Azərbaycan respublikasi təHSİl naziLRİYİ naxçivan döVLƏt universiteti



Yüklə 1,95 Mb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü1,95 Mb.
#35142
  1   2   3   4
Mirəli
elan sehiyye

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİLRİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ


  • Fakültə : Təbiətşünaslıq və kənd təsərrüfatı
  • İxtisas : Torpaqşünaslıq və Aqrokimya
  • Kurs : III
  • Fənn : Torpaqların Aqroekoloji qiymətləndirilməsi və ekoloji nəzarət
  • Müəllim : İbrahimova Aynur
  • Tələbə : Səfərli Mirəli

  • SƏRBƏST İŞ

    NAXÇIVAN 2020


PLAN


Aqroekoloji tədqiqatların icrası

Torpağın aqroistehsalat qruplasdırılması

Torpaq münbitliyinin növləri

Azərbaycan torpaqlarında eroziyanın tipləri

Atmosfer havasının çirklənməsinin monitoriyası

Torpaqların çirklənməsi

Torpağın ağır untolob çirklənməsi

Torpağın özünü təmizləmə qabiliyyəti

Torpağın kəmiyyət və keyfiyyət uçotu

Torpağın kadastrı

Aqroekoloji tədqiqatların icrası

1945-ci ildə yaradılan Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaqların genezisi, beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənilməsi və torpaqların deqradasiyası, ayrı-ayrı kənd təsərrüfatı bitkiləri altında olan torpaqların münbitlik modellərinin tərtib edilməsi, qiymətləndirilməsi, torpaqların bonitirovkası və bonitet kartoqramlarının tərtib edilməsi, torpaqların keyfiyyət göstəricilərinə görə monitorinqinin aparılması, torpaqların ekoloji qiymətləndirilməsi əsasında təbii və mədəni biosenozların səmərəli istifadəsi, Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsasları, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması, torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəvi əsasları, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının CİS texnologiyaları əsasında ekoloji qiymətləndirmə xəritələri və digər istiqamətlər üzrə elektron xəritələrinin tərtibi və s. elmi istiqamətlərdə fəaliyyət göstərir. İnstitutun strukturuna 14 labo-ratoriya, Torpaq Muzeyi, Xəritə fondu və Ucar dayaq məntəqəsi daxildir.İnstitutda 208 əməkdaş çalışır. Onlardan 119-u elmi işçi, o cümlədən 2-si akademik, 1-i AMEA-nın müxbir üzvü, 5-i elmlər doktoru, 85-i isə fəlsəfə doktorudur.

Əkinçilik ET İnstitutunun Modernləşdirilmə proqramına uyğun olaraq tədqiqat sahəsində ciddi islahatlar həyata keçirilmişdir. Islahatlara uyğun olaraq Əkinçilik ET İnstitutunun elmi fəaliyyət istiqaməti ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlər yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yerinə yetirilən 6 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 12 mövzu və 26 tədqiqat işlərindən ibarətdir.

Torpağın aqroistehsalat qruplasdırılması

Respublikamızda XX əsrin 60-cı illərinin sonu 70-ci illərin əvvəllərində kənd təsərrüfatında pambıqçılığın və üzümçülüyün inkişaf etdirilməsi və torpaqdan istifadənin intensiv üsullarına keçidlə əlaqədar olaraq torpaqların qiymətləndirilməsinə böyük ehtiyac yarandı. Bununla əlaqədar olaraq 1969-cu ildə Azərbaycan Nazirlər Kabinetinin xüsusi qərarı və Azərbaycan EA Rəyasət  Heyətinin sərəncamı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların Aqroekologiyası və Bonitirovkası laboratoriyası təşkil edilmişdir.

Azərbaycan dövlət kadastr xidmətinin aparılmasının elmi-nəzəri və praktiki əsaslarının işlənməsi və Azərbaycanda aqrar islahatı, onun nəticələrinin elmi təhlili, proqnozlaşdırılması sahəsində araşdırmaların aparılmasına başlanmışdır. Bu tədqiqatların real nəticəsi olaraq Q.Ş.Məmmədovun «Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər» (2002) və «Azərbaycanın dövlət torpaq kadastrı hüquqi, elmi və praktiki məsələləri»  (2003) monoqrafiyaları nəşr olunmuşdur.

Hal-hazırda laboratoriyada güclü elmi potensiala söykənilərək bir neçə elmi istiqamətdə işlər aparılır: torpaqların ekoloji və digər aspektlərdən qiymətləndirilməsi və monitorinqi əsasında təbii və mədəni biosenozların yaxşılaşdırılması, səmərəli istifadəsi və məhsulvermə qabiliyyətinin idarə edilməsi və bu işlərin iqtisadi baxımdan əsaslandırılması; landşaft kompleksləri torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi; landşaft komplekslərinin ekoturizm baxımından qiymətləndirilməsi;  meşə, üzüm, taxıl, tərəvəzaltı torpaqlarda və xüsusi mühafizə olunan ərazilərdə münbitlik göstəricilərinin çoxillik dəyişkənliyi üzərində monitorinq aparılmasının elmi-nəzəri və metodiki əsaslarının təkmilləşdirilməsi; nektar tutumlu ərazilərin ekoloji və iqtisadi qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsaslarının işlənməsi; torpaq resurslarının kadastr və iqtisadi istiqamətləndirilməsi, torpaq-kadastr rayonlaşdırılması əsasında idarə edilməsinin elmi-nəzəri və metodiki əsaslarının təkmilləşdirilməsi.

Torpaq münbitliyinin növləri




Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə