Azərbaycan Respublikası Təhsil Nazirliyi Fövqəlada Hallar Nazirliyi Akademiyası İxtisas fənnlər kafedrası
K ursant:Kənan Musayev Kurs və taqım:2-ci kurs HFTF21A1 Fənn: FH-təhlükəli amilləri Müəllim: Qurbanova Maya Mövzu: İstehsalat müəssisələrində baş vermiş qəzaların səbəbləri və təhlili
Plan: Giriş: Əsas: 1.İstehsalatda partlayış və yanğınlar 2.İstehsalat müəssisələrinin qəza növləri Nəticə:
Sərbəst iş
“İstehsalat müəssisələrində baş vermiş qəzaların səbəbləri və təhlili”
Giriş:
Texnogen qəza — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər.Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Təhlükə "insan-ətraf mühit" sisteminin yekcins olmaması ilə şərtlənir və onların xarakteristikası üst-üstə düşmədikdə yaranır. Təhlükə ilə insan daima üzləşib. Əvvəllər bu təbii xarakterli təhlükələr: təbii fəlakətlər, insanların vəhşi heyvanlarla, zəhərli həşəratlarla qarşılaşması kimi hallar idisə, zaman keçdikcə, texnikanın inkişafı ilə əlaqədar olaraq bura texnogen mənşəli təhlükələr də daxil oldu. Texnogen təhlükələr texniki sistemlərdə qəza, yanğın, partlayış və s. bu kimi formalarda təzahür edir. Bu hadisələrin baş verdiyi ərazidə olan insanlar isə xəstəliklər və müxtəlif ağırlıq dərəcəsi olan travmalar ala bilər. Təhlükənin mənbələri: təbii və antropotogen olmaqla iki hissəyə ayrılır.
Təbii təhlükə mənbələrinə zəlzələlər, daşqınlar, kosmik mənşəli -meteoritlər, kometlər, qlobal istiləşmə və s.-ni qeyd etmək olar. Antropogen təhlükə mənbələri dedikdə isə müharibələr, ekoloji və texnogen təhlükələr, şüalanmadan, atmosferdəki zərərli maddə tullantılarından yaranan təhlükələr nəzərdə tutulur. Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları,sənaye müəsisələrində partlayışları, enerji sistemlərində, mühəndis və texnogen şəbəkələrindəki qəzaları, hidrotekniki qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar.
Texnogen xarakterli fövqəladə hadisələri belədə təsnifləşdirmək olar:
Bioloji təhlükəli maddə ətrafa yayılmaqla baş verən qəzalar
Hidrodinamik qəzalar
Bu hadisələr təsərüfata böyük ziyan vurmaqla yanaşı insan həyatına təhlükə yaradır. Azərbaycan Respublikasında yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbələri hesab edilir.