Referat mövzu: Hormonların təsnifatı Şöbə: Mamalıq işi Qrup: 51 Tələbə: Quluyeva Günel Fənn: Tibbi biokimya Rəhbər: Hüseynova Kəmalə



Yüklə 25,05 Kb.
səhifə1/10
tarix14.12.2022
ölçüsü25,05 Kb.
#74776
növüReferat
  1   2   3   4   5   6   7   8   9   10
Biokimya referat


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
1 saylı Bakı Tibb Kolleci


REFERAT
Mövzu: Hormonların təsnifatı
Şöbə: Mamalıq işi
Qrup: 51
Tələbə: Quluyeva Günel
Fənn: Tibbi biokimya
Rəhbər: Hüseynova Kəmalə

Hormonların təsnifatı. Orqanizmdə maddələr mübadiləsini tənzim edən sistemlərdən biri də hormonal sistemdir. Hormonal sistem bütün endokrin vəzilərinin, daxili sekresiya vəzilərinin, təsiri ilə həyata keçirilir.
Endokrin vəzilər aşağıdakılardır: Epifiz, Hipofiz,
Qalxanvari vəzi,
Paraqalxanvari vəziləri,
Hipotalamus,
Böyrəküstü vəzilər;
a) Böyrəküstü vəzin beyin maddəsi,
b) Böyrəküstü vəzin qabıq maddəsi,
Mədəaltı vəzi,
Tənasül (cinsiyyət) vəziləri,
Timus və s.
Endokrin vəzi toxumalarının yaratdığı maddələri bir başa qana ifraz etməsi prosesi daxili sekresiya adlanır. Daxili sekresiya vəzilərinin hüceyrələrinin yaratdığı xüsusi maddələrə hormonlar adı verilmişdir.
Hormonlar 2 əsas qrupa bölünür
Liofil hormonlar. Bunlara steroid hormonları, estradiol, testosteron, kalsitreol, yodtironinlər, tiroksinlər və s. aiddir.
Hidrofil hormonlar. Bunlara isə histaminlər, serotoninlər, melatonin, adrenalin, tiroliberin, tireotropin, insulin, qlükaqon və s. aiddir.
Liofil hormonlar sintez olunan kimi qana ifraz edilir. Asanlıqla hüceyrə membranını keçir, hüceyrədaxili reseptorlarla birləşir. Hüceyrədaxili genlərin çevrilmələrini tənzimləyir. Daşıyıcı zülallar vasitəsilə daşınır.
Hidrofil hormonlar peptid təbiətli və yaxud da amin turşularının törəmələridirlər və bəzi hüceyrələrdə toplana bilirlər, hüceyrə daxilinə keçə bilmirlər, membran səthindəki reseptorlarla birləşə bilirlər. Qan axınında daşıyıcısız hərəkət edirlər.
Hormonlar – xüsusi üzv və toxumalarda hazırlanaraq qana və limfaya ifraz edilən hazırlandığı yerdən kənarda orqanizmin müxtəlif üzvlərinin funksiyasına təsir göstərən spesifik aktiv maddələrdir.
Hormon termini 1905-ci ildə Starlinq tərəfindən elmə daxil edilmiş və əvvəllər müxtəlif mənşəli bioloji aktiv maddələri adlandırmaq məqsədilə işlədilmişdir.
Hormonlar ilk dəfə Burdax və Myuller tərəfindən,daha sonralar Bertold və Braun Sexar bu işlə məşğul olmağa başlamışdır.
Hormonlar maddələr mübadiləsini, fermentetiv prosesləri ayrı-ayrı orqanların funksiyasını nizama salır. Bunların təsirində qarşılıqlı əlaqə vardır. Onlar orqanizmdə həm sərbəst, həm də zülallar, fosfatidlər, üzvi turşular və başqa maddələrlə kompleks şəklində olur. Bu formalar sinir impulslarının təsirindən dəyişə bilər.
Hormonlar ayrı-ayrı toxuma və orqanlarda biokimyəvi reaksiyaları tənzimləyir. Məsələn: hormonlar nRNT-ın sintezini, ribosomun funksiyalarını aminturşuların daşınmasını (translyasiya) nizama salır.

Yüklə 25,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin