Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası



Yüklə 53,6 Kb.
tarix29.11.2016
ölçüsü53,6 Kb.
#430


amea_logo

Azərbaycan Milli Elmlər Akademiyası

Gənc Alim və Mütəxəssislər Şurası

c:\users\hp\appdata\local\microsoft\windows\temporary internet files\content.word\milli-elmler-akademiyasi7.jpg

AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin

Akademik elm həftəliyi – 2015”

adlı beynəlxalq multidissiplinar forumu





2 - 4 noyabr 2015-ci il

Azərbaycan, Bakı


Azərbaycan Milli Elmlər Akademiyası haqqında
c:\users\amea-b\appdata\local\microsoft\windows\temporary internet files\content.word\ismailiyye_palace_2006.jpg

Azərbaycan Elmlər Akademiyası SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli Qərarı ilə yaradılıb. Həmin ilin martın 31-də Akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın ilk prezidenti seçilmişdir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Ulu öndərin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya müstəqil ölkənin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verildi.

AMEA-nın 6 bölməsi var: Fizika-Riyaziyyat və Texnika Elmləri; Kimya Elmləri; Yer Elmləri; Biologiya və Tibb Elmləri; Humanitar Elmlər; İctimai Elmlər; Aqrar Elmlər. AMEA-da, həmçinin 2 regional bölmə (Naxçıvan və Gəncə), eləcə də 3 regional elm mərkəzi (Şəki, Lənkəran və Quba) fəaliyyət göstərir.

Azərbaycan Milli Elmlər Akademiyası respublikanın əsas elmi qurumu kimi onun nəzdində fəaliiyət göstərən müvafiq təşkilatlarda aparılan fundamental və tətbiqi elmi tədqiqatlarla Sovetlər Birliyinin və müstəqil Azərbaycanın neft-kimya sənayesinin, kənd təsərrüfatının, mədəniyyətinin və digər sahələrin inkişaf tarixinin müxtəlif mərhələlərinə, xüsusilə yüksək ixtisaslı elmi kadrların hazırlanmasına öz töhvəsini vermişdir. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasına akademik Akif Əlizadə rəhbərlik edir.

Bu il AMEA-nın 70 illiyi ilə əlaqədar Akademiyada bir sıra silsilə elmi-ictimai tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Gənc və yaşlı alimlər arasındakı konstruktiv dialoqun təşkil olunması, elm, hökümət və biznes nümayəndələrinin bir araya gətirilməsi problemində informasiya və kommunikasiya platformasının təmin olunması və s. kimi vacib məsələləri özündə ehtiva edən “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forum da AMEA-nın 70 illiyinə həsr edilir.

c:\users\amea-b\appdata\local\microsoft\windows\temporary internet files\content.word\96.jpg

Hörmətli həmkarlar!

Azərbaycan Milli Elmlər Akademiyası 2-4 noyabr 2015-ci il tarixlərində AMEA-nın 70 illiyinə həsr olunan gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” adlı beynəlxalq multidissiplinar forumunu keçirir.

Forum respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirlikləri, elmin inkişafina dəstək verən fondları, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirilməsini hədəfləyir.

Forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi aktuallıq daşıyan multidissplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə konfransın təşkili də nəzərdə tutulur.

Elmi Təşkilat Komitənin adından Akademik institut və təşkilatların, həmçinin elmi-istehsalat müəssisələrin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini “Akademik elm həftəliyi – 2015” forumunda iştirak etməyə dəvət edirik.

2015-ci ilin noyabr ayında sizinlə görüşmək arzusu ilə...
Elmi Təşkilat Komitəsinin sədri,

akademik Fəxrəddin Qədirov 




Elmi Təşkilat Komitəsi


F.Ə.Qədirov   AMEA Yer Elmləri Bölməsinin akademik katibi, akademik, 

Təşkilat Komitəsinin sədri



D.B.Tağıyev  AMEA Kimya Elmləri Bölməsinin akademik katibi, akademik, 

Təşkilat Komitəsinin həmsədri



F.T.Salmanov AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent,

Təşkilat Komitəsinin sədr müavini



Q.R.Babayev AMEA RH-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə

doktoru, dosent, Təşkilat Komitəsinin üzvü



O.R.Abbasov   AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,

geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, Təşkilat Komitəsinin üzvü



Ə.R.Sucayev AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,

kimya üzrə fəlsəfə doktoru, Təşkilat Komitəsinin üzvü



F.M.Məmmədov AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının

sədri,kimya üzrə fəlsəfə doktoru, dosent, Təşkilat Komitəsinin üzvü



E.A.Babayeva AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının

sədri,filologiya üzrə fəlsəfə doktoru, dosent, Təşkilat Komitəsinin üzvü



A.E.Cəbrayılova AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü,

Təşkilat Komitəsinin elmi katibi



c:\users\hp\appdata\local\microsoft\windows\temporary internet files\content.word\безымянный-1.jpg


Forumun rəsmi dili

Tədbirin işçi dili: azərbaycan və ingilis




Elmi proqram

Foruma interaktiv müzakirələr, plenar və panellər üzrə məruzələr daxildir




Forumun keçiriləcəyi məkan

Azərbaycan Milli Elmlər Akademiyasının əsas binası və Akademiya şəhərciyi




Mühüm tarixlər


15 iyul 2015-ci il Qeydiyyatın başlanması

15 sentyabr 2015-ci il İştirakçıların qeydiyyatı üçün son tarix

30 sentyabr 2015-ci il Tezislərin qəbulu üçün son tarix

20 oktyabr 2015-ci il Mehmanxanın sifarışı üçün son tarix (xaricilər üçün)



İnteraktiv müzakirələrin mövzuları
c:\users\hp\appdata\local\microsoft\windows\temporary internet files\content.word\11725035_1022741074426580_101118261_o.jpg

  • Akademik startaplar – nəyi nailiyyət hesab edək?

  • Elmin inkişafında mövcud fondların rolu

  • İnnovativ ideyalar və perspektivlər


Konfransın panellər üzrə mövzuları




  • Elmi tədqiqatlarda multidissiplinar yanaşma

  • İnformasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətləri və perspektivləri

  • Nəzəriyyədən tətbiqə

  • Canlı həyat və ekoloji təhlükəsizlik



Mədəni tədbirlər




  • “Welcome party”

  • Şəhərə ekskursiya (Qız qalası, Şirvanşahlar sarayı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bayraq meydanı və s.

  • Paçıq vulkanına ekskursiya

  • Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya

  • “Qala party”


İştirakçılar üçün yaş həddi
c:\users\hp\appdata\local\microsoft\windows\temporary internet files\content.word\11693030_1022742554426432_1984441053_n.jpg

40 yaşadək gənc alim və mütəxəssislər




Xərclərin qarşılanması

Qonaqların qarşılanması, yola salınması və konfransla əlaqədar nəzərdə tutulmuş bütün xərclər (mehmanxana, qida və s.) Təşkilat Komitəsi tərəfindən ödəniləcək.




Viza ilə bağlı müraciət

Bəzi xarici vətəndaşların Azərbaycana gəlişi üçün viza tələb olunur. Bu məsələ ilə əlaqədar yerli Azərbaycan səfirliklərinə müraciət etməyiniz məsləhət görülür. Ətraflı məlumat üçün: www.mfa.gov.az veb ünvanına müraciət edin.




Tezislərin tərtibatı üçün qaydalar
c:\users\hp\appdata\local\microsoft\windows\temporary internet files\content.word\11701059_1022745291092825_528026676_o.jpg
Tezislər – MS Word redaktor mətnli elektron formada qəbul olunur. Mətnin şrifti – Times New Roman (şriftin ölçüsü 12pt), sətirlər arası interval isə 1 olmalıdır. Kağızın formatı A4, mətn sahəsinin hər tərəfindən 2,5 sm saxlanılmalıdır. Tezislərin həcmi 2 səhifədən çox olmamaqla, mətndə bir şəkil və bir cədvəl verilə bilər.

Tezisin adı – səhifənin mərkəzindən boş yer buraxılmamaqla, baş hərflərlə və qalın 11pt ölçülü şriftlə yazılmalıdır. 

Sonrakı sətirdə müəlliflərin soyadı və insialları səhifənin mərkəzindən, kursiv 11pt ölçülü şriftlə göstərilməlidir. Müəlliflərin soyadlarından sonra  sətirüstü ulduz  qoyulmalıdır (əgər müəlliflər fərqli təşkilatlardandırsa).

Növbəti sətirdə (müvafiq ulduzla işarə olunan) təşkilatın tam adı, şəhər, ölkə, məruzəçinin elektron ünvanı kursiv və 11pt ölçülü şriftlə soldan sağa qeyd olunmalıdır.

Mətndə şəkil JPEG formatında yerləşdirilməlidir.

Azərbaycan dilində təqdim olunmuş tezisin ingilis dilində qısa xülasəsi verilməlidir.




İştiirakçı ərizəsi
c:\users\hp\appdata\local\microsoft\windows\temporary internet files\content.word\513368.jpg

S.A.A.:

Ölkə/şəhər:

İşlədiyi/təhsil aldığı təşkilat:

Vəzifəsi:

Elmi dərəcəsi:

Tezisin adı:

Konfransın panellər üzrə mövzusunu seçin:

Ünvan:

E-mail:

Telefon:


Rəsmi məktub


Konfrans üçün rəsmi məktub:

tələb olunur tələb olunmur



Bizimlə əlaqə

Ünvan: Azərbaycan, Bakı şəh., H. Cavid 115

E-mail: forum.baku.2015@gmail.com

Telefon: + 994 12 539 25 79

Mobil: + 994 50 334 69 39


www.gencalimler.az
Yüklə 53,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin