Azərbaycan respublikasi gənclər və İdman naziRLİYİ



Yüklə 41,71 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü41,71 Kb.
#43487
  1   2   3   4
MİKAYIL MİKAYILOV-BİOKİMYA KOLLEKVİUM 3


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ



AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI




TƏLƏBƏ:MİKAYIL MİKAYILOV

QRUP:159A3

İXTİSAS:FUTBOL

FƏNN:BİOKİMYA

KURS:II

KAFEDRA:KÜTLƏVİ SAĞLAMLIQ İDMAN NÖVLƏRİ


  • Qalxanabənzər vəzinin hormonları hansılardır və onlar orqanizmdə hansı funksiyaları yerinə yetirirlər?

Qalxanabənzər vəzi iki qrup müxtəlif təsirə malik hormonlar hasil edir: 1) tiroksin; 2) triyodtironin. Bu hormonlar orqanizmin inkişafını təmin edir, enerji mübadiləsini tənzim edir, hüceyrə bölünməsinə təsir edir. Kalsitonin (M=3⋅104) fosfor–kalsium mübadiləsini tənzim edir. O, qalxanabənzər vəzinin hormonu olan parathormonlabirlikdə kalsium mübadiləsinin tənzimində iştirak edir. Yodtironin treoqlobulin zülalının tərkibinə daxil olub, qalxanabənzər vəzin kolloid follikullarında yerləşir. Yodtironin orqanizmdə olan bütün toxumalara təsir edir. Ona, xüsusilə, qaraciyər, ürək, böyrək əzələləri həssasdır. Əsəb toxuması və yağ toxumasına qarşı həssas deyildir. Yodtironin maddələr mübadiləsinə iki cür təsir göstərir: 1) Nüvədə olan xromosomların sitozol reseptorları vasitəsilə; 2) Tsiklik AMF. Tireodin hormonlarının əsas funksiyası hüceyrənin genetik aparatına göstərilən təsir ilə xarakterizə olunur. Bu hormonlar hüceyrənin nüvəsinə daxil olaraq xromatinlərdən olan zülallarla birləşir. Belə ehtimal edilir ki, bu hormonlar hüceyrə nüvəsində transkripsiya prosesinə təsir edərək zülalların əmələ gəlməsini sürətləndirir. Digər tərəfdən tireoidin hormonlarının təsiri ilə oksigenin toxumalar tərəfindən sərf olunması yüksəlir və hüceyrə bölünməsi baş verir. Heyvanlar üzərində aparılan təcrübələrdən müəyyən olunmuşdur ki, bu hormonlar orqanizmdə olan 100 fermentin aktivliyini yüksəldir. Tireoidin hormonları zülal, karbohidrat və yağ mübadiləsini tənzim edərək, orqanizmin boy- artma və inkişafını sürətləndirir. Tireoidin hormonları sinir sisteminin inkişafına təsir edir. Bu hormonların sintezinin azalması hipotireoizm, artması isə hipertireoidizm adlanır. Tireoidin hormonları kifayət qədər az olduqda cırtdanboyluluq, eybəcərlik və əqli inkişaf çatışmazlığı baş verir. Artıq miqdarda olduqda isə tireotoksikoz və ya Bazedov xəstəliyi əmələ gəlir. Belə xəstələrə bəzən mitoxondriya xəstəliyi də deyilir. Normal qalxanabənzər vəzi 30–35 qr. olur. Endemin ur xəstəliyinə tutulduqda isə çəkisi 200 – 300 q olur. Bəzən isə 2–3 kq-a çatır. Bazedov xəstəliyini müalicə etmək üçün cərrahiyyə və ya dərman preparatlarından istifadə edilir (diyodtirozin,betazin). Bu dərmanların köməyilə hipofizin treodinin aktivliyi və qalxanbənzər vəzin sekresiyası azalır. Xəstəliklərin müalicəsində, həmçinin tiokarbamid, merkazolil və metiltiourasildən istifadə edilir. Qeyd edilən dərmanlar təsir etmədikdə radioaktiv yoddan (J131) tətbiq edilir.
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin