Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 329,5 Kb.
səhifə1/17
tarix25.12.2016
ölçüsü329,5 Kb.
#2966
  1   2   3   4   5   6   7   8   9   ...   17

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi

GİT ixtisası əyani şöbəsi 1-ci kurs tələbəsi
Teymurov Salman Vaqif oğlunun

Mühasibat Uçotu fənnindən
Müəssisədə əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların uçotu mövzusunda
Kurs işi

İcraçı: Teymurov Salman

Rəhbər: Aslanov Habil

Bakı – 2009



Müəssisədə əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların uçotu


Plan:

  1. Əsas vəsaitlər anlayışı, təsnifatı və uçotu

  2. Qeyri-maddi aktivlər anlayışı, təsnifatı və uçotu

  3. Materiallar anlayışı, təsnifatı və uçotu


Giriş

Təsərrüfat əməliyyatları zamanı müəssisə 1) əsas vəsaitlər, qeyri-maddi aktivlər və materiallar alır; 2) onlardan istifadə edir; 3) istehsal prosesinə xərc çəkir; 4) hazır məhsul istehsal edir; 5) onu satır; 6) satışdan pul vəsaiti və mənfəət əldə edir. Bütün bunlar təsərrüfatı prosesləri zamanı baş verir.

Müəssisədə təsərrüfat əməliyyatlarının baş verməsi zamanı orada olan əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların rolu böyükdür. Belə ki, onlarsız təsərrüfat əməliyyatlarının baş verməsini düşünmək olmaz. Ona görə də hər bir müəssisənin mühasibatlığında əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların uçotunun aparılması vacib şərtlərdən biridir. Onların təsnifatı və uçotunun aparılması aşağıdakı kimidir.
Əsas vəsaitlər anlayışı, təsnifatı və uçotun vəzifələri

Əsas vəsaitlər - hər bir müəssisənin maddi-texniki bazasının əsasını təşkil etməklə qeyri-dövriyyə aktivi sayılır. Əsas vəsaitlərin səciyyəvi cəhəti ondadır ki, onlar müəssisənin istehsal (xidmət) təsərrüfat fəaliyyətində uzun müddət iştirak edir, köhnəldikcə öz dəyərini müəyyən olunmuş normalarla hissə-hissə məhsulun dəyərinə keçirir, istehsal əməliyyatlarında özünün natural formasını saxlayır və əlavə olaraq iqtisadi fayda verir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 1996-cı ilin yanvarın 1-dən qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimata» müvafiq olaraq 1996-cı ildən sonra alman əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 100 manat həcmində müəyyən olunmuşdur (milli pulun 2006-cı ildə denominasiya nisbəti ilə). İnflyasiyanın sürətindən asılı olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdirildikcə onların balansda yerini dəyişmək olmaz.

Müəssisənin 01№-li "Əsas vəsaitlər" hesabında müxtəlif səbəblərdən əsas vəsait kimi uçota alınan bəzi lüzumsuz (faktiki olaraq istehsal (xidmət) sferasında əsas vəsait kimi iştirak etmək imkanı olmayan) vəsaitlər olarsa və onların əsas vəsaitlər sırasından çıxarılması zərurəti yaranarsa, o zaman müvafiq qanun-vericiliyə uyğun olaraq müəssisə rəhbəri bu barədə qərar qəbul edir. Bu qərar müəssisənin uçot siyasəti barədəki əmrində öz əksini tapmalıdır.

İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki xərclər məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa şərtlər nəzərdə tutulmadıqda).

Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri uçotda onların alınmasına çəkilən faktiki xərclər üzrə əks etdirilir.

Əsas vəsaitlər mühasibat uçotunda ilkin dəyəri ilə, yəni onun alınmasına, quraşdırılmasına, hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir. Öz mülkiyyətində torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırdıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.

Əsas vəsaitlər istehsal əməliyyatının mühüm amillərindən biri olduğundan onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapır. Bu əsas vəsaitlərin dəyərini müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Bununla əlaqədar olaraq əsas vəsaitlərə amortizasiya (köhnəlmə) hesablanır.

Əsas vəsaitlərin satışı və s. xaric olması hallarında (əvəzsiz olaraq verilənlərdən və alınanlardan başqa) bu əməliyyatlar üzrə mənfəət, yaxud zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.

Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınırlar:


  1. dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;

  2. istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;

  3. dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin dəyəri 100 manatdan (bu hədd 01. 01. 1996-cı ildən sonra alınanlar üçündür) aşağı olan əmək əşyaları;

  4. dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri(trallar, bütün növ torlar və s.);

  5. benzin motorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı evlər, qazan-xana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər (əmək vasitələri);

  6. dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;

  7. vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;

  8. vahidinin və dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;

  9. dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan kənar) tikintilər;

  10. anbarda əmtəə material qiymətlilərinin saxlanmasında və ya texnoloji prosesdə iştirak edən vahidinin dəyəri 100 manatdan (bu hədd 01.01.96-cı ildən sonra alınanlar üçündür) aşağı olan taralar;

  11. dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş əşyalar;

  12. cavan və kökəldilməkdə olan heyvanlar, quşları, dovşanlar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;

  13. tinglikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr.

Əsas vəsaitlərin uçotunun təşkili və obyektləri haqqında dəqiq informasiyanın formalaşması üçün onların əsaslandırılmış təsnifləşdirilməsi böyük əhəmiyyətə malikdir. «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da 01№-li «Əsas vəsaitlər» hesabında uçota alınan əmək vasitələri iqtisadiyyatda müvafiq təhlil aparmaq üçün aşağıdakı qaydada təsnifləşdirilmişdir:

- Binalar;

- Qurğular (tikintilər);

- Ötürücü qurğular;

- Maşınlar və avadanlıqlar;

- Nəqliyyat vasitələri;

- İstehsalat alətləri və təsərrüfat avadanlıqları;

- İşçi və məhsuldar heyvanlar;

- Kitabxana fondu;

- Sair əsas vəsaitlər.




Yüklə 329,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin