Hormonların təsir mexanizmi vətəsnifatı: Hormonlar toxuma və hücey-rələrin funksiyalarına seçmə, spesifik təsir edir. Bu isə hüceyrələrdə hormonlara birləşəcək spesifik zülal reseptorlarının varlığı ilə əlaqədardır. Həmin reseptorlar 2 qrupa bölünür. Onlardan bir qrupu plazmatik membranın (hüceyrə örtüyünün xarici) səthində yerləşir.
Digəri-sitoplazmatik reseptorlar isə hormonla hüceyrənin daxilində birləşir. Birinci növ reseptorlar adenilatsiklaza ilə əlaqədar olduğundan adenilatsiklaza sistemi adlanır. Hormon, məsələn, prolaktin, zülal reseptoru ilə birləşərək hormon-reseptor kompleksini əmələ gətirir. Bu da adenilatsiklazaya təsir edib, onu fəallaşdırır. Sonuncu isə ATF-i siklik AMF-ə çevirir.
AMF hədəf hüceyrədə bəzi orqanellaların və bir sıra spesifik zülalların (məsələn, xromatin zülallarının) fosforlaşmasını sürətləndirən fermentləri (nüvə proteinkinazaları məsələn, fosforilaza) fəallaşdırır. Nəticədə hüzeyrədə gen fəallaşır və müvafiq maddənin (məsələn süd vəzi hüceyrəsində) kazeinin sintezinə başlanır.
Hormonun (məsələn, adrenalin) seçmə təsiri müvafiq reseptorun quruluşu ilə əlaqədardır. Fermentlərin fəallığı siklik QTF və başqa nukleotidlərlə, proataqlantinlərlə də tənzimlənir. Bu yolla, yəni adinilatsiklaza sistemi ilə zülal (prolaktin, insulin bə s.) və polipeptid (adrenokortikotropin, qlükoqon və s.) təbiətli hormonlar, katexolaminlər (adrenalin. noradrenalin) təsir edir.
Steroid hormonları (kortikosteroidlər, androsteronlar, estrogenlər) sitoplazma reseptorlarına təsir göstərir. Onlar spesifik zülal-reseptorlarla birləşərək, sitoplazmada mitoxondiryalarda və başqa orqanlarda hormon-reseptor kompleksi əmələ gətirir. Həmin komplekslər hədəf hüceyrənin sitoplazmasından nüvəsinə keçərək, xromosomlardaki xüsusi zülallarla (akseptorlarla) birləşir
və transkripsiyaya təsir edir. Bu zaman genlər fəallaşır, PHT-nin, o cümlədən mPHT-nin, müvafiq fermentlərin və başqa zülalların (məsələn, yumurtalıq yolunda ovalbuminin) sintezi sürətlənir. Sitoplazmatik zülal reseptoru hormonun təsirinin vasitəsi olub bu xassəni yalnız hormonla birləşdikdə, kompleks əmələ gətirdikdə qazanır. Göstərilən mexanizimlər hormonların təsirində əsas sayılır. Lakin hormonların təsiri ilə mübadilə proseslərinin tənzimində əlavə spesifik amillər də iştirak edir.
Hazırda 100-ə yaxın hormon və hormonoid məlumdur. Hormonoidləri (histamin, serotonin, bradikinin, renin, qastrinsekretin və s.) toxuma hormonları da deyilir. Onlar adi hüceyrələrdə əmələ gəlirlər.
Hormonlar təsirinə görə 2 yerə ayrılır: buraxıcı və icraçı. Buraxıcılara hipotalamusun neyrohormonları aiddir. Onlar bəzi daxili sekresiya vəzilərinin fəaliyətini tənzimləyir. İcraçı hormonlar isə boy, inkişaf, məhsuldarlıq, çoxalma və s-də əlaqədar mübadilə proseslərinə təsir edir.