Hormonlar kimyəvi təbiətinə, funksiyalarına və əmələgəlmə yerlərinə görə də təsnif olunur.
Hormonlar kimyəvi təbiətinə görə 3 əsas qrupa ayrılır: zülal, aminturşuların törəmələri və steroid hormonları. Zülal təbiətli hormonlar sadə (somatotropin, prolaktin, insulun) və mürəkkəb zülal (tireotropin, liporopin), polipeptid (somayostatin, vazopressin, oksitosin) olur.
Bəziləri isə aminturşularının (böyrəküstü vəzin beyin maddəsinin və qalxanabənzər vəzinin hormonları) törəmələridir. Steroid hormonları sterinlərdən əmələ gəlir. Aşağıda hormonların əmələgəlmə yerlərinə görə təsnifi verilir.
Qalxanabənzər vəzin hormonları, kimyəvi təbiəti, funksyaları: Qalxanvarı vəzi çəkicə kiçik olmasına baxmayaraq, qanla ən yaxşı təchiz olunmuş orqandır. İnsanda bunun çəkisi 25- 30 q, inəkdə 10-15 q, qoyunda 5 q, donuzda 7-8 q olur. Bu vəzidə əmələ gələn hormona tiroksin və ya tetrayodironin deyilir. Tiroksini ilk dəfə 1919-cu ildə Kendal tireoqlobulin adlanan zülalın hidrolizindən ayrılmışdır. Qalxanvarı vəzin folikulunda olan bu zülalda 0,5-1 % yod vardır. Onun molekul kütləsi 650-700 min daltonlara yaxındır.
Son zamanlar heyvanların qanında xüsusi maddənin – üçyodtironinin də varlığı müəyyən edilmişdir. Bu maddə tərkibcə tiroksinə yaxındır, amma fəallığı ondan 10 dəfə artıqdır.
Qalxanvarı vəzidə az miqdarda monojodtirozin də olur.
Tiroksinin maddələr mübadiləsində rolu böyükdür. O qaz mübadiləsini, qanda qlükozanı artırır, mitoxondrilərdə oksidləşməklə fosforlaşmanın intensivliyini nizamlayır.
Tiroksin və tiryodtironin orqanizmdə öz funksiyalarını başa çatdırdıqdan sonra tez aminləşmə, yodsuzlaşma və konfuqasiya proseslərinə uğrayır. Yodun ayrılması toxumalarda tiroksin-halogenaza fermentinin iştirakı ilə baş verir. Parçalnmadan ayrılan yod əsasən qeyri-üzvi birləşmələr şəklində böyrəklər vasitəsilə xaric olunur.
Trioksinin istehsalı azalırsa, hipotireoidizm baş verir. Bu qalxanvari vəzinin atrofiyalaşmasından əmələ gəlir. Bu zaman insan və heyvanda qısa boyluluq müşahidə olunur, kretinizm baş verir.
Əgər bu hal yaşlılarda müşahidə edilərsə, miksedema adlanır. Bu zaman xəstələr çox yaşlı görünür, mübadilə prosesi zəifləyir, sulu şişlər əmələ gəlir və piylənmə müşahidə olunur. Qalxanvarı vəzinin degenerativ böyüməsində endimik ur xəstəliyi əmələ gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod az olan yerlərdə (dağlıq və dağətəyi rayonlarda) baş verir.
Qalxanvarı vəzinin hiperfunksiyasına da təsadüf edilir. Bu zaman Bazedov xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini intensivliyi ilə xarakterlənir. Nəticədə orqanizm zəifləyir, spesifik əlamət olaraq çəpgözlülük baş verir, arıqlama, ətraflarda titrəmə müşahidə olunur.
Qalxanvari ətraf vəzilər qlxanabənzər vəzinin arxa səthində yerləşən sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 q-dır).
Bu vəzilərin sintez etdiyi hormon paratireokrin və ya parathormon adlanır. Parathormon 84 aminturşusunun qalığından və lipidlərdən əmələ gəlmiş mürəkkəb zülaldır, tərkibində 12,6-15,5% azot var, molekul kütləsi 700 min daltona yaxındır. Bu zülal iki fraksiyadan ibarətdir. Fəal faksiya suda, duz məhlullarında yaxşı həll olur, proteolitik fermentlərin təsirindən inaktivləşir.
Parathormon Ca2+ və fosfat ionlarının bağırsaqlarından sorulmasını sürətləndirir.
Qalxanvarı ətrafı vəzilərin hormonlarının çatışmazlığında qanda kalsiumun miqdarı azalır, quanidin və fosfor çoxalır, çünki parathormon kalsium və fosfor mübadiləsinin nizamlanmasında iştirak edir. Sinir sisteminin oyanması sürətlənir, tetaniya baş verir. Bədənin müxtəlif əzələlərində sinir əzələ oyanıqlığının yüksəlməsi müşahidə edilir.