peyğəmbərlərin, Rəsulların, Cəbrailin və Mikailin imanı kimidir» - deyənlər də vardır.  

      Ayə və hədislərdən bizə məlum olduğuna görə – əməl olmadıqca iman kamil olmaz. Niyyətsiz 

nə söz və nə də əməl olur. Sünnətə uyğun olmadıqca da nə söz, nə əməl, nə də niyyət olur. 

Allah

 

Qurani-Kərimdə bir çox ayələrdə iman ilə saleh əməli birlikdə qeyd edir. «İman gətirib saleh əməl 



edənlərin mənzili isə Firdovs Cənnətləri olacaqdır!» (əl-Kəhf 107). Şübhəsiz ki: «Rəbbim 

Allah


dır 

deyən, sonra da (söz və əməllərində) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə 

deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin». (Fussilət 30). «Bu 

sizin (dünyada) etdiyiniz yaxşı əməllər müqabilində varis olduğunuz Cənnətdir». (əz-Zuxruf 72). 

«Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən 

kimsələrdən başqa». (əl-Əsr 3). Möminlərin əmiri Əbu Hafsa Ömər b. əl-Xattab – radıyallahu anhu 

– rəvayət edir ki, mən Rəsulullah – səllallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim. 

«Əməllər ancaq niyyətlər ilədir və hər bir kimsə üçün niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti 

Allah

 və rəsulu üçündürsə, onun hicrəti 



Allah

 və rəsulu üçündür. Hər kimin hicrəti əldə edəcəyi bir 

dünyalıq və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə üçün hicrət etmiş isə elə 

onadır». Əbu Amr-Əbu Amra da deyirmişlər – Sufyan b. Abdullah – radıyallahu anhu – rəvayət edir 

ki, mən: «Ey 

Allah


ın Rəsulu! İslama aid mənə elə bir söz de ki, bu haqda səndən başqa heç kimə 

sual verməyim?». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «De- 

Allah

a iman etdim və düz 



dur». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Bir və tək olaraq 

Allah


a iman etməyinizi 

əmr edirəm. Bir və tək olaraq 

Allah

a iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar 



Allah

 və Rəsulu 

daha gözəl bilir!». O, buyurdu: «

Allah


dan başqa ilah olmadığına, Məhəmmədin onun Rəsulu 

olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir». Əbu 

Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: 

«İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarətdir. Ən fəzilətlisi, 

Allah

dan başqa ilah 



olmadığını (Lə iləhə illəllah) söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya 

da imanın bir şöbəsidir». Dinə girmək üçün ilk söylənilən şəhadət kəlməsidir ki, etiqad etibarı ilə 

qəlbin əməli, söyləmək etibarı ilə dilin əməlidir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: 

«Peyğəmbərlərin dilindən başa düşülür ki – bu fikirlə bütün ümmət də razılaşır- İslamın 

əsaslarından ilki hansı ki, hər bir məxluqatın üzərində haqdır bu da şəhadət kəliməsidir. Şəhadət 

kəliməsini deyən kimsə kafirdirsə müsəlman olur. Düşməndirsə sevimli olur. Onun qanı, malı azad 

və toxunulmaz olur. Əgər bu qəlbdən gələrsə insan iman əldə etmiş olur. Əgər o, bunu yalnız dili 

ilə söyləyərsə, lakin qəlbi ilə təsdiq etməzsə o kimsə İslama girmiş sayılır. Qəlbi ilə deyil zahiri ilə. 

Yox əgər o, şəhadəti dili ilə də demirsə bunu deyə bildiyi halda o kimsə həm zahirən həm də 

batinən də kafirdir və bütün müsəlmanlar da bu bu fikirdə yekdildirlər». Əziyyət verən bir şeyi 

yoldan qaldırmaq – əzaların əməli, həya da – qəlbin əməlidir. Yolda əziyyət verən şeyləri dəf etmək 

bir əməl olduğu halda, Rəsulullah – səllallahu aleyhi və səlləm – onu imandan saymışdı.  

      İbn Battal – rahmətullahi aleyhi – deyir ki: «Buxarı – rahmətullahi aleyhi – nin iman bölümündə 

qeyd etmək istədiyi məna da elə budur. O, bölümün bütün bablarını bu əsasa görə açmışdır. Məs: 

Umurul iman (imandan olan işlər) Namaz imandandır, zəkat imandandır, cihad imandandır adı 

altında açdığı başlıqlar ilə o, Murciənin – iman əməlsiz sözlərdən ibarətdir – (yəni əməl imandan 

ayrıdır) sözlərini rədd etmiş, onların bu səhf fikirlərini Quran və Sünnə ilə bəyan etmişdir. 

Allah


 

sizin imanınızı (bundan əvvəl Beytulmuqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz 



 

5

buraxmaz. (əl-Bəqərə 143). 



Allah

 bu ayədə namazı iman deyərək adlandırmışdı. Namaz həm 

qəlbin, həm dilin, həm də əzaların əməllərini bur yerdə birləşdirir. Təfsirçilərin açıqlamalarına görə 

qəsd-İslamın ilk əvvəlində müsəlmanların Beytul-Məqdisə tərəf qıldıqları namazlardır. 

Allah

 

«Kəbəyə tərəf dönün!» deyə əmr etdikdən sonra, səhabələr «Bəs bizim ibadətlərimiz!» deyincə 



Allah

 bu ayəni nazil etmişdi.  

      Elm və əməl bir-birindən ayrılmaz şeylərdir. Əməllər və sözlər imandan olduqları üçün iman 

itaətlə artır, asiliklə azalır. Bu baxımdan hətta möminlər də öz imanlarında, əməllərində və s. bir-

birindən fərqlənmişlər. «Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan 

kimisi özünə zülüm edər (pis əməlləri yaxşı əməllərindən çox olar), kimisi mötədil (pis əməlləri ilə 

yaxşı əməlləri bərabər) olar, kimisi də 

Allah


ın izni ilə yaxşı işlərdə (başqalarını qabaqlayıb) irəli 

keçər. (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu böyük lütfdür.Onlar Ədn Cənnətlərinə daxil 

olacaq, orada altun bilərziklər və incillərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır». (Fatir 32-

33).  


      1. Xeyir işlərdə irəli keçənlər fərz və müştəhəbləri edənlər, haram və məkruhları tərk edənlər, 

şübhəli şeylərdən uzaq olanlar. Bu sanki 

Allah

ı görür kimi ibadət edən ehsan mərtəbəsindəki 



quldur. O, müstəhəb və kamil iman sahibidir. Bunlar mükərrəb olanlardır.  

      2. Orta yolda olanlar. Sünnətləri etməsə də, məkruhlardan çəkinməsə də, sadəcə fərzləri edib 

haramları tərk etməklə kifayətlənərlər. Bu vacib iman sahibidir.  

      3.Nəfslərinə zülm edənlər, bəzi haramları etməklə bərabər, imanlarını qorumaqla bərabər, bəzi 

fərzləri yerinə yetirməkdə də qüsurlara yol verirlər. İcmali iman sahibləri. Abdullah b. Abbas – 

radıyallahu anhu – dedi ki, xeyirdə yarışan hesaba çəkilmədən Cənnətə girəcəkdir. Ortada gedənlər 

Allah

ın rəhmətiylə Cənnətə girəcəklər. Özlərinə zülm edənlər Məhəmmədin şəfaəti ilə Cənnətə 



girəcəklər.  

      Əhli Sünnə vəl Cəmaatın əqidəsinə görə iman həm artar, həm də azalar. Bu haqda Qu-  

      ran və Sünnədə bir çox ayə və hədislər vardır. «Bir surə nazil edildiyi zaman münafiqlərdən: 

«Bu sizin hansınızın imanını artırdı? deyənlər də var. Möminlərə gəlincə (hər bir surə) onların 

imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər». (ət-Tövbə 124). «Biz də onların 

hidayətini artıqmışıq». (əl-Kəhf 13). «

Allah

 doğru olanların doğruluğunu artırar». (Məryəm 76). 



«Doğru yolu tapanlara gəldikdə isə 

Allah


 onların doğruluğunu daha da artırar». (Məhəmməd 17). 

«Möminlərin imanı üstünə iman artırmaq üçün». (əl-Fəth 4). «İman gətirənlərin imanının daha da 

artması». (əl-Muddəssir 31). «Bu yalnız onların imanını və itaətini artırdı». (əl-Əhzab 22). 

Allah


 

bizə bəs edər. O nə gözəl vəkildir! deyə cavab verdilər». (Ali-İmran 173). «Möminlər yalnız o 

kəslərdir ki, 

Allah


ın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, 

Allah


ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz 

rəblərinə təvəkkül edərlər. Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər». (əl-Ənfal 2-3). Hənzələ 

b. ər-Rəbi b. Sayfi əl-Useyyidi ət-Təmimi – radıyallahu anhu - , Əbu Bəkr – radıyallahu anhu – ilə 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə