Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının kiçik elmi işçisi



Yüklə 303,55 Kb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü303,55 Kb.
#5474

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının kiçik elmi işçisi 

Fərziyev Müşfiq Füzuli oğlunun AMEA Mərkəzi Nəbatat Bağının Botanika ixtisası 

üzrə aspirantura imtahanlarında iştirak etmək üçün 

 

 

 

 

 

 

 

“Biyan cinsinin növlərinin yayılması və təsərrüfat xüsusiyyətləri” 

mövzusunda təqdim etdiyi 



 

 

 

 

 

 

REFERAT İŞİ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI - 2008 

 


 

2

MÜNDƏRİCAT 



 

Giriş ------------------------------------------------------------------------------------------- 3 

 

1. Mövzunun aktuallığı və təcrübi əhəmiyyəti ------------------------------------------- 4 



 

2. Mövzunun predmeti və məqsədi --------------------------------------------------------- 7 

 

3. Azərbaycanda biyan cinsinin növlərinin tərkibinin öyrənilməsi -------------------- 9 



3.1. G. echinata L. – Kələ-kötür biyan ----------------------------------------------------- 9 

3.2. G. macedonica Boiss. et Orphs. – Makedoniya biyanı ---------------------------- 10 

3.3. G. aspera Pall – Tikancıqlı biyan ----------------------------------------------------- 11 

3.4. G. glabra L. Tüksüz (çılpaq) biyan, Şirin biyan ------------------------------------ 12 

3.5. G. glandulifera – Vəzili biyan --------------------------------------------------------- 13 

 

Nəticə ------------------------------------------------------------------------------------------- 15 



 

Ədəbiyyat siyahısı ----------------------------------------------------------------------------- 16 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

3

Giriş 

 

   Biyan  cinsinin  ayrı-ayrı növləri haqqında geniş  məlumat verməzdən  əvvəl onun 



bitkilər aləmində tutduğu mövqeyi sistematik baxımından göstərmək lazımdır. 

 

Şöbə: Örtülütoxumlular – Angiospermae 



Sinif: İkiləpəlilər – Dicotyledoncae 

Sıra: Paxlameyvəlilər – Fabales, Leguminosales 

Fəsilə: Paxlalılar – Fabaceae 

Cins: Biyan - Glycyrrhiza 

 

   Biyan  cinsinə aid olan müxtəlif növlər paxlalılar sırasına aid olmaqla bərabər bu 



sıranın əksər xüsusiyyətlərinə cavab verir. 

Paxlalılar sırasının (Fabales və ya Leguminosales) ümumi əlamətləri: 

1. Dişicik bir meyvə yarpağından təşkil olunmuşdur; 

2. Yumurtalıq üst vəziyyətdə yerləşir. Bir yuvalıdır və ya yalançı arakəsmə ilə 

bölünüb ikiyuvalı olur; 

3. Paxla meyvəli olmaları; 

4. Yarpaq altlıqlarının olmaması; 

5. Köklərində azot toplayan bakteriyaların əmələ gəlməsi. 

   Biyan  cinsinin  müxtəlif növlərində yayılma arealları bir-birindən fərqlənir. Cinsin 

növlərinin mənşəyi və yayılma arealı haqqında müxtəlif tədqiqatçılar tərəfindən 

nisbətən fərqli göstərilir. 

Biyan cinsinin geniş yayılmış növləri bunlardır: 

1. G. aspera Pall - az 

2. G. uralensis Fisch 

3. G. Korshinskyi G. Grig. 

4. G. glabra L. - az 

5. G. echinata L. – az 

6. G. zaissanica Serg. 

7. G. laxissima Vass 

8. G. macedonica Boiss. et Orph. – az 

9. G. glandulifera W. et k. – az 

10. G. foetidissima Tausch 

11. G. lepidota 

12. G. polypodium 

   Bunlardan  Azərbaycan florasında 5-i yayılmışdır: G. aspera Pall, G. glabra L., G. 

echinata L., G. macedonica Boiss. et Orph., G. glandulifera W. et k. 

Ümumilikdə isə dünya miqyasında biyan cinsinin 15-dən çox növü öyrənilmişdir. 

 

 



 

4

Mövzunun aktuallığı və təcrübi əhəmiyyəti 

 

   Biyan cinsinin ayrı-ayrı növlərinin öyrənilməsi böyük təcrübi əhəmiyyətə malikdir. 



Sözsüz ki, bu ilk növbədə biyanın farmokoloji təsiri ilə bağlıdır. Biyan kökü – bir əcza 

deposudur. 

   Biyan kökü bioloji baxımdan dünyada ən aktiv bitkilərdən biridir. Məsələn, biyan 

kökündə çoxlu miqdarda Mg və Si vardır. Bu bitkinin kökü mədə ilə bağlı 

xəstəliklərdə son dərəcə  əhəmiyyətlidir. Tərkibindəki qlisirutenik asid (GLA), 

deqliserin (DGL) və karbonokselen sodium (CS) maddələri məlum olan ən qiymətli 

antivirus dərmanlarındandır. Biyan kökündən dəri xəstəliklərində  də istifadə olunur. 

Belə ki, biyan kökündən istifadə müxtəlif dəri xəstəliklərinin qarşısını alır. Bunda 

başqa, biyan kökündən bədəndə  hərarəti aşağı salmaq, qaraciyərin toksiki və  zərərli 

maddələri təmizləməsini yaxşılaşdırmaq üçün də istifadə olunur. Hepatit, serroz kimi 

qaraciyər xəstəlikərinin müalicəsində biyan kökündən alınan GLA`nın detoksifian 

təsiri aşkar edilmişdir. Bitkinin nəfəs yollarını yumşaldıcı, öskürək kəsici 

xüsusiyyətləri artıq tibb elmi tərəfindən çoxdan bəri qəbul edilmişdir və bu tip 

xəstəliklərə qarşı  dərmanların hazırlanmasında geniş  tətbiq sahəsinə malikdir. Eyni 

zamanda mədə xəstəliklərində, xüsusi ilə qastriddə son dərəcə yararlı hesab olunur. 

Biyan kökü əczaçılıqda toz halında və  həblər formasında,  şirələr və maye məhlullar 

formasında hazırlana bilər. 

   Bundan başqa təzə və ya quru köklərinin qaynar su ilə qarışdırılması və sonra aşağı 

temperaturda və təzyiqdə emal olunması ilə biyan balı və biyan şərbəti əldə olunur. 

Hazırlanmış  məhlul müxtəlif dərman bitkiləri ilə birgə böyrək xəstəliklərinin 

müalicəsində istifadə edirlər. 

   Tarixdə yunanlar, misirlilər, çinlilər və hindlilər kimi bir çox cəmiyyətlər tərəfindən 

istifadə olunmuş biyan kökü Cənubi və Orta Avropada təbiətdə öz-özünə yetişir; 

Rusiya, İspaniya, İran və Hindistanda isə  xüsusi olaraq yetişdirilir. 

Biyan kökü daim Çin təbabətində sıx istifadə olunan bitkidir. Çinlilər digər bitkilərə 

qarışdıraraq biyan kökünün canlandırıcılıq xassəsindən istifadə edirdilər. Bu səbəblə 

də Çin təbabətinin əsas dərmanlarından biri biyan kökü olmuşdur və müasir dövrdə də 

bu öz aktuallığını saxlamaqda davam edir. Ayrı-ayrı nümayəndələrində iyun-iyul 

aylarında sarı-mavi və ya qəhvəyiyəçalan və 0.4-2 m hündürlüklərində olan bu cinsin 

növlərinin demək olar ki, heç bir nümayəndəsində ( G. aspera qismən istisna təşkil 

edir) tikanlar olmur  və çoxillik ot bitkilləridir. 

   Ayrı-ayrı növlərdə yarpaqları  əsasən parçalanmışdır, yarpaqcıqları 4-7 üzvlüdür. 

Çiçəklər başcıqşəkillidir. Tac və kasacıq yarpaqları ikidodaqlıdır, üst dodaq iki qısa 

dişlidir, altdakı üçü isə uzun dişlidir. Biyan cinsinin növlərinin dünya üzrə yayılma 

arealı müxtəlifdir. Misal üçün Qafqazda bu cinsin 10 növü, Azərbaycanda 5 növü, 

Türkiyədə 6 növü yayılmışdır. Bu növlərdən bir qisminin kökləri şirin, bir qismininki 

isə acı olur. Təbiətdə yabanı halda yaxşı bitən bu xeyirli dərman bitkisi qədim 


 

5

zamanlardan bəri Çin, Afrika, Avropa, Hindistan və Şərqdə yetişirdi. Ümumiyyətlə isə 



bu bitkinin əsl vətənin Şərq ölkələri olduğu haqqında mülahizələr irəli sürülür. 

Cinsin müxtəlif növlərində qış mövsümü zamanı bitkinin yarpaqları tökülür. Müxtəlif 

ərazi zonalrında bitən növlər yayıldığı şəraitdən asılı olaraq il boyunca 1 m və daha 

çox boy artır. 

   Ana kökdən inkişaf edən güclü kök sistemi vardır. Köklərinin inkişaf səviyyəsindən 

asılı olaraq müxtəlif bioloji aktivliyə malik olduqları üçün kök sistemləri bəzən 1-5 

sm qalınlığında ola bilirlər. Bürüncü-qəhvəyi rəngdə olan köklərə daha çox rast 

gəlinir. Bu tipdə olan kök sistemi kökdən daha çox oduncağa bənzəyir. Sarı  rəngli 

qabığı ilə bir-birindən ayrı olan hissələri ilə uzun bir ipə  bənzəyir. Torpağın üst 

hissəsində görünüş baxımından nisbətən nazik budaqları ilə yarpaqları yerləşmişdir. 

Yarpaq saplaqlarında müxtəlif növlərin nümayəndələrində 4-8 cüt və  rəngi  əsasən 

tünd yaşıl olan yarpaqcıqlar yerləşmişdir. Bunlar ümumi quruluşca əsasən oval kiçik 

yarpaqcıqlar formasında olurlar. Kiçik yarpaqlara toxunanda zəif yapışqanlıq hissi 

yaradır ki, bu da əksəriyyət növlərin üzərində yerləşmiş olan xırda vəziciklərin 

hazırladığı efir təbiətli maddələrdir. Yarpaqlar yerləşən hissədə digər qalan məsafənin 

uzunluğu 2-3 sm-ə  qədə ola bilər. Qəhvəyi bölgələrədə böyrəyə  bənzəyən müxtəlif 

tiplərdə 1-7 arasında topalı düzülüşlü iynə böyüklüyündə olan qəhvəyi toxumlar əmələ 

gəlir. 


   Biyanın ayrı-ayrı növlərinin gilli torpaqlarda yetişdirilməsi təcrübəsi göstərir ki, 

onun təbii  şəraitdə yetişdirilməsindənsə  xüsusi iri saxsı qablarda əkilməsi daha 

məqsədəuyğundur. Çünki bu zaman əsasən tibbi məqsədlər üçün yetişdirilən biyan 

cinsi növlərində bitkinin kök sistemində olan maddələr daha aktiv biokimyəvi 

formada olur. Bu baxımdan torpaq gübrələrindən heyvani gübrələr bitkinin inkişafına 

müsbət təsir göstərəcəkdir. Çünki bu kompleks gübrələrin tərkibində  əksəriyyət 

bitkilərdə olduğu kimi biyan cinsi növlərinə  də lazım olan müxtəlif maddələr   

kompleks şəkildə vardır. 

   Biyanın ayrı-ayrı növlərinin normal yaşayıb, inkişaf etməsi üçün orta hesabla ən azı 

1-3 m-lik yer ayrılmalıdır. Bitkinin tumurcuq verməyə başlaması artıq onun normal 

inkişafda olmasından xəbər verir. Bu zaman yeni tumurcuqların  əmələ  gəlməsi 

bitkinin sonrakı inkişafı üçün zəruri əhəmiyyət kəsb edir. Bəzən isə təbii şərait uyğun 

olmadıqda biyan növlərində tumurcuqlanma dayanır.        Bu zaman onun yeraltı və ən 

çox da yer üstü hissəsində kök sistemi ilə bağlı olan orqanlar ya heç inkişaf etmir və 

yaxud da zəif inkişaf edir. Tumurcaqlanmaların ardıcıl davam etməsi isə biyanın artıq 

biçin üçün hazır olduğundan xəbər verir. Az yetişən illik dərman  əhəmiyyətli ot 

bitkiləri olaraq cinsin müxtəlif növləri 1-2 il ərzində bir mövsümdə yetişdirilə bilir ki, 

bunlardan da normal məhsul alına bilər. 

   Biyan növləri mülayim, isti habelə tropik iqlimlərdə yaxşı inkişaf edib məhsul verən 

çoxillik otlardır. Eyni zamanda tropik ərazilərdə olduğu təqdirdə quruyan torpağın 

nəmli olmasını təmin edə biləcək bir bitkidir. Mövsüm ərzində yağışların olması isə 

onun bu xüsusiyyətinə daha çox təkan verə bilir. Şaxtalı qış mövsümündə biyanın yeri 



 

6

dəyişdirilmədikdə isə onun yeraltı kök sisteminin faydalı xüsusiyyətlərini demək olar 



ki, heçə endirə bilər. Bunun üçün də hava və iqlimin xüsusi ilə ilin soyuq fəsillərində 

temperatur göstəriciləri haqqında qabaqcadan söylənilən proqnozlar bu bitkinin 

təsərrüfatı ilə məşğul olan insanları çox maraqlandırır. 

   Əgər bitkinin quru yarpaq örtüyü sıxdırsa onda torpağın həcmi baxımından alaq 

otlarının təmizlənməsi xüsusi aqrotexniki tədbirlər sırasına aid olunur, yəni ki, çox 

vacib  əhəmiyyət kəsb edir. Bitkinin əsas  əhəmiyyət kəsb edən hissəsi onun kökləri 

olduğu üçün sənaye miqyasında onun kökləri xüsusi üsulla yığılır və emal olunur. 

Belə ki, köklər torpaqdan yığıldıqdan sonra yuyulur və bundan sonra kölgədə  və ya 

günəş enerjisi ilə xüsusi üsullarla qurudurlur. Təzə köklər asanlıqla kəsilə  və qatlana 

bilir. Emal olunduqdan sonra qurudulmuş köklər işıq və rütubət olmayan yerlərədə 

qorunub saxlanılır. Yalnız bu zaman kökləri uzun müddət saxlamaq olur və onun 

tərkibindəki maddələr öz əhəmiyyətliliyini saxlayırlar. 

   Növbəti fəsillərdə biz biyanın sənaye miqyasında tətbiqinin ən müxtəlif sahələri ilə 

dərindən tanış olacağıq. Bu zaman məlum olacaq ki, cinsin ayrı-ayrı növlərinin bizə 

məlum olan və məlum olmayan bir çox xüsusiyyətləri var ki, onların bəzilərindən ta 

qədimdən istifadə olunur, bəzilərindən müasir dövrdə istifadə olunur və elə 

xüsusiyyətlləri də var ki, hələ ki, elmi konsepsiyalar üzərində (ən çox tibb sahəsində) 

nəzəriyyələri hazırlanılır, gələcəkdə istifadəsi nəzərdə tutulur. 

   Bu  bitkinin  susuzluğa qarşı olan sərinləşdirici təsiri haqqında,  şəkərin  ən yaxşı 

əvəzedicilərindən biri olması haqqında, aclığa qarşı davamlılıq yarada bilməsi 

haqqında araşdırmalar və sınaqdan keçirilən digər təcrübələr haqqında danışacağıq. 

Ümumi olaraq qeyd edə bilərik ki, bu bitkinin müasir dünya bitkiçiliyi 

sistematikasında 15-dən çox növü öyrənilmişdir. Söz yox ki, bunların hamısı tibb 

sahəsində istifadə olunmur, amma buna baxmayaraq əhəmiyyətli növlərdir. Tibb 

sahəsində isə  əsasən  şirin növlər yəni ki, köklərində qlisirrizin maddəsi çox olan 

növlər istifadə olunur. 



 

Antik tibdə biyan kökü 

    


Bu bitkinin kökləri 4 min bundan əvvəl mövcud olan Babillər tərəfindən 

qüvvətləndirici kimi istifadə olunurdu. Biyan köklərindən hazırlanan  şirə antik 

misirlilər tərəfindən çox bəyənilmişdir. 1923-cü ildə keçmiş Misir kralı Tutanxamenin 

məzarında biyan kökləri aşkar edilmişdir. Köhnə Misir hakimləri biyan kökünü güclü 

dərmanlarla qarışdırdığını sirr saxlayaraq alınmış preparatları  sınaqlardan keçirdilər. 

Məlum oldu ki, bu dərmanlar qaraciyər və bağırsaq xəstəliklərinin müalicəsində 

istifadə oluna bilər. 

 

 



 

 

7

Mövzunun predmeti və məqsədi 



 

   Məlum olduğu kimi əvvəllər Azərbaycan biyan ixracına görə MDB ərazisində əsas 

ölkələrdən biri hesab olunurdu.  Cari dövrdə isə bu bitkinin ixracı təbii ehtiyatlarfının 

azalması ucbatından dayandırılıb. Biyan cinsinin Azərbaycanda yayılan 5 növünün 

öyrənilməsi, xüsusi ilə bunların təsərrüfat xüssusiyyətlərinin öyrənilməsi azalmaqda 

olan bu bitkinin təbii ehtiyatlarını yenidən artırmağa imkan yarada bilər.  Məqsəd isə 

gələcəkdə bitkinin arealı  əvvəlki vəziyyətinə qayıtdıqdan sonra ölkə daxilində bu 

bitkidən xüsusi ilə farmokologiya sahəsində istifadə etməkdir. Çünki artıq tibb 

sahəsində olan inkişaf və eyni zamanda kompüterləşmiş texnologiya bu bitkinin 

köklərindən müxtəli maddələrin istehsal olunması prosesini xeyli dərəcədə 

asanlaşdırıb. 

   Biyan  kökünün  tərkibindəki maddələrin yaxşı öyrənilməsi sübut etdi ki, bu 

maddələrdən pektoral və yumşaldıcı, ağrıkəsici xassələrə malik olanları da var. 

Bundan  əlavə bu maddələrin digərləri ilə qarışmasından alınan yeni maddələrin hər 

biri öz-özlüyündə bir dərmandır. Anadin (ağrıkəsici) antioksidant, antipazmodik, anti-

inflomativ, mukozadan qoruyucu, depurativ, estrogenik, bəlğəmgətirici, hepatitlər

sinir pozğunluqları  və digər formada təsirlərə malik olması bu maddələr sayəsində 

mümkündür. Bundan başqa hipoqlisem, ralit yəni, yoğun bağırsaq iltihabı, stres, 

sümük ağrıları  və spazmaları aradan qaldıran maddələri də  var. Biyan kökündəki 

ostrogenəbənzər maddə  səsin dəyişməsinə  səbəb ola bilər. Araşdırmalar qan 

hüceyrələrinin saxladığı proteinlərin istehsalının biyan kökü vasitəsi ilə  həyata 

keçirməyin mümkün olduğunu göstərdi. Biyan kökündə xolestrolu aşağı salan, nəbzi 

sakitləşdirici, malyariya xəstəliyinə qarşı maddələr də müəyyən qism təşkil edir. Bu 

baxımdan məlum olur ki, yaşından və cinsindən asılı olmayaraq biyan kökünün xəstə 

və ya xəstə olmayan insanlar tərəfindən istifadə edilməsi tövsiyyə olunur və çox 

əhəmiyyətlidir. 



 

Botanik etnoqrafiyası 

Biyan dünyada hansı xəstəliklərin müalicəsində istifadə olunur? 

 

ABŞ – xərçəng xəstələrinin yaxşılaşdırılması, immun sistemi üçün, hepatit və QİÇS 



müalicəsində istifadə olunur. Xəstəliklərdən qorunmaq və sağlam qalmaq üçün 

istifadə olunan bitkilərdən ən çox müraciət olunanlarından biridir. 

Çin – ağrıkəsici, zəhərlənmə  əleyhinə, qida borusunun xərçəngi, qaraciyər xərçəngi, 

öskürək, bəlğəmgətirici, qızdırma, təravətləndirici, gəncləşdirici, ağrı  və yaralarda 

qüvvətverici dərman (tonik) və QİÇS xəstəliyində istifadə olunur. 

Avropa – Tumor (xərçəng) müalicəsində, xəstəliklərdən qoruyucu və qaraciyər 

xəstəliklərinin müalicəsində xüsusi ilə istifadə olunur. 

Yaponiya – bəlğəmgətirici, zəhər  əleyhinə, spazmagötürücü olaraq istifadə olunur. 

Yaponiyada hazırlanan bir çox dərmanların tərkibində vardır. 


 

8

Türkiyə - nəfəs yollarının yumşaldılmasında, bəlğəmgətirici, sərinləşdirici şərbət kimi, 



hepatit viruslarında, zəiflik və gücsüzlük zamanı, bir çox xəstəliklərin müalicəsində 

qüvvətləndirici ekstraktların hazırlanmasında, kişi və qadınlarda səsin 

gözəlləşdirilməsi (səs tellərinin normal fəaliyyəti) üçün istifadə olunur. Bu baxımdan 

biyan qədimdən məlum olan bitkidir. Ona verilən “həyat eleksiri” (abı həyat) adı da 

təsadüfi deyildir. 

   Qədimdən Misirdə biyan “hər dərdə dava eleksiri” kimi tanınırdı. Öskürək və nəfəs 

yollarının xəstəlikləri dərmanı olaraq ən qədim və ən çox öyrənilən bitkilərdən biridir. 

Misir fironlarının zamanından bu günümüzə  qədər biyan suyu populyar və dadlı bir 

içki hesab olunur. Onun hələ cavan köklərinin  şəkərdən 50 dəfə artıq  şirin olduğu 

kimyəvi analizlər vasitəsi ilə çoxdan təsbit olunmuşdur. Biyanın,  əgər 1 damlasını 

15000 damla saf su ilə qarışdırılarsa nəfis olur. Glycryrrhizində kalori yoxdur, amma 

təbii biyan kökü az miqdarda kaloriyə malikdir və gərəkli şəkildə çox kiçik miqdarda 

üzüm  şəkərini (1.4%) və sukroza (3.2%) tərkibində saxlayır. Bu şəkərsiz dadverici 

maddə  şəkər xəstəliklərində  də istifadə olunur. Dadlı  və  ləzzətli olması bir çox acı 

dərmanların tərkibində qatqı kimi istifadə olunmasına imkan yaradır. Roma ordusu 

uzun və çox yorucu olan səfərlərində biyanı zəruri bir qida kimi düşünürdü. Əsgərlər 

səfərə çıxdıqları 10 gün, qida və maye olmadığı halda sadəcə biyandakı xüsusiyyətlər 

sayəsində qüvvət və enerji topladıqlarını, susuzluq və aclıqları  dəf etdiklərini 

söylədilər. 

   1305-ci  ildə King Eduard, “Biyan satışı ilə bağlı bir tapşırıq almışdım. 

Qazandıqlarım London körpüsünün müəyyən məsrəflərini qarşılamağa kömək etmək 

üçün gərəkli oldu...” deyirdi. 

   Qədim hindular biyan şirəsinin süd və  şəkərlə qarışdırlıması sayəsində alınan 

ekstraktın cinsi gücü artırdığına inanırdılar. 

İnkişaf etməkdə olan Aynverdik tibbində biyanın kakao və zəncəfil ilə birləşməsininn 

dişlər üçün qoruyucu olduğu, beyində  karoid pleksus və epandium tərəfindən 

əlaqələnərək beyinin normal qidalanmasında rol oynadığı aşkara çıxarıldı. 

   Başqa bir araşdırma sayəsində məlum oldu ki, xəstələrin 2-6 həftə arası gündə 20-25 

qram biyan balı ilə  təmin edilməsi müalicələrin uğurla başa çatmasına kömək 

etmişdir. Bu müddətdə xəstəlik 70-90% sağalmış olur. 

ABŞ John Hopkins Universiteti`ndə aparılan araşdırmalar xronik yorğunluq və təzyiqi 

aşağı olan insanlarda biyan şirəsinin qəbul edilməsinin çox xeyirli olduğu aşkara 

çıxarıldı. Rusiyadakı  təcrübələr biyan kökünün xroniki eqzama və  sədəf 

xəstəliklərinin müalicəsində əhəmiyyətli olduğunu sübuta yetirmiş  və buna uyğun bir 

çox dəlillərə malikdir. 

   Təcrübələr kodeinəbənzər (kodein morfinin metil asyonundan və ya opiumdan əldə 

edilən ağ kristal halında alkalloiddir) təsiri ilə biyanın bəlğəm və öskürəkkəsici 

xüsusiyyətlərini glycrrihizinin damar yolu ilə  QİÇS xəstəliyinin müalicəsində 

əhəmiyyətli olduğunu göstərdi (Məlumat “Towsand Newsletter for doctors” yəni 

“Həkimlər üçün şəhərdən göndərilən xəbərlər” bülleteninden götürülmüşdür). 



 

9

Azərbaycanda biyan cinsinin növlərinin 



tərkibinin öyrənilməsi 

 

Qeyd etdiyimiz kimi Biyan cinsinin Azərbaycanda 5 növü yayılmışdır. 



1. G. echinata L. – Kələ-kötür biyan 

2. G. macedonica Boiss. et Orphs. – Makedoniya biyanı 

3. G. aspera Pall – Tikancıqlı biyan 

4. G. glabra L. – Çılpaq biyan 

5. G. glandulifera – Vəzili biyan 

 

G. echinata L. – Kələ-kötür biyan 

 

   Hündürlüyü 80-120 sm olan çoxillik ot bitkisidir. Budaqları  əsasən gərilmiş, 



şaxələnən və ya açılmış formalı olur. Aşağı  tərəfdən adətən budaqlanmış formada 

olur. Gövdəsi qısa və yumşaq tüklərdən təşkil olunmuşdur ki, bunlar da xov 

formalıdır. Yarpaqları 8-14 sm uzunluğunda olur. Ümumi saplaq üzərində ellips 

formasında  ucu sivri olan və üzərində nöqtəvi formalı efir yağları sintez edən 

vəzilərlə dolu olan 7-13 ədəd yarpaqcıqdan ibarətdir. Çiçək tacınını uzunluğu 10 mm 

bərabərdir və solğun bənövşəyi rəngdə olur. Paxlameyvələri sıx yerləşmiş kürəşəkilli 

başcıqlardan ibarətdir. Eyni zamanda paxlameyvəsi yumurtaşəkilli və ya uzunsov 

ellips formada ola bilər. Meyvələrinin uzunluğu isə 16 mm-ə çatır ki, bu da yuxarı 

hissədən adətən sıx tikancıqlarla örtülü olur. Tüklü biyanda çiçəkləmə may-iyul 

aylarında baş verə bilər. Meyvələri isə iyul-avqust, bəzən də sentyabr aylarında yetişir. 



Azərbaycan  ərazisində Samur-Dəvəçidə, Kür-Araz ovalığında, Alazan-Ağrıc 

ovalığında, Naxçıvan MR, Lənkəran düzənliyində, Muğan-Lənkəran düzənliyinin 

aşağı dağlıq  qurşaqlarına qədər olan ərazilərində çay kənarlarında,  kiçik çayların və 

kanalların yaxınlığında, çəmənliklərdə və cəngəlliklərdə bitir. 



   MDB ərazisində isə Qərbi Qafqazdan başqa bütün Qafqazda, Krım, Qərbi Sibirdə, 

Uralda və digər ərazilərdə təbii halda bitir. 



Dünya üzrə isə Aralıq dənizi ölkələrində, Balkanlarda, Malaziyada, Apuliyada və 

“Naqay Tatarıstan”da bitir. 



Təsərrüfat əhəmiyyəti 

  Tüklü  biyan  cəngəlliklərdə otlarla birgə (yəni onların arasında) bitir. Otlaqlarda 

qoyun, dəvə və keçilər tərəfindən pis yeyilir. Köklərində 8.2-11.8 %-ə qədər qlisirrizin 

olduğuna görə sənaye istehsalı baxımından çox əhəmiyyətlidir. 

 

G. macedonica Boiss. et Orphs. – Makedoniya biyanı 

 

   Çoxillik, 100-150 sm hündürlüyündə olan ot bitkisidir. Gövdəsi qol-budaqlıdır, 



çılpaqdır və ya nöqtəşəkilli vəzilərlə örtülmüşdür. Yalançı zoğları lanset formasında 

olur, tez tökülür. Yarpaqlarının uzunluğu 15 sm-ə çatır. Bu növə aid olan bitkilərin 



 

10

yarpaqları ümumi saplaq üzərində yerləşir, ellips, tərsinəyumurta formalı, itiuclu və 



nöqtəşəkilli vəzilərlə örtülü olan 7-13 ədəd yarpaqdan ibarətdir. Çiçəkləri sıx 

uzunsov-oval və ya oval olub üzəri çiçək vəziləri ilə örtülü olur və 1-5 sm 

uzunluğundadır. Çiçək tacı solğun bənövşəyi rəngdə olub uzunluğu 8 mm-ə çatır. 

Meyvələri sıx ovalşəkilli başcıqda yerləşir. Paxlası yumurta və ya uzunsov yumurta 

formasında olub uzunluğu 15 mm-ə çatır. Meyvələrin üzəri seyrək yerləşən incə 

tikanlarla örtülmüşdür. 

   Bu növdə çiçəkləmə iyun-iyul aylarında baş verir. Meyvələrinin yetişməsi isə iyul-

avqust aylarında olur. 



   Azərbaycan  ərazisində Samur-Dəvəçi, Kür-Araz ovalığı, Lənkəran ovalığı 

ərazilərində  təbii halda geniş yayılmışdır. Növün əsas yaıldığı areal dağların ovalıq 

hissələri, çayların, su tutarların, kanalların və  cəngəlliklərin yaxın  əraziləridir. Bu 

ərazilərdə bitki iri qruplar əmələ gətirərək təbii halda bitir. 



   MDB  ərazisində Ön Qafqazda, Dağıstanda, Zaqafqaziyada, Talış dağlarının 

ətəklərində, Volqa vadisində, Orta Asiyada yayılmışdır. Orta Asiyada Qara-Qumda 

xüsusi ilə çoxlu təbii ehtiyatlara malikdir. 

Dünya üzrə Aralıq dənizi sahillərində, Balkanlarda, Malaziyada, Amudərya və 

Sırdəryada, İranda, Makedoniyada özünəməxsus yayılma arealına malikdir. 



 

G. aspera Pall – Tikancıqlı biyan 

 

   Bu 15-40 sm hündürlüyü olan çoxillik ot bitkisidir. Gövdəsi sadə quruluşlu və ya 



budaqlanan ola bilər. Dikqalxan gövdəli olub üzəri seyrək xırda tikancıqlarla örtülü 

olur, demək olar ki, çılpaqdır. Yarpaqlarının saplağı hamaşçiçəyəbənzər formada olur 

ki, bunun da üzərində tikanlar yerləşmişdir. Yarpaqcıqları yumurtaşəkillidir. 

Yarpaqlarının uzunluğu 6-10 sm-ə qədər ola bilər. Bunlar ümumi saplaq üzərində 5-11 

ədəd yarpaqcıqlar olaraq yerləşir ki, bu yarpaqcıqlar ellips və ya tərsinəyumurtaşəkilli, 

itiuclu və aşağı tərəfdən yapışqanlıdır. Salxımları kifayət qədər sıxdır, yumurtaşəkilli 

və ya uzunsovdur. Bunlar yarpaq uzunluqda və ya ondan uzun ola bilər. Çiçək tacı 

ağımtıl bənövşəyi rəngdə olub uzunluğu 14-188 mm-ə çatır. Kasa yarpaqları  vəzili-

tükcüklüdür. Paxlameyvəsi slindirik xətti quruluşda olub, aydın görünən dartılmış, 

qatlanmış  və ya hamar formada ola bilər. Meyvələrinin uzunluğu 4 sm-ə  qədər ola 

bilər. Hər paxlameyvə içərisində 2-9 toxum ola bilər. Bu növdə miçəkləmə may (iyul) 

aylarında baş verir. Meyvələrinin yetişməsi isə iyun (iyul) aylarında olur. 



   Azərbaycanda  Xəzər dənizi sahilləri  ərazilərində, Kür-Araz ovalığında, cənub 

qurşağa qədər olan quru dağətəyi gilli yarımsəhralarda dağınıq halda bitir. 



   MDB ərazisində Dağıstanda, Şərqi Qafqazda, Orta Asiyanın Aral-Xəzər sahələrində, 

Baltikyanı  ərazilərdə, Qızıl Qumda, Qara Qumda, Amu Dərya və  Sır Dərya çayları 

ərazilərində təbii halda geniş yaılmışdır. 

   Dünya üzrə İran, Türkiyə, Xəzərboyu ərazilərdə bitir. 


 

11

Təsərrüfatda bu növ həmçinin yaxşı yem bitkisidir. Qoyunlar və xüsusi ilə də dəvələr 

tərəfindən yaxşı yeyilir. İri buynuzlu mal-qara üçün isə bu növ yem bitkisi olaraq 

münasib deyil. 

 

G. glabra L. Tüksüz (çılpaq) biyan, Şirin biyan 

 

   Hündürlüyü  60-80  sm  (bəzən isə 100 sm) olan çoxillik kökümsovlu ot bitkisidir. 



Kök sistemi yaxşı inkişaf etmişdir. O öz başlanğıcını şaquli istiqamətdə torpağın 2-7 

m və daha dərin qatlarına gedən  əsas kökdən götürür. Yan kökləri isə  əsas kökdən 

bütün istiqamətlərdə inkişaf edərək yerüstü hissələr  əmələ  gətirir. Və bu yerüstü 

hissələrin özlərinin də yaxşı inkişaf etmiş mil kökləri olur. Köklərin torpaqda qalan 

hissəsi  parlaq-sarı  və ya limonu-sarı  rəngdə, bayırda qalan hissəsi isə bozumtul 

rəngdə olur. 

   Gövdəsi düzdür, nisbətən möhkəmdir, adətən az şaxələnir, üzəri seyrək qısa 

tükcüklərlə örtülü olur. Yarpaqlarının uc hissəsi lansetşəkilli olur. Yarpaqlarının 

ümumi uzunluğu isə 5-20 sm -ə çata bilər. Ümumi saplaq üzərində 7-19 ədəd, bəzən 

isə 5-19 ədəd yarpaqcıq  olur. Yarpaqlarının ümumi görünüşü ellipsvari-lansetvari 

formada və ya uzunsov yumurtaşəkilli olub demək olar ki, çılpaqdır. Aşağı tərəfdən 

qatranlı hissəciklərdən və  sıx yerləşmiş nöqtəşəkilli vəzilərdən ibarətdir. Yarpaqları 

teztöküləndir. Salxımlar formasında olan damarlar adətən yumşaq lətlidir və 

yarpaqdan qısa olur ki, bunun da uzunluğu 5 (7) sm-ə çata bilər. Çiçək tacı solğun-

bənövşəyi rəngdə olub uzunluğu 8-10 (11) mm-ə çatır. Kasacıq 5-6 mm uzunluğunda, 

qısa tükcüklüdür; kasa yarpaqları kasacıq uzunluğunda bəzən isə indan bir az uzun 

olur. Paxlameyvəsi çılpaq və tüksüzdür, uzunsovdur, düz və asan əyiləndir. Meyvələri 

açılmayan və ya gec açılan paxlameyvə olub içərisində 3-6 ədəd toxum yerləşir. Bu 

növdə çiçəkləmə iyun-iyul aylarında, bəzən isə daha tez -may ayında baş tutur. 

Meyvələrinin yetişməsi isə iyul-sentyabr aylarında olur. 



   Azərbaycanda Samur-Dəvəçi, Xəzərboyu  ərazilərdə, Abşeronda, Qobustanda, 

Böyük Qafqazın Qubaətrafı rayonlarında, Kiçik Qafqazın mərkəzi və  cənub 

hissələrində, Bərdədə, Kürdəmirdə, Kür-Araz ovalığında, Alazan-Əyriçay ovalığında, 

Naxçıvan MR-nın cənub  ərazilərində (düzən rayonlarında), Lənkəran düzənliyində, 

Muğan-Lənkəran ovalığında bitir. Yarımsəhra ovalıqlarında və dağətəyi təpə 

yamaclarında və alçaq dağlıq  ərazilərdə - çay yaxınlıqlarında, kanallar boyunca, 

rütubətli yerlərdə, çəmənlik bitkiləri arasında, suvarılan sahələrdə, habelə qumlu 

torpaqlarda qruplar halında bitir. 



   MDB  ərazisində Qafqazda geniş yayılıb (Qərbi Qafqazda isə az təsadüf olunur). 

Bundan başqa, Don çayına yaxın  ərazilərdə, Krımda, Qərbi Sibirdə, və bütün Orta 

Asiya ölkələrində onun müxtəlif arealları mövcuddur. 

Dünya üzrə isə Orta Avropada, Aralıq dənizi ölkələrində, Qərbi Avropada və İranda 

geniş yaılmışdır. 



Təsərrüfat əhəmiyyəti 

 

12

   Çılpaq biyanın böyük təsərrüfat əhəmiyyəti vardır. Qədim dərman bitkisidir. Demək 



olar ki, bütün Avropa ölkələrinin farmokologiyasında istifadə olunur. Kökləri və kök 

sistemləri dərman əhəmiyyəti kəsb edir ki, burada 15 % qlisirrizin (qlükozid təbiətli) 

olur. Qlisirrizin çox şirin olub su ilə 1:200 nisbətində qarışdırıldıqda öz şirinliyini 

saxlayır. Bu nisbətdə şirənin və ya onun quru tozunun su ilə qarışığı yaxşı köpüklənir. 

Təcrübələr göstərir ki, bu köpüklənmə qabiliyyəti onun tərkibində saponin maddəsinin 

olmasında irəli gəlir. Saponin maddəsi isə  məlum olduğu kimi bəzi bitkilərdə (G. 

glabra da daxil olmaqla) təsadüf olunan və köpüklənə bilən maddədir. 

Kökümsovlarında və ümumilikdə kök sistemində 25 %-ə  qədər ekstrativ maddələr 

vardır. Qlisirrizindən başqa çılpaq (tüksüz) biyanın köklərində qlükoza (3 %-ə qədər), 

saxaroza (5 %-ə  qədər), təqribən 3 %aspargin, qatran, nişasta, qlisirramarin, bundan 

başqa sarı piqmentlər var ki, bunlar da kökümsovlara və kökə birlikdə sarı rəng verir. 

Çılpaq biyandan hazırlanmış preparatlar nəmləndirici və qoruyucu xüsusiyyətlərə 

malik olub müxtəlif dərmanlara da yangülləşdirici kimi də  əlavə olunur. Quru 

köklərindən hazırlanmış narın toz və  həblər müxtəlif tənəffüs yolu xəstəliklərində 

(məsələn, öskürək) istifadə olunur. Onun köklərindən alınan narın tozun köpüklənmə 

qabiliyyəti sayəsində  və  şirin olması sayəsində bir çox ölkələrdə pivə istehsalında, 

alkoqolsuz içkilərin istehsalında, habelə kulinariyada geniş istifadə olunur. Ukrainada 

G. glabranın köklərindən məşhur “Kiyev şərabı”  istehsal olunur ki, yerli əhali bunu 

çox sevir. Maraqlıdır ki, Rusiya Federaiyasının Avropa hissəsində bu növün 

yarpaqları çox məharətlə duzlu xiyar və alma şorabalarının hazırlanmasında istifadə 

olunur. 

   D.Şutonovun (1944) Abşeron  ərazisində  Çılpaq biyan bitkisi üzərində apardığı 

təcrübələr ilin müxtəlif aylarında G. glabranın yarpağında C vitamininin qatılığının 

hesablanmasına kömək etmişdir. Belə ki, bitkinin yarpaqlarında iyunun sonlarında 

254.2 mq%, iyulda 260.9-247.1 mq%, avqustun əvvəllərində 158.8mq%, avqustun 

ortalarında 113.5mq%, sentyabrın  əvvəlində 182.5mq% C vitamini olur. Bundan 

başqa C vitamininə bu bitkinin köklərində də rast gəlmək olar. Ç. biyanın yandırılmış 

külündə 14% potaş (K

2

CO

3



) vardır. 

   Texnikada  Ç.  biyanın köpüklənmə xüsusiyyətindən geniş istifadə olunur (su və 

xlorid turşusu ilə  məhlulundan xüsusi ilə). Bitkinin yerüstü hissəsində sarı, sarımtıl, 

qəhvəyi və yaşılımtıl rəng çalarlarlarının alınmasında istifadə olunur. Ç. biyanın 

gövdəsində 13%-ə qədər liflər olur. 

   Ç. biyan yem bitkisidir. Bitkinin inkişafı zamanı köklərində, gövdəsində  və 

yarpaqlarında ona qidalandırıcılıq verən maddələrin miqdarı müxtəlif olur və daim 

dəyişir. Ayrı-ayrı inkişaf fazalarında, misal üçün meyvələrin yetişməsi zamanı protein 

və bu tərkibli maddələrin miqdarı 5.3-dən-14.3%-ə  qədər, yağlar 2.3-dən-7.1%-ə 

qədər, sellüloza 19.8-dən-39.3%-ə qədər, azotsuz ekstrativ maddələr 31.9-dan-55%-ə 

qədər dəyişər. Yarpaqlarda isə təqribən 1.5-2 dəfə artıq protein, 1.5-3 dəfə artıq yağ, 

1.5-2 dəfə az isə sellüloza olur. Ç. biyanda proteinlərin miqdarı yonca, qara yonca, 

xəşənbül ilə müqayisədə 1.5-2 dəfə azdır. Amma həmin dövrdə Ç.biyanın köklərində 


 

13

1.5-2 dəfə artıq yağ olur. Xırda buynuzlu heyvanlar və  dəvələr bu kökləri bitkinin 



meyvələri yetişənə kimi yaxşı yeyə bilmirlər.  İribuynuzlu mal-qara və atlar demək 

olar ki, onunla qidalanmır. Bu onun gövdə  və yarpaqlarında aşılayıcı maddələrin, 

habelə nüfusedici “baltərkibli  şirə”lərin olmasında irəli gəlir. Buna baxmayaraq 

Çılpaq biyan otlaqlarda yem qıtlığı zamanı az-çox yaxşı yeyilən yem bitkisi olaraq 

qalmaqda davam edir. Qış otlaqlarında ondan istifadə xüsusi ilə sərhədsizdir. Belə ki, 

ondan alınmış yem və qurumuş gövdələrindən hazırlanmış silos bütün növ kənd 

təsərrüfatı heyvanları üçün yaxşı qida hesab olunur. Birinci dəfə biçilmə zamanı 

çılpaq biyan bitdiyi pöhrəliklərdən ildə 1-5 t/ha-a qədər məhsul alınır ki, bunu da 

uzunluğu 150-190 m olan xüsusi yerlərdə yem şəklində toplayırlar.  İkinci biçilmə 

zamanı isə nisbətən az 0.4-3 t/ha- a qədər məhsul  əldə oluna bilər.  İkinci biçilmə 

payızda həyata keçirilir. 

   Çılpaq biyan Azərbaycanın rayonlarında böyük məhşurluğa malik və geniş becərilən 

növdür. Bu növə çox zaman kolluq və  çəmənliklərimizdə rast gəlmək olur. Bundan 

başqa Kürdəmir, Masallı, Ağcabədi, Ucar və s. rayonlarda, həmçinin Naxçıvan MR-da 

geniş becərilir. Amma son zamanlar yeni texniki üsullarla torpaq sahələrinin istifadəsi 

çılpaq biyanın təbii arealının kiçilməsinə səbəb olmuşdur. 

 

G. glandulifera – Vəzili biyan 

 

    60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi 



dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə 

örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips 

formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq 

üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. 

Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 

mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən  əyilmiş formada), kasacıq 

uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi 

tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur. Vəzili 

biyanda çiçəkləmə may-iyun aylarında baş verir. Meyvələrin yetişməsi isə iyul-avqust 

aylarına qədər davam edir. 



   Azərbaycanda Naxçıvan MR-da, Lənkəran-Muğan ovalığında yaxın dağ 

qurşaqlarına qədər olan ərazilərdə çaylara yaxın yerlərdə, otlu təpələrdə, bəzən isə 

qərb zonalarında rast gəlinir. 

   MDB  ərazisində Qafqazda (Ön Qafqaz, Şərqi Qafqaz, Cənubi Qafqazda xüsusilə), 

Rusiyanın Avropa hissəsində, Orta Asiyada rast gəlinir. 



Dünya üzrə Orta Avropada. Aralıq dənizi ölkələrində, Balkanlarda, Malaziyada, 

İranda, Armavirdə və digər ərazilərdə bitir. 

   Qeyd  etmək lazımdır ki, vəzili biyanın Azərbaycanda yetişdirilməsi və  təsərrüfat 

xüsusiyyətləri digər biyan növləri ilə müqayisədə az öyrənilmişdir. 



 

14

   Biyan cinsinin bu növü təbii ehtiyatlarının olması baxımından digər növlər 



içərisində 4-cü yeri tutur (2006-cı il məlumatlarına əsasən). G. glanduliferanın bioloji 

xüsusiyyətləri yaxşı öyrənilsə  də onun tətbiq sahələri hələ ki, tam olaraq 

müəyyənləşdirilməyib. Biokimyəvi analizlər nəticəsində  məlum olmuşdur ki, Vəzili 

biyanın yaz dövrlərində (martın sonu-mayın  əvvəlləri) yarpaqlarının üzərindəki 

vəziciklər tərəfindən ifraz olunan efir təbiətli maddələr həm də aşılayıcı xüsusiyyətə 

malikdir. Bu isə  Vəzili biyanın yem bitkisi olaraq heyvanlar tərəfindən istifadəsini 

nisbətən məhdudlaşdırır. Amma eyni zamanda öyrənilmişdir ki, bu aşılayıcı maddələr 

kimyəvi baxımından insan orqanizmində müəyyən plastik mübadilələrdə 

(anabolizmlərdə) iştirak edə bilər. Bu baxımdan  G. glandulifera son zamanlar tibbi 

istifadə baxımından elm adamlarında maraq oyatmağa başlamışdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

15

Nəticə 



 

   Biyan  cinsinin  növlərinin yayılması  və  təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi 

göstərdi ki, bu cinsə aid olan 11-ə yaxın növ müasir dövrdə dünya ölkələrinin 

fitoterapiyasında və farmokologiyasında köklü yer tutur. Biyan cinsinə aid olan 

müxtəlif növlərinin Azərbaycan  ərazisində  və eləcə  də onun tərkib hissəsi olan 

Naxçıvan MR-ı  ərazisində öyrənilməsi isə göstərdi ki, bu növlərin sayı digər qədim 

tarixə malik ölkələrdə olduğu kimi bizim əhaliyə  də çoxdan məlumdur və onun 

dərman xüsusiyyətlərindən tarixən geniş istifadə olunmuşdur. Bundan Başqa məlum 

olduğu kimi biyan cinsinə aid olan müxtəlif növlər yem məqsədləri üçün, təbii 

boyamaçılıqda, metallurgiyada, yüngül sənayedə, yanğınların söndürülməsi üçün 

köpüklərin hazırlanması  və digər məqsədlər üçün istifadə olunur. Azərbaycan 

ərazisində biyan cinsinin yayılan 5 növü əsasən geniş  tətbiq sahələrinə malik olan 

növlərdir. Bunlardan yalnız Vəzili biyan nisbətən qaz öyrənilmişdir ki, bu da son 

zamanlar öyrənilməyə başlanmışdır. 

   Azərbaycanın ikinci dəfə müstəqillik  əldə etdiyi dövə  qədər ölkəmizin müxtəlif 

ərazilərində (Naxçıvan MR, Ucar, Masallı, Astara, Ağcabədi,  İmişli, Kürdəmir və 

digər) biyan cinsinə aid olan müxtəlif növlərin geniş ehtiyatları olmuşdur. Lakin onun 

çoxlu miqdarda xarici ölkələrə (Böyük Britaniya, ABŞ, Almaniya) ixrac edilməsi 

nəticəsində bu bitkilərin təbii ehtiyatı azalmışdır. 

   XX  əsrin 90-cı illərindən etibarən isə bu cinsin növlərinin, xüsusi ilə böyük 

əhəmiyyətə malik olan G. glabranın təbii ehtiyatlarının qorunması sayəsində müəyyən 

addımlar atılmağa başladı. Hal-hazırkı dövrdə isə biyan cinsinə aid olan müxtəlif 

növlərin qorunması məqsədi ilə münasib qanunlar qüvvədədir. 

   Sözsüz  ki,  yekun  nəticəyə  gələrək demək olar ki, Azərbaycan  ərazisində bitən 

müxtəlif biyan növlərinin bioloji baxımından öyrənilməsi onun təbii ehtiyatlarının 

azaldığı bir dövrdə daha geniş vüsət almışdır. Bu isə müasir dövrdə bitkiyə verilən ən 

real qiymətdir. Azərbaycan tədqiqatçıları artıq biyan cinsinin müxtəlif növlərinin 

təsərrüfat, tibbi və sənaye xüsusiyyətlərini yaxşı öyrənə bilmişlər. Müxtəlif növlərinin 

köklərində mövcud olan 190-a qədər  əhəmiyyətli maddələr sayəsində biyan cinsinin 

ayrı-ayrı  növləri müasir dövrdə  ən müxtəlif orqanlarla bağlı olan 300-ə  qədər 

xəstəliyin müalicəsində yararlıdır ki, bunların da ölkəmizdə  tətbiqi son dövrlərdə 

reallaşmağa başlamışdır. Bunların yetişdirilməsi və  təbii ehtiyatlarının çoxaldılması 

Azərbaycan farmokologiyasının da inkişafına geniş imkanlar aça bilər. Çünki, müasir 

dövrdə tibb sahəsində kimyəvi preparatlardan daha çox bitki tərkibli dərmanlara 

üstünlük verilir. Digər tərəfdən biyan cinsinin kökləri  şirin olan növlərindən alınan 

şirə insan orqanizmi üçün çox əhəmiyyətlidir ki, bunu istənilən yaş dövrlərində 

istifadə etmək olar. 

 

 



 

 

16

Ədəbiyyat siyahısı 

 

1. Бахиев А. Формация солодки голой в нижнем течении Аму-Дарьи. Автореф. 



дис. канд. биол. наук. Нукус, Каракалпакск. фил. АН УзССР, 1969. 

 

2.  Варганов  Л.  А.  Развитие  и  размещение  производства  и  переработки 



солодкового корня в СССР. Автореф. дис. канд. экономич. наук, Ташкент, Ин-т 

экономики АН УзССР, 1970. 

 

3. Bernardi M, D'Intino PE, Trevisani F, et al. Effects of prolonged ingestion of 



graded doses of licorice by healthy volunteers. Life Sci . 1994; 55(11):863-872. 

 

4. Флора Азербайджан, 5-ый том 



 

5. А. Гроссгейм, Флора Кавказа, том 5, 1952 г. 

 

Dövri mətbuatdan 



 

1. S.Eyvazlı,  “Biyan təbiətin azərbaycana bəxş etdiyi nemətdir”, Avrasiya, 1998, 14 

aprel 

 

2. Q.Piriyev, V.İmanov, “Biyan valyuta və güclü iqtisadiyyat deməkdir”, Xalq qəzeti, 



1992,10 aprel 

 

3. M.Qasımov, “Boyaq bitkiləri”, Sovet kəndi, 1976, 7 oktyabr 



 

4. M.Qasımov, “Qiymətli boyaq bitkiləri”, Bakı 1973, 6 oktyabr 



 

5. A.Seyidov, “Qədim Naxçıvanda  əkinçilik və maldarlıq”, Kənd həyatı, 1987, N7, 



s.31-32 

Yüklə 303,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin