Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti



Yüklə 31,44 Kb.
səhifə1/6
tarix23.01.2022
ölçüsü31,44 Kb.
#51516
  1   2   3   4   5   6
Banklarda uçotun rolu və vəzifələri


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Mingəçevir Dövlət Universiteti

İqtisadiyyat və idarəetmə fakültəsi İqtisadiyyat kafedrasının

III kurs tələbəsi

Sadıxlı Nəriman Elsevər oğlunun

"Banklarda uçotun rolu və vəzifələri"

mövzusunda

Kurs işi


Elmi rəhbər Kərimova Mehriban Allahverən qızı

BAKI 2021



MÜNDƏRİCAT

Giriş……………………………….…………......................……………......3

Banklarda mühasibat uçotu sistemi.............................................................7

Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması .................................................................................10

Mühasibat uçotunun aparılmasının əsasları.............................................14

Nəticə……………………………................……………...…………..........16

Tövsiyyə olunan ədəbiyyat:………………………........………….............19

Giriş

“Bank Uçotu” - Bank sisteminin fəaliyyəti qəbul olmuş “Mərkəzi Bank haqında”, “Bank və bank fəaliyyəti haqqında” Azərbaycan Resbublikasının qanunları və Mərkəzi Bankın “Bank uçotu ,Aktivlərin təsnifatı,aktivlər və pasivlər ,hesabların açılması və bağlanması,hesab planlarının uçotu,nəğdli,nəğdsiz hesablaşmalar ,depozitlərin qəbul edilməsi və uşotu,səhimlər,veksellər” haqqında normativ aktılara əsasən nizamlanır. Mərkəzi Bankın və Kredit Bankların bank uçotunun aparılması qaydası, standar və qeri-standart, təminatlı,təminatsız aktivlərin uçotu,hesabların açlması və bağlanması qaydaları, hesab planın akkreditivin aparılması qaydası, bankda depozitlərin qəbul edilməsi, Bankın gəlirləri, kapitalı, öhtəliklərinin,xərclərinin, mənfəət və zərərlərin uçotu, bank sistemində maliyyə hesabatlarının tərtibi, uçotu, bank uçotunun siyasəti, Plastik kartlar üzrə əməliyyatların uçotu, bank sistemində balansdankənar əməliyyatların uçotu, nəğdli və nəğdsiz pul köcürülməsi qaydası və onun uçotu, akkreditivlər, Bankda “Contact” sistemi vasitəsilə pul köçürmələrinin aparılması, Bank kapitalının və onun adekvatlığının hesablanması, məcmu kapitalın məqsədi və ona yönəldilən tələblər, Bank sistemində hesablama metodunun uçotu, rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi, Banklarda risklərin idarə olunması, Mərkəzi Bankı tərəfindən veksellərin yenidən uçotu haqqında ətraflı məlumat verilmişdir.

Mühasibat uçotu sistemi – vəsaitlərin və təsərrüfat əməliyyatlarının dinamikasının pul formasında, sənədlərə əsaslanan fasiləsiz və bir-biri ilə əlaqəli əks etdirilməsidir. Dövlət idarəetmə orqanları tərəfindən qanuniləşdirilmiş statistik məlumat massivlərinin formalaşdırılması naminə vahid qayda və formalarda həyata keçirilir. Mühasibat uçotunun məlumatları əsasında mühasibat hesabatı – bankın hesabat dövrü (ay, rüb, il) üzrə vəsaitlərinin və maliyyə-təsərrüfat fəaliyyətinin vəsaitlərinin vəziyyətini xarakterizə edən göstəricilər sistemi tərtib olunur.

Bank öz filiallarını, nümayəndəliklərini, şöbələrini ayrıca balansa ayıra bilər. Bankın uçot siyasəti dedikdə, onun seçdiyi mühasibat uçotunun aparılması üsullarının cəmi – ilkin müşahidə, dəyər əsasında ölçmə, təsərrüfat fəaliyyəti faktlarının cari qruplaşdırılması və yekun ümumiləşdirilməsi başa düşülür. Mühasibat uçotunun aparılması üsullarına təsərrüfat həyatının faktlarının qruplaşdırılması və qiymətləndirilməsi, aktivlərin dəyərinin ödənilməsi, sənəd dövriyyəsinin təşkili üsulları, mühasibat uçotu hesablarının istifadə üsulları, uçot registrləri sistemi, informasiyanın işlənməsi və digər üsul və metodlar aid edilir.

Aparılmış təsərrüfat əməliyyatları haqqında qeydlər mühasibat uçotunun registrlərində, qəti olaraq sənədlər əsasında aparılır. Mühasibat uçotunda ilkin sənədlərin yaradılması, qəbul edilməsi və əks edilməsi qaydası Sənədlər və sənəd dövriyyəsi haqqında Əsasnamə ilə tənzimlənir. İlkin sənədlər təsərrüfat əməliyyatının yerinə yetirilməsi faktını qeydə alır. Onlar səhih məlumatlardan ibarət olmalı və vaxtında, əməliyyat yerinə yetirilərkən tərtib edilməlidir. Hər bir Bank apardıqları dövriyə və hesabatları uçotu barəsində hər ayın sonrakı ayın birindən- üçünə kimi Mərkəzı Banka təqdim etməlidir.Mərkəzi Banka təqdim etdikləri hesabat iki hissədən yəni aktif və pasivlərdən ibarətdir.

Mal və xidmət mübadiləsi, yaradılmış dəyərlərin (gəlirlərin) bölgüsü və təkrar bölgüsü proseslərini təmin edən pul hesablaşmaları bazar təsərrüfatının ən mühüm elementlərindən biridir. Bütün hesablaşmaları nağd puldan istifadə etməklə aparmaq mümkün və məqsədəuyğun deyil. Müvafiq olaraq, nağdsız dövriyyə alətləri problemi yaranır. Nağdsız hesablaşmalar – bankda hesablar üzrə qeydlərin aparılması yolu ilə pul hesablaşmalarıdır, bu zaman pullar ödəyənin hesabından silinir və alanın hesabına daxil edilir. Ödənişlər hesab sahibinin razılığı (aksepti) ilə icra olunur, lakin ayrı-ayrı hallarda pulların ödəyənin hesabından akseptsiz silinməsinə də yol verilir. Belə silinmə tərəflər arasında müqavilə üzrə hesablaşma forması kimi və qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda istifadə olunur. Bankın nağdsız hesablaşmalarını tənzimləyən əsas normativ akt “Mərkəzi Bankın kredit təşkilatları arasında nağdsız hesablaşmaların aparılması haqqında əsasnamə”dir.

Məlumatların müasir texniki işlənmə vasitələri kompüter texnologiyası əsasında, bank məlumatlarının avtomatlaşdırılmış işlənmə sisteminin (BMAİS) yaradılması yolu ilə informasiya proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. Bu sistemlərin yaradılmasının əsas məqsədi 4 bankın informasiya proseslərinin avtomatlaşdırılması və onların yerinə yetirilməsi formasının təkmilləşdirilməsidir. BMAİS-in yaradılması və tətbiqi ona gətirib çıxarır ki, informasiya proseslərinə, onların təşkilinə, layihələndirilməsinə, hazırlanmasına və bankda yerinə yetirilməsinə istehsalatda olduğu kimi diqqət yetirilir. Bankın idarəetmə strukturunda ixtisaslaşdırılmış bölmə yaradılır və o, bankın informasiya proseslərinin qaydaya salınmasına, tənzimlənməsinə və bilavasitə yerinə yetirilməsinə cavabdehdir.

Məlumatların müasir texniki işlənmə vasitələri prinsipcə yeni texnologiya əsasında informasiya proseslərinin yerinə yetirilməsini təşkil etməyə imkan verir. BMAİS əvvəllər çoxlu əmək, vaxt və xərc sərf etdiyinə görə həll edilməyən bank məhsullarının satışının perspektiv və operativ optimal planlaşdırılması kimi məsələləri həll etməyə imkan verir. İdarəetmə aparatının işi də yeni qaydada təşkil olunur. İdarəetmə işçisi elementi BMAİS olan insan-maşın idarəetmə sistemində ayrılmaz hissəyə çevrilir, onun əməyi daha dəqiq layihələndirilir, planlaşdırılır, tənzimlənir və yoxlanılır. Texniki təminata BMAİS-də informasiya proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi texnikası, həmçinin onların istismarına və etibarlı işinin təmin edilməsinə dair təlimatlar daxildir. İnformasiya təminatı BMAİS-də informasiyanın hazırlanması və axınlarını, bankın lokal hesablama şəbəkəsində informasiya proseslərinin yerinə yetirilməsinin təşkilini tənzimləyir. Təşkilati təminat BMAİS-ə münasibətdə bankın hər bir işçisinin hərəkətini tənzimləyir. Proqram təminatı xüsusi və ümumi olur. Xüsusi proqram təminatı istehsal-təsərrüfat əhəmiyyətli sənədlərin və məlumatların əldə edilməsinə yönəldilib. Ümumi proqram təminatına məlumatların, məzmunundan asılı olmayaraq, çevrilməsi (növlərə ayırma, qruplaşdırma, birləşmə) üçün proqramlar daxildir. müştəri ilə müqaviləsi ikitərəfli razılaşmanı qeydə alan sənəddir, bu sənədə əsasən müştəri – ödəməyi, bank isə müqavilə bağlanarkən razılaşdırılmış qaydalara əsasən kompleks xidmətləri göstərməyi öhdəsinə götürür. Bank məhsulu anlayışı bankın müştəri ilə müqaviləsini bank məhsulunun alqı-satqısı üzrə razılaşma haqqında müqavilə kimi şərh etməyə imkan verir. Lakin müştəri üçün bank məhsulu deyil, bağlanmış müqavilə qüvvədə olduğu müddətdə və onun şərtləri ilə müştərinin ala biləcəyi xidmətlər istehlak dəyərinə malikdir. Müqavilədə nəzərdə tutulan xidmətlərdən biri, müştərinin sifarişi ilə bankın istehsal biznes-prosesinin məzmununu təşkil edən bir-biri ilə bağlı əməliyyatların cəminin yerinə yetirilməsi yolu ilə bank tərəfindən ona təqdim olunur. Beləliklə, bankın istehsal biznes-prosesi bankla müqavilə bağlamış müştərinin sifarişi ilə ona xidmət göstərilməsi prosesidir. Sifarişdə müştərinin bank tərəfindən həll olunan biznes-məsələsinin vaxtı və parametri müəyyən olunur. Yəni bankdaxili və bankdankənar maliyyə öhdəliklərinin yerinə yetirilməsi və digər maliyyə məsələlərinin yerinə yetirilməsi naminə pul vəsaitlərinin manipulyasiyası üzrə bank qarşısında yaranan biznes-məsələnin həll olunması vasitəsilə bankın xidməti müştəri üçün maddiləşir (istehlak dəyəri əldə edir)

Valyuta bazarının iştirakçısı kimi, səlahiyyətli banklar xarici valyutanın əldə olunması və ya satışı ilə bağlı beynəlxalq hesablaşmaların, kredit və digər pul əməliyyatlarının keçirilməsi zamanı fiziki və hüquqi şəxslər arasında vasitəçi qismində çıxış edir. Azərbaycanda ikipilləli valyuta bazarı yaranıb və fəaliyyət göstərir: birja və birjadankənar. Banklararası birja valyuta bazarında banklar valyuta birjalarının vasitəçiliyi hesabına həyata keçirilən hesablaşmaların təminatçısı rolunda çıxış edir. İkinci pillədə banklar bilavasitə bir biri ilə əlaqədə olur. Əməkdaşlıq münasibətləri əhəmiyyətli əmək xərcləri və kommersiya bankının yüksək intellektual potensialının olması ehtiyaclarına görə, hər şeydən əvvəl VIP-müştərilərin xidməti sahəsində tətbiq olunandır. Müştərinin adi statusdan "VIP-statusa" köçürülməsi üçün əsas meyar bir qayda olaraq, müştərinin bank üçün gəlirliliyinin miqdarı xidmət edir ki, bunun səviyyəsi əsasən müəyyən hesabat dövründə (yeni müştəri üçün belə meyar hesablaşma hesabına (broker və s.) ilkin daxil edilən pul vəsaitlərinin məhdudlaşdırılmış həcmi xidmət edir) müştərinin hesablaşma və ya depozit hesablarında pul vasitələrinin orta qalıqlarının səviyyəsindən və vasitəçilik xidmətləri üçün daxil olan və ya proqnozlaşdırılan komissiyanın səviyyəsindən asılıdır.


Yüklə 31,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin