Beynəlxalq nəqliyyat əməliyyatları


Beynəlxalq nəqliyyat əlaqələri haqqında anlayış



Yüklə 335 Kb.
səhifə3/34
tarix13.04.2023
ölçüsü335 Kb.
#97608
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   34
[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları

4.Beynəlxalq nəqliyyat əlaqələri haqqında anlayış.
A.R-nın dünya iqtisadiyyatına qovuşması və dünya ölkələri ilə gedən inteqrasiyaprosesində yerini müəyyən etmək üçün müasir baxımdan nəqliyyat sahələrinin təhlil olunması olduqca vacibdir. Avrasiya ölkələri mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda tarixi “İpək yolu”-nun bərpası TASİS və TRASEKA proqramlarının həyata keçirilməsi üçün respublikanın nəqliyyat sistemi mühüm əıhəmiyyətə malikdir.
Hələ 1998-ci ilin sentyabr ayında Bakı şəhərində tarizi “İpək yolu”-na həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransda Respublikanın Prezidenti H.Əliyev qeyd etmişdir : Əminəmki tarix böyük “İpək yolu”-nun bərpası məsələlərinin müzakirəsi , konfransımızın nəticələri və yekunları milli və regional nəqliyyat sektorlarının , beynəlxalq iqtisadi əməkdaşlığın , inkişafın, Avrasiya məkanında sülhün tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Hazırda Azərbaycan 143 dünya ölkəsi ilə ticarət əlaqələri yaratmışdır. Bu sahədə də nəqliyyatın xüsusi rolu vardır.
Mövzu 2. Nəqliyyat xarici iqtisadi fəaliyyət sahəsində.
Plan:
Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi.

  1. Nəqliyyatın inkişaf tarixi.

  2. Beynəlxalq nəqliyyat sisteminin formalaşması

  3. Dünya nəqliyyatının sərnişin dövriyyəsinin strukturu, %-lə.

1.Nəqliyyat iqtisadi fəaliyyətin sahəsi kimi. Nəqliyyat bəşər cəmiyyətinin inkişaf tarixində mühüm rol oynayan faktorlardan biridir. Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli olmuş, istehsal sahələrinin inkişafında və məhsuldar qüvvələrin formalaşmasında təsir edici amillərdən biri olmuş, daim təkmilləşmiş və formalaşmışdır. Nəqliyyatın inkişafında və onun sahələrinin formalaşmasında tarixən yer kürəsinin ayrı-ayrı regionlarının, dəniz və okeanların öyrənilməsi nəticəsində və həmin ərazilərə gediş-gəlişin təmin olunması zərurətindən irəli gələrək nəqliyyatın ayrı-ayrı sahələrinin inkişafına daim diqqət artırılırdı. əgər cəmiyyətin inkişafında maddi nemətlər istehsalı üçün məhsuldar qüvvələrin inkişafı zəruri sayılırdısa, istehsal olunmuş məhsulların daşınması üçün nəqliyyat sahələrinin inkişafı tələb olunurdu. Lakin qeyd etmək lazımdır ki, dünya nəqliyyatının formalaşmasında ayrı-ayrı dəniz və quru yollarının müəyyən olunmasında görkəmli səyyahların çox böyük xidmətləri olmuşdur. Xüsusilə dünya dəniz yollrının açılmasında Avropanın dəniz sahili ölkələrində dənizçiliyin inkişafı ilə əlaqədar olaraq, dənizçilikdə uzun illər qazandıqları təcrübələr əsasında dünyanın müxtəlif ölkələrinə səyahət etmiş və yeni dəniz yollarının açılmasında nailiyyətlər qazanmıdılar. Avropa səyyahlarının xidməti əvəzolunmazdır. Hələ orta əsrlərdə dünyanın Avropa ölkələri ərazisində yerləşən adalara dəniz yolu açmaq və həmin adalarda yerləşən təbii sərvətləri istehsal dövriyyəsinə cəlb etmək məqsədilə İrland səyyahlarının böyük xidmətləri olmuşdur.
lX əsrin əvvəllərində Normand səyyahı Erik Rijiy Şotlandiya, X əsrin sonunda isə İNgiltərəyə dəniz yolunun açılması üçün öz səyahətlərini başa çatdırırlar. Artıq Xlll əsrdə Portuqaliya səyyahı, dənizçisi Henrix Atlantik okeanından gələrək Aralıq dənizinə daxil olur. Bu dövürdən başlayaraq materiklərin daxili dənizlərə yeni yolların açılması başlanır. Eyni zamanda Afrikanın şimal ərazilərinə dəvə karvanı vasitəsi ilə daxil olaraq buranın təbii sərvətləri haqqında avropalılara ilkin məlumatlar çatdırılır. XV əsrin əvvəlində dünya dəniz yolunun kəşfində böyük xidməti olan , xüsusi dənizçilik məktəbi keçmiş görkəmli şəxslərdən biri də Xristofer Kolumb olmuşdur. Onun əsas məqsədi Avropa ilə Asiya arsında Hindistanadək böyük dəniz yolunu müəyyənləşdirmək olmuşdur.
1942-ci ildə kiçik heyətdən ibarət dəstə ilə İspaniyanın Paloe limanından Hind okeanına yeni dəniz yolunu kəşf etmək məqsədi ilə səyahətə çıxır.
20 oktyabr 1492-ci ildə Kubanın sahillərinə gəlib çıxır. əslində isə Kolumb yeni torpaqlar kəşf edir. Dünya iqtisadiyyatına böyük töhvələr verən sonradan Amerika adalndırılan ərazilər idi. Dünya dəniz yollarının kəşfində böyük xidməti olan şəxslərdən biri Fermando Magellon olmuşdur. Lakin bu sadəcə olaraq intibah dövründə dünya iqtisadiyyatına təsir göstərə bilən yeni dəniz yollarının açılamsı dünya ərazisi haqqında tam məlumat verməklə ölkənin iqtisadiyyatına təsir göstərə bilən təbii resursların yerləşdiyi ərazilərin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir.
Dünya iqtisadiyyatının inkişafında və dünya ölkələri arasında əlaqələrin yaradılmasında quru yolların müəyyən olunması da mühüm əhəmiyyətə malik idi. Qədim zamanlarda başlamış sənayeləşmə dövrünə qədər yer kürəsinin quru ərazilərinə müxtəlif səyyahların getməsi ayrı-ayrı regionlara çıxış yollarının müəyyənləşdirilməsi haqqında məlumatlar toplanmaqla yanaşı mühüm xammal ehtiyyatlarının yerləşdiyi ərazilər haqqında tamtəsəvvür yaranırdı. Quru yollarının müəyyən olunması, dəniz yollarının müəyyən olunması qədər çox çətinliklərlə başa gəlirdi.
Yer kürəsinin quru ərazilərinin öyrənilməsində, ölkələrarası yolların müəyyən olunmasında böyük xidməti olan səyyahlardan biri də Marko-polo olmuşdur. O, Avropa ölkələrindən başlamış Mərkəzi, Şərqi və Cənubi Asiya ölkələrində olmuş, Çinlə-Orta Asiyanı birləşdirən Böyük İpək yolunun birləşməsinə gəlib çıxır. O səyahətinin ikinci dövründə Cənubi Asiya ölkələrinə və İran körfəzi sahillərinə gələrək bütün bu ərazilərdə olan yolların xəritəsini tərtib etmişdir.
Dünya ölkələrinin iqtisadi inkişafında tədqiq edilmiş hər bir ərazinin təbii iqtisadi şəraitinin müəyyən olunması və bu əsasda həmin resurslarının istehsal dövriyyəsinə cəlb olunması üçün məhsuldar qüvvələrin inkişafı dövrün tələblərinə cavab verəcək səviyyədə formalaşırdı.
1.Nəqliyyatın inkişaf tarixi.
Dünya iqtisadiyyatının inkişafında XlX əsrin axırı XX əsrin əvvəllərində məhsuldar qüvvələrin təsiri daha intensive hal almağa başlamışdır. Xüsusiilə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş Avropa ölkələrində İngiltərə, Fransa, Almaniya, İtaliya və gigər ölkələrdə sənayeləşmənin sürətli inkişafı ölkələrarsı iqtisadi əlaqələrin yaranmasında mühüm rol oynayan nəqliyyatın əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun şəkildə inkişafını tələb edirdi.
XX əsrdə dünya iqtisadiyyatının inkişafında bir sıra social-iqtisadi amillərlə yanaşı nəqliyyat faktoru da mühüm rol oymamışdır. Dünya ölkələrinin təbii resurslarından istifadə etmək üçün əvvəlki primitive nəqliyyatdan fərqli olaraq ölkələrarsı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan dəmir yolu, dəniz nəqliyyatı, avtomobil nəqliyyatı, boru kəmər və hava nəqliyyatı inkişaf etdirilməsi iqtisadi inkişafa müsbət təsir göstərir. Dəniz nəqliyyatından daha səmərəli istifadə etmək məqsədilə və dəniz yollarının qısa məsafələrdən keçməsini təmin etmək üçün yeni xammalların çəkilməsi diqqət mərkəzinə yönəldilmişdir.
XX əsrin sonunda dünya ölkələrində qədim inteqrasiya prosesləri özlüyündə nəqliyyatın sahələr üzrə intensive inkişafını tələb edirdi. Bu dövür üçün kütləvi yüklərin uzaq məsafələrə daşınmasında dəmir yoluna daha çox üstünlük verilirdi. XlX əsrin sonunda XX əsrin əvvəllərində dünya ölkələri üçün dəniz nəqliyyatı ilə yüklərin daşınması daha səmərəli hesab olunurdu. Yəni dünya ölkələrində yük tutumu daha çox və intensiv hərəkətə malik olan tankerlərin istehsalının həyata keçirilməsi dəniz nəqliyyatı ilə yük daşınmanın xüsusi çəkisinin başqa nəqliyyat sahələrinə nisbətən artmasına zəmin yaratdı. 2000-ci ildə dünya ölkələri üzrə ümumi yük dövriyyəsinin 16%-i dəmir yolu, 62%- idəniz nəqliyyatı, 8%-i avtomobil nəqliyyatı, 11%-i boru kəmər, 3%-i daxili sular təşkil etmişdir.
Dünya nəqliyyatın inkişafı yalnız yük və sərnişin daşınmasına əməliyyatlarını yerinə yetirilir, eyni zamanda yük milyonlarla əhalinin işlə təmin olunmasında, quruda və suda olan zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasında, əhalinin məskunlaşmasında, şəhərlərin, qəsəbələrin, kəndlərin formalaşmasında mühüm sənaye və nəqliyyat qovşaqlarının, limanların inkişafında mühüm iqtisadi əhəmiyyət kəsb edir.
XXl əsrin əvvəllərində yuxarıda qeyd olunan sahələrin daha qlobal xarakter alması və nəqliyyatın dünya ölkələrinin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alıb, müasir tələblər baxımından təhlil və tədqiq olunması olduqca vacibdir.
3. Beynəlxalq nəqliyyat sisteminin formalaşması.
Dünyanın nəqliyyat yolları və nəqliyyat vasitələri dünya nəqliyyat sistemini təşkil edir. O, əsasən XX əsrdə yaranmışdır. Bu sistemdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin və həmçinin regionların nəqliyyat sistemini xüsusilə qeyd etmək lazımdır.
Şimali Amerikanın regional nəqliyyat sistemi daha yüksək səviyyədə inkişaf etmişdir. Dünya nəqliyyat yollarının uzunluğunun 30%-i bu regionun payına düşür. Bu rəqəm avtomobil və boru kəməri nəqliyyatında daha yükdəkdir. Şimali Amerika bütün növ nəqliyyat yük daşınmalarında birinci yerdədir.Avropa Şimali Amerikadan yüklərin daşınması məsafəsinə görə geri qalır, ancaq onu yolların sıxlığına görə qabaqlayır.
Dünya nəqliyyat xəttlərinin 10%-i MDB ölkələrinin payına düşür. Ancaq MDB yük daşınmalarının həcminə görə dünyada birinci yeri tutur. Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1 trilyon sərnişin daşınır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomoyivləri iştirak edir və bu rəqəmlər ilbə-il artır.
Son dövrlərdə dünyanın nəqliyyat sistemində güclü keyfiyyət dəyişiklikləri baş verir. Beləki, elektirikləşmiş dəmir yolları çoxalmışdır. Bərk asvalt örtükləri avtomobil yolları artır. Boru kəmərlərinin diametri artmışdır.
Yük və sərnişin daşınmanın qurluşu müxtəlif nəqliyyat növləri üzrə dəyişir. Aşağıda yük dövriyyəsinin quruluşunun dəyişməsi verilmişdir:
Yük dövriyyəsinin dəyişməsi , %-lə

Nəqliyyat növləri

1950

1970

1980

1996

2000

0520

Dəmir yolu
Avtomobil
Daxili su nəqli.
Dəniz nəqli.
Neft boru kəməri
Qaz kəməri
Hava nəqliy.
Cəmi yük daşınmalar,trln

30,8
7,5
5,6
51,9
3,1
1,1
0,1

6,9


18,9
8,0
3,0
62,7
5,0
2,3
0,1

28,9


14,5
6,9
2,5
67,5
6,0
2,5
0,1

47,6


15,0
9,3
2,7
61,1
8,2
3,6
0,1

48,7


15,1
10,1
2,8
69,3
8,6
4,0
0,1

50,8


15,2
10,3
3,0
68,5
8,8
4,1
0,1

55,9


Dünya yük dövriyyəsində dəniz nəqliyyatı liderlik edir, getdikcə dəmiryolu nəqliyyatınin xüsusi çəkisi getdikcə azalır və boru kəməri nəqliyyatının payı isə getdikcə yüksəlir. Dəniz nəqliyyatının əsas yükləri əsasən maye və torpaq halında olan yüklərdir:


Neft-1000, neft məhsulları 300, dəmir filizi 340, daş kömür 370, dənlilər 250 ( mln ton il ərzində)
Dünya yük daşınmaların ın əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, son dövrlər yüklərin daşınmasında konteynerlərdən geniş istifadə edilir. Dünyada daşınan yüklərin 40%-ə qədəri bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Dəniz nəqliyyatı ilə dəmir yolu nəqliyyatı arasında və konteyner daşıyan yük avtomobilləri arasında sıx əlaqəli yük daşınmaları həyata keçirilir.
XX əsrin ikinci yarısında xarici ticarətin, turizmin, elmin, mədəni, social və digər münasibətlərin genişlənməsi, əhalinin ölkələr arası hərəkətinə güclü təsir göstərmişdir.
Sərnişin daşınmalarında minik avtomobilləri liderlik edirlər. onun sərnişin daşınmasında xüsusi çəkisi hazırda 60%-dən yuxarıdır. Hava nəqliyyatı ilə sərnişin daşınmaları dəmiryolu daşınmalarına sürətlə yaxınlaşır və onu yaxın perspektivdə ötməlidir.
4.Dünya nəqliyyatınının sərnişin dövriyyəsinin strukturu, %-lə.

Nəqliyyat növləri

1950

1970

1980

1996

2000

2005

Dəmir yolu

25.6

15.2

11.8

10.2

10.3

10.1

Avtomobil

71.4

77.2

79.0

79.9

78.9

78.9

O cümlədən: fərdi

56.8

60.5

60.0

61.1

61.3

61.5

Daxili su yolu nəqliyyatı

0.6

0.5

0.4

0.4

0.4

0.4

Dəniz nəqliyyatı

0.8

0.3

0.3

0.3

0.3

0.3

Hava nəqliyyatı

1.2

6.7

8.5

9.2

10.1

10.3

Sərnişin daşınması,trln sərnişin - km

2.5

8.0

14.2

18.1

20.3

22.8

Dünya nəqliyyatının inkişafı beynəlxalq iqtisadi münasibətlərin inkişafına müsbət yəsir edən əsas amillərdəndir. Nəqliyyat eyni zamanda məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsində də çox böyük rol oynayır.



Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin