Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Slavyan Universiteti
Fakültə: Beynəlxalq Münasibətlər və Regionşünaslıq
İxtisas: Beynəlxalq Münasibətlər
Fənn: Müasir BM sistemində qloballaşma prosesləri
Mövzu: İnformasiya cəmiyyətinin formalaşma xüsusiyyətləri
Qrup: BM-203
Müəllim: Nərmin Cəfərova
Tələbə: Münəvvər Nəsirova
Bakı 2022
İnformasiya cəmiyyətinin formalaşma xüsusiyyətləri.
XXI əsrin əvvəlində informasiya inqilabı sosial reallığın demək olar ki, hər tərəfinə öz təsirini göstərdi. Bunu 90-ci illərin əvvəllərində Harvard Universitetinin sosioloqu Daniel Bell qeyd etmişdir. Hazırda, əmək əşyaları tamamilə texnoloji sistem ilə idarə olunduğu halda, müasir istehsalın avtomatlaşdırılması üsulları, həmçinin idarəetmə, texnika, təhsil və tədqiqat sahələrində informasiya və kommunikasiya texnologiyalarının yayılması, birbaşa insanın müdaxiləsi olmadan öz fəaliyyətini davam etdirir. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi olan “İnformasiya Cəmiyyəti”ni yaratdı.
İnformasiya cəmiyyəti –informasiya və biliklərin cəmiyyətin həyatındakı rolunun yüksəlməsi, infokommunikasiyanın, informasiya məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanını yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını, informasiya məhsullarına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarının ödənməsini təmin edən müasir sivilizasiyasının inkişafının bir pilləsidir.
İnformasiya məkanı iki əsas mənada təsvir edilir:
Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.
İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada “informasiya məkanı” anlayışı “informasiya mühiti” anlayışı ilə eyniləşir.
İnformasiya cəmiyyətinin əsas xüsusiyyəti insan fəaliyyətinin bütün sahələrində İnformasiya Kommunikasiya Texnologiyalarının artan roludur. M.Kastellsin sözlərinə görə, "İnformasiya Texnologiyaları ətrafında qurulmuş yeni texnoloji paradiqmaların fəaliyyəti nəticəsində maddi mədəniyyətin transformasiyası" baş verir. XX əsrin 80-cı illərinin ikinci yarısında, Belfastda Kraliça Universitetinin İnformasiya Tədqiqatları kafedrasına rəhbərlik etmiş, informasiya idarəetmə sahəsində tanınmış mütəxəssis sayılan W.Martin, “informasiya cəmiyyətinin” adı çərçivəsində o zamanlar "qabaqcıl sənaye cəmiyyəti"nin formalaşması mərkəzləri qismində çıxış edən Yaponiya, ABŞ və Qərbi Avropanı nəzərdə tuturdu. Tədqiqatçının fikirlərinə əsasən, belə bir cəmiyyətin fərqləndirici xüsusiyyətləri aşağıdakı beş ən vacib şərtlərdir: texnoloji, sosial, iqtisadi, siyasi və mədəni. Bunlardan ən əsası texnoloji amildir – informasiya texnologiyaları sənaye, müəssisə, təhsil və gündəlik həyatda geniş istifadə edilir. İnformasiyanı əldə etmək sosial sahədə "həyat keyfiyyəti"nin dəyişdirilməsi üçün mühüm stimulyatora və "informasiya şüur"un formalaşması və təsdiqinə çevrilir. İnformasiya, iqtisadiyyatın resurs, xidmət, məhsul, əlavə dəyər və məşğulluq mənbəyi kimi, gələcək inkişaf üçün əsas dəyərli amil kimi çıxış edir. Siyasi sahədə informasiyanın yayılması vətəndaşların siyasi proseslərdə və əhalinin müxtəlif sosial qrup və təbəqələri arasında konsensusa nail olunması üçün iştirakını əhəmiyyətli dərəcədə artırmağa kömək edir. Mədəniyyət meyarı həm hər fərdin, həm də ümumiyyətlə cəmiyyətin inkişafında informasiyanın dəyərli xarakteri olmasının tanınmasıdır. Bu sənayeləşmiş ölkələrin iqtisadi, texniki və struktur dəyişikliklərinin mahiyyətinə əsasən, Bell “post-sənaye cəmiyyətinin” inkişaf ilə bağlı dərin dəyişiklikləri üçüncü texnoloji inqilab adlandırılmasını təklif edib. Bunlardan birincisi XVIII əsrin ikinci yarısında Sənaye inqilabının əvvəlinə təsadüf edir. Bellin fikirlərinə görə, buxar gücündən istifadə, prinsipial olaraq yeni bir anlayışı – "əməyin səmərəliliyini" – həyata gətirmişdir.
"Az xərclər ilə daha çox mənfəət" - Bellin fikrinə əsasən, əsas şüar və sonrakı iqtisadi inkişafın məqsədidir. XIX əsrdə məsafədən enerji ötürülməsi, telefon, radio və sintetik materialların yaradılması, iki innovasiya - elektrik və kimya sahəsi ilə bağlıdır və bununla da ikinci texnoloji inqilab başa çatdırılmışdır.
Mövcud, kompüter və telekommunikasiya ilə bağlı üçüncü texnoloji inqilabın əsasında dörd innovasiya prosesi dayanır:
mexaniki, elektrik və elektromexaniki sistemlərdən konstruktiv elementlərin böyük hissəsinin azaldılması və xeyli enerji və rabitə ötürülmə dərəcəsini artırmağa imkan verən elektron vasitələrə keçid;
"miniaturlaşması", əhəmiyyətli dərəcədə dəyişməsi mənasında, elektrik keçirən və ya elektrik impulslarına çevirən konstruktiv elementlərin "sıxılması" və bu baxımdan, tranzistorun ixtira edilməsi ilə mikroprosessor üçün bir çox tənzimləyici və saxlayıcı funksiyalarını ötürməyə imkan yaratması – bunların hamısı "buxar gücünün kəşf edilməsinin əhəmiyyəti ilə müqayisə oluna bilər";
“digitization” və ya informasiyanın diskret olaraq ötürülməsi, telefon (səs), televiziya (şəkil), kompüter (data) və faks (mətn) arasında, rəqəmsal kodlar vasitəsilə, ənənəvi rabitə sektorunda fərqləri aradan qaldıran, maddi qarşılıqlı əlaqələrin qəbuluna digital dönüştürməyə uyğun olmuş və teletransmissiya kimi tanınan, vahid bir ittifaqa çevrilmişdir;
Proqram təminatı - məişət şəraitində və kiçik sənayedə şəxsi kompüterlərin geniş yayılması üçün "açardır", çünki istifadəçinin bundan sonra tez və eyni zamanda müxtəlif məsələləri həll etmək üçün artıq hər hansı bir xüsusi proqramlaşdırma dilinə sahib olması tələb olunmur.
XVIII əsrin sonu - XIX əsrin ortalarında baş verən Sənaye inqilabına oxşar XX əsrin elm və texnoloji inqilabı, aydın göründüyü kimi, bu gün tamamlanması hələ də uzaqda olan bütöv bir dövrü əhatə edir. Keçmişdə quru yolu və gəmiçilik sisteminin inkişafı dünya ticarət bazarının yaradılmasına gətirib çıxartdı. XX əsrin birinci yarısında rabitə, radio, telefon və digər vasitələrin yaranması isə mümkün transmilli sənaye iqtisadiyyatının və sənaye cəmiyyətinin inkişafına gətirib çıxardı. Müasir iqtisadiyyatın və cəmiyyətin uğurlu inkişafının əsasını telekommunikasiya təşkil edir. İnformasiya cəmiyyətinin mühüm xüsusiyyətlərindən biri informasiyanın emalı və məlumat ötürücülərinin yaradılması ilə bağlı texnologiyaların konvergensiyasıdır. Ənənəvi informasiya daşıyıcısı olan azad rabitə müxtəlif vasitələrlə ötürülməyə başlamışdır: telefon və kabel xətləri, peyk, mobil və simsiz rabitə. Nəticədə informasiya sənayesinin müxtəlif ənənəvi sahələrinin texnoloji konvergensiya prosesi başladı: kompüter, telekommunikasiya, kütləvi informasiya vasitələri - ən geniş XX əsrin 90-cı illərinin ikinci yarısında baş tutdu. Əvvəl kompüter texnologiyasında, sonra telekommunikasiyada, sonra isə veriliş sahələrində baş verən dicitəlləşmə - tezliklə dicital informasiya axınının bu kommunikasiyaların hər üç sahəsi üzərində öz dövrünü başlayarkən onları artıq bir-birindən təcrid olunmuş şəkildə baxılmayacağı faktını aşkar etmişdir. Tamamilə fərqli olaraq funksiyalar yayım və telekommunikasiyalarda qəbul edilmişdir. Belə ki, yayım əsasən təhsil və əyləncəli proqramlar üçün nəzərdə tutulmuşdur, telekommunikasiya isə biznes və hökumət məqsədləri üçün.
İki yüz il əvvəl, Sənaye inqilabı insanların ağır fiziki və monoton əl işi sahələrindən azad edilməsinin əsasını qoymuşdursa, indi informasiya inqilabı insanı sadə və təkrar ruhi aktların daimi icrası ilə bağlı fəaliyyətindən xilas etməyə başlayır. Belə əməliyyatlar, kibernetika yaradıcılarından biri Norbert Wiener tərəfindən qeyd edildiyi kimi, "əslində, insana xas olmayan əməkdir".
Onun fikrincə, müasir cəmiyyətin ən vacib xüsusiyyətlərindən biri, sosial inkişafın bütün proseslərə təsir etmək üçün informasiyanı təmin etmə səviyyəsidir. Sosial-iqtisadi, hüquqi, elmi, siyasi, texniki, ekoloji və digər informasiyalar, əsas istifadəçilər – istər vətəndaşlar, istərsə də dövlət və beynəlxalq ictimaiyyətin bütövlükdə, nəinki yaşamaq üçün bütün imkankarıı təmin edən əsas komponent kimi çıxış edir, eyni zamanda kütləvi fəaliyyətin, axınların və informasiya silsilələrinin müxtəlif əməliyyat yolları vasitəsilə yeni növünü yaradır. Homo sapiens, "şüurlu insan" bir “Homo communicans”a – "kommunikasiya insanına" çevrilir. Wiener tərəfindən vurğulandığı kimi, "səmərəli yaşamaq – doğru informasiyaya malik olaraq yaşamaq deməkdir".
Beləliklə, tarixdə “niyə belə deyil, başqa cür baş verib” sualını izah etməyə çalışan bir çox anlayışlar var. Əsas olanlar ənənəvi "sivilizasiya" (Toynbi, Danilevski kimi müəlliflər) və "formasion" (məşhur Marks "beşliyi") – sayılır. Birinci – insan cəmiyyətinin sosial-mədəni növlərini və ikinci istehsal və iqtisadi əlaqələr inkişafının əsaslarını təşkil edir.
Tarixi inkişafın gedişatında olan bütün fikir müxtəlifliyi ilə müəlliflərin hamısında bir sıra ümumi xüsusiyyətləri izləmək olar:
tarix şərti olaraq üç əsas, "kənd təsərrüfatı", "sənaye" və "post-sənaye" adlı qlobal mərhələlərə bölünür;
mərhələlər arasında olan fərqlər istehsalat münasibətləri və ya təbiət ilə insan arasında qarşılıqlı əlaqə vasitəsilə həyata keçirilir;
növbəti mərhələləyə keçid, insanların şüurunda transformasiyanı nəzərdə tutan, yaşayış mühitinin dəyişilməsi, elmi və texnoloji inqilab vasitəsi ilə həyata keçirilir;
tamamlayıcı tarixi mərhələ, bir sıra filosoflara görə, artıq gəlib çatıb, başqalarının fikrincə isə, yaxın gələcəkdə olacaq "informasiya cəmiyyəti" dir.
Qlobal informasiya cəmiyyətinin yaradılması problemləri və onların həllində dövlətlərin fəaliyyəti.
İnformasiya inqilabı sürətlə dünyanı dəyişir, insanların fəaliyyətinin bütün sahələrində yeni əsaslı nəticələr və imkanlar yaradır. Lakin artıq insanlara verilmiş, hətta gələcəkdə gözlənilməkdə olan açıq-aydın faydaları ilə yanaşı, informasiya inqilabı özü ilə yeni problemlər gətirir. Onların arasında - ölkə və regionların rəqəmsal fərqliliyi, internet şəbəkəsinin, bu sahədə olan elektron ticarət və vergi, intellektual mülkiyyət məsələlərin hüquqi tənzimlənməsi məsələsi, təhlükəsizlik və informasiya məxfiliyi problemi, fərdi və ictimai şüura olan psixoloji təsir qabiliyyəti üçün, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə. Onların müvəffəqiyyətli həll edilməsi qlobal informasiya cəmiyyətinin inkişafına təsir göstərən əsas amillərdən biri olaraq qalır.
Dünya informasiya məkanı çərçivəsində mühüm problem ümumiyyətlə internet və informasiya və kommunikasiya texnologiyalarının qeyri-mütənasib istifadə edilməsidir. 2002-ci ilin may ayında dünyada olan internet istifadəçilərinin sayı 580.78 mln. çatıb. Onlardan 32% Avropa ölkələrinin sakinlərinə mənsub edilir, 31,45% – ABŞ və Kanada, 29% – Asiya -Sakit okean ölkələrinə, Latın Amerikası – təxminən 6%.
800 milyon insana malik olan Afrikada dünyada ümumi internetdən istifadə edənlərin yalnız 1%-ni təşkil edir, onlardan 90%-i Cənubi Afrikada yaşayır. Belə ki, bu gün internet imkanları, birinci növbədə, inkişaf etmiş ölkələrdə istifadə olunur: Böyük Britaniya, Almaniya, Fransa, ABŞ və Kanada.
"Rəqəmsal bərabərsizlik" (və ya “rəqəmsal uçurum” – digital divide) anlayışını ABŞ-da istifadə etməyə başlamışlar. Ondan istifadə edilməsi, anlaşıldığına görə, yalnız beynəlxalq səviyyədə deyil, həm də hər hansı bir dövlət daxilində mikro səviyyədə var, yeni informasiya texnologiyalarına qeyri-bərabər çıxış imkanı problemini müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Cəmiyyətin kompüterə sahib olanlar və onu necə istifadə etməyi bilənlər və nə avadanlığa, nə də bacarığa malik olanlar daxil olmaqla 2 qrupa bölünməsi baş verir. Savadlılığın yeni bir növü – kompüter savadlılığı əmələ gəlir. Bu gün demək olar ki, kompüter ilə işləmək imkanı olmadan nüfuzlu və yüksək ödənişli iş almaq, biletlər sifariş etmək, öz bank hesabımız ilə bağlı müxtəlif əməliyyatları həyata keçirmək kimi yeni elektron xidmətlərdən belə yararlanmaq mümkün deyil.
İnternetin sürətli inkişafı və insan fəaliyyətinin bütün sferalarına getdikcə daha dərindən nüfuz etməsi nəticəsində yaranan yeni ictimai münasibətlərin tənzimlənməsi problemləri günümüzdə aktual bir məsələyə çevrilib. Bu sahədə əsas problemlərdən biri də odur ki, İnternet texnologiyalarının inkişaf sürəti bu sahənin tənzimlənməsi üçün hüquqi normaların, mexanizmlərin, metodların yaradılması, tətbiq edilməsi prosesini xeyli qabaqlayır. Bəşər tarixində İnternetin analoqu yoxdur, bu fenomen heç bir texnologiya ilə müqayisə olunan deyil. Ona görə də bu məsələdə hüquqi təcrübədən istifadə etmək imkanları da mövcud deyil. Digər bir mühüm problem İnternetin qlobal xarakterli olması, heç bir milli yurisdiksiyanın təsir dairəsinə düşməməsi, həmçinin konkret mülkiyyətçisinin, sahibinin olmamasıdır. Bütün bu problemlər İnternetin tənzimlənməsi ilə bağlı tamamilə yeni metodların işlənməsini tələb edir.
İnternetin tənzimlənməsinə dair yanaşmalar
”Dar” və ”geniş” yanaşma. ”Dar” yanaşma zamanı, ilk novbədə, internetin infrastrukturuna (domen adları sisteminə, İP unvanlarına) və bu meydanda əsas oyuncu olan ICANN-ın movqeyinə diqqət yetirilir. Yəni “dar” yanaşmanın tərəfdarları hesab edirlər ki, internetin yalnız texnoloji və infrastruktur aspektləri tənzimlənməlidir.
“Geniş” yanaşmaya uyğun olaraq, internetin idarə edilməsi üzrə danışıqlar texnoloji və infrastruktur məsələlərinin hüdudlarından kənara çıxır və digər problemləri (hüquqi, iqtisadi, sosial-mədəni, inkişaf məsələləri ilə bağlı) əhatə edir. Bu yanaşma İnternetin tənzimlənməsi məsələlərinə dair siyasi və elmi diskussiyalarda da üstünlük təşkil edir. “Geniş” yanaşma tərəfdarları hesab edirlər ki, İnternetin tənzimlənməsi prosesində yalnız beynəlxalq təşkilatlar və rəsmi dövlət nümayəndələri deyil, bütun maraqlı tərəflər, o cümlədən biznes qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin təmsilçiləri, elmi qurumlar iştirak etməlidir. Bu yanaşma İnformasiya Cəmiyyəti Məsələləri üzrə Ümumdünya Sammitində də dəstəklənmişdir.
Artıq disskussiyalarda bu yanaşmalardan hansının doğru olmasından söhbət getmir. İndi Beynəlxalq danışıqlar “dar” (İCANN-la bağlı olan məsələlər) və ”geniş” (İnternetin idarə edilməsinin digər aspektləri) yanaşmalar arasında daha münasib balansın yaradılması mərhələsinə keçib.
Texniki və siyasi aspektlər İnternetin tənzimlənməsi məsələsində mühüm yanaşma kimi çıxış edir. İnternetin inkişafının ilkin mərhələsində onun fəaliyyətinin istər texniki, istərsə də siyasi aspektləri uzun müddət yalnız bir sosial qrup – ixtiraçılar və istifadəçilər tərəfindən tənzimlənirdi. İnternetin yayılması və yeni maraqlı tərəflərin, ilk novbədə, biznes sektorunun və dövlətin meydana çıxması ilə əlaqədar 1990-cı illərdə texnologiya və siyasətin birliyi pozuldu. Tarazlığı bərpa etmək üçun İnternetin tənzimlənməsi sistemində islahat kecirildi (İCANN-ın yaradılması da daxil olmaqla). Bu problem açıq olaraq qalır və İnternetin idarə edilməsi üzrə Forum çərçivəisində potensial mubahisəli məsələlərdən biri kimi gündəlikdə durur.
Konstruktiv yanaşma. Bu yanaşma “informasiya cəmiyyətində idarəetmə” probleminin mahiyyətinə yaxınlaşmağa kömək edir. Yəni kiber məkanla real dünya arasında əlaqə yaradılmasını, ortaq, ümumi prinsiplərin müəyyən edilməsini nəzərdə tutur. Bu yanaşma milli dövlət suverenliyinin və İnternet şəbəkəsinin qloballaşmasının, universallaşmasənın nəzərə alınmasına əsaslanır. Hesab edilir ki, suveren dövlətlərin müvafiq qanunvericiliklərinin qlobal harmoniyalaşdırma səviyyəsi artırılmalıdır. Burada İnternetin tənzimlənməsi ilə bağlı bütün maraqlı tərəflər arasında konstruktiv dialoqun qurulması da mühüm məsələlərdən sayılır.
“Dəyişə bilən həndəsə” prinsipi. Bu termin hüquq və tənzimləmə sahəsinə Aviamexanika sahəsindən keçib. Belə ki, təyyarənin müxtəlif mexaniki qurğularının hərəkəti uçuş aparatının konfiqurasiyasının dəyişməsi ilə bağlıdır ki, buna ”dəyişə bilən həndəsə” prinsipi deyilir. Hazırda beynəlxalq hüquq praktikasında bu prinsipdən geniş istifadə edilir. Beynəlxalq ətraf mühitin mühafizəsi hüququnda tətbiq edilən ”dəyişə bilən həndəsə” yanaşmasından İnternetdə spamlarla, viruslarla effektli mübarizə aparmaq üçün istifadə edilə bilər. Belə ki, spam və virusların yayılmasına görə ölkələr üzrə statistika fərqlidir. Ona görə də bu cür hallara görə ölkələrin məsuliyyəti də müvafiq statistikaya uyğun olaraq differensiallaşmalıdır. Eyni zamanda, spam və viruslar hər ölkəyə də eyni dərəcədə ziyan vurmur.
Bütövlükdə, İnternetin tənzimlənməsi bu prosesdə bir çox aspektlərinə, o cümlədən beynəlxalq hüquq qabiliyyətinə, konkret məsələnin həllinə göstərdiyi marağa, beynəlxalq münaqişələrin həllindəki təcrübəsinə və s. görə fərqlənən müxtəlif maraqlı tərəflərin – dövlətlərin iştirakını tələb edir. Bu müxtəliflik “dəyişən həndəsə” prinsipinin koməyi ilə İnternetin tənzimlənməsində vahid struktur çərçivəsinə salına bilər.
“Real” və ”kiber” yanaşma İnternetin tənzimlənməsi çərçivəsində istənilən məsələyə həm də bu cür yanaşılır: köhnə “real” yanaşma və yeni “kiber” yanaşma.
Köhnə “real” yanaşmanın tərəfdarları göstrirlər ki, İnternet idarəetmə sahəsinə yeni heç nə gətirməyib. İnternet, tənzimləmə baxımından, öz sələflərindən – teleqrafdan, telefondan, yaxud radiodan fərqlənməyən növbəti texniki qurğudur. Məsələn, hüquqi aspekt üzrə olan disskussiyalarda bu yanaşmanın tərəfdarları göstərirlər ki, mövcud qanunlar kiçik düzəlişlər edilməklə İnternetə də tətbiq edilə bilər. Belə ki, İnternet insanlar arasındakı kommunikasiyalarla bağlıdır, bu texnologiya telefondan, yaxud teleqrafdan fərqlənmir, ona görə də istənilən digər kommunikasiya vasitəsi kimi tənzimlənə bilər. İqtisadiyyat sahəsində bu yanaşmanın tərəfdarları iddia edirlər ki, adi və e-kommersiya arasında fərq yoxdur. Ona görə də onlar e-kommersiyanın xüsusi olaraq hüquqi tənzimlənməsinə ehtiyac olmadığını deyirlər.
Yeni “kiber” yanaşmanın tərəfdarları isə göstərirlər ki, İnternet bütün əvvəlki texnologiyalarla müqayisədə tamamilə yeni texnologiyadır. Ona görə də hesab edirlər ki, İnternet prinsipcə yeni tənzimləmə tələb edir. Bu yanaşma İnternetin fəaliyyətə başladığı ilk illərdə xüsusilə populyar idi. Hətta ümidlər var idi ki, İnternetin idarə edilməsinin yenilikçi üsulu – “hərtərəfli anlaşma və işləyən kod” (rough consensus and running code) – insan fəaliyyətinin digər sahələrində də model tənzimlənməyə çevrilə bilər. Yeni “kiber” yanaşmanın əsas mühakiməsi ondan ibarətdir ki, İnternet bizim sosial və siyasi gerçəkliyimizi suveren dövlətlər məkanından ayırır. Kiber məkan gerçək dünyadan fərqlənir, ona görə də başqa idarəetmə forması tələb edir.
ICANN-ın yaradılması prosesində bu yanaşmanın üstünlük təşkil etməsi aşkar şəkildə hiss olunurdu. Belə ki, bu proses zamanı “real” dövlətlərin təsiri minimal idi. “Kiber” yanaşma 2002-ci ildə ICANN-ın islahatı nəticəsində yumşaldıldı ki, bu da dövlətlərin səlahiyyətlərini genişləndirdi və bu təşkilatı siyasi reallıqlara yaxınlaşdırdı.
“Kiber” yanaşmanın tərəfdarları hüquq sahəsinə müraciət edərək, iddia edirlər ki, yurisdiksiyaya, cinayətkarlığa və müqavilələrin başlanmasına aid olan mövcud qanunlar İnternetə tətbiq edilə bilməz, ona görə də yeni qanunlar qəbul edilməlidir.
Hər iki yanaşmada tutarlı əsaslar olsa da, “real” hüquq həm nəzəriyyədə, həm də praktikada dominantlıq edir. Daha çox yayılmış fikrə görə, mövcud qanunvericiliyin böyük hissəsi İnternetə tətbiq edilə bilər. Amma bəzi situasiyalarda (məsələn, əmtəə nişanlarının müdafiəsi kimi) real dünyada mövcud olan hüquq normalarında müəyyən dəyişikliklər etmədən onları kiber məkanda tətbiq etmək olmaz. Həmçinin spamlarla bağlı münasibətlər də tamamilə yeni qanunlarla tənzimlənməlidir. Real dünyada spama yaxın olan analogiya – makulatura (kütləvi reklam gondərişləri) poçtudur ki, o da qanunla qadağan edilməyib.
Bununla belə, suveren dövlətlərin bərabərliyi, daxili işlərinə qarışmama , mübahisələrin və münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq sabitlik və təhlükəsizliyi təmin edən əsas prinsipləri ilə bir araya sığmayan məqsədlərlə yeni informasiya və kommunikasiya texnologiyaların nailiyyətlərindən istifadə etmək arasında əsaslı yeni real təhlükələr var. Xüsusilə, inkişaf etmiş ölkələr kompüter texnologiyaları və məlumat-psixoloji təsirli informasiya vasitəsilə siyasi, iqtisadi və mədəniyyətlərinin genişlənməsinə, fərdi və ictimai şüurun öz üstünlükləri üçün istifadə edirlər.
İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə “informasiya əməliyyatı” (Information Operation) və “informasiya müharibəsi” (Information Warfare) terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.
Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının (Information Weapon) tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider olmaq iddiasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompyuter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücumu təhlükələrinin çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olmuşdur.
İnformasiya müharibəsinin ilk tədqiqatçılarından biri, ABŞ-ın Milli Müdafiə Universitetinin əməkdaşı Martin Libikidir (Martin Libicki). O, “informasiya müharibəsi”ni çox geniş anlayış kimi təqdim edir və onun fikrincə, informasiya müharibəsi texnologiyalarının cəmiyyətə təsiri tam aydınlaşdırılmasa da, son illər bu proses sürətlə davam etməkdədir. ABŞ-ın Müdafiə Nazirliyinin “İnformasiya müharibəsi haqqında” sənədlərində bildirilir ki, informasiya müharibəsində informasiya həm silah, həm də məqsəddir. İnformasiya hücumu isə icazə olmadan istənilən formada informasiyanın köçürülməsi, dəyişdirilməsi və məhvinə, həmçinin proqram təminatlarına, məxfi informasiyanın saxlandığı texniki qurğulara və insan psixologiyasına yönəlmiş əməliyyatdır.
ABŞ-da informasiya müharibəni təsvir etmək üçun çox zaman onu informasiya əməliyyatı ilə müqayisə edirlər. İnformasiya əməliyyatı – məqsədə çatmaq üçün qarşı tərəfin informasiya fəzasına təsir etmək və bu zaman öz informasiya resurslarını qorumaq məqsədi ilə xüsusi metodlardan və vasitələrdən (siyasi, iqtisadi, texniki, hərbi və s.) istifadə etməklə həyata keçirilən mübarizə formasıdır. Rusiya mutəxəssisləri bu mübarizə formasını informasiya qarşıdurması kimi təsvir edirlər. İnformasiya qarşıdurması – tərəflərin elə
mübarizə formasıdır ki, bu zaman onlar xüsusi metodlardan, informasiya resurslarına təsir üsullarından və vasitələrindən istifadə etməklə qarşı tərəfin informasiya resurslarına birbaşa təsir gostərə bilir.
İstifadə olunmuş ədəbiyyatlar:
Əliquliyev R.M., Mahmudov R.S. Internetin tənzimlənməsi problemləri.
Ekspress informasiya. Informasiya cəmiyyəti seriyasi, Baki: “Informasiya Texnologiyalari” nəsriyyati, 2010
Абдуллаев И.З. Информационное общество и глобализация: Критика неолиберальной концепции. Ташкент: изд-во «Фан ва технология», 2006.
Делягин М. Г. Мировой кризис: общая теория глобализации. ИНФРА, М.: 2003.
Чернов А. А. Становление глобального информационного общества: проблемы и перспективы. М.: Издательско-торговая корпорация «Дашков и К°», 2003.
Jones, A. Dictionary of Globalization. – Cambridge, 2006.
Dostları ilə paylaş: |