Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti MİLLİ aviASİya akademiyasi



Yüklə 28,33 Kb.
tarix02.01.2022
ölçüsü28,33 Kb.
#43420
Sərbəst iş 1 Heybətov Dəyanət


Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
MİLLİ AVİASİYA AKADEMİYASI



Sərbəst iş-1

FAKÜLTƏ: Hava Nəqliyyatı.

QRUP: 1136A.

FƏNN: Menecment və marketinqin əsasları.

MÖVZU: Firmadaxili informasiya sistemi.

TƏLƏBƏ: Heybətov Dəyanət.

MÜƏLLİM: Ramazanova Sevil.

BAKI-2020

Firmadaxili informasiya sistemi

Firmadaxili informasiyanın idarəedilməsi sisteminin başlıca məqsədi idarəetmə proseslərinin informasiya təminatının effektiv sisteminin yaradılmasıdır. Əsas diqqət texniki və təşkilati məsələlərə deyil, informasiyanın yaradılması məsələlərinə ayrılmalıdır, çünki o, informasiya təminatı vasitəsilə keçəcəkdir.

İnformasiya texnologiyaları informasiya menecmentinin baza alətidir. Onun avtomatlaşdırılması iş prosesinin axınının effektivliyinin yüksəldilməsinin ən mühüm üsuludur. Kompüter texnologiyalarının sürətli inkişafı, texniki platformanın təkmilləşdirilməsi və proqram məhsullarının prinsip etibarı ilə yeni siniflərinin meydana çıxması istehsalın idarə edilməsinin avtomatlaşdırılmasına yanaşmaların dəyişməsinə səbəb oldu. Firmadaxili proseslərin yerinə yetirilməsində informasiya texnologiyalarının (İT) funksiyası istehsal güclərinin və məhsulun vacib tərkib hissəsinə çevrilmişdir. Ancaq informasiya texnologiyasının istifadə edilməsi daha çox ziddiyyətli firmadaxili problemlərə aiddir. Müəssisə rəhbərləri onları həll etməkdən imtina edirlər, çünki özünü kifayət qədər səlahiyyətli hiss etmirlər. Qərarlar adətən informasiya xidmətləri rəhbərlərinin və yaxud ixtisaslaşdırılmış xarici təşkilatlara həvalə edilir. İnformasiya texnologiyaları ilə bağlı olan təsərrüfat riskləri daimi artır və aydın deyil ki, müəssisələrin rəhbərliyi nə vaxta qədər bu vacib strateji resursu qiymətləndirməyəcək. Lakin son vaxtlar ali menecment daha diqqətlə informasiya texnologiyalarına aid edildi.

Gündəlik və qarşılıqlı əlaqəli bölmələrin və müəssisə- lərin böyük sayının komplekslərini özü ilə verən iri firmaların fəaliyyətində informasiyanın idarə edilməsi firmanın normal fəaliyyət göstərməsinin mütləq və birinci dərəcəli amilidir. Bu zaman məlumatların həqiqətə uyğun olması və operativliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İnformasiyanın firmadaxili sisteminin bir çox təşkilatları üçün texnoloji prosesin təşkilinin tapşırıqlarını həll edir və istehsal xarakteri daşıyır. Bu, əsasən firmadaxili kanallarla ixtisaslaşdırılmış müəssisələrdən daxil olan kooperasiya edilmiş məhsula müəssisələrin təminatı proseslərinə aiddir. Burada informasiya idarəetmə qərarlarının qəbulu üçün məlumatların verilməsində mühüm rol oynayır və onun effektivliyinin yüksəldilməsi və istehsal xərclərinin aşağı salınmasını təmin edən amillərdən biridir.

Qərarların qəbul edilməsində yeni elmi bilikləri, texniki yenilikləri, ixtiralar haqqında məlumatları saxlayan elmi-texniki informasiya əhəmiyyətli rol oynayır. Qeyd edilən bu fondun vaxtında və praktiki istifadə edilməsi müəssisənin rəqabət qabiliyyətliliyinin artırılmasını təmin edir.

Bütün mərhələlərdə onun həyat silsiləsi, strateji inkişafı informasiyanın firmadaxili sisteminin idarə edilməsi infor- masiya menecmentinin vəzifələridir.

Qeyd edək ki, müəssisədə baş verən proseslər haqqında inandırıcı operativ informasiyanın olması uğurlu idarəetmənin ən mühüm amillərindən biridir. Xüsusi olaraq informasiya sistemlərinin elementlərinin proseslərinin və resurslarının səmərəli uzlaşdırılmış idarəsinin hesabına təşkilatın məqsəd- lərinə nail olmasının təmin edilməsi informasiya menecmentinin əsas vəzifələridir. Bu və ya digər ölçüdə idarənin bu vəzifələrində informasiya sistemləri, onda realizə edilmiş informasiya resursları və texnologiyaları istifadə olunur.

İnformasiya sistemləri menecmenti XX-ci əsrin 70-ci illərinin axırlarında müstəqil istiqamət kimi seçilən menecmentin xüsusi sahəsidir. İnformasiya sistemləri menecmenti informasiya resurslarının yaradılması və ondan istifadə edilməsi sferasına aid olan bütün problemləri əhatə edən elm sahəsidir. Qeyd edək ki, informasiya sistemləri menecmenti ümumi menecmentin xüsusi sahəsi olaraq, son dövrlər müstəqil istiqamət kimi formalaşmış və özündə spesifik xüsusiyyətləri əks etdirir.



İnformasiya sistemləri menecmentinin mahiyyətinin açıqlanması üçün bir sıra anlayışlara nəzər salmaq lazımdır:


  1. informasiya – kompleks kateqoriyadır, yəni informasiya – işgüzar münasibətlərin şərti və vasitəsidir;

  • informasiya – təşkilat haqqında məlumatların cəmiyyətə çatdırılması vasitəsidir;

  • informasiya – ətraf mühit haqqında məlumatların mən- bəyidir;

  • informasiya – əmtəədir.

  1. informasiya sistemləri menecmenti konkret təşkilatın hüdudlarında həyata keçirilir;

  2. informasiya idarəetmə qərarının qəbul edilməsi prosesinin

əsasında olan istehsalın müstəqil amilidir;

  1. informasiya sistemləri menecmenti adi informasiyaya yox, təşkilatın informasiya fəaliyyətinə aiddir.

Yüklə 28,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə