AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU
KÖNÜL NƏHMƏTOVA
MƏHƏMMƏDƏLİ TƏRBİYƏTİN
«DANİŞMƏNDANİ-AZƏRBAYCAN»
ƏSƏRİ
“Elm və təhsil”
Bakı – 2012
Könül Nəhmətova
2
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutu Elmi Şurasının 31 oktyabr 2012-ci tarixli 6 saylı iclas
protokoluna əsasən çap olunur.
Elmi redaktor: Azadə Musayeva
filalogiya üzrə elmər doktoru
Rəyçilər: Alxan Bayramoğlu
filalogiya üzrə elmər doktoru
Səadət Şıxıyeva
filalogiya üzrə elmər doktoru
Könül Nəhmətova. Məhəmmədəli Tərbiyətin «Danişməndani-
Azərbaycan» əsəri. Bakı, “Elm və təhsil”, 2012, 132 səh.
Kitabda Azərbyacan təzkirəçilik ənənəsinin inkiĢaf mərhələləri
nəzərdən keçirilir. M.Tərbiyətin “DaniĢməndani-Azərbaycan” əsəri bu
ənənənin davamı kimi öyrənilərək ədəbiyyat tarixçiliyimizdəki yeri və
əhəmiyyəti müəyyənləĢdirilir.
2012
098
4603000000
N
грифли няшр
©
«Elm və təhsil», 2012
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
3
Elm pilləsində ilk ustadım, elmi rəhbərim
Əflatun Saraclının əziz xatirəsinə ithaf edirəm.
Əflatun müəllim mənə yaxşı müəllim oldu.
Doğru və ya yanlış olmasından asılı olmayaraq öz fikrimi
cəsarətlə söyləməyi mənə məhz O öyrətdi.
Elm, həqiqətən də, ilk növbədə cəsarət tələb edirmiş...
“Pis müəllim şagirdlərə həqiqəti çatdırır,
yaxşı müəllim isə onu tapmağı öyrədir.”
A.Disterveq
Könül Nəhmətova
4
G İ R İ Ş
XX əsrin əvvəllərində Azərbaycanda baĢ verən ictimai-siyasi
dəyiĢikliklər ədəbiyyat tarixçiliyimizə də təsir göstərərək yeni
meyarların və dəyərlərin üzə çıxmasına səbəb oldu. Ədəbiyyat-
Ģünaslığımız klassik irsimizin öyrənilməsində milli kök və
qaynaqlara söykənmək Ģansı qazandı. Bu qaynaqlardan ən
mükəmməli təzkirələrdir. KeçmiĢ sovet rejimi dövründə ədəbiyyat
tarixi kitablarında adı çəkilməklə kifayətlənilən və ikinci dərəcəli
qaynaq rolunu oynayan, ehtiva etdiyi bilgilərə daha çox Ģübhə ilə
yanaĢılan təzkirələrin klassik estetik-bədii irsimizin öyrənilməsində-
ki rolu və əhəmiyyətinin üzə çıxarılması bu gün ədəbiyyatĢünas-
lığımızın qarĢısında aktual məsələlərdən biri kimi durmaqdadır.
«Təzkirələr Azərbaycan ədəbiyyatĢünaslığının ilk nümu-
nələridir və klassik irsin toplanması, yayılması və təbliği, ayrı-ayrı
yazıçılar haqqında müxtəlif xarakterli məlumatların qorunub saxla-
nması sahəsində böyük iĢ görmüĢdür. Təzkirə - Azərbaycan ədə-
biyyatĢünaslığının ən uzun ömürlü və həm də ən kütləvi Ģəkillərin-
dən biridir» [97. 155]. Görkəmli alim akademik Kamal Talıbzadəyə
məxsus bu fikri sovet ədəbiyyatĢünaslığında bir çox hallarda
əhəmiyyəti azaldılan təzkirənin qazandığı ilk bəraət kimi qəbul edə
bilərik. Çünki K.Talıbzadənin «Azərbaycan ədəbi tənqidinin tarixi»
(1984) əsərinə qədər ədəbiyyatĢünaslıqda təzkirələr «tənqidəlayiq»
əsərlər kimi qiymətləndirilmiĢdir. K.Talıbzadənin bu əsərindən
sonra təzkirələr Azərbaycan ədəbiyyatĢünaslığında yeni bir
istiqamətdə öyrənilməyə baĢlamıĢdır.
Yaxın və Orta ġərq ədəbiyyatĢünaslığında klassik ədəbi-bədii
irsi toplayıb saxlayaraq əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötü-
rən əsərlər çoxdur. Bunlar təzkirə, hədiqə, dəhvə, səfinə, töhfə, cüng
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
5
və fayat, sicil, məcmuə kimi adlar daĢıyır.
Saydığımız bu adlar içərisində yalnız təzkirələr deyil, bu
janrların hər biri ədəbi irsin tədqiqində elmi əhəmiyyətə malikdir.
Yuxarıda adı çəkilən janrlar içərisində təzkirə ədəbiyyat tarixi və
ədəbi tənqidin vəzifəsini daha çox yerinə yetirdiyinə görə bu gün
ədəbiyyatĢünaslığın tədqiqat obyektinə çevrilmiĢdir.
Sami Sam Mirzənin «Töhfeyi-Sami» (1550) əsəri ilə baĢla-
yan Azərbaycan təzkirəçiliyi tarixində orijinallığı ilə seçilən təzkirə-
lər quruluĢuna və xarakterinə görə bir-birindən fərqlənir. Lakin bu
əsərlərin hamısını birləĢdirən ümumi bir məziyyət onlarda milli
mənsubiyyətin qabarıq ifadəsidir. «SoydaĢı Sam Mirzədən fərqli
olaraq «GülĢənüĢ-Ģüəra» müəllifi türk (Azərbaycan) dilində yazıl-
mıĢ ədəbi əsərlərdən nümunə verməklə, artıq milli təzkirəçilik
ənənəsinin baĢlanğıcını qoyur. Sadıq bəy ƏfĢar öz əsərində isə
«Ģairləri türk və tacik Ģairlərinə bölür ki», bu, ədibin yaĢadığı dövr-
də milli Ģüurun varlığından xəbər verir. «AtəĢkədə»nin bir bölməsi
ümumən Azərbaycana, onun coğrafi mövqeyinə, burada baĢ vermiĢ
tarixi hadisələrə, onun Ģairlərinə həsr edilib. M.M.Nəvvabın
təzkirəsi yalnız Azərbaycan Ģairlərini əhatə edən ilk təzkirədir.
«Lütfi bəy Azərdən fərqli olaraq M.Ə.Tərbiyət «Azərbaycan adını
kitabın sərlövhəsinə çıxarmıĢ, ümumən Azərbaycan ədəbiyyatı
tarixi gediĢini (klassik prosesi) və nümayəndələrinin yaradıcılığını
(XX əsrədək) ətraflı iĢıqlandıra bilmiĢdir.
Azərbaycan təzkirəçiliyi tarixində təzkirə ənənəçiliyinə gətir-
diyi bir sıra yeniliklərinə görə görkəmli yerlərdən birini tutan «Da-
niĢməndani-Azərbaycan» əsərinin müəllifi Mirzə Məhəmmədəli
Tərbiyət (1875-1940) Cənubi Azərbaycanın qabaqcıl və müasir
düĢüncəli, alovlu vətənpərvər, maarifçi alimlərindən olmuĢdur.
Ömrünün sonunadək doğma Azərbaycan xalqının milli-demokratik
hərəkatı, düĢüncə və istəkləri ilə sıx bağlı olmuĢ M.Tərbiyət elmi
yaradıcılığına görə də çox məhsuldar bir alim idi. M.Tərbiyətin
elmi-ədəbi yaradıcılığı Cənubi Azərbaycanın görkəmli ədib və
alimləri - Etizadülməmalik, Məhəmməd Həsənxan Etimadüssəltnə,
DaniĢ Mirzə Rzaxan, DaniĢ Hacı Nəcəfəlixan, DaniĢ Ağa Mirzə
Lütfəli, Məzhər Mirzə Abbasquluxan Xoylu, Ağa Mirzə Əliağa
Siqətülislam və b.-nın öz maarifçilik fəaliyyətləri ilə yaratdıqları
elmi zəmin üzərində təĢəkkül tapmıĢdır. Onun Azərbaycan
Könül Nəhmətova
6
mədəniyyətinin müxtəlif sahələrinin öyrənilməsinə həsr olunmuĢ
elmi əsərləri içərisində «DaniĢməndani-Azərbaycan» təzkirəsinin
xüsusi yeri vardır. Tərbiyət bir çox əsərlərində, elmi axtarıĢlarında,
o cümlədən, «DaniĢməndani-Azərbaycan» təzkirəsində ədəbiyyat
tarixinin mübahisəli, qaranlıq və kölgəli cəhətlərini iĢıqlandırmağa
çalıĢmıĢdır. M.Tərbiyətin Azərbaycan mədəniyyətinə etdiyi böyük
xidmətlərindən biri də onun «F.Köçərlinin qarĢısına çıxmıĢ əsas
maneəni aradan qaldıraraq Azərbaycan ədəbiyyatı tarixindəki bir
çox boĢluğu doldura bilməsidir». «DaniĢməndani-Azərbaycan»
təzkirəsinin ədəbiyyat tariximizin öyrənilməsindəki xüsusi
əhəmiyyəti ondadır ki, bu təzkirə Azərbaycan mənbələri içərisində
ilk əsərdir ki, ədəbiyyat tariximizi bütövlükdə - VII əsrdən
baĢlayaraq XX əsrə qədər əks etdirir. Göründüyü kimi,
«DaniĢməndani-Azərbaycan» ədəbiyyat tarixçiliyimizdə həm də XI
əsrə qədərki Azərbaycan ərəbbilli poeziyası haqqında ehtiva etdiyi
bilgilərə görə əhəmiyyətli yerlərdən birini tutur. Bundan əlavə,
təzkirə Cənubi Azərbaycan ədəbiyyatının XVIII, XIX əsrlərdə və
XX əsrin əvvəlində yaĢayıb yaratmıĢ görkəmli nümayəndələri
haqqında verdiyi məlumatlarla da ədəbiyyat tariximizi
zənginləĢdirmiĢdir.
Aydındır ki, M.Tərbiyət sistemli Azərbaycan ədəbiyyatı tari-
xi yazmamıĢdır və qarĢısına da belə bir məqsəd qoymamıĢdır. «Da-
niĢməndani-Azərbaycan» adlanan ensiklopedik əsərində Azər-
baycan ədəbiyyatı tədqiqatının axıradək düĢünülmüĢ, sistemli bir
plan əsasında getmədiyi və pərakəndə səciyyə daĢıdığını görürük.
Lakin tarixi xidmətlərə qiymət verilərkən tarixi xadimlərin fəaliyyə-
ti müasir tələblərə nisbətdə deyil, dövrün inkiĢafı nisbətində
qiymətləndirilməlidir. Tədqiqat iĢində də Məhəmmədəli Tərbiyətin
«DaniĢməndani-Azərbaycan» əsərindəki ədəbiyyat məsələləri ona
qədərki təzkirələr və yaĢadığı dövrdə yaranan ədəbiyyat tarixi
əsərləri ilə müqayisəli öyrənilmiĢ, müasir tədqiqatda əsərin elmi
əhəmiyyəti üzə çıxarılmıĢdır. Müasir elmi-nəzəri fikirdə ədəbiyyat
tarixi konsepsiyalarına ehtiyac yarandığından ədəbi-bədii irsimizin
tədqiqi sahəsində əhəmiyyətli olan əsərlərin öyrənilməsi olduqca
aktualdır.
Tədqiqatın əsas məqsədi ədəbi irsin öyrənilməsində baĢlıca
qaynaqlardan biri olan təzkirəçiliyin ədəbiyyat tarixçiliyimizin ilkin
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
7
mərhələsi
kimi
keçdiyi inkiĢaf yolunu, «DaniĢməndani-
Azərbaycan» əsərini təzkirəçilik ənənəsinin davamı kimi və əsərin
əhatə etdiyi ədəbiyyat məsələlərini öyrənməkdir. Bu məqsədlə
müəllif aĢağıdakı vəzifələri həll etməyə çalıĢmıĢdır:
Azərbaycan təzkirçiliyinin öyrənilməsi tarixinə ümumi
bir nəzər salmaq;
Elmi-ədəbi janr olaraq təzkirənin yaranması və formalaĢ-
ması tarixini nəzərdən keçirmək; Azərbaycan təz-
kirəçiliyini Yaxın və Orta ġərq kontekstində öyrənmək;
Azərbaycan təzkirəçiliyinin keçdiyi inkiĢaf mərhələlərini
müəyyənləĢdirmək, hər mərhələnin özünəməxsus cə-
hətləri və təzkirə ənənəçiliyi ilə ortaq xüsusiyyətlərini üzə
çıxartmaq;
Orta əsrlər təzkirəsinin modern nümunəsi sayıla biləcək,
Azərbaycan və Ġran ədəbiyyatĢünaslığında sonuncu təz-
kirə hesab olunan «DaniĢməndani-Azərbaycan» əsərin-
dəki ədəbiyyat məsələlərini öyrənmək və bütövlükdə təz-
kirənin ədəbiyyat tariximizdəki yerini müəyyənləĢ-
dirmək.
Təzkirələrin tədqiqi tarixi buradakı klassik irsin araĢdırıl-
ması ilə eyni vaxta düĢür. Lakin təzkirəçiliyin inkiĢaf tarixinin elmi
Ģəkildə öyrənilməsinə 1960 - cı illərdən baĢlanılmıĢdır. Günümü-
zədək bu sahədə müxtəlif tədqiqatlar aparılmıĢ, «Məcməül-xəvas»,
«GülĢənüĢ-Ģüəra», «AtəĢkədə», «Təzkireyi-Nəvvab», «Riyazül-
aĢiqin» təzkirələrinin ədəbiyyat tariximiz üçün məziyyətləri və
qiymətləri müəyyənləĢdirilmiĢdir. Məhəmmədəli Tərbiyətin
«DaniĢməndani-Azərbaycan» təzkirəsi ədəbiyyat tarixi əsərlərinin
yazılmasında dəyərli bir məxəz kimi tədqiqata cəlb olunsa da, ilk
dəfə bu monoqrafiyada sistemli və əhatəli təhlilə cəlb edilmiĢ,
buradakı müxtəlif çeĢidli ədəbi-elmi materiallar üzrə təsnif olun-
muĢ, ədəbiyyat tarixi prinsiplərinə uyğun Ģəkildə araĢdırılmıĢ, on-
ların əhəmiyyəti göstərilmiĢdir. Monoqrafiyada təzkirəçilikdə ənənə
və novatorluq məsələləri də aydınlaĢdırılmıĢdır.
Könül Nəhmətova
8
I F Ə S İ L
TƏZKİRƏ - AZƏRBAYCAN ƏDƏBİYYATI
TARİXÇİLİYİNİN
BİR JANR VƏ MƏRHƏLƏSİ KİMİ
1.1. Təzkirələrin tədqiqi tarixinə baxış
Azərbaycan ədəbiyyatı tarixi haradan baĢlayır sualı XIX
əsrin ikinci yarısından etibarən ortaya çıxaraq XX əsrin ilk rübün-
də müəyyən qədər cavablandırıldı. Milli özünüdərkin inkiĢafı
nəticəsində meydana çıxan Azərbaycan ədəbiyyatı tarixi ideyası
müasir ədəbiyyatĢünaslığımızda artıq müstəqil konsepsiya, yəni
ədəbiyyata konkret baxıĢ və anlama sistemi kimi dərk edilir . XX
əsrin son rübündə isə Azərbaycan ədəbiyyatı tarixçiliyi araĢdırma-
ya cəlb edilmiĢdir. Yəni, get-gedə ədəbi irsin daha qədim qaynaq
və örnəklərinə baĢ vurulmaqdadır. Bu qaynaqlardan biri də təzki-
rələrdir. XXI əsrin astanasında artıq müəyyən dərəcədə təzkirələ-
rin araĢdırılması bu janrın tədqiqi tarixindən danıĢmağımıza im-
kan verir.
Təzkirələrin tədqiqi tarixi onların yaranması ilə baĢlamıĢdır
desək, əlbəttə ki, yanılmarıq. Məsələn, Sadiqi ƏfĢarın «Məcməül-
xəvas», Lütfəli bəy Azərin «AtəĢkədə», Seyid Əzim ġirvaninin
«TəzkirətüĢ-Ģüəra» və s. əsərlərində özlərindən əvvəlki təzkirələr
və onların müəllifləri haqqında bilgilərə də rast gəlinir və yeri gəl-
dikcə bu əsərlərin adı qaynaq kimi qeyd olunur. Öz əsərində təz-
kirəçilərdən ən çox danıĢan müəllif isə Məhəmmədəli Tərbiyətdir.
M.Tərbiyətin «DaniĢməndani - Azərbaycan» təzkirəsi Azərbaycan
və Yaxın ġərq təzkirələrinin saf-çürük edilərək ən gərəkli və mö-
təbər faktlar, məlumatlar əsasında yazıldığı üçün bu ədəbi janrın
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
9
yaradıcıları haqqında da daha geniĢ və qiymətli bilgilərin məxəzi-
dir. Bu təzkirədə on səkkizdən artıq təzkirəçinin adı çəkilmiĢ, bəzi
müəlliflər haqqında daha geniĢ danıĢılmıĢdır. «DaniĢməndani -
Azərbaycan» əsərini məhz bu cəhətdən təzkirəçiliyin tədqiqi ilə
məĢğul olanlar üçün bir qiymətli ədəbi-elmi qaynaq kimi qəbul et-
mək olar. Tərbiyətin təzkirələrə münasibəti haqqında birinci fəslin
ikinci bölməsində geniĢ danıĢılır.
Azərbaycan ədəbiyyatı tarixçiliyində təzkirələrin ilk tədqi-
qatçısı kimi görkəmli ədəbiyyatĢünas Salman Mümtazı hesab edə
bilərik. Salman Mümtazın «Azərbaycan ədəbiyyatı» silsiləsindən
olan əsərlərinin yazılmasında əsas mənbələrdən biri kimi orta əsrl-
ər və XIX əsr təzkirələri götürülmüĢdür. ġairlərin həyat və yaradı-
cılığına həsr olunmuĢ əsərlərində müəllif ilk növbədə təzkirələrə
müraciət edir. Salman Mümtaz özü də 1900-cü ildən baĢlayaraq
iyirmi beĢ ildən artıq bir müddət ərzində apardığı tədqiqat iĢlərin-
də əsas məxəzlərdən birinin «mürgənələr, güvələr ağızlarından, si-
çanlar və kəsəyənlər boğazlarından artıq qalmıĢ cırıq-mırıq yar-
paqlar və darmadağın cünglər və bəyazların» olduğunu qeyd edir.
Ədib öz məqalələrində bəzi təzkirələrə tənqidi yanaĢır, onların
ədəbiyyat tariximizi yaratmalarına geniĢ imkanları olduğu halda
farsofil tendensiyaya uymaqla yanlıĢ mövqe tutaraq millilikdən
uzaqlaĢıb baĢqa xalqlara xidmət göstərmələrini ürək ağrısı ilə qar-
Ģılayırdı: «Əgər bizi doğru və düz yolumuzdan azdıran yazıçıların
hamısı əcnəbi millətlərdən olsa idilər, bəlkə də mən bir o qədər
acımazdım. Amma təəssüf olsun ki, Azərbaycan oğlu müvərrixlə-
rimiz, ədiblərimiz, Ģairlərimiz də həmin o zehniyyətə qapılmıĢ və
o yabançı hisslərin axıntısında özləri ilə bizi də baĢ aĢağı axıdıb
getmiĢlər» [67, 301]. Salman Mümtaz təzkirələrin bəzi çatıĢma-
yan cəhətlərinə baxmayaraq onları araĢdırmaqdan yorulmamıĢ,
bəzilərini əldə edə bilmədiyi üçün təəssüflənmiĢ, gələcək tədqiqat-
lar üçün bir sıra təzkirələrin adını yaddaĢ səhifələrinə qeyd et-
miĢdir. AMEA-nın Əlyazmalar Ġnstitutunun 24 nömrəli fondunda
414 saylı saxlanma vahidi altında Salman Mümtazın bir səhifəlik
təzkirə adlarını əks etdirən vərəq qorunur ki, bu da onun
Könül Nəhmətova
10
təzkirələrin tədqiqinə böyük maraq göstərməsini təsdiqləyir. Bu
əlyazması ən qədim fars təzkirəsi olan «Lübab-əl-əlbab»dan
baĢlayaraq, XX əsrin əvvəllərində tərtib olunmuĢ Azərbaycan
müntəxabatlarına qədər bir çox antoloji əsərləri əhatə edir [68,79].
Salman Mümtaz elmi fəaliyyətində dönə-dönə məĢhur
təzkirənəvislərdən Məhəmməd Övfi, DövlətĢah Səmərqəndi,
Əmin Əhməd Razi, Lütfəli bəy Azər, Azad Hüseyn Belgirami,
Rzaquluxan Hidayət, Həsən Çələbi, Sam Mirzə, ġəmsəddin Sami
bəy, Mirxond, Nurhüseyn, Mirhüseyn Nəvvab, Məhəmmədağa
Müctəhidzadə və baĢqalarına müraciət etmiĢ, onlardan faydalan-
mıĢdır. Bu hərtərəfli tədqiqatın sayəsində «Azərbaycan xalqının
tarixini, mədəniyyətini və ədəbiyyatını dana
ədəbiyyatĢünasların
əksinə olaraq» Mümtaz Azərbaycan ədəbiyyatını min ikiyüz illik
möhtəĢəm tarixə malik olduğunu, tarixi ədəbiyyatımızın Vaqifdən
deyil, çox-çox irəlidən baĢladığını deyir, «Azərbaycanlıların ədə-
biyyatı yoxdur deyən naümidlərə» təskin cavablar verir [72. 24].
N.H.Nəcəfov Salman Mümtazın fəaliyyətinin əhəmiyyətini
açıqlayaraq yazır ki, «Salman Mümtaz məhz təzkirələri araĢdırma
sayəsində Nəsimi haqqında özündən əvvəlki tədqiqatçılardan
da-
ha geniĢ, daha ətraflı məlumat vermiĢdir [72. 25].
Salman Mümtazın təzkirələrə olan iradında bir acı təəssüf
hissi duyulursa, sovet dövrü Azərbaycan ədəbiyyatĢünaslığında
uzun zaman bu ədəbi janra ögey münasibət hiss olunur. 1920-30-
cu illərin ədəbiyyatĢünaslarından A.Musaxanlı təzkirəçiliyi
feodalizm cəmiyyətinin «tipik ədəbiyyat tarixi» kimi, M.Rəfili isə
təzkirələri müntəxəbat xarakterli hesab edərək Yaxın və Orta ġərq
ədəbiyyatı tarixçiliyinin bir janrı və danılmaz mərhələsi olan
təzkirəçiliyin Azərbaycan sovet ədəbiyyatĢünaslığındakı yerini
qaralamıĢlar [37. 17].
ƏdəbiyyatĢünas Əziz Mirəhmədov təzkirəni elmi-ədəbi əsər
“dana” fars dilində “alim” deməkdir.
H. Ə. Qayıbov, S.Ə. ġirvani, F. Köçərli, Y.V Çəmənzəminli nəzərdə
tutulur.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
11
kimi qiymətləndirmiĢ, orta əsrlərin ədəbiyyatını öyrənmək üçün
mühüm mənbə hesab etmiĢdir. Ə.Mirəhmədovun «ƏdəbiyyatĢü-
naslıq terminləri lüğəti»ndə təzkirələr haqqında kifayət qədər bilgi
verilməmiĢ, bu ədəbi növün daha çox mənfi cəhəti nəzərə çatdırı-
laraq qeyd olunmuĢdur ki, «bu əsərlərə tənqidi yanaĢmaq, bəzi
müəlliflərin qeyri-obyektiv, mübaliğəli, bir çox hallarda sinfi məq-
sədlə təhrif olunmuĢ iddialarına aldanmamaq lazımdır» [61. 168].
Ə.Mirəhmədovun fikrincə, təzkirələrdə bioqrafik cəhət və sənət-
karlıq məsələləri üstünlük təĢkil edir .
Görkəmli alim Həmid Araslının XIX əsr təzkirələri haqqın-
da mülahizələrinin yekunu olaraq yenə də bu janrın kəsir cəhətləri
vurğulanmıĢdır. H.Araslıya görə, təzkirəçilərin əsərlərində bir sıra
dolaĢıqlıqlar da vardır. Onlar bəzən ağızdan-ağıza eĢitdikləri təhrif
olunmuĢ məlumatları həqiqət kimi verirlər. Buna görə də istifadə
edilən təzkirələrə mütləq tənqidi yanaĢmaq, onlardan daha çox faktik
materialları təsbit etmək iĢində istifadə etmək lazımdır [16. 7].
Azərbaycan ədəbiyyatĢünaslığında təzkirələrin öyrənilməsi
sahəsində görülən iĢlərdən birincisi onların tərcümə və yaxud
transfoneliterasiya olunaraq nəĢr edilməsidir. Bu günə kimi
Azərbaycan təzkirələrindən Seyid Əzim ġirvaninin «TəzkirətüĢ-
Ģüəra» (1974), Məhəmmədəli Tərbiyətin «DaniĢməndani-Azər-
baycan» (1987), Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aĢi-
qin» (1995), Mir Möhsün Nəvvabın «Təzkireyi-Nəvvab» (1998)
əsərləri kiril əlifbası ilə nəĢr olunmuĢdur.
Azərbaycan sovet ədəbiyyatĢünaslığında təzkirələrin elmi-
ədəbi janr olaraq müstəqil Ģəkildə öyrənilməsi XX əsrin 60-cı
illərindən baĢlamıĢdır. Bu baxımdan ilk görünən əsərlərdən biri
kimi Qafar Kəndlinin «Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı
haqqında bəzi qeydlər» (1964) məqaləsi diqqəti çəkir. Məqalədə
Sadiqinin ədəbi yaradıcılığın bir sahəsi olan təzkirəçilik fəaliyyəti
də geniĢ iĢıqlandırılmıĢ, «Məcməül-xəvas» təzkirəsinin əlyazma
nüsxələri, müasir nəĢri və Ġran ədəbiyyatĢünaslığındakı tədqiqatı
haqqında bəhs olunmuĢdur [28]. Mehri Məmmədovanın «Orta
əsrlər təzkirəsi» («Elm və həyat», 1974-cü il) adlı məqaləsi isə
Könül Nəhmətova
12
XVIII əsr təzkirəçisi Lütfəli bəy Azər və onun «AtəĢkədə»
təzkirəsinə həsr olunmuĢdur. Nəsrəddin Qarayevin «Təzkireyi-
Ziyai»
və «Təzkireyi-Nəvvab» haqqında bəzi qeydlər
(«Azərbaycan əlyazmalar xəzinəsi, c.4. 1976) məqaləsi bu sahədə
ilk geniĢ tədqiqat iĢi hesab oluna bilər. Məqalə hər iki təzkirə və
onların müəllifləri haqqında bilgilər verməsi baxımından
diqqətəlayiqdir. Müəllif burada Mirzə Ġsa Ziyainin Ģəxsiyyətini
müəyyənləĢdirməyə çalıĢmıĢ və təzkirələrin XIX əsr ədəbiyyatı
tarixinin öyrənilməsindəki əhəmiyyətini açıqlamıĢdır. Cənnət
Nağıyevanın «ƏliĢir Nəvainin «Məcalisün-nəfais» təzkirəsinin iki
əlyazması»
*
adlı məqaləsində ilk dəfə olaraq ƏliĢir Nəvainin
təzkirəsi DövlətĢah Səmərqəndinin «TəzkirətüĢ-Ģüəra»sı ilə
müqayisəli Ģəkildə nəzərdən keçirilmiĢdir. «Məcalisün-nəfais»
təzkirəsinin Yaxın və Orta ġərq təzkirəçiliyi ənənələrinə gətirdiyi
yeniliklər vurğulanmıĢdır. Mehri Məmmədovanın «TəzkirətüĢ-
Ģüəra» və onun əlyazma nüsxələri» («Azərbaycan», 1980. №9)
adlı məqaləsi isə ədəbiyyatĢünaslıq tariximizdə ilk dəfə olaraq
Əmir DövlətĢah ibn Əlaüddövlə BəxtiĢah Səmərqəndinin
Ģəxsiyyəti və ədəbi yaradıcılığı haqqında maraqlı bilgilər verməsi
ilə diqqəti cəlb edir. Yeri gəlmiĢkən qeyd edək ki, Azərbaycan
təzkirələri Herat təzkirəçilik məktəbinin təsiri altında formalaĢdı-
ğından ədəbiyyatĢünaslarımızın diqqətini ilk olaraq məhz bu təz-
kirələr çəkmiĢdir.
Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan ədəbiyyatĢünas-
lığında təzkirələrin elmi dəyəri ilk dəfə akademik Kamal Talıbza-
dənin «Azərbaycan ədəbi tənqidinin tarixi» (1984) əsərində veril-
miĢdir. Görkəmli alim öz əsərində təzkirəni Azərbaycan ədəbi fik-
rinin üç istiqamətindən biri hesab edir və onun ədəbiyyat tarixçili-
yimiz üçün əhəmiyyəti haqqında yazır: «Orta əsr ədəbi tənqidinin
tarixi inkiĢafına güclü təsir göstərən mənbələrdən biri də təzkirə-
dir. Təzkirə ġərqdə ədəbiyyatĢünaslığın ən kütləvi, yayılmıĢ janr-
Azərbaycan əlyazmalar xəzinəsi, c.4. Bakı, 1976.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
13
larından olmuĢ və ədəbi fikrə çox zaman keçilən ədəbi yolun müa-
sir oxunuĢu baxımından təsir göstərmiĢdir» [186. 36]. K.Talıbzadə
haqlı olaraq orta əsrlər ədəbi fikrinin inkiĢaf mərhələlərinin XIX-
XX əsrlərdə demokratik Azərbaycan ədəbiyyat tarixinin inkiĢafı
üçün zəmin olması fikrini irəli sürmüĢdür.
Qafar Kəndli və Ġsmayıl ġəms Məhəmmədəli Tərbiyətin
«DaniĢməndani-Azərbaycan» təzkirəsinin Azərbaycan dilinə tər-
cümə nüsxəsinə yazdıqları müqəddimədə bu əsər ilk dəfə olaraq
elmi Ģəkildə dəyərləndirilmiĢ, ədəbiyyat tarixçiliyimiz üçün əhə-
miyyəti müəyyənləĢdirilmiĢdir. Müqəddimədə qeyd olunur ki,
F.Köçərli və H.Araslı ilə yanaĢı M.Tərbiyət də Azərbaycan klas-
sik ədəbiyyatĢünaslığının ən yaxĢı ənənələrini davam etdirərək
ədəbiyyatımız və mədəniyyətimiz barədə fundamental əsərlər
yaratmıĢdır. Burada müəlliflər Tərbiyətin əldə olan bir sıra elmi
əsərlərinə və məqalələrinə, baĢlıca olaraq «DaiĢməndani-Azərbay-
can» kitabına arxalanaraq ədibin ədəbi-ictimai görüĢlərinin əsas
cəhətləri barəsində fikir söyləmiĢlər.
90-cı illərdən etibarən bu sahədə davam etdirilən tədqiqat
daha sistemli bir Ģəkil almağa baĢlamıĢdır. Azadə Musayeva və
Cavid Musayevin «Bağdadda yaranan Azərbaycan ədəbiyyatı»
(1997) əsəri Əhdi Bağdadinin «GülĢənüĢ-Ģüəra» təzkirəsindən ət-
raflı bəhs etmiĢdir. Tahirə Nurəliyevanın «Azərbaycan ədəbiyyatı-
nın tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti» (1998) əsə-
rində isə Bəhmən Mirzənin təzkirəsi ilə tanıĢ oluruq.
Təzkirələrin öyrənilməsi sahəsində dəyərli yerlərdən birini
də Vəcihə Feyzullayevanın «Əhdi Bağdadi və onun «GülĢənüĢ-
Ģüəra» təzkirəsi» məqaləsi (Ədəbiyyat məcmuəsi, 1999) tutur.
Məqalədə Əhdi Bağdadinin yaĢadığı dövr və mühit təsvir olun-
muĢ, təzkirəçinin Ģəxsiyyəti və dünyagörüĢü əks olunmuĢ, «GülĢə-
nüĢ-Ģüəra» təzkirəsinin əhatə etdiyi azərbaycanlı Ģairlər haqqında
bilgilər verilmiĢdir. Müəllif Əhdi Bağdadinin təzkirəsinin məziy-
yətlərindən danıĢdıqdan sonra bildirir ki, kiçik bir məqalə
həcmində böyük çalıĢmasının cüzi bir hissəsini verməklə
kifayətlənmiĢdir. Məqalənin yazılmasında əsas məqsəd XVI əsrdə
Könül Nəhmətova
14
Bağdadda Azərbaycan ədəbi mühitini, ədəbi-estetik fikrimizin
əsas qaynaqlarından biri kimi Əhdi təzkirəsinin böyük
əhəmiyyətini açıqlamaq olmuĢdur [41].
Azərbaycan ədəbiyyatĢünaslığında təzkirəçiliyə həsr olun-
muĢ ilk monoqrafiya Mehri Məmmədovanın «Lütfəli bəy Azər və
Azərbaycan ədəbiyyatı» adlı əsəridir (2001). M.Məmmədova öz
əsərində Lütfəli bəy Azəri həm Ģair, həm də ədəbiyyatĢünas kimi
ətraflı öyrənmiĢ, «AtəĢkədə» təzkirəsinin quruluĢu, təsnifatı, əhatə
etdiyi Ģairlər, özündən sonrakı təzkirələrə təsiri haqqında dolğun
təsəvvür yarada bilmiĢdir. «AtəĢkədə» təzkirəsində haqqında mə-
lumat verilmiĢ 842 Ģəxs içərisində kimlərin Azərbaycanlı olması
müəyyənləĢdirilmiĢ, arabir məlumatlarının dəqiq və elmi olmama-
sı barəsində söz açılmıĢdır. Monoqrafiyada «AtəĢkədə» təzkirəsin-
dəki məlumatların dəqiqliyini öyrənmək məqsədi ilə iki görkəmli
klassik haqqındakı məlumat digər təzkirələrlə müqayisəli öyrənil-
miĢ və elmi olması misallarla göstərilmiĢdir. Lütfəli bəyin Azər-
baycan Ģairlərindən Füzuli, Saib Təbrizi, Təsir Təbrizi və baĢqala-
rına qeyri-dəqiq qiymət verməsinə münasibət bildirilmiĢdir.
Azərbaycan təzkirəçiliyinin təmayül tarixini izləmək və bu
elmi-ədəbi janrın xüsusiyyətlərini öyrənmək baxımından Raqub
Qasımovun «Məhəmməd ağa MüĢtəri» («Ulduz» jurnalı, 1988),
Aytən Hacıyevanın «Riyazül-aĢiqin» və «Təzkireyi-Nəvvab» təz-
kirələrinin müqayisəli təhlili» (Tədqiqlər-3, 1999) və s. məqalələr,
Məntiqə Muradovanın «Sadiq bəy Sadiqinin həyat və yaradıcılı-
ğı» (1999), Cənnət Nağıyevanın «Azərbaycanda Nəvai» (2001)
əsərləri və Aljira Topalovanın «Ədəbiyyat tarixinin öyrənilməsin-
də təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin «Riya-
zül-aĢiqin» təzkirəsi» (2001) monoqrafiyaları, Aytən Hacıyevanın
«Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi» adlı namizədlik disserta-
siyası da diqqətəlayiqdir.
Orta əsrlər Azərbaycan ədəbiyyatını Yaxın və Orta ġərq
ədəbi proseslərindən kənarda öyrənə bilmədiyimiz kimi, təzkirəçi-
lik tariximizi də ġərq kontekstindən ayıra bilmərik. Ġran, Ġraq, Hin-
distan və Türkiyə təzkirəçiliyi ədəbi mübadilə yolu ilə inkiĢaf
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
15
etdiyindən bu ölkələrin XX əsr ədəbiyyatĢünaslığında Azərbaycan
təzkirələrinin öyrənilməsi və tədqiqi təsadüfi deyildir.
Agah Sirri Ləvəndin «Türk ədəbiyyatı tarixi»nin I cildində
(1984) və Nihad Sami Banarlının «Rəsimli türk ədəbiyyatı tari-
xi»nin I cildində (1987) Azərbaycan təzkirələrindən Sami Sam
Mirzənin «Töhfeyi-Sami», Sadiq bəy Sadiqinin «Məcməül-xə-
vas», Əhdi Bağdadinin «GülĢənüĢ-Ģüəra», Seyid Əzim ġirvaninin
«TəzkirətüĢ-Ģüəra»sının quruluĢu və əhatə etdiyi Ģairlər haqqında
ümumi məlumatlar əldə edirik. Bu əsərlərdə və Əhməd Qabaqlı-
nın «Türk ədəbiyyatı» (1994) kitabında Əhdi Bağdadinin «GülĢə-
nüĢ-Ģüəra»sı türk təzkirəsi kimi anılmıĢdır. Türk mənbələrində Se-
yid Əzim ġirvaninin təzkirəsi yalnız türk dövlətlərini əhatə etdiyi
üçün xüsusi bir hadisə kimi qarĢılanır. Ayrıca olaraq ədəbiyyatĢü-
naslıq terminləri lüğətlərində
*
və ədəbiyyat ensiklopediyaların-
da
**
da Azərbaycan təzkirələrindən bəhs olunmuĢdur.
Azərbaycan ədəbiyyatĢünaslığında XX əsrin ikinci yarısın-
dan baĢlayaraq təzkirələrin öyrənilməsi sahəsində aparılan tədqi-
qat iĢləri bu gün də davam etdirilməkdədir.
Dostları ilə paylaş: |