Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi



Yüklə 131,87 Kb.
səhifə1/7
tarix10.05.2022
ölçüsü131,87 Kb.
#57219
  1   2   3   4   5   6   7
referat 1878



AZƏRBAYCAN HAVA YOLLARI”



QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI
Kafedra: Beynəlxalq İqtisadi Münasibətlər

Fənn: Mülki Aviasiya İqtisadiyyatı



KURS İŞİ

Mövzu: Mülki aviasiya müəssisələrində maliyyə vəziyyətinin qiymətləndirilməsi

Qrup: 1319a

Kurs: 3


Tələbə: Hüseynzadə Fərqanə

Rəhbər: İsmayılov İsmixan



Bakı – 2012

MÜNDƏRİCAT
GİRİŞ.......................................................................................................1

Mülki aviasiyada maliyyənin mahiyyəti və rolu......................................2


Mülki aviasiya müəssisələrində mənfəətin,gəlirin və qazancın hesablanması............................................................................................5
Mülki aviasiyanın mənfəəti və onun istifadə qaydası..............................9
Mülki aviasiya müəssisələrində maliyyə vəziyyətinin qiymətləndirilməsi..................................................................................12

NƏTİCƏ VƏ TƏKLİFLƏR ...............................................................17
İstifadə edilmiş ədəbiyyatlar...............................................................18

GİRİŞ
Mülki aviasiya iqtisadiyyatının predmeti və metodu onun məzmununu və vəzifələrini müəyyənləşdirir. Burada maddi istehsal sahəsi kimi nəqliyyatın xüsusiyyətləri, hava nəqliyyatında, təşkilati quruluşda və idarəetmədə onların təzahürü öyrənilir. Mülki aviasiyanın əsas fəaliyyət növlərinin öyrənilməsinə, vahid nəqliyyat sistemində hava nəqliyyatının yeri və roluna, xalq təsərrüfatında aviasiyanın tətbiqi üzrə işlərin xarakteristikasına daha çox diqqət verilir.

Mülki aviasiya yüksək fond tutumuna malik olan sahədir. Buna görə də kursun öyrənilməsində əsas fondlara və dövriyyə vəsaitinə, onların istifadə səmərəliliyinin yüksəldilməsi yollarına geniş yer verilir. Kursun öyrənilməsində mülki aviasiya işinin əsas iqtisadi göstəricilərinə diqqət yetirilir. Bu göstəricilərdən – daşımanın həcmi, əmək məhsuldarlığı, daşımanın maya dəyəri, yüklərin və sərnişinlərin çatdırılma sürətini və s. göstərmək olar.

Müəssisənin iqtisadiyyatı mikro və makroiqtisadiyyat ilə sıx əlaqədardır, lakin onların eyni deyildir. Belə ki, mikroiqtisadi təhlil ayrıca bir müəssisədən deyil, bazarın ayrıca bir müəssisəyə təsirindən bəhs edir. Mikroiqtisadiyyat bazarın hər iki tərəfini – tələb və təklifi öyrənir.

Müəssisənin iqtisadiyyatı müstəqil iqtisadi fəndir. O, müəssisənin fəaliyyətini, təsərrüfat qərarlarının hazırlanmasını və qəbul edilməsi prosesini öyrənir.

“Müəssisənin iqtisadiyyatı” anlayışını izah edərkən hər şeydən əvvəl, əsas iqtisadi problemin həllində müəssisənin yeri və rolu müəyyən edilməlidir.

Mülki Aviasiya müəssisələrində maliyyə vəziyyətinin qiymətləndirilməsi mövzusunda olan kurs işi plan üzrə 4 hissədən,giriş,nəticə və təkliflərdən ibarətdir.

Kurs işində mülki aviasiyada maliyyənin mahiyyəti və rolu,mülki aviasiyada mənfəətin,gəlirin və qazancın hesablanması,mülki aviasiyanın mənfəəti və onun istifadə qaydası,mülki aviasiya müəssisələrində maliyyə vəziyyətinin qiymətləndirilməsi barədə məlumatlar öz əksini tapmışdır.


Yüklə 131,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin