Tənasül vəzi hormonları, kimyəvi təbiəti, funksyaları: Tənasül vəziləri hormonları erkək və dişi cinsi vəzilərinin interstisial hüceyrələrində və qismən böyrəküstü vəzinin qabıq maddəsində sintez edilir.
Hazırda erkək və dişi tənasül hormonlarının çoxunun kimyəvi təbiəti öyrənilib artıq sintez edilmişdir. Bunlar tsiklopentanoperhidrofenantrenin, dişi tənasül hormonları isə estranın törəmələridir. Dişi tənasül hormonlarına misal estradiolu, estronu (follikulin), progestronu və estriolu göstərmək olar. Estran bunların törəməsidir.
Estradiol fizioloji təsirinə görə estrondan 10 dəfə estrioldan isə 25-30 dəfə yüksək aktivliyə malikdir. Estradiol follikulalarda, estron folikullarda, yumurtalıqda, boğazlıq zamanı plasentada da əmələ gəlir. Folikullarda sintez olunan hormonlara (estron və estradiol) estrogenlər də deyilir.
Yaxınlarda müəyyən edilmişdir ki, dişi tənasül hormonları follikulin və estradiol beyində də sintez oluna bilər. Bu məqsədlə qanda olan erkək tənasül hormonlarından istifadə olunur.
Orqanizmdə bu hormonların sintezi üçün ilkin material kimi xolesterindən və sirkə turşusundan istifadə olunur. Onların əmələ gəlməsində aralıq məhsul testosterondur. Esterogenlər qan və limfanın tərkibində ya sərbəst halda ya da zülallarla (xüsusən albuminlərlə) birləşmiş şəkildə olur. Qanın hər 100 ml-də 1 mq-a qədər estrogen olur.
Hipofiz vəzi hormonları, funksyaları: Hipofiz vəzinin (beyin artımı) çəkisi çox azdır. İnsanda onun çəkisi 1 q-a yaxın, inəkdə 3,8 q, atda 2 q, qoyunda 0,4 q, donuzda 0,3 q olur. Hipofizin hormonları maddələr mübadiləsinə təsir etməklə boy və inkişaf proseslərini nizamlayır.
Hipoviz vəzi 3 hissədən ibarətdir: ön, orta və arxa. Ön və arxa hissələrin hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələlik tam müəyyənləşdirilməmişdir. Ön hissənin hormonları aşağıdakılardır: somatotropin, honadrotropin, adrenokorti-kotropin, tireotropin, laktotropin.
Somatotropin. Bu, zülal təbiətli maddə olub, tərkibi heyvanın növündən asılıdır. Qaramalın somatotropinində 396, insanınkında isə 190 aminurşusunun qalığı vardır. Sonuncu 1971-ci ildə sintez edilmişdir. Müxtəlif heyvanlarda somatotropinin molekul kütləsi 25-46 min dalton arasında dəyişir. Somatotropinə boy hormonu da deyilir.
Bu hormon toxumalarda sərbəst aminturşularının miqdarını azaldır, zülalların sintezini artırır, sidiklə azotlu maddələr az ifraz olunur. Diabetogen və pankreotrop təsir bununla əlaqədardır. Karbohidratların mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.
Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin və sitoplazmanın tərkibinə daxil olan zülalların biosintezini sürətləndirir. Bu hormon sümük və qığırdaq toxumalarına xüsusilə güclü təsir göstərir, böyrək parenximasının inkişafını stimulə edir, fosfataza fermentini fəallığını artırır. Onun təsirindən süd vəzilərinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir.
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də somatomedin (somatotropinin mediaboru) adlanan zülali maddələrlə biokomplekslər şəklində təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.