Referat mövzu: Hormonların təsnifatı Şöbə: Mamalıq işi Qrup: 51 Tələbə: Quluyeva Günel Fənn: Tibbi biokimya Rəhbər: Hüseynova Kəmalə



Yüklə 25,05 Kb.
səhifə9/10
tarix14.12.2022
ölçüsü25,05 Kb.
#74776
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Biokimya referat

Hipofizin orta payının hormonu. Hipofizin orta (ara) payında melanositsti-muləedici hormon (melanotropin, intermedin) sintez edilir. Məməli heyvanlarda bu hormonun iki formasına təsadüf olunur. Onlardan biri α-, digəri isə β-melanositsti-muləedici hormon adlanır. α-Melanositstimuləedici hormon – tərkibinə 13 aminturşu qalığı daxil olan polipeptiddir.
Onun molekulunun birinci quruluşu adrenokortikotrop hormonunun molekul zəncirinin ilk 13 aminturşu qalığından ibarət olan hissəsi ilə eynidir. Lakin α- melanotropin molekulunun N-terminal hissəsində yerləşən serin aminturşusu sirkə turşusu qalığı ilə birləşmiş şəkildə olur, onun C- terminal hissəsində olan 13-cü aminturşu isə valin turşusunun amididir.
Hipofizin arxa payının hormonları. Yuxarıda göstərilmişdir ki, hipofizin arxa payının hormonları – vazopressin və oksitosin hipotalamus nüvələrindəki neyrosekretor hüceyrələrdə əmələ gəlir və hipotalamo-hipofizar sistemi sinir lifləri vasitəsilə hipofizin arxa payına gətirilir. Burada vazopressin və oksitosin neyrosekretor hüceyrələrin aksonlarının uclarında (Xerrinq cisimciklərində) toplanır. Beləliklə, hipofizin arxa payı bu hormonlar üçün rezervuar vəzifəsi daşıyır. Q. Olivekronun (1957) məlumatına görə, vazopressin hipotalamusun supraotik, oksitosin isə paraventrikulyar nüvələrində əmələ gəlir.
Vazopressin və oksitosin, kimyəvi tərkiblərinə görə, nonapeptiddirlər. Onlar bir-birindən iki aminturşu qalığı ilə fərqlənirlər. Belə ki, oksitosinin molekulunda leysin və izoleysin qalığı olduğu halda, vazopressinin molekul zəncirinin həmin aminturşulara müvafiq gələn hissəsində arginin və fenilalanin qalıqları yerləşir.
Hamiləliyin erkən dövrlərində oksitosin uşaqlığa təsir göstərmir. Sonralar uşaqlığın oksitosinə qarşı həssaslığı yüksəlir və doğuş dövründə maksimal səviyyəyə çatır. Estrogenlər uşaqlığın oksitosinə qarşı həssaslığını yüksəldir, sarı cismin hormonu (prohesteron) isə azaldır.
Oksitosin süd yollarının miopitelial hüceyrələrinin təqəllüsünü gücləndirərək süd vəzisinin daxili təzyiqini yüksəldir və südvermə prosesini stimulə edir. Təmiz oksitosin vazopressinin, təmiz vazopres-sinin isə oksitosinin bəzi təsir xüsusiyyətlərini cüzi dərəcədə özündə əks etdirir. Oksitosin qanda olan spesifik oksitosinaza (pitosinaza) fermentinin təsiri ilə parçalanır.
Vazopressinin orqanizmə yeridilməsi arteriya və kapilyarların daralmasına səbəb olur ki, bu da qan təzyiqinin yüksəlməsi ilə nəticələnir. Vazopressin tac damarları daraldaraq, ürək çatışmazlığı əlamətləri göstərə bilər. Lakin qeyd etmək lazımdır ki, qan təzyiqinin artırılması üçün bu hormonun çox yüksək dozaları (antidiuretik təsir göstərən dozada bir neçə min dəfə artıq) tətbiq olunmalıdır.
Vazopressin qısamüddətli təsir göstərir. Bədənə yeridilmiş vazopressinin aktivliyi 1 – 3 dəqiqə müddətində 2 dəfə azalır. Onun çox hissəsi qaraciyər və böyrəklərdə parçalanır, 8 – 10%-i isə sidiyin tərkibində dəyişikliyə uğramamış şəkildə orqani-zmdən xaric olur.

Yüklə 25,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin