MüNDƏRİcat giriş Plan 1 Müəssisənin müflisləşməsi və iflasının mahiyyəti və məzmunu Plan Müəssisənin müflisləşməsinin xarici və daxili səbəbləri Plan Müəssisənin müflisləşməsinin əlamətlərinin xarakteristikası



Yüklə 0,94 Mb.
səhifə1/6
tarix19.12.2022
ölçüsü0,94 Mb.
#76428
  1   2   3   4   5   6
007 muflislesme


MÜNDƏRİCAT
Giriş..........................................................................................................................2
Plan 1 Müəssisənin müflisləşməsi və iflasının mahiyyəti və məzmunu..............4
Plan 2. Müəssisənin müflisləşməsinin xarici və daxili səbəbləri.........................7
Plan 3. Müəssisənin müflisləşməsinin əlamətlərinin xarakteristikası..............12
Ədəbiyyat siyahısı.................................................................................................18


Giriş
Müəssisənin iflas etməsi dedikdə, borclunun məsuliyyətlərinin onun sahib olduğu mal varlığının dəyərindən çox olması və ya balansın strukturunun qənaətbəxş olmamasından büdcəyə və büdcədənkənar dövlət fondlarına məcburi ödəmələri qarşılaya bilməməsi daxil olunmaqla malların dəyərinin qarşılanması üzrə kreditorların tələblərini qarşılaya bilməməsi anlaşılır. Balansın quruluşunun qənaətbəxş olmaması borclunun mal varlığının və məsuliyyətlərinin elə vəziyyəti ilə səciyyələndirilir ki, burada aktivlərın likvidlik dərəcəsinin hədsiz az olmasından kreditorların məsuliyyətlərinin vaxtında ödənilməsi təmin olunmur. Bu zaman aktivlərin maya dəyəri borclunun borclarının ümumi dəyərinə bərabər ola bilər və ya ondan çox ola bilər. Müflisləşmə mürəkkəb prosesdir və hüquqi, idarəetmə, təşkilati, maliyyə, uçot-analitik və digər müxtəlif mövqelərdən səciyyələndirilə bilər. Müflisləşmə proseduru şirkətin uğursuz fəaliyyətinin yekun mərhələsini əks etdirir. O, təsadüfi hallarda şirkətin, mühüm kontragentlərin və rəqiblərin inkişafı meyllərini vaxtaşırı olaraq izləyən təcrübəli maliyyəçi və menecerlər üçün gözlənilməz ola bilər. Hazırda müəssisə və idarələrin iqtisadi müstəqilliyi kreditorlar, sahibkarlar və işçiləri qarşısında məsuliyyət daşıdığını özündə xarakterizə edir. Eyni zamanda kommersiya təşkilatlarının rəhbərləri üçün öz tərəfdaşlarının etibarlı olması vacib faktorlardan biridir. Belə ki, istənilən qarşılıqlı işgüzar münasibətdə olan biznes partnyorlardan hər biri qarşı tərəfin öz öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirə bilməsinin marağındadır. Çünki, şirkətlər hər zaman tədiyyəqabiliyyətli olmurlar. Bundan irəli gələrək, müflisləşmə məfhumu günümüzdə getdikcə öz əhəmiyyətini artırmaqdadı. Ümumiyyətlə, şirkət rəhbərliyi müəssisənin fəaliyyətində gələcəkdə baş verə biləcək kənarlaşmaların proqnozlaşdırılması zamanı müflisləşmə risklərini də təhlil etməyi bacarmalıdır. Buna görə onlar həm müflisləşmə proseduru ilə tanış olmalı, həm də qarşıya çıxan arzuolunmaz amilləri aşkar etməli və maliyyə sabitləşdirilməsi yollarını tapmağı bacarmalıdırlar. Yuxarıda deyilənləri nəzərə alsaq dissertasiya mövzusunun aktual bir problemə həsr olunduğunu görərik. Antiböhran idarəetmə məhfumu yaxın zamanda meydana gəlmişdir. Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan Azərbaycan və digər ittifaq ölkələri üçün oxşar, səciyyəvi cəhətlərdən biri və ən vacibi onların böhranlı inkişaf zonasına daxil olamaları idi. Uzun illərlə aparılan islahatların nəticəsi olaraq Sovet quruluşu tənəzzülə uğramış, ağır siyasi, sosial-iqtisadi böhrana gətirib çıxarmışdı. Yaranmış böhranlı vəziyyət öz növbəsində antiböhran idarəetməni şərtləndirirdi. Antiböhran idarəetmə zərurəti yalnız böhranlı iqtisadi mühitdən deyil eyni zamanda müəssisə və ya şirkətin resursların səmərəsiz istifadəsi, yararsız marketinq strategiyası, bazarın dəyitsikliyinə uyğunlaşa bilməmək və ya gec reaksiya verilməsi və digər bu kimi idarəetmə səhvlərinə yol verilməsindən də irəli gələ bilir. Bu nöqteyi nəzərdən antiböhran idarəetmətinin mahiyyətini tam dərk edə bilmək üçün müəssisələrdə idarəetmənin planlaşdırılması və təşkili elmi ilə yaxından maraqlanmaq lazımdır.
Müflisləşmə nədir, nə zaman və niyə baş verir, onun strukturu necədir - kimi suallar ətrafında düşünsək, onda müəyyənləşdirə bilərik ki, müflisləşmə qarşılıqlı əlaqəli bir çox vəziyyətlərlə əlaqədardır. Antiböhran idarəetmənin fundamental prinsipləri məhz bu sualların araşdırılması, nöqsanların aydınlaşdırılması, böhranın profilaktikası, uzaqlaşdırılması, stabilləşdirilməsi prosesi ərzində müəyyən müdafiə və hücum tipli taktiki, strateji tədbirlərin görülməsi, sonrakı mərhələlər üçün vəziyyətə uyğun, müvafiq addımların atılmasını nəzərdə tutur. Böhranın strukturu müəyyənləşdirildikdən sonra ona müvafiq antibohran idarəetmə mexanizmlərindən yararlanmasına baxmayaraq heç də həmişə uğurlu nəticə almaq mümkün olmur. Bu əsasən müflisləşmənin dərinləşərək son mərhələlərə qədər irəliləyib çatması, müəssisənin onu dəf edə bilməsi üçün gərəkli mənbə və resusrlara malik olmaması, böhranın geniş xakater alması və sair bu kimi səbəblərdən irəli gələ bilər. Borclu müəssisənin məhkəmə vasitəsi ilə iflas prosesinə başlanması zamanı ləğv edilməsinin qarşısını almağın yeganə çıxış yolu, onun mülkiyyətçisi, kreditorlar, digər hüquqi və fiziki şəxslər və hatta dövlət tərəfindən maliyyə yardımı olunması üsulu ilə borc sahibinin yenidən təşkil olunması üsulu olan sağlamlaşdırma qalır. Lakin sağlamlaşdırma iflasın bir addımlığında olan kifayət qədər az müəssisəyə tətbiq olunur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin