Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedeqoji Universiteti
Fakultə: Filologıya
Ixtisas:Azərbayan dili və Ədəbiyat müəllimi
Qrup:1901B
Fənn: Azərbaycan ədəbi dil tarixi
Tələbə :Tövhə
Müəllim: dos.Kərimova İradə
Vidadinin qəzələrinin dilinin linqvistik təhlil
Azərbaycan ədəbi-bədii dilinin milliləşməsində M.V.Vidadinin xüsusi xidməti olmuşdur, belə ki, Ş.İ.Xətai, M.Əmanidən sonra məhz M.V.Vidadi klassik üslubla folklor üslubunu öz yaradıcılıq təcrübəsində qarşılaşdırmış, lakin onlardan fərqli olaraq, dövrün tələbi ilə, folklor üslubuna daha çox üstnlük vermişdir. M.V.Vidadi yarım əsrdən artıq poetik yaradıcılıqla məşğul olmus,görünür, zəngin irs qoyub getmişdir, lakin mənbələrdə şairin, demək olar ki, çox az əsəri mühafizə edilmişdir: buraya qəzəllər, müxəm məslər, "Müsibətnamə" mənzuməsi, mad-deyi-tarixlər, qoşmalar, gəraylılar və bayatılar daxildir". Bununla belə, əldə olu-nan əsərlər onların müəllifinin ədəbi-bədii dilin tarixindəki rolunu ayrıca dəyər-ləndirmək ehtiyacını doğurur.
Göründüyü kimi, M.V.Vidadi əsərləri həm klassik janrları (qəzəl lər, müxəm-məslər, "Müsibətnamə" mənzuməsi, maddeyi-tarixlor), həm də folklor janrlarını (qoşmalar, gəraylılar, bayatılar) əhatə edir. Və M.V.Vidadi kimi bir mütərəqqi şairin klassik janrlarda yazması, müəyyən mənada, Füzuli üslubunu davam etdir-məsi təsadüfi deyil - bu mövcud mərhələnin dil-üslub stixiyasının əksidir, nəzirə-çilikdən tamamilə uzaq hadisədir. Eyni zamanda bu, o deməkdir ki, folklor üslubu milli ədəbi-bədii dili klassik üslubla dialektik əlaqə təşkil edir.
M.V.Vidadinin klassik janrlardakı əsərlərinin dili klassik üslubun tarixi təcrü-bəsini nümayiş etdirir - bu dil, əsasən, M.Füzuli S.Təbrizi Q.Təbrizi xətti ilə gələn klassik üsluba münasibətdə reforma tor kimi çıxış edir, ənənəvi metaformalaşdır-ma prinsipini dağıtmadan novatorluq edir; nəticə etibarilə, XVI əsrin sonu, XVII əsrin əvvəllərindən başlayaraq, əslində, ətalətlə inkişafda olan klassik üslubu yekunlaşdırır.Məsələn:
Sən tək, ey gül, demə gül-gülzarə gəlmiş, gəlməmiş,
Şəhr ara hüsnüncə naməq barə gəlmiş, gəlməmiş.
Dəmbədəm, ey gülbədən, şirin dəhən, şəhdü şəkər,
Ləli-ləbin ləhceyi-köftarə gəlmiş, gəlməmiş.
Eylədim təhqiq kim, qövsi-qaşın tək növnəhal
Hüsi bağında qoddin rəftara gəlmis, gəlməmiş.
Demək kim, üssaq qanın tökməyə qəmzən kimi,
Qatilü cəllad tək xunxara gəlmiş, gəlməmiş.
Çün dəva yox eşq dərdində nə fərq eylər təbib,
Bu Vidadi xəsteyi-biçarə gəlmiş, gəlməmiş.
Həmin qəzəldə klassik üslubun gül, gülzar, namə, gülbədən, şirin dəhən, şəhdü şəkər, ləli-ləb, ləhceyi-köftar, hüsn bağı, qədd, üş saq qanın tökmək, qəmzə, qatilü cəllad, xunxar, dava, esq dərdi kimi ənənəvi obrazları (sözləri, ifadələri) işlənir. Və qeyd etmək lazımdır ki, bu obrazlar, necə deyərlər, "döyülmüş", dəfələrlə tək-rar olunmuş obrazlardır. Ümumiyyətlə, şairin klassik janrlardakı əsərlərinin dilin-də məhz klassik üslubun yaradıcılıq impulsları zəifdir. M.V.Vidadi klassik janr-lardakı əsərlərində o obrazları işlədir ki, həmin obrazlar artıq çoxdan, ən geci XVI əsrdən tipikləşmişdir, yeni dövrün klassik təfəkkür məhsulu isə faktik olaraq yox-dur.
Məlumdur ki, orta əsrlərdə klassik üslubda panteist-sufi obrazlar geniş yayıl-mışdı. M.V.Vidadinin klassik janrlardakı əsərlərində isə həmin obrazlarla yanaşı, biləvasitə ictimai-siyasi məzmunlu ifadələr işlədilir; məsələn:
Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm,
Tamaşa eylədim yaxşı-yamanı, xeyrü sər gördüm.....
Səxavət olmayan kəsdə şücaət feli-nadirdir,
Gərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm.
Əkabirlərdə himmət, aşinalarda sədaqət yox,
Vəfa kuyin dolandım, mütləqa yox bir bəşər gördüm.
Dil o qədər ictimailəşir, fəlsəfi ümumiləşdirməyə məruz qalır ki, obrazlılıq sə-viyyəsi aşağı düşür - sözlər, ifadələr birbaşa müstəqim mənasında işlənir və belə-liklə, dildə realizm keyfiyyət həddinə çatır. Eyni xüsusiyyəti daha ardıcıl şəkildə şairin "Müsibətnamə"sində görmək mümkündür.
"Müsibətnamə" (1780-ci ildə yazılmışdır) müxəmməs strukturuna malikdir və şairin digər müxəmməsləri kimi burada da fəlsəfi təfək kürün ifadəsi olan dolğun dil vardır eyni zamanda bu, çevik, konkret mühakimələrlə zəngin bir dildir:
Bivəfadır. mülki-dünya malına aldanma çox,
İzzü-cahu dövlətü iqbalına aldanma çox,
Tutma ümmid əqlü fəhm əhvalına aldanma çox,
Qövmü qardaşü rəfiq əqvalına aldanma çox,
Hər biri bir remz ilə səndən olur biganə çox.
Bu cür fəlsəfi mühakimələrdən, əslində, onun davamı olaraq, epik təhkiyəyə ke-çilir və həmin keçid folklordakı kimi xüsusi "qeydşərt"lə gedir:
Dinlə, ey tüğyani-möhnət, bir rəvayət söyləyim,
Didələr giryan edən şərhi-məlamət söyləyim,
Dərdi-bidərmanü daği-binəhayət söyləyim,
Bu sözə nisbət sənə, gəl bir hekayət söyləyim, -
Lütf edib qıl bir nəzər bu müxtəsər dastanə bax.
Bundan sonra tarixi hadisələrin epik təsviri verilir ki, həmin təsvirdə konkretlik (tarixilik) olduqca qabarıqdır: toponimiya (Şirvan, Şəki, Dardoqqaz, Carü Tala, Dağıstan, Gürcüstan, Rum, İran və s.), tarixi şəxsiyyətlərin adları (Ağası xan, Fə-təli xan, Əhməd xan, Cəngətay, İbrahim xan, Hacı Məhəmməd, Hacı Ədbülqadir, Hüseyn xan Müştəq və s.), inzibati-siyasi terminologiya (əmir, hakim, kəndxuda, əhd-peyvənd, qələ, müttəfiq, ləşkər, qoşun, çəri, cong və s.) sıx-sıx işlənir və nə-ticə etibarilə "Müsibətnamə"nin dili mənzum tarixi xronikaların dilinə yaxınlaşır. Və əlavə edək ki, sintaksis (töhkiyə tərzi də) "xronikal üslubu"n tələblərinə cavab verir:
Hacı Əbdülqadirü Hacı Məhəmməd kinədar,
Saldılar yüz dürlü dəva, oldular ondan fərar,
Etdilər ol dəmdə dar doqqazı səngər istivar,
Tapdı düşmən hər tərəf üz, oldu qovğa aşikar,
Buldular fürsət, tamami girdilər meydanə bax.
...Gör nələr gəldi o dəm Hacı Məhəmməd başına,
Tutdurub həm onu dəxi qoydu qələ daşına,
Qaldı bir il verdi can axir əcəl pürxaşına,
Böylədir hər kim olursa xain öz yoldaşına,
Getdi hər nə var isə mərdümliyi məccanə bax.
Sintaksisin dinamizmi onda da əksini tapır ki, hərəkət bildirən ifadələrin sıxlığı yüksəkdir statistik təhlil göstərir ki, mənzumənin dilində 63 mübtəda olduğu hal-da, 176 xəbər var, 38 təyinin müqabilində 76 zərflik işlənir (bu isə o deməkdir ki, xəbərlərin əlamətini "əlamət"in əlamətini əks etdirməyə daha çox meyl möv-cuddur); 176 xəbərdən 155-i feli xəbər; 76 zərflikdən isə 30-a qədəri feli bağlama, yaxud feli bağlama tərkibidir. Və əlavə olaraq, mübtəda, tamamlıq, təyinlər içəri-sində də statik hərəkət bildirən ifadələr (məsdər, feli sifət, eləcə də feli tərkiblər) özünü göstərir"... "Müsibətnamə"nin sonunda dil yenidən əvvəlkidəki şəkildə fəl-səfi ümumiləşdirmə verir:
Belədir dövran işi, hər gündə bir al eyləmiş.
Aqili-nadan ilə pəjmürdə əhval eyləmiş,
Üz verib namərdə, hər dəm mərdi pamal eyləmiş...
M.V.Vidadinin folklor janrlarındakı əsərlərinin dili folklor üslubunun tarixi vəziyyətini nümayiş etdirir - bu, artiq milli keyfiyyəti olan ədəbi-bədii dil tipidir:
Ey həmdəmim, səni qana qərq eylər,
Gəl tərpətmə yaralanmış könlümü.
Ayrı düşmüş vətənindən, elindən,
Həm dərdindən aralanmış könlümü.
Könül verdik hər bivəfa yadlara,
Hayıf oldu, ömür getdi badlara,
Fələk saldı dürlü-dürlü odlara
San-şan olmuş, paralanmış könlümü.
...Vidadi xəstəyəm çeşmim mərdümü,
Tərk elədim Vətənimi, yurdumu,
Çox təbibə şərh elədim dərdimi,
Heç görmədim çaralanmış könlümü.
Millilik birinci növbədə lüğət tərkibinə aiddir və müqayisə üçün xatırladaq ki, nə Ş.İ.Xətainin, nə də M.Əmaninin folklor janrlarındakı əsərlərində bu qədər ay-dın, anlaşıqlı (milli və ya milliləşmiş) leksika mövcuddur. İkincisi, qrammatik milli normativliyə malikdir - ümumxalq dilinin qrammatikasına nə qədər müm-kündürsə, o qədər ədəbi nüfuz qazandırılmışdır. Nəhayət, üçüncüsü, dilin obraz-ları milli hadisədir (qana qərq etmək, tərpətmə yaralanmış könlümü, könül verdik, oda salmaq, yurdunu tərk etmək və s.).
Müşahidələr göstərir ki, M.V.Vidadi ədəbi-bədii dilə əlamət həssaslığı gətirir həm "təyin"lərdən çox istifadə edir, həm də məhz "təyin"lər şairin ədəbi-bədii təfəkkürünün tipologiyasını müəyənləşdirir. Dəli könül; yaxşı gün; yaman gün; yad ellər; qürbət; ala qar lı, boz dumanlı dağlar; keçən gün; səni sevən, yaxşı olan nəsib olmaz yamana; qanlı yas: qəm səməndi; möhnətdə qaralanmış könül; kön-lüm istədiyi; siyah tellər, ağ buxaq, xırda xallar və s. "Təyin"lərin mühüm bir his-səsi təkrar hesabına yaranır: yanıb-yanıb, bir-bir, qatar-qatar, qərib-qərib, qəmgin-qəmgin, şirin-şirin, şana-şana, yol-yol (olmaq), dürlü-dürlü, yanə-yanə va s.
Şübhəsiz, əlamət həssaslığı ancaq Vidadinin dilinə xas olan üslubi bir hal deyil, ümumiyyətlə, mərhələnin dil-üslub mənzərəsinə təsir edən hadisədir. Milli ədəbi dilin təşəkkülü dövründə ədəbi-bə dii dildə (bədii üslubda) realizmin güclənməsi "təyin"lərin (əlbəttə, geniş mənada bütün əlamət bildirən ifadələrin) funksional-lığının artması ilə müşayiət olunur.
M.V.Vidadinin folklor janrlarındakı əsərlərinin dilində divanələnmək, pərvanə-lənmək, dürdanələnmək, biganələnmək, şanələnmək, viranələnmək (bunların hamısı bir şerdəndir) kimi sözlər işlənir ki, bunlar müvafiq analitik fellərin (diva-nə olmaq, pərvanə olmaq, dür danə olmaq və s.) "sintaktik" (iltisaqi) qarşılığıdır; ədəbi dil tarixin də bu cür "iltisaqiləşmə"nin məhz XVII-XVIII əsrlərə düşməsini biz təsadüfi hal hesab etmirik və milli təşəkkül dövründə bu, tamamilə qanuna-uyğundur: ədəbi dilin öz etnik əsaslarına möhkəm dayanması qrammatik, leksik-semantik, fonetik-fonoloji səviyyələrdə olmaqla qalmır, ümumən dilin universal sisteminə maksimum yaxınlaşma ilə, ne cə deyərlər, norma ilə sistemin "üst-üstə düşməsi" ilə şərtlənir.
M.V.Vidadinin klassik janrlardakı şerlərinin dilino folklor üslubu nun təsiri ol-duğu kimi, folklor janrlarındakı şerlərinin dilinə də klassik üslubun təsiri vardır:
Səba, əhvalımı bir-bir
Vanb əl yarə erz cyla.
Qəmü dərdi-dilim şərhin
Deyib dildaro erz cylə.
Gedərsan kuyinə yarın,
O qaddi-sərvrəftarın.
Foğanın bülbüli-zarın
Güli-gülzarə ərz cylə.
...Vidadi xəstə bimarın,
Bəlayi-əsqdən zarın,
Sözün müştaqi-didarın
Yetir cananə ərz eylə.
Səba, əhval, yarə ərz eyləmək, qəm, dərdi-dil, yarın kuyi, qəddi-sərvrəftar, fö-ğan, bülbüli-zar, güli-gülzar, bimar, bəlayi-esq zarı, müştaqi-didar, canan bilava-sitə klassik üslubdan gələn (klassik janrların bilavasitə materialı olan) obrazlardır ki, M.V.Vidadinin gəraylısının bütövlükdə obraz sistemini təşkil edir. Lakin şai-rin folklor janrlarındakı əsərlərinin heç də hamısının əsas dil-üslub göstəriciləri klassik üslub faktı deyil, məsələn
Ağla, didem, qanlı yaşın sel olsun,
Söylemeye gizli derdin dil olsun;
Kimim vardır qohum-qardas, el olsun,
Qərib öldüm, bikos öldüm, yad öldüm.
-Ey sevdiyim, səndən qeyri kimim var,
Gəl, üstümə, aman öldüm, dad öldüm.
Qanlı yas, gizli dərd (müq. et: dərdi-nihan) ifadələrini çıxmaq şərti ilə (əslində, onlar da formal olaraq klassik üslubun faktıdır və həmin konteksdə folklor üslubu-na xidmət edir) yerdə qalan ifadələr (kimim vardır; qohum-qardas; el olmaq; qərib ölmək; bikəs ölmək; yad ölmək; səndən qeyri kimim var; gəl üstümə, aman öl-düm, dad öldüm), yəni bütövlükdə mətn folklor üslubunun bilavasitə yetirdiyi, ədəbiləşdirdiyi və nəhayət, milliləşdirdiyi (yəni mili estetik təfəkkürün aparıcı, normativ hadisəsinə çevirdiyi) hadisədir. Nəhayət, M.V.Vidadinin dilində bir ten-densiya da özünü göstərir ki, bu da ədəbi-bədii dilə yeni keyfiyyətin gəldiyini xə-bər verir: şair bu zamana qədər şər dili üçün, demək olar ki, yad olan kobud, pre-zaik sözlər, ifadələr işlədir:
Vaqif, nə tez sənəmlərdən əl çəkdin.
Birin bir inəyə qiymət eylərsn?
Hələ sonra keçiyə də enərsən,
Alsa müştəriyə minnət eylərsən.
Puç olsun qocalıq, gördün ki, necə,
Bir pulca xublara gəlməzmiş gecə,
Gündüz fikr etdiyin baş tutmaz gecə,
Tamam puçdur hər nə söhbət eylərsən...
M.V.Vidadi ilə M.P.Vaqifin müşairəsində bu cür sözlər, ifadələr,hətta bilavasitə söyüşlər kifayət qədərdir bunlar ədəbi-bədii dilin tarixində "satira kabusu"nun (T.Hacıyev) başlanğıcıdır ki, çox keçmədən XIX əsri bütövlükdə bürüyür". M.V.Vidadinin diline aid dissertasiya yazmış F.Z.Əhmədovun statistik tədqi-qat-ları həm XVIII əsr ədəbi dilinin ümumi tendensiyasını müəyyənləşdirməyə, həm də şairin əsərlərində işlənmiş leksik vahidlərin müxtəlif üslublarda (klassik və fol-klor) xüsusi çəkisini, M.Vidadinin xalq poeziyasından və klassik ənənədən isti-fadə edərkən daha çox hansı mövqedə durduğunu aşkara çıxarmağa imkan ver-mişdir. Araşdırmalar göstərir ki, M.Vidadinin elmə məlum olan əsərlərində 1728 söz qeydə alınmışdır. Bu sözlər bütünlükdə 7000 dəfəyə yaxın (6976) işlənmişdir. Həmin leksik vahidlərin işlənmə tezliyini tutuşdurduqda maraqlı nəticəyə gəlmək olur: şairin klassik üsluba məxsus əsərləri həm sayca, həm də həcmcə qoşma üs-lublu şerlərindən 3 dəfə çoxdur. İlk baxışda belə görünə bilər ki, "klassik" şerlərdə sözlərin işlənmə tezliyi qoşma üslublu əsərlərindəkindən də bu qədər çox olma-lıdır, lakin hesablamalar bunun əksini göstərir: eyni sözlər "qoşmalarda" 3124 dəfə, "klassikdə" 3852 dəfə işlənmişdir. Göründüyü kimi, fərq o qədər də böyük deyil.Elmi ədəbiyyatdan məlumdur ki, hər hansı bir yazıçının dilinin zənginliyi onun əsərlərində bir dəfə işlənmiş sözlərin çoxluğu ilə ölçülür. Vidadinin şerlərin-də 918 söz bu qəbildəndir ki, bu da bütün sözlərin 50%-indən çoxunu təşkil edir. Şairin dilində bir dəfə işlən miş sözlərdə aşağıdakı xüsusiyyətlər diqqəti cəlb edir:a) bu sözlərin 732-si, yəni 80%-i müasir ədəbi dilimizdə işlən məkdədir: az, arxa, qaçaq, qədim, qulluq, ətək, yas, yel, kor, saman, naz, savad, qol, qıraq və s b) müasir ədəbi dilimizdə sabitləşmə yən 186 sözün əksəriyyətindən yalnız klas-sik şerin tələbi ilə istifa do olunmuşdur: qüfran, dilfikir, müqəddər, naəhl, həmd, süxən, cud və s.
Əlbəttə, bu sözlərin "qoşma", yaxud "klassik" üslubda işlənmə so bəbini izah etmək çətindir. Şairin yaradıcılığında "klassik" ve "qoşma" üslublu şerlərin "özü-nəməxsus" leksikasını aşkar etməkdə isə işlənmə tezliyi 10 dəfəyə qədər olan söz-lər köməyə çatır. Bu leksik vahidlərin Vidadi dilində sayı 129-dur. Həmin sözlər-də aşağıdakı xüsusiyyətlər diqqəti cəlb edir: a) bu qrup sözlərin demək olar ki, ha-mısı (formaca köhnəlmiş kim (ki) əl (ə) və leksik vahid kimi arxa ilk sayılan qıl-maq istisnadır) müasir ədəbi dilimizdə işlənir, b) bu sözlərin əksəriyyəti üslubi cəhətdən neytraldır.
M.Vidadinin şerlərində işlənmiş ümumxalq xarakterli sözlərin və daha çox klas-sik üslub səciyyəli leksik vahidlərin işlənmə tezliyinin konkret müqayisəsi də ma-raqlı fikir yürütməyə imkan verir. Aşağıdakı cədvəl müqayisəni əyani olaraq öz-ündə əks etdirir:
Sxemmmm
Buraya qədər deyilənləri ümumiləşdirilməsi olsaq, həqiqətən belə bir qənaəti təsdiq etməli olacağıq ki, M.V.Vidadi ədəbi-bədii dilinin keyfiyyəti etibarilə köh-nə dövrün son, yeni dövrün ilk şairidir. Və məhz Vidadi yeni dövrün ən görkəmli söz ustasını M.P.Vaqifi yaradıcılığının bütün potensiyası ilə perspektiyə çıxarır; hər iki sənətkarın dili ədəbi-bədii dilin ümumi inkişaf stixiyasında birləşərək, de-mək olar ki, vahid təkamül aktı kimi çıxış edir". Klassik üslubla folklor üslubunun dialektikası əsasında milli-ədəbi bədii dilin norma, üslub minimumunun müəy-yənləşməsi M.V.Vidadinin təcrübəsində artıq tarixi reallıq kimi diqqəti cəlb edir və həmin proses M.P. Vaqifin fəaliyyəti ilə keyfiyyət həddinə çatır.
Dostları ilə paylaş: |