Azərbaycan Hava Yolları Milli Aviasiya Akademiyası Sərbəst iş No



Yüklə 150 Kb.
tarix19.12.2019
ölçüsü150 Kb.
#29974
vüsal aero1

Azərbaycan Hava Yolları

Milli Aviasiya Akademiyası

Sərbəst iş No

Fakultə: Aerokosmik

Qrup: 1438a

Mövzu: Televiziya sistemləri

Fənn: Aerokosmik Monitorinq

Tələbə: Cəfərov Vüsal

Müəllim: Əzizov Bəxtiyar

Bakı 2019

Televiziyada obtektin şəklini yaradarkən, onu çox kiçik elementlərdən tərtib edirlər və elementlərin sayı 500000-ə yaxın seçilir və hər bir element haqqında məlumatı qəbul yerinə çatdırmaq üçün, 1,5 milyon kanal təşkil etmək olardı.

Aydındır ki məsələnin həllini başqa yollarda axtarmaq lazımdır. TV-də belə çoxölçülü informasiyanı vermək üçün, aşılış əməliyyatlarından istifadə edirlər, bu üsulla elementlər haqqında informasiya ardıcıl verilir və bu proses “açılış” adlanır. Obyektin optik təsviri üzərində çox kiçik işığa həssas olan element, üfiqi və şaquli istiqamətlərdə gəzdirilir (təsvir “oxunur”) və nəticədə elementlərin parlaqlığı haqqında informasiya alınır.

Əgər obtektin işıq xarakteristikası, əvvəl göstərilmiş funksiyalar ansamblı ilə ifadə olunursa, onda TV tamaşaçısı qarşısında, ekranda təsvir olunan şəkillər aşağıdakı kimi ifadə olunar:

Rəngli təsvir – B (x,y,t), λ(x, y,t) , p(x,y,t) – burada (“) onu göstərir ki veriliştəhriflərlə müşayiət olunur: ağ – qara təsvir – B”(x,y,t).

Bu ifadələrdən görünür ki, rəngli təsvirlərin verilməsi daha mürəkkəb əməliyyatlar tələb edir, çünki informasiyanın həcmi daha böyükdür.



Həmin əməliyyatları aparmaq üçün TV sisteminin struktur sxemini nəzərdən keçirək (şək 1.1.)

Verilən obyektin (1) işıq seli, optik sistemi (2) vasitəsilə işıq-elektrik çevricisində (3) təsvir siqnalına çevrilir və siqnal rabitə kanalı (4) ilə elektrik-işıq cevricisində (5), TV tamaşaçısının gözü (6) qarşısında olan təsvirə çevrilir. Işıq-elektrik çevricisində sətr və kadr açılışlar hesabına, optik şəkil analiz olunaraq (yəni elementlərə bölünür), TV siqnalına çevrilir və qəbuledicinin siqnal-işıq çevricisində əks əməliyyat yerinə yetirilir, yəni verilən obyektin təsviri bərpa olunur. Bu iki çevricidə aparılan açılış prosesləri sinxron və sinfaz aparılmalıdır, buna görə də təsvir siqnalı rabitə kanalı vasitəsilə ötürülərkən, onunla birgə, açılışları sinxronlaşdıran müvafiq siqnallar da verilir.

Beləliklə, obyektlə tamaşaçı arasında yerləşən TV sistemi, vasitəçi rolunu oynayır və buna görə də onun parametrləri, bir tərəfdən obyektin, digər tərəfdən isə, insanın görmə xarakteristikaları ilə uyğun olmalıdır.

TV siqnallarının verilməsi. Təsvir siqnalı TV sisteminin verici hissəsində, yəni işıq-elektrik çeviricisinin çıxışında yaranır və sonradan, qəbuledicinin siqnal-işıq çeviricisinə verilərək, ekrandakı təsvirə çevrilir.

Beləliklə aydındır ki, həmin siqnal verilən obyektin bütün xüsusiyyətlərini özündə əks etdirməlidir. Təsvir siqnalının amplitud qiymətləri, təsvir elementlərinin parlaqlıq səviyələrini əks etdirən, zaman funksiyasıdır. Təsvir siqnalının tezlik spektri. əvvəl qeyd etdiyimiz kimi, təsvir siqnalı qəbulediciyə rabitə kanalı vasitəsilə ötürülür və onun parametrlərini müəyyən etmək üçün, siqnalın tezlik spektri təyin olunmalıdır. Optik təsvirləri TV siqnallarına çevirən cihazlar – TV vericiləri adlanırlar. TV sisteminin struktur sxemində onlar işıq-elektrik çeviricilərinin rolunu oynayırlar. Bu çeviricilərin tərkibində mütləq işığa həssas elementlər vardır. Onlar, quruluşlarına görə, fotohədəf və ya fotokatod adlanırlar. Bu elementlərin xassələri, vericilərin xarakteristikalarına həlledici təsir göstərirlər. TV sistemində alınmıştəsvirlərin keyfiyyəti, birinci növbədə, vericilərin xarakteristikalarından asılıdır. Qeyd edək ki, professional sistemlərin TV çeviriciləri arasında hələlik başlıca rol oynayan TV verici borularıdır, yəni elektron-şüa cihazlarıdır. Lakin texnikanın inkişafı ilə əlaqədar olaraq, yaxın gələcəkdə şüa cihazları bərk cisimli foto-elektron cihazları ilə əvəz olunacaqlar, birinci növbədə “yük əlaqəli cihazlarla” – YƏC (“Приборы зарядовой связи”- ПЗС-rus, “Charge – coupled devices” – CCD-ing.). Cihazların quruluşu və iş prinsipləri ilə tanış olmaq üçün, əvvəl onların əsas xarakteristikalarını nəzərdən keçirək.

VERİCİ CİHAZIN HƏSSASLIĞI. Cihazın çıxışında tələb olunan (qabaqcadan müəyyən olunmuş) C/K nisbəti ilə alınmış siqnal səviyyəsinə uyğun olan (fotokatodun) fotohədəfin işıqlanma səviyyəsidir (ölçü vahidi – lyuks-dur-Lx).

SEÇİCİLİK QABİLİYYƏTİ. Bu parametr TV verilişinin çıxışında, obyektin kiçik detallarından alınmış siqnalların modulanma əmsalı ilə ölçülür. Bu parametrə görə TV vericisinin “apertur xarakteristikası” qurulur – M=f(z), M-siqnalın modullanma əmsalı (nisbi ədəd), z- TV təsvirinin sayı.

SPEKTRAL XARAKTERİSTİKA. Vericinin yaratdığı siqnalın fotohədəfə (fotokatoda) verilən işıq selinin dalğa uzunluğundan olan asılılığı, spektral xarakteristika adlanır – İs - ϕ ( χ ), burada γ -işığın dalğa uzunluğu (mkm). TV-də, xüsusilə yayım sistemlərində, vericinin spektral xarakteristikası böyük əhəmiyyət kəsb edir. Onun forması gözün görmə xarakyeristikasının təkrarı şəklində olmalıdır. Yalnızca bu halda ağ-qara TV-də təsvir olunan rəngli obyektlərin parlaqlıq səviyyələri duzgün əks etdiriləcək.



ƏTALƏTLİK. Vericilərin yaratdığı siqnallar, obyekr üzərində baş verən dəyişikliklərə nisbətən, gecikirlər. əgər bu gecikmə həddindən artıq olarsa, növbəti kadrın təsviri əvvəlkinin üstünə düşəcək, onda isə təsvirdə olan parlaqlıq keçidlərinin sərhədləri pozulacaq. Ətalətliliyi qiymətləndirmək üçün, əvvəlki bir kadrın müddətində işıqlandırılmış təsvirin yaratdığı siqnalın maksimumu ölçülüb, növbəti başqa bir TV kadrın sonundakı qiyməti ilə müqayisə olunur, nəticədə alınmış əmsal ətalətliyi xarakterizə edir, yəni η = Uc (n+ )1 Uc⋅n.

Müasir TV vericilərində iki tip xarici və daxili fotoeffekt tətbiq olunur. Həmin effekt vidikon, plyumbikon və s. verici borularında, YƏC-də istifadə olunur. Xarici fotoeffekt isə nisbətən köhnə - superitikon borularında və xüsusiləşdirilmiş qeyri-vizual TV sistemlərində istifadə olunan dissektorlarda tətbiq olunur.
Yüklə 150 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin