Referat mövzu: Hormonların təsnifatı Şöbə: Mamalıq işi Qrup: 51 Tələbə: Quluyeva Günel Fənn: Tibbi biokimya Rəhbər: Hüseynova Kəmalə



Yüklə 25,05 Kb.
səhifə5/10
tarix14.12.2022
ölçüsü25,05 Kb.
#74776
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Biokimya referat

Böyrəküstü vəziləri hormonları, kimyəvi təbiəti, funksyaları: Böyrəküstü vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal hissəsində yerləşir.
Böyrəküstü vəzilərin həm qabıq, həm də beyin hissəsində çoxlu hormonlar istehsal edilir. Bu vəzilərin çəkisi insanda 10-12 q, inəkdə 10-30 q, donuzda 5 q, qoyunda 3-4 q olur. Bunların çəkisinin 10%-i beyin qatından, 90%-i isə qabıq qatından ibarətdir.
Böyrəküstü vəzilərin beyin hissəsində əmələ gələn hormonlar katexolaminlər adlanır: buraya üç hormon-adrenalin, noradrenalin və izopropilad-renalin aiddir. Adrenalin və noradrenalin həmçinin simpatik sinir sisteminin hücey-rələrində əmələ gəlir. Adrenalin (və ya epinefrin) tipozinin və ya fenilalaninin törəməsidir.
Böyrəküstüvəzilərin qabıq hissəsində isə indiyə kimi 30- a qədər hormonun varlığı müəyyənləşdirilmişdir. Bunların hamısı sterinlərin ketoörəmələridir, steroidlərdir. Misal olaraq kortikoste- ron, kortizon, kortizol (oksikortikosteron) və s. göstərilə bilər.
Böyrəküstü vəzinin qabıq maddəsində sintez olunan hormonların quruluşlarının əsasını tsiklopentanperhidrofenantrenin törəmələri olan preqnan və allopreqnan təşkil edir. Böyrəküstü vəzilərin ümumi çəkisinin 5%-ə qədəri xolesterinin payına düşür. Ondan kortikosteroidlər sintez olunur. Bu hormonlar zülalların, karbohidratların, yağların və mineral maddələrin (düzların, suyun) mübadiləsində əsas rol oynayır.
Mineral maddələrin mübadiləsində iştirak edənlərə mineralokortikoidlər deyilir. Məsələn, aldosteron, dezoksikortikosteron və s. Bunların təsirilə hüceyrələrdə və bioloji mayelərdə natrium və kalium ionlarının paylanması nizamlanır.
Qlükokortikoidlər (kortizon, kortikosteron, pksikortikosteron və s.) karbohidratların mübadiləsində iştirak edir. Bu vəzilərin xəstəliyi nəticəsində xroniki kaxeksiya və zəiflik müşahidə olunur, dəridə piqmentasiya pozulur. Buna bürünc və ya Addison xəstəliyi deyilir.
Mədəaltı vəzi hormonları, kimyəvi təbiəti, funksyaları: Mədəaltı vəzi (pankreas) qarşıq, yəni həm ekzokrin, həm də endokrin funksiyalı vəzilərdəndir. Onun axacağı onikibarmaq bağırsağa tökülür.
Bu vəzin çəkisi insanda 80-90 q, qaramalda 120 q, donuzda 60 q, və qoyunda 40 q-dır. Mədəaltı vəzinin hormonu insulin Langerhans adacıqlarında beta-hüceyrə-lərdə əmələ gəlir. İnsulinin öyrənilməsinə təxminən 50 il bundan əvvəl Minkovski, L. Sobolyov, F. Bantinq və Ç. Best tərəfindən başlanmışdır. Hazırda müəyyən edilmişdir ki, insulin sadə zülaldır. Qeyri-fəal 84 aminturşusunun qalığından ibarət proinsulin şəklində istehsal olunur.
Fəallaşdıqda iki hissədən parçalanaraq, 31-63-cü amin turşusunu itirmiş proinsulin fəal formaya-insulinə keçir. İnsulinin tərkibində 51 aminturşusunun qalığı vardır. Bunlar 2 polipeptid zəncirində birləşir, zəncirin birində 21 amin türşusunun, digərində 30 aminturşusunun qalığı vardır.

Yüklə 25,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin