[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları
Beynəlxalq nəqliyyat əməliyyatları fənnindən Mühazirə.
Dos .Ş.Ə.Vəliyev
Mövzu 1. Fənnin məqsədi və vəzifələri. Plan : Giriş .
Fənnin əhəmiyyəti .
Məqsədi və qısa inkişaf tarixi.
Beynəlxalq nəqliyyat əlaqələri haaqında anlayış.
Ədəbiyyat : Z.S.Məmmədov “XXI əsr iqtisadi inkişafın nəqliyyat fasktoru “ Bakı 2002.
E.Ə.Əliyev “ Beynəlcxalq nəqlıiyyat daşımalarının konvension təsbiti “ Bakı 2
1.Giriş
XX əsrdə dünya iqtisadiyyatında baş vermiş inqilabi dəyişikliklərin ana xəttini dinamik inkişaf təşkil etmişdir . Ekspertlərin hesablamasına görə ötən yüzillikdə dünya üzrə ümumi daxili istehsal 19 dəfə, əhalinin sayı isı 4 dəfə artmışdır. Keçən yüzillikdə dinamik inkişaf edən sahələrdən biri nəüliyyat olmuşdur. Bu dövrdə cəsarətlə demək olar ki, nəqliyyat sektoru öz inkişaf surəti , miqyasına görə bütün əsrlərə bərabər yol keçmişdir. Nəqliyyat sektorunun mühüm infrastruktur kimi formalaşması başa çatmış , onun təkmilləşməsi istiqamətində inqilabi dəyişikliklər aparılmışdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, nəqliyyat sektorunun inkişafı bütövlükdə iqtisadiyyatın inkişafının güclü faktoruna çevrilmişdir. Əgər XXI əsr su nəqliyyatının genişlənməsi və dəniz yolarının yeni – yeni ərazilərə çəkilməsi ilə xarakterizə olunurdusa XX əsr nəqliyyatın yeni – yeni sahələrinin yaranması , bütövlükdə iqtisadiyyatın bu sektorun sürətli inkişafı ilə fərqlənir. Avtomobil daha çox maliyyə , texniki, əmək resursları cəlb edən bir sahəyə çevrilmişdir.
Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat sektoruna müstəqilliyin qorunmasının mühüm faktoru kimi baxılır. Bir sözlə nəqliyyat qloballaşan dünyanın ən fəal, dinamik strukturundan birinə çevrilir.
Şərqlə qərbin qovşağında yerləşən, unikal coğrafi , geosiyasi şəraitə malik olan Azərbaycan dünya iqtisadiyyatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmamışdır. XIX əsrdə Bakı-Tbilisi, Şimal –Cənub dəmir yolunun çəkilməsi, neft sənayenin inkişafı ilə əlaqədar olaraq Xəzəedə gəmiçilik imkanları genişlənmişdir.