Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının



Yüklə 27,16 Kb.
tarix13.04.2023
ölçüsü27,16 Kb.
#97618
Mirzəyev Murad-transmilli cinayət hüququ


Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının
Hüquq fakültəsinin IV kurs dinləyicisi

Mirzəyev Murad Fazil oğlunun
Transmilli cinayət hüququ” fənnindən
Sərbəst işi

Sülh və insanlıq əleyhinə transmilli cinayətlər”


BAKI – 2022

MÜNDƏRİCAT




GİRİŞ
Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə-əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Sülh və insanlıq əleyhinə transmilli cinayətlər
Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:
mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;
ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;
sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;
hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;
mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;
mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə; mədəni sərvətin bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.
Müharibə cinayətləri — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir.
Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.
Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır.
Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir:
1. Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
qəsdən adamöldürmə;
işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər;
ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi;
hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi;
hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi;
hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi;
girov götürülməsi.
2. Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri:
mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi;
şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi;
qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi.
3. Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi;
hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması;
4. humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik;
5. Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi;
şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq;
müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi;
dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması;
ictimai və ya xüsusi əmlakın talan edilməsi.
6. Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması;
kollektiv cəzalandırma;
girov götürülmə;
terror aktları;
şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik;
hərbi soyğunçuluq;
məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi;
silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Hər bir İştirakçı dövlət elmi tədqiqat dairələri ilə məsləhətləşmələr əsasında öz ərazisində mütəşəkkil cinayətkarlıq sahəsində tendensiyanın, mütəşəkkil cinayətkarlığın mövcud olduğu şəraitin, habelə cəlb olunan peşəkar qrupların və istifadə olunan texnologiyaların təhlilinin aparılması mümkünlüyünü müzakirə edir.


NƏTİCƏ
İştirakçı dövlətlər mütəşəkkil cinayətkarlıq fəaliyyətinə dair təhlilədici biliklərin genişləndirilməsi və öz aralarında və ya beynəlxalq və regional təşkilatlar vasitəsi ilə həmin biliklərin mübadiləsi mümkünlüyünü müzakirə edirlər. Bu məqsədlə də, lazım gəldikdə, ümumi təriflər, anlayışlar, standartlar və metodologiyalar işlənib hazırlanmalı və istifadə edilməlidir.
Hər bir İştirakçı dövlət mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə öz siyasətinə nəzarət etmək və onların səmərəlilik və təsirlilik dərəcəsinin qiymətləndirilməsi mümkünlüyünü müzakirə edir.

ƏDƏBİYYAT SİYAHISI
1. İbrahimov İbrahim. Transmilli cinayət törətmiş şəxslərin axtarışı. Bakı-2019
2. BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası
Yüklə 27,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin