Honadotrop hormonlar. Bu ad altında hipovizin ön payında sintez olunan follikultənzimedici, lüteinləşdirici və lakfogen hormonlar birləşdirilir. Honadotrop hormonlar mürəkkəb quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormon-ların miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sintezi azalır.
Folikultənzimedici hormon – follitropin dişilərin yumurtalığında olan folekullara, erkəklərin toxumluğunda gedən spermatogenez prosesinə stimuləedici təsir göstərir. İnsan folekultənzimedici hormonu molekul kütləsi 34 000 Dalton olan qlükoproteiddir.
Lüteinləşdirici hormon – dişilərdə ovulyasyanı (folekulun partlaması yumurtahüceyrənin azad olması) və yumurtalıqlarda sarı cismin əmələ gəlməsini sürətləndirir, erkəklərdə isə androgenləri hasil edən leydiq hüceyrələrinin fəaliyyətini tənzim edir. İnsanda lüteinləşdirirci hormonun molekul kütləsi 28-500 Daltondur.
Laktogen hormon (laktotropin)-süd vəzilərinə estrogenlər kimi təsir göstərir onların poliferasiyasına səbəb olur və hamiləlik dövründə hipotrofiyaya uğramış süd vəzilərində südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin qarşısını alır. Onun molekul kütləsi 24 minə yaxın polipeptiddir.
Andrenokortikotropin. Bu hormon 39 aminturşusunun qalığından ibarət polipeptiddir, sintez edilmişdir. Müxtəlif heyvanların adrenokortikotrop hormonu quruluşca fərqlənir. Kortikotropin və ya adrenokortikotrop hormon böyrəküstü vəzilərin qabıq hissəsinə təsir göstərməklə karbohidratların mübadiləsində iştirak edir.
Tireotropin. Tireotrop təsir göstərir yəni qalxanavarı vəzin fəallığını artırmaqla tiroksinin istehsalını çoxaldır. Əsasən karbohidratların mübadiləsinə təsir edir. Bu hormon qlükoproteiddir, qeyri-zülal hissəsi karbohidratlardandır. Tərkibində 3,5% heksoza, 2,5% qlükozamin və 1%-ə yaxın kükürd vardır.
Tireotrop hormon (tireotropin) molekul kütləsi 28 300 Da-dur. Onun molekulu iki α və β poliprptid zəncirindən ibarətdir. α- zəncirində 96, β-zəncirində 118 aminturşu qalığı olur. Tərkibin-də 11 ədəd disulfid rabitəsi olur.