Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti



Yüklə 101,53 Kb.
tarix29.12.2021
ölçüsü101,53 Kb.
#48939
Beynəlxalq daşımalar zamanı sığorta əməliyyatları


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Naxçıvan Dövlət Universiteti




Fakültə: Təbiətşünaslıq və Kənd Təsərrüfatı

İxtisas: Coğrafiya müəllimliyi

Fənn: Beynəlxalq nəqliyyat əməliyyatları

Kurs: IV

Tələbə: Məmmədov Elgün

Müəllim: Allahverdiyeva Mədinə

Mövzu: Beynəlxalq daşımalar zamanı sığorta əməliyyatları



Sərbəst İş

Naxçıvan 2021



Beynəlxalq daşımalar zamanı sığorta əməliyyatları

Beynəlxalq yükdaşıma prosesində nəqliyyatın və yüklərin sığorta olunması vacib məsələlərdən biri kimi praktikada geniş vüsət almışdır. Bilirik ki, xarici iqtisadi fəaliyyət, eləcə də nəqliyyat (daşıma) xidmətlərinin ixracatı nəqliyyatın dəstəyi təmin edilir. Bu halda daşıma prosesində iştirakçıların – daşıyıcının və yük sahiblərinin əmlak mənafelərinə təsir edə bilən proseslər ortaya çıxa bilər. Daşıma zamanı yük sahibi yükü itirmək yaxud yükü lazımi sayda almamaq, eləcə də daşınmanı icra edən nəqliyyat vasitəsini itirmək və yüklərin salamatlığını təmin etməmək nəticəsində daşıyıcılar yük sahibinə dəyən ziyanın əvəzini ödəmək riskinə cəlb edilə bilər. Daşıma prosesinin baş tutması nəticəsində bu prosesin iştirakçıları düşdükləri müxtəlif zərərləri tarazlaşdırmaq üçün nəqliyyat sığortasından daha münasib hüquqi vasitə kimi istifadə edilir.

Beynəlxalq yük daşımaları sahəsində sığortanın mahiyyəti - əvvəlcə beynəlxalq yükdaşımalar üzrə əməliyyatlar həyata keçirilərkən dəyən ziyanın ödənilməsi ilə əlaqəli sığorta fondunun yaradılması və sığorta işlərinin təşkil edilməsindən ibarətdir. Beynəlxalq yük daşımaları sahəsində sığortanın əməliyyatlarına – sığorta obyetki kimi bilinən əmlakın müqavilənin imzalanması, sığorta aktlarının tərtib olunması, qiymətləndirilməsi, sığorta ödənişinin müəyyən edilməsi və müqavilənin imzalanması, sığorta aktlarının tərtib olunması, ödənişlərin təşkili, iri risklərin yenidən sığortasının təşkil edilməsi, ehtiyat fondunun yaradılması və i.a. daxildir. Beynəlxalq Yük Daşımalar (BYD) üzrə sığortanın məbləğinə - gözlənilən mənfəət, yükün faktiki dəyəri, habelə fraxt məbləği, komissiya haqları, yüklərin daşınması ilə əlaqədar, eyni zamanda gömrük xərcləri və s. aid edilir. Nəqliyyat sığortası üçün zəruri sənədlər yolu qaimələri, yükdaşıma sənədləri, konosomentlər, fakturalar və hesablar qəbul olunur.

Nəqliyyat sığortaları iki formada ola bilər:



  • Məcburi

  • Könüllü

İqtisadi ədəbiyyatda nəqliyyat sığortası dedikdə daşıma prosesində iştirak edən bütün şəxslərin onların nəzarətə ala bilmədikləri halların nəticəsində onlara dəyən ziyanın əvəzini ödəməyə imkan yaradan sığortaların məcmusu kimi təqdim edilir.

Beynəlxalq nəqliyyat daşımalarında nəqliyyat sığortasının məqsədi və növləri. Nəqliyyat sığortası bir sıra məqsədlərə xidmət edir. Bu sığortanın əsas məqsədi:

-hər şeydən əvvəl, müştərilərin daşıma zamanı düşdükləri ziyana görə sığorta ödənişləri almalarını qarşılamaqdan ibarətdir ki, bu yolla dəymiş zərər kompensasiya olunur. Bəzən isə daşıma prosesində dəyən ziyanın əvəzini daşıyıcıdan almaq qeyri-mümkündür. Bu zaman dəyən ziyanı kompensasiya etməkdən ötrü nəqliyyat sığortasından səmərəli alət kimi istifadə olunur.

-İkinci məqsəd ondan ibarətdir ki, nəqliyyat sığortası dəyən zərərə görə kompensasiya almağı asanlaşdırır. Daşıyıcıdan dəyən ziyanın əvəzinin alınması müəyyən müddət vaxt tələb edir və əksər hallarda küllü miqdarda məhkəmə xərcləri ilə əlaqəli olur.

-Üçüncü bir tərəfdən, nəqliyyat sığortası daşınmanı yerinə yetirən nəqliyyat vasitələri qəzaya uğradığı təqdirdə yarana biləcək itkiləri örtmək məqsədi güdür. Aydındır ki, bu cür hallarda daşıyıcı xeyli zərərə düşür. Nəqliyyat sığortası bütün bu zərərləri örtmək üçün istifadə edilən ən münasib vasitə olaraq çıxış edir.

- dördüncüsü, nəqliyyat sığortası zamanı daşıyıcı tərəfindən üçüncü şəxs qarşısında daşınan mülki-hüquqi məsuliyyətin sığortalanması gerçəkləşir. Daşıyıcı daşıma prosesində müqavilə iştirakçısı kimi çıxış etməyən üçüncü şəxsə ziyan vura bilər. Şübhəsiz ki, bu cür hallarda o, həmin şəxslər qarşısında mülki-hüquq məsuliyyəti daşıyır ki, bu məsuliyyətin də sığortalanması həyata keçirilir. Nəqliyyat sığortasının adətən üç əsas növü fərqləndirilir:

-nəqliyyat vasitələrinin (avtomobil, təyyarə, konteyner, gəmi, dəmir yolu vaqonlarının və i.a.) sığortası,

-yüklə əlaqəli müxtəlif ziyanlardan sığorta,

-məsuliyyət sığortası. Hazırda beynəlxalq nəqliyyat daşımaları sahəsində sığortadan çox istifadə edilir. Yenə də, nəqliyyat konvensiyalarında sığortanın qaydaları və şərtləri, bir qayda olaraq, nəzərdə tutulmur. Beynəlxalq nəqliyyat daşımalarında sığorta kifayət qədər geniş formalarda tətbiq olunur. Burada başlıca məqsəd daşınmalar prosesində mümkün ola biləcək zərər müqabilində yük sahiblərinə müavinət zəmanətlərinin yaradılmasıdır. Ona görə ki, zərərin bəzən daşıyıcının hesabına ödənilməsinə nail oluna bilmir, bəzən isə ziyanın nəqliyyat təşkilatları tərəfindən ödənişi, əksər hallarda, çox zaman tələb edir və çox hallarda xeyli dərəcədə məhkəmə yığımları (ödənişləri) ilə bağlı olur. Bu səbəbdən müavinətin alınması prosedurunun sadələşdirilməsi ilə əlaqədar məsələnin həlli xüsusi əhəmiyyət daşıyır. Sığortanın şərtləri və qaydaları mövcud nəqliyyat konvensiyaları ilə yox, sığortaçının olduğu dövlətin qanunvericiliyi ilə müəyyən edilir. Bu sferada əsas məsuliyyət sığorta qaydalarının üzərinə düşür və sığorta cəmiyyətləri (şirkətləri) kontekstində fəaliyyət göstərən polislər mühüm rola malikdirlər. Sığorta polisi -sığorta edilənin sığorta edən tərəfdən zəmanət kimi əldə etdiyi sənəddir və bu zaman beynəlxalq yükdaşımalar üzrə qaydalar, şərtlər, hər iki tərəfin vəzifələri, məsuliyyətləri, sığorta məbləği, maliyyə məsələləri, dəymiş ziyanın təyin olunması və ödənilməsi prosedurları və i.a. öz əksini tapır. “Polis” terminifransızcadan police, italyancadan polizzadan sözündən tərcümədə qəbz və ya təsdiqləyici imza mənasını verir. Lakin beynəlxalq nəqliyyat konvensiyalarında sığorta şərtləri və prinsipləri adətən daşıyıcının məsuliyyətinin əsasları, habelə hədləri müəyyənləşdirilərkən nəzərə alınır. Bundan əlavə, ölkələrin müasir müqavilə təcrübəsi sübut edir ki, beynəlxalq nəqliyyat daşımaları barədə sazişlərdə sığorta məsələləri ilə bağlı ayrıca göstərişlər mövcudur. Beynəlxalq avtodaşımalar zamanı əldə edilən sığorta beynəlxalq-hüquqi baxımdan müfəssəl formada tənzimlənərək xeyli təkmilləşmişdir. Bu da, beynəlxalq avtodaşımalar prosesi zamanı sərnişinlərin, habelə üçüncü şəxslərin maraqlarına ziyan yetirilməsi təhlükəsinin həddən çox artıq olması ilə səciyyələnir. Bu səbəbdən də, müasir dövrdə beynəlxalq avtodaşımalar, yəni avtonəqliyyat vasitəsilə dəyə biləcək ziyana görə daşıyıcının mülki məsuliyyətinin məcburi sığortalanması şərti ilə həyata keçirilir. Beynəlxalq yükdaşımalar sahəsində sığorta istiqamətləri. Beynəlxalq yükdaşımalar əsasən aşağıdakı sığorta istiqamətlərində həyata keçirilir :

- əsas yüklərin, qablaşdırılmış, habelə yüksək standartlara uyğun, bütün dünyada tanınan və qəbul edilən taralarda daşınan, xüsusi daşıma şərtlərinə malik olmayan yükləri sığortalamaq,

- kənd təsərrüfatı məhsullarının, adətən tez xarab olan yükləri daşmaq üçün sığortaların təşkili,

- kənd təsərrüfatı və heyvanların daşınmasına əsasən sığortalar,

- xüsusi daşıma şərtlərinə malik olan yüklər, misal üçün monetlər, qiymətli metallar, bank banknotları və i.a. daşınması üzrə sığortaların təşkili,

- maye, toz və açıq formada daşınan yükləri sığortalamaq,

- dəmir yolu və avtomobil nəqliyyatından istifadə etməklə yerüstü daşımalara dair sığortaların təşkili,

- çaylar, dəniz və okeanlar vasitəsilə - su marşrutları ilə yükdaşımalara dair sığortaların təşkili,

- hava nəqliyyatı sahəsində beynəlxalq yükdaşımaların sığortalanmasının təşkili,

- ixrac təyinatlı yüklərin sığorta olunması.

Aydındır ki, beynəlxalq nəqliyyat hüququ edilmiş təqsirə görə məsuliyyət prinsipini təsbit edir. Bu prinsipə əsasən daşıyıcı öz müqavilə öhdəliyini icra etməməyə yaxud tam şəkildə icra etməməyə görə ancaq təqsiri olduqda mülki-hüquqi məsuliyyətə cəlb olunur. Bu, modern beynəlxalq nəqliyyat hüququnun ənənəvi müddəası hesab olunur. Beləliklə, elə vəziyyət meydana gəlir ki, bu vəziyyətdə ziyan daşıyıcıdan (nəqliyyat şirkətindən) asılı olmayan səbəblərə görə dəyir. Söhbət ziyanın daşıyıcının təqsiri üzündən yox, obyektiv səbəblər nəticəsində dəyməsindən gedir. Misal üçün, zəlzələ nəticəsində yük daşıyan şəxs nəqliyyat vasitəsini aşırır və nəticədə yük tələf olur. Bu zaman, daşıyıcı müştəriyə (yük sahibinə) dəyən ziyanın əvəzini ödəməməlidir, ona görə ki, daşıyıcının ziyanın dəyməsində heç biri təqsiri yoxdur. Kortəbii hərəkatlar, milli münaqişələr və başqa ictimai xarakterli hadisələr də ziyan dəyməsinə səbəb olan hallar sırasına aid edilə bilər. Bu cür hallarda zərərçəkən müştərinin, məsələn, yük sahibinin marağı necə və hansı vasitələrin köməyi ilə qorunmalıdır? Axı ziyan daşıyıcının təqsiri ucbatından dəymədiyi hallarda, daha doğrusu, ondan asılı olmayan səbəblər üzündən baş verdiyi hallarda müştərinin marağını mülki-hüquqi məsuliyyət institutunun yardımı ilə qorumaq qeyri-mümkün olur. Bu hallarda zərərçəkənin mənafeyi, dəyən ziyanın əvəzinin ödənilməsi sığorta institutunun yardımı ilə təmin olunur. Beynəlxalq daşımalar zamanı bu institutdan geniş miqyasda, yüksək səviyyədə istifadə edilir. Beynəlxalq daşımalar prosesində sığortanın əsas məqsədi daşımada iştirak edən müştərilərin düşdükləri zərərin, onlara dəyən ziyanın əvəzinin ödənilməsini qarşılamaqdan ibarətdir. O ziyanın əvəzini ki, bunu daşıyıcının hesabına ödəmək qeyri-mümkündür. Bu zaman sığorta əlverişli, eləcə də münasib təminat vasitəsi kimi özünü göstərir. Bununla yanaşı, sığorta institutu beynəlxalq daşımalar prosesində dəyən ziyanın əvəzinin alınmasını asanlaşdırmaq məqsədi güdür. Daşıyıcıdan zərərin əvəzinin alınması bir az vaxt tələb edir. Əksər hallarda isə dəyən ziyanın əvəzi məhkəmənin iştirakı ilə qarşılanır. Onda, əlbəttə ki, müvafiq məhkəmə xərclərini çəkmək lazım gələcəkdir.

Daşıyıcı daşınma müqaviləsində tərəf rolunda göstərilməyən üçüncü şəxslər qarşısında da məsuliyyət daşıya bilər. Bu məsuliyyəti zərərsizləşdirmək üçün sığorta mühüm vasitə rolunu oynayır. Sığortanın əsas məqsədlərindən biri də elə bu məsələ ilə bağlıdır.

Sığorta institutunu ancaq müştərilərin mənafeyini qorumaq vasitəsi kimi bilmək düzgün deyildir. Bu intsitutun köməyi ilə eyni zamanda daşıyıcının mənafeyi qorunur. Qəza nəticəsində nəqliyyat vasitəsi (avtomobil, gəmi, təyyarə və i.a.) məhv ola və ya zədələnə bilər. Nəticədə daşıyıcı (nəqliyyat təşkilatı) ziyana düşür. Adətən dəyən ziyan elə məbləğdə olur ki, sözügedən məbləğ daşıyıcının maliyyə vəziyyətinə təhlükə törədir. Bu səbəbdən də gələcəkdə dəyə biləcək ziyanı mümkün qədər ört basdır etmək, heç olmazsa onu kifayət miqdarda azaltmaq məqsədilə daşıyıcı nəqliyyat vasitəsini sığorta etdirməli olur.

Beynəlxalq daşımalar zamanı sığortanın iki formasından da istifadə edilə bilər:



  1. Məcburi

  2. Könüllü (müqavilə).

Beynəlxalq daşımalar sektorunda sığorta məsələləri nəqliyyat konvensiyalarının köməkliyi ilə tənzimlənmir. Belə ki, nəqliyyat konvensiyaları sığortanın qaydalarını və şərtlərini müəyyən etmir. Sığorta məsələləri müxtəlif ölkələrin daxili sığorta hüququ ilə tənzimlənir. Beynəlxalq daşımalar prosesində sığorta məsələləri beynəlxalq nəqliyyat konvensiyalarının və beynəlxalq sığorta hüququnun dəstəyi ilə yox, müxtəlif ölkələrin milli sığorta hüquqları ilə nizamlanır. Ancaq beynəlxalq avtomobil daşınmalarında sığorta məsələlərinin nizamlanmasında beynəlxalq hüquqi aktlar xüsusi rol oynayır. Daşıyıcı nəqliyyat vasitəsinin hər hansı növünü sığortalaya bilər. Əsasən də, sığortadan dəniz, avtomobil, hava nəqliyyatı vasitələrində istifadə edilir. Beynəlxalq avtomobil daşımaları günümüzdə, əsasən, sığorta tətbiq olunmaqla yerinə yetirilir. Söhbət daşıyıcının mülki məsuliyyətinin sığortası kimi sığorta növü barəsində gedir. Eyni zamanda məcburi sığorta formasından istifadə olunur. Beynəlxalq dəniz daşımaları prosesində də sığortadan geniş istifadə edilir. O cümlədən, burda sığortanın könüllü formasından istifadə olunur. Bu zaman mümkün ola biləcək riskli hallar, daşıyıcı və müştərinin mənafeləri nəzərə alınır. Sığorta bir qayda olaraq daşıyıcı və müştəri tərəfindən icra edilir. Beynəlxalq hava daşımaları prosesində də sığortanın əhəmiyyəti çox böyükdür. Bu sahədə də sığortanın könüllü formasından istifadə olunur. Lakin bəzi dövlətlərin qanunvericiliyində sərnişinlər qarşısında icbari mülki məsuliyyət sığortası təyin edilir. Vurğulamaq vacibdir ki, avtomobil nəqliyyatı vasitələri daha yüksək təhlükə mənbəyi olaraq mövcuddur. Bu səbəbdən də beynəlxalq daşımalar zamanı onların üçüncü şəxslərə zərər vermək (nəqliyyat vasitələrini zədələmək, binalara, tikililərə zərər vurmaq, fiziki şəxslərin yaralanması yaxud ölməsi və i.a.) ehtimalı çoxdur. Buna görə də avtomobil daşımaları prosesində avtonəqliyyat vasitələri ilə digər şəxslərə zərər verilərkən təminat yaratmaq tələb olunur. Bu məqsədlə mülki məsuliyyətin icbari sığortası qismində hüquqi mexanizmlərdən istifadə edilir. Nəticədə, beynəlxalq avtomobil daşımalarının əsas şərtlərindən biri odur ki, daşıyıcının üçüncü şəxslərin qarşısında daşıdığı mülki məsuliyyətin sığortalanması aparılır. Özü də sığorta könüllü şəkildə yox, icbari olaraq həyata keçirilir. 1959-cu il aprelin 20-də Strasburq şəhərində Avtonəqliyyat vasitələri mülkiyyətçilərinin əmlak məsuliyyətinin icbari sığortası barədəə Avropa Sazişi bağlanmışdı. Saziş Avropa Şurası kontekstində qəbul edilmişdi. Bu səbəbdən də Avropa Şurasına üzv dövlətlərin bir çoxu elə bu Sazişin iştirakçıları olaraq çıxış edirdilər. Saziş mülki əmlak məsuliyyətinin sığorta şərtlərini təyin edirdi. Həmin şərtlərdə iştirakçı-dövlətlərin mülki məsuliyyət haqda öz milli qanunlarını qəbul etməsi nəzərdə tutulurdu. Əksər Avropa ölkələrində avtonəqliyyat vasitələri sahiblərinin əmlak məsuliyyətinin icbari sığortası haqda ilk qanunlar XX yüzilliyin ilk 20-ci illərində qəbul edilmişdi. Ancaq həmin qanunlar əcnəbi daşıyıcıların mülki məsuliyyətini sığortalamaq problemini tənzimləmirdi. Əcnəbi daşıyıcıların təqsiri səbəbindən yol hadisələri nəticəsində üçüncü şəxslərə ziyan gələ bilərdi. Şübhəsiz ki, onlar bunun üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətə cəlb olunurdular. Həmin məsuliyyətin sığortalanması haqda qanunlarda hər hansı bir norma nəzərdə tutulmurdu. Məsələni yoluna qoymaqüçün BMT-nin Sosial və İqtisadi Şurasının tövsiyyəsi ilə Beynəlxalq səviyyəli avtomobil sığorta kart sistemi ərsəyə gətirildi. Yaşıl kart yaxud Yaşıl kartoçka sistemi onun qısa adıdır. Yaşıl kart sistemi haqda Saziş 1953-cü ilin əvvəlində imzalanmışdır. Avropa ölkələrinin əksəriyyətində bu sistemdən geniş miqyasda istifadə edilir. Bu sistemə Avropa ölkələri də daxil olunmaqla 47 ölkə - RF, İsrail, Mərakeş, Tunis və İran daxildir. Ölkəmizin üzvlüyü ilə iştirakçıların sayı 48 olub. Azərbaycan 2016-cı il yanvar ayının 1-dən etibarən qoşulmuş olduğu “Yaşıl Kart” beynəlxalq sığorta sisteminin kontekstində xaricə səyahətə gedən azərbaycanlı sürücülərin həmin sistemə üzv olan başqa ölkələrin ərazisində mülki məsuliyyət sığortasını təmin edir. Bir ildən çox müddətdir ki, “Yaşıl Kart” sistemi dövlətlərinə gələn Azərbaycanın Yaşıl Kart sahibləri öz səfərlərini sığortalı qaydada planlaşdıra bilirlər. Cari ilin başlanğıcından ölkəmizdən “Yaşıl Kart” sisteminin olduğu ölkələrə yollanan sürücülərin həmin dövlətlərdə özlərinin avtonəqliyyat vasitələrindən istifadə edərkən yolnəqliyyat hadisələrinə yol açması ilə əlaqədar 18 fakt müəyyən edilmişdir. Bu hadisələr əsasən Rusiya, İran, Türkiyə, Polşa kimi dövlətlərin ərazilərində ölkəmizin Yaşıl Kart sahibləri olan sürücülərin təqsiri ucbatından baş vermiş yol qəzalarıdır. Keçən illər ərzində baş verən sığorta hadisələri nəticəsində əmlakına, yaxud sağlamlığına ziyan dəyən üçüncü şəxslərə “Yaşıl Kart” sistemində nəzərdə tutulan mexanizmə əsasən sığorta ödənişlərinin verilməsi üçün ölkələrarası sənədləşmə və qeydiyyat işləri görülmüş, bir çox hallar üzrə ödənişlərin icrası bitmişdir. Ölkəmizin milli Yaşıl Kart bürosunun funksiyalarını icra edən İcbari Sığorta Bürosu öz missiyasına daim sadiq qalaraq bundan sonrakı illərdə də beynəlxalq “Yaşıl Kart” Sazişi kontekstində öz öhdəliklərini yerinə yetirəcəkdir. Belə bir sual yaranır, “Yaşıl Kart” nədir və bu sistem avtomobil sahiblərinə nə vəd edir? “Yaşıl Kart” sistemi, avtomobil sahiblərinin mülki məsuliyyəti üzrə sığortası şəhadətnaməsinin bu sistemə üzv ölkələrin arasında qarşılıqlı tanınması barəsində sazişdir. Sistemin əsas məqsədi: Bu sistemin əsasında, “Yaşıl Kart” barəsində sazişin iştirakçıları olan dövlətlərin biri tərəfindən verilən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin sığorta şəhadətnaməsi bu sazişin iştirakçısı olan başqa dövlətlərin ərazisində etibarlı hesab olunur. Bu sistemin üzvü hər hansı ölkəyə səfər edən kənar avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin onların məxsus olduğu ölkənin milli qanunvericiliyə müvafiq formada sığortalanır. Bunla da səyahət etdikləri ölkələrdə etdikləri yol-nəqliyyat hadisələri nəticəsində verdikləri ziyanın əvəzinin hadisənin baş verdiyi dövlətin daxili qanunvericiliyinə müvafiq formada ödənilməsi təmin edilir. “Yaşıl Kart” sisteminə qoşulmaq istəyən sığortaçılar İcbari Sığorta Bürosuna on min manat dəyərində birdəfəlik ödəniş etməlidir.

Bu sığorta haqda aşağıdakıları bilmək lazımdır:



  • Azərbaycan qeydiyyatlı avtonəqliyyatın vasitəsilə Yaşıl Kart ölkələrinə gedərkən Azərbaycan Yaşıl Kartını almaq məcburidir.

  • Yaşıl Kartı ölkə daxilində və sərhəddən almaq olar.

  • Yaşıl Kartla xaricdə sürücülüklə əlaqəli mülki məsuliyyətinizi tam həcmdə sığortalayırsınız.

  • Yaşıl Kart çoxsaylı istənilən sərhəd sığorta müqavilələrini əvəz edə bilir.

Bir beynəlxalq sığorta müqaviləsi əldə etməklə siz məbləğə və vaxta qənaət edirsiniz. Səfərinizin müddətindən asılı olaraq, Yaşıl Kartı 1, 3, 6, habelə 12 aylıq müddətə ala bilərsiniz.
Yaşıl Kartı ancaq İcbari Sığorta Bürosunun uyğun bir reyestrinə daxil olunmuş 13 sığorta şirkətindən almaq mümkündür. “Mahiyyət etibarilə, Yaşıl Kart sığortası standart sayılan avtoməsuliyyətin icbari sığortası növünə bənzərdir, hər iki sığorta növü əslində avtonəqliyyat vasitəsinin sahibinin üçüncü şəxsin qarşısındakı mülki məsuliyyəti sığortalayır. Sığortaolunan üçün həmin iki sığorta növünün əsas fərqi birinin ölkə ərazisində, o biriniin isə beynəlxalq miqyasda keçərli olmasıdır. Avtoməsuliyyətin icbari sığortasındakı kimi, Yaşıl Kart da öz sahibinə ödədiyi bir qədər kiçik sığorta haqqı müqabilində xeyli böyük məbləğlərdə sığorta təminatını təqdim edir.
Sistem nə cür işləyir? “Yaşıl Kart” sistemi kontekstində dəyən ziyanın əvəzinin ödənilməsi üçün sistemə üzv olan ölkələrdə milli Yaşıl Kart bürolarını təsis etmək mümkündür. AR-da Yaşıl Kart bürosunun funksiyalarını əsasən İcbari Sığorta Bürosu icra edir. Bu bürolar əcnəbi sürücülərin özlərinin avtonəqliyyat vasitələri ilə törətdiyi yol-nəqliyyat hadisələri nəticəsində zədə almış yaxud əmlakına ziyan dəymiş üçüncü şəxslərə dəyən zərərlərin əvəzinin sığorta ödəməsi formasında veriləcəyinə təminat verir. Sonralar, hadisə baş verən dövlətin Yaşıl Kart bürosu hadisəyə səbəb olan sürücünün Yaşıl Kartının məxsus olduğu dövlətin Yaşıl Kart bürosundan ödənilən sığorta ödənişi məbləğində vəsaiti geriyə alır.
Sistemə üzv ölkələrə gedərkən “Yaşıl Kart” sığortasının əldə edilməsi mütləqdir. “Yaşıl Kart” sisteminə daxil olmuş müəyyən ölkəyə AR-da qeydiyyatda olan avtonəqliyyat vasitəsilə səfər edən hər bir şəxs “Yaşıl Kart” sığortasını məcburi şəkildə almalıdır və bu müddəa “İcbari Sığorta haqqında” AR-nın Qanunu ilə nizamlanır. Bir neçə ölkəyə gedəcək olan sürücülər AR-da Yaşıl Kart sığortasını almaqla həmin ölkələrə məxsus sərhəd sığorta müqavilələrini almaq lazım gəlmir.
“Yaşıl Kart” sisteminə üzv ölkələrə AR-da qeydiyyatda olan avtonəqliyyat vasitəsilə səfər etməyə hazırlaşan insanlar İcbari Sığorta Bürosunun iştirakçıları sayılan sığorta təşkilarlarından Yaşıl Kart sığortasını almaqla səyahətləri boyunca mülki məsuliyətlərini sığortalamış olur və nəticədə, səfər edəcəkləri hər hansı bir üzv ölkənin içərisinə daxil olarkən o dövlətin sərhəd sığorta müqaviləsini əldə etmək zərurətindən azad olurlar.
Yüklə 101,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin