Mərkəzi sinir sistemi ilə daxili sekresiya vəzlərini ifraz etdiyi hormonlar arasında siqnallar ötürən peptid quruluşlu hormonlar mövcuddur. Bu hormonları tənzimləyici-faktorlar və ya neyrohormonlar adlanır.
Hormonlar digər maddələrdən öz spesfikliyinə, yüksək bioloji aktivliyinə, xüsusi vəzilərdə sintez olunaraq qana ifraz etmələrinə və təsirinin distanlığına görə fərqlənir. Göstərilən xassələrin hamısına malik olan hormonlar həqiqi hormonlar hesab edilir.
Hormonların spesifikliyi – onun xarakterik kimyəvi quruluşuna və quruluşa müvafiq gələn bioloji təsir xüsusiyyətinə malik olması müəyyən bir vəzdə sintez olunaraq qana ifraz edilməsi nəzərdə tutulur.
Hormonlar çox yüksək bioloji aktivliyə malikdirlər. Onlar olduqca kiçik dozalarda öz təsirini təzahür etdirir. Onlar yalnız periferik toxumalarda müəyyən dəyşirikliyə uğradıqdan sonra hormonal aktivliyi əldə edirlər.
Buna görə onları parahormonlar adlandırmaq daha məqsədəuyğundur. Cinsiyyət vəzlərində və böyrəküstü vəzinin qabıq maddəsində hazırlanan androstendion və dehidroepiandrosteron parahormonların nümayəndələridir. Bəzi endokrin vəzilərin məhsulları eyni zamanda həm hormon, həm də parahormon vəzifəsini daşıya bilir.
Həqiqi hormonlar toxuma hormonlarından fərqli xüsusiyyətləri sintez olunduğu vəzdən xeyli uzaqda yerləşən toxumalar təsir göstərməsidir. Bu xassə hormonların – distantlığıdır.
Endokrin vəzilərin fəaliyyətində əks-əlaqə prinsipi mövcuddur. Belə ki, hipovizin ön payının, qalaxanabənzər vəzinin, cinsiyyət vəzlərinin və böyrəküstü vəzin qabıq maddəsinin fəaliyyətini tənzim edən bir neçə hormon hipovizin ön payının hormonlarının sekresiyasına təsir göstərir.
Endokrin vəzilərin fəaliyyətinin sinir sistemindən asılılığı əlaqəli və əks əlaqəli formada qurulmuşdur.
Sinir sistemi endokrin vəzlərin fəaliyyətinə əsasən hipotalamus vasitəsi ilə təsir göstərir. Xarici və daxili amillərin təsiri altında orqanizmin toxumalarında yerləşən reseptorlarda impulslar yaranaraq mərkəzi sinir sisteminə verilir. Nəticədə hipotalamusda spesifik tənzimedici hormonlar sintez olunur. Onların təsiri ilə hipovizin ön payının hormonlarının sintezi sürətlənir ya da ləngiyir. Hipovizin ön payının hormonları isə öz növbəsində digər daxili sekresiya vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir.
Beləliklə, yuxarıda göstərilən xassələr hormonların bioüzvi maddələrin xüsusi bir qrupu kimi səciyyə-ləndirməyə və onları digər humoral amillərdən fərqləndirməyə əsas verir. Qeyd etmək lazımdır ki, humoral amillərin hormonal və qeyri-hormonal növlərə bölünməsi müəyyən dərəcədə məqsədəuyğun olsa da, şərtidir.
Hormonlarla prohormonlar, histohor-monlar və hüceyrədaxili tənzimedicilər arasında kəskin fərq yoxdur. Bəzi birləşmələr bu maddələr arasında aralıq mövqe tutur. Eyni bir maddə həm hormon, həm də histohormon üçün səciyyəvi olan xassələrə malik ola bilər. Bundan əlavə, qeyri-hormonal amillərin əksəriyyətinin təsir mexanizmi hormonların hüceyrələrə təsirinin həyata keçirilməsi ilə əlaqədardır.