Hormonoidlər, kimyəvi təbiəti, funksyaları: Hormonoidlər deyilən maddələr də vardır. Bunlar da hormonlar kimi təsir edir, lakin daxili sekresiya vəzilərində əmələ gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.
Serotonin trombositlərdə, toxumalarda (baş beyində, mədə- bağırsaq traktında və s.) müəyyən edilmişdir. Serotonin qan damarlarını daraltdığı üçün xüsusi əhəmiyyətə malikdir. Qan axmasının qarşısını almaqda işlənir. Histamin də hormonoiddir. Histidinin dekarboksilləşməsindən əmələ gəlir.
Histiamin hüceyrə və toxumalarda birləşmiş şəkildədir. O, sinir oyanma-larının verilməsində iştirak edir, mədənin selik qişasında xlorid turşusunun sekresiyasını fəallaşdırır, böyrəküstü vəzilərinin qabıq hissəsinin hormonal fəallığını azaldır. Buna görə də şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində bu qrupa mənsub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-rələrə keçməsini nizamlayır. Kimyəvi təbiətinə görə heptapeptiddir.
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın selik qişasındakı vəzilərdə istehsal olunan polipeptiddir. Onun molekul kütləsi 5000-ə yaxındır. Sekretin pankreas şirəsinin və ödün sekresiyasını stimullaşdırır. Bradikinin də hormonoiddir, 9- aminturşusunun qalığından ibarət peptiddir.
Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan və heyvan orqanizmində çox böyük əhəmiyyəti vardır. Ona görə də onların təbabətdə və baytarlıqda daxili sekresiya vəzilərinin xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Heyvanların boy və inkişafının nizamlanmasında, məhsuldarlığının artırılmasında hormonların tətbiqinin böyük perspektivləri vardır.