AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Abbas Səmədov
Filologiya və pedaqoji elmləri doktoru, professor
FİLOLOGİYA ELMLƏRİ DOKTORU,
PROFESSOR SƏDNİK PAŞA
PİRSULTANLININ
ELMİ-NƏZƏRİ İDEYASI
Gəncə Dövlət Universitetinin Elmi
Şurasının 30 may 2012-ci il tarixli
qərarı ilə nəşr olunur
Bakı, “Azərnəşr”- 2012
Elmi redaktor: Qara Namazov,
Bakı Dövlət Universitetinin Mir
Cəlal Paşayev adına Azərbaycan
ədəbiyyatı kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor.
Rəyçi: Sadıq Şükürov,
Filologiya elmləri doktoru,
Gəncə Dövlət Universitetinin professoru.
Professor Abbas Səmədov
Filologiya elmləri doktoru, professor
Sədnik Paşa Pirsultanlının
elmi-nəzəri ideyası.
Azərbaycan ədəbiyyatı tarixində görkəmli folklorşünas alim, istedadlı şair, məsuliyyətli publisist, mahir pedaqoq, əməkdar müəllim, əmək veteranı, qabaqcıl təhsil işçisi, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı yetmişdən artıq kitabın, dərsliyin, dərs vəsaitinin, üç yüzdən artıq elmi və metodik məqalənin müəllifidir. Professor Sədnik Paşa Pirsultanlının ədəbi irsində elmi-nəzəri ideyası çox zəngin və təlim-tərbiyəvi mahiyyətli, yüksək əxlaqi keyfiyyətlidir.
Professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideyasından bəhrələnmiş, onun əsasında formalaşıb inkişaf etmiş və bu kitab vasitəsilə oxuculara hədiyyə verilir və müəllifə parlaq uğurlar qazandırılır.
EL03 0032 Qrifli nəşr
032.06.06.2012
ÖN SÖZ
Azərbaycan xalqının bədii söz sənəti onun tarixi qədər qədimdir. Azərbaycan şifahi xalq yaradıcılığı, Azərbaycan folkloru Azərbaycan xalqının, Azərbaycan dilinin yarandığı gündən meydana gəlmiş, yüzilliklər boyu nəsildən-nəsilə keçərək inkişaf etmiş, zənginləşmiş, müasir müstəqil dövrümüzə gəlib çatmışdır.
Azərbaycan xalqı istək və arzularını şifahi yaradıcılığında, yəni folklorunda bildirmiş, poetik şəkildə ifadə etmişdir.
“Folklor” istilahını 1846-cı ildə ingilis tarixçisi Vilyam Toms işlətmiş və mərasim nəğmələrini toplayıb nəşr etdirməyin əhəmiyyətini göstərmişdir. “Folklor” sözünün hərfi mənası xalq biliyi, xalq hikməti deməkdir.
Ümummilli liderimiz Heydər Əliyev şifahi xalq ədəbiyyatını Azərbaycan xalqının milli ədəbiyyatının əsas və ayrılmaz tərkib hissəsi, həm də ədəbiyyatın başlanğıcı adlandırır.
Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı, folkloru xalqın danışıq dilinin incəliklərini poetik şəkildə ifadə edən zəngin xəzinədir. Şifahi xalq yaradıcılığı, folklor söz sənətinin başlanğıcıdır, xalqın hafizəsində yaşayan misilsiz dəryadır.
Ulu öndərimiz Heydər Əliyev qədim və zəngin tarixə malik Azərbaycan xalqını yaşadan və müasir dövrümüzə gətirib çıxardan ədəbiyyatı yüksək qiymətləndirir və deyir:
“Çoxəsrlik tariximizdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır.
Azərbaycan xalqı tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışdır. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür”.
Tarixi mənbələr aydın göstərir və təsdiq edir ki, Azərbaycan xalqı fitrətən şair xalq olmuş, müqəddəs ana laylasından başlamış şeirlə qidalanmış, şifahi poeziya Azərbaycan xalqı üçün günəş, hava və su qədər zəruri olmuşdur.
Azərbaycan xalqına şifahi xalq yaradıcılığı, folklor (xalq biliyi, xalq hikməti) həmişə əsas qüvvə vermiş, onun qəlbini pərvazlandırmış, ona parlaq inam və ümid vermişdir. Azərbaycan torpağının barı şeirlə, musiqi ilə toplanır. Zəhmətkeşlərin əməyini şeir, nəğmə yüngülləşdirir, ona şərəfli təkan verir. Azərbaycan folkloru ideya məzmunu, ictimai əhəmiyyəti, təlim-tərbiyəvi və bədii-estetik mahiyyəti ilə gənc nəslə yüksək əxlaqi keyfiyyətlər aşılayır.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqının qədim dövrdən ədəbiyyata dərin məhəbbət bəslədiyini, onu öyrəndiyini yüksək qiymətləndirmiş və yazmışdır:
“Bizim xalqımız ən qədim zamanlardan ədəbiyyatla, ədəbiyyat nümunələri ilə tanınıbdır. Xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və inkişafında çox böyük rol oynayıbdır”.
Məlumdur ki, dahiləri, tarixi şəxsiyyətləri dövr, zaman yetişdirir. Heydər Əliyev ümumbəşəri duyğulara sədaqətlə xidmət edən, parlaq düha, yetkin kamal, dərin zəka sahibidir, əvəzsiz, təkrarolunmaz tarixi şəxsiyyətdir, dünya şöhrətli siyasətçidir.
Bəşəriyyət tarixində Heydər Əliyev ucalığı və parlaq zirvəsi ona ümumxalq məhəbbəti qazandırmış, onun bəşər nəslinin zinəti, böyük nailiyyəti və qızıl fondu olduğunu təsdiqləmişdir.
Görkəmli folklorşünas, filologiya elmlər doktoru, professor Sədnik Paşa Pirsultanlı elmi-nəzəri ideyasında həmişəyaşar, dahi Heydər Əliyevin zəngin azərbaycançılıq ideyasından bəhrələnmiş, ondan ilham almış, dərin məzmunlu və parlaq ideyalı əsərlər yazıb oxuculara hədiyyə vermişdir.
Polşa prezidenti Aleksandr Kvas Nevski demişdir: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin rəhbəri olmaqla yanaşı, həm də zəmanəmizin görkəmli liderlərindən biridir”.
Türkiyə Böyük Millət Məclisinin millət vəkili Aysel Köksoy iftixarla yazmışdır: “Türkiyəlilərin Atatürk kimi lideri vardır, azərbaycanlılar da xoşbəxtdirlər ki, onlar Heydər Əliyev kimi bir liderin ətrafında sıx birləşmişlər. Məhz buna görə də həm türkiyəlilər, həm də azərbaycanlılar öz talelərinə minnətdar olma-lıdırlar”.
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin fikir dünyası Azərbaycan xalqının bu gününə, sabahına aydın yol göstərən mayaq olduğuna görə professor Sədnik Paşa Pirsultanlı ondan öyrənməyi, ilham almağı və gözəl sənət inciləri yaratmağı özünə şərəf bilmiş, bu yolda parlaq uğurlar qazanmışdır.
Professor Sədnik Paşa Pirsultanlının yazıb çap etdirdiyi yetmişdən artıq kitabı ulu öndərimiz Heydər Əliyev dünyasının şərəfli və səmərəli təsirinin bəhrəsidir. Görkəmli şair Əli Tudə on iki bənddən ibarət “Azərbaycan” adlı qoşmasında Azərbaycanı poetik dillə tərənnüm edir və yazır: “Azərbaycan bir qaladır”, “Azərbaycan bir anadır, süfrədir, ocaqdır, xalıdır, zəmidir, dənizdir, gülşəndir, nəğmədir, dastandır, dünyadır”:
Azərbaycan bir anadır,
Hər övladı bir qürur.
Alovların içində də,
Uğur qazanmış, uğur!
Azərbaycan bir ocaqdır,
Hər alovu bir bayraq.
Hüsnünə əl uzadanı,
Yandırıb yaxır ancaq!
Görkəmli folklorşünas, fitri istedadlı şair, məsuliyyətli jurnalist, görkəmli maarif xadimi, mahir pedaqoq, filologiya elmlər doktoru, pro-fessor Sədnik Paşa Pirsultanlı humanist, vətən-pərvər, əməksevər, tələbkar, qayğıkeş, vətən və xalq eşqi ilə folklor toplayan, tədqiqat əsərləri, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri yazıb çap etdirən müdrik tarixi şəxsiyyətdir.
Görkəmli alim, mahir pedaqoq, şair, istedadlı folklorşünas, professor Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olmuşdur.
Sədnik Paşa Pirsultanlının nəslinin ilk mənşəyi Gəncədən başqa, Türkiyənin Sivası, Güney Azərbaycanın Pirsultan kəndi və Qazax rayonunun Kosalar kəndi ilə sıx əlaqəlidir.
Sədnik Paşa Pirsultanlı Dəstəfur internat məktəbini 1949-cu ildə qurtarıb, 1950-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub, 1954-cü ildə fakültəni yüksək qiymətlərlə bitirmiş, institutun elmi şurası asbiranturaya daxil olmaq üçün təqdimat vermişdir.
Sədnik Paşa Pirsultanlı 1955-ci ildən 1970-ci ilə qədər Daşkəsən rayonunda “Yeni Daşkəsən”, Goranboy rayonunda (rayonlararası) “Mübariz”, Kəlbəcər rayonunda “Yenilik” adlı qəzetlərin redaktoru, “Kirovabad kommunisti” qəzetində isə məsul katib vəzifəsində səmərəli işləmiş, həmişə mükafatlandırılmışdır.
Sədnik Paşa Pirsultanlı rayon qəzetlərinin redaktoru vəzifəsində işləməklə kifayətlənməmiş, həmişə arxivlərdə, Əlyazmaları İnstitutunda, dövlət və şəxsi kitabxanalarda çox səmərəli axtarışlar aparmış, elmi-nəzəri və pedaqoji-metodik materialları toplamış, tədqiqat əsərləri yazmaq üçün hazırlamışdır.
Sədnik Paşa Pirsultanlının bu materialları toplamaqda əsas məqsədi dissertasiya yazmaq, professor səviyyəsinə yüksəlmək olmuşdur.
Xoşbəxtlikdən səmərəli tədqiqatçı və məsuliyyətli publisist Sədnik Paşa Pirsultanlı bu müqəddəs arzusuna çatmış, filologiya elmləri doktoru, professor səviyyəsinə yüksəlmiş, faydalı elmi-tədqiqat əsərləri yazıb çap etdirmiş, oxucuların mütaliəsinə verib parlaq uğurlar qazanmış, yalnız Azərbaycanda deyil, Türk dünyasında, Yaxın və Orta Şərqdə görkəmli folklorşünas alim kimi tanınmış, sevilmiş, dərin hörmət qazanmışdır.
Sədnik Paşa Pirsultanlı 1970-ci ildən Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. Hazırda universitetin professorudur.
Professor Sədnik Paşa Pirsultanlı Azərbaycan Jurnalistlər Birliyinin (1960), Aşıqlar Birliyinin (1989), Yazıçılar Birliyinin (2004), Yeni Azərbaycan Partiyasının (2003) üzvüdür.
Professor Sədnik Paşa Pirsultanlı yüzlərlə elmi-nəzəri, pedaqoji-metodik məqalənin və yetmiş kitabın müəllifidir.
Professor Sədnik Paşa Pirsultanlı “Əmək veteranı” (1988), “Əməkdar mədəniyyət işçisi” (1992), “Qabaqcıl təhsil işçisi” (2007), “Əməkdar müəllim” adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Professor Sədnik Paşa Pirsultanlı “Yurddan səslər” jurnalının və “Xalq ozanı” qəzetinin təsisçisi və redaktorudur.
Professor Sədnik Paşa Pirsultanlı humanist, vətənpərvər, əməksevər, tələbkar və qayğıkeş, müdrik və gözəl insandır. Onun “Vətəndi” və “Vətənimə dəyməsin” adlı poetik kəlamları fikrimizi təsdiqləyir. Buna görə də hər iki şeiri oxucuların mütaliəsinə veririk:
Vətəndi
Bir çiçək də vətəndi,
Bir ləçək də vətəndi,
Bir budaq da vətəndi,
Bir yarpaq da vətəndi.
Bir topa gül vətəndi,
Bir yuva da vətəndi,
Bir koma da vətəndi.
***
Qurban olum,
Bir yanı Dərbənd vətənə.
Qurban olum,
Bir yanı qürbət vətənə.
Qurban olum,
Təbrizimə, Göyçəmə,
Qəlbim büründü qəmə,
Bir qəmim də vətəndi,
Ürəyim də vətəndi.
Vətənimə dəyməsin
Düşmənin mərmisi,
gülləsi,
Qoy mənə dəysin,
Vətənimə dəyməsin.
Analar
Sədnik adlı oğulu,
bir də doğar.
Vətəni
heç kəs doğa bilməz.
Vətənim
salamat olsa,
özümün olsa,
heç kəs məni
boğa bilməz.
Əsil türkəm,
əcdadım doğulan yerdi
mənim Vətənim.
Törəmə türk olsaydım,
harda olsa yaşardım,
Vətəndən uzaqlaşardım.
Yox, yox,
bircə günüm
Vətənsiz olmasın.
Ancaq bu torpağın Günəşi
məni qızdırar,
məni yaşadar,
məni mənə oxşadar.
Analar
Sədnik adlı oğlu,
Bir də doğar,
Vətəni
heç kəs doğa bilməz.
“Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası” kitabı on dörd fəsildən ibarət, tarixilik, elmilik, müasirlik, pedaqoji və metodik prinsiplər əsasında yazılmış, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideyası rəhbər tutulmuş, ondan səmərəli istifadə olunmuşdur.
Bu monoqrafiyada filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının görkəmli və əməksevər folklorşünas tədqiqatçı olduğu, zəngin Azərbaycan folklorunu çox diqqətlə araşdırdığı və yetmişdən artıq kitab yazıb çap etdirdiyi və oxuculara ərməğan verib parlaq uğurlar qazandığı göstərilir.
Şübhəsiz ki, görkəmli folklorşünas alimin zəngin yaradıcılıq yolunu, xüsusilə elmi-nəzəri azərbaycançılıq ideyasını bir monoqrafiyada ətraflı təhlil etmək mümkün deyildir.
Ola bilər ki, ilk təşəbbüs olan bu kitabda müəyyən çatışmayan cəhətlər olsun. Buna görə də oxuculara dərin minnətdarlığımızı bildirir, onlara uzun ömür, şərəfli fəaliyyətlərində parlaq uğurlar arzulayırıq ki, ədəbi-tənqidi qeydlərini, arzu və istəklərini bizə yazsınlar, bizdən köməklərini qətiyyən əsirgəməsinlər.
I FƏSİL
Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlının
elmi-nəzəri ideyası
Mənalı ömrünün qırx ildən artıq müddətini Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi problemlərinə həsr etmiş professor Sədnik Paşayev Türk dünyasının çox gözəl tanıdığı və səmimi hörmət bəslədiyi görkəmli folklorşünas alimdir.
Azərbaycan folklorşünaslığında əsatir və əfsanələrin bir küll halında toplanması, nəşri və tədqiqi sahəsində, həm də Azərbaycan aşıq yaradıcılığı haqqında dərin məzmunlu, tərbiyəvi mahiyyətli, parlaq ideyalı, faydalı kitablar yazıb nəşr etdirməkdə professor Sədnik Paşa Pirsultanlının şərəfli fəaliyyəti təqdirə layiqdir.
Professor Sədnik Paşa Pirsultanlı Gəncə şəhərində “Çeşmə” folklor teatrını yaratmış, “Ozan” və “Bulaq” verilişlərində xalq mahnılarına yeni həyat vermiş, xalqa şərəfli xidmət etməyin carçısı olmuşdur.
Professor Sədnik Paşa Pirsultanlı Gəncə şəhərində “Çeşmə” folklor teatrını və “Ozan aşıq muzeyi”ni yaratdığına, yəni aşıq yaradıcılığının inkişafı sahəsində xidmətlərinə görə Respublikanın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Professor Sədnik Paşa Pirsultanlının folklorşünas alim kimi səmərəli əməyini elm və sənət adamları yüksək qiymətləndirirlər. Onun əsərlərini mütəxəssis tənqidçilər, elm və mədəniyyət xadimləri dövrü mətbuatda yüksək qiymətləndirir, ona şərəfli fəaliyyətində parlaq uğurlar arzulayırlar.
Professor Sədnik Paşa Pirsultanlıya xarici ölkələrdən, Türkiyədən, Qazaxıstandan və Orta Asiyadan, Dağıstandan, qonşu ölkələrdən həmişə məktublar göndərilmiş və göndərilir. Onun kitablarını istəyirlər və yaradıcılığına səmərəli münasibət bildirirlər.
Professor Sədnik Paşa Pirsultanlı müstəqil Respublikamızın hüdudlarından kənarda olan elm və mədəniyyət, sənət və incəsənət, maarif və təhsil xadimləri, mütəxəssislər, gözəl tarixi şəxsiyyətlər, şairlər, nasirlər, tərcüməçilər, publisistlər, ümumiyyətlə, ziyalılarla səmimi əlaqə saxlayır, onlarla görüşür, qarşılıqlı münasibətlərini bildirir.
Həmin görkəmli şəxsiyyətlər də professor Sədnik Paşa Pirsultanlı haqqında xeyirxah münasibətlərini, arzu və istəklərini yazır, ona uzun ömür, cansağlığı və parlaq uğurlar arzulayırlar.
Professor Sədnik Paşa Pirsultanlının yaradıcılığının, əsərlərinin əsasən vətənə və xalqa, azadlığa, xoşbəxtliyə, xalqlar dostluğuna, sülhə, mehribanlığa, ağsaqqallara, ağbirçəklərə, analara, övladlara, gələcəyin şərəfli qurucuları olan gənc nəslə dərin sevgi və məhəbbət təşkil edir.
Professor Sədnik Paşa Pirsultanlının elmi-nəzəri ideyası çox dərin məzmunlu, təlim-tərbiyəvi mahiyyətli, bədii-estetik və yüksək insani keyfiyyətlərlə zəngindir, rəngarəngdir, misilsiz elmi-nəzəri ideya salnaməsidir.
Ümumiyyətlə, professor Sədnik Paşa Pirsultanlının məqalələri, əsərləri, monoqrafiyaları, tədqiqat kitabları, çıxışları, nitqləri, müsahibələrinin və tövsiyyələrinin məzmunu, ideyası qiymətli əxlaqi keyfiyyətlər çələngi, maraqlı və faydalı ideya mənbəyidir.
Professor Sədnik Paşa Pirsultanlının ilk kitabı “Lalə” (Aşıq Bəsti) 1969-cu ildə Bakıda nəşr olunmuşdur. Onun Aşıq Bəstinin ədəbi ictimaiyyətə məlum olmayan əsərlərini “Lalə” adı ilə “Gənclik” nəşriyyatında çap etdirib oxuculara hədiyyə verməsi folklor aləmində cəsarətli və parlaq uğurlarının nəticəsi olmuş, ona dərin hörmət qazandırmış, onu məsuliyətli folklorşünas kimi tanıtmışdır.
Professor Sədnik Paşa Pirsultanlının “Yaşayan əfsanələr” (1973), “Xəstə Qasım” (1975), “Yurdumuzun əfsanələri” (1976), “Nizami və folklor” (1976), “Yanardağ əfsanələri” (1978) adlı kitabları görkəmli mütəfəkkir alimlər M.H.Təhmasib, H.Araslı, Qara Namazov, P.Əfəndiyev və başqaları tərəfindən yüksək qiymətləndirilmiş, ciddi axtarışların və səmərəli tədqiqatın nəticəsi olduğu göstərilmişdir.
Professor Sədnik Paşa Pirsultanlının “Ağdabanlı Qurban və müasirləri” adlı elmi əsəri tarixilik, müasirlik və elmilik prinsipləri əsasında yazılmış, ətraflı elmi-nəzəri təhlil aparılmışdır.
Folklorşünas Sədnik Paşa Pirsultanlı 1970-ci ildə “Ağdabanlı Qurban və onun müasirləri” mövzusunda namizədlik, 1990-cı ildə “Azərbaycan xalq əfsanələri və onun tədqiqi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru adını almış, 1992-ci ildə professor elmi adına layiq görülmüşdür.
Folklorşünas Sədnik Paşanın professor səviyyəsinə yüksəlməsi oxucuların qəlbini pərvazlandırmış, ona parlaq uğurlar qazandırmışdır.
Əmək və müharibə veteranı, “Əməkdar mədəniyyət işçisi”, “Elm tədrisi”, “Fəxri ziyalı” diplomları laureatı Sədnik Paşa Pirsultanlı doqquz dərsliyin, on şeir kitabının, beş dərs vəsaitinin müəllifidir. O, Türkiyədə nəşr edilən “Dost-dost” və “Milli folklor” jurnallarının Azərbaycan təmsilçisidir.
Professor Sədnik Paşayev Xəlil oğlunun ulu əcdadı şair-aşıq Pirsultan Abdalın nəsil-soyudur. Məhz buna görə də istedadlı şair və folklorşünas, Sədnik Paşayevin zəngin mənəviyyatlı ömür-gün yoldaşı Səfurə xanım “Pirsultanlı” təxəllüsünü seçmiş, haqlı olaraq Səfurə xanım Pirsultanlı yazmışdır.
Professor Sədnik Paşa Pirsultanlının folklorşünaslıq fəaliyyətinə parlaq uğurlar işığını mərhum şair, xalq yaradıcılığının kamil bilicisi kimi şöhrət qazanan, üç oğul, üç qız anası Səfurə xanım Pirsultanlı yandırmışdır.
Professor Sədnik Paşa Pirsultanlı Ağrıdağ, Şahdağ, Uludağ, Babadağ, Göyçə, Borçalı, Qazax, Dərəçiçək, Dərələyəz, Zəngibasar mahalını, Təbriz, İstanbul, İzmir və s. cənnət məkanlarını qarış-qarış gəzmiş, xalq yaradıcılığının nadir nümunələrini toplamış, sinədəftərinə, könül zirvələrinə cilalamış, diqqətlə nəzərdən keçirib tədqiq etmiş, faydalı kitablar çap etdirmiş, oxucuların mütaliəsinə hədiyyə vermiş, dünyada fitri istedadlı folklorşünas kimi tanınıb sevilmişdir.
Professor Sədnik Paşa Pirsultanlı səmərəli fəaliyyəti ilə parlaq uğurlar qazanmış və müasir müstəqillik dövrümüzdə də qazanır.
Professor Sədnik Paşa Pirsultanlının “Azərbaycan folkloru və aşıq yaradıcılığı”, “Ozan-aşıq yaradıcılığının nəzəri məsələləri”, iki cilddən ibarət “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar”, “Ağdabanlı şair Qurban”, “Azərbaycan eposunun əfsanə qaynaqları”, “Xalqın söz mirvariləri”, “Lətifələr”, “Tapmacaların inkişafı” və s. kitabları Azərbaycan folklor xəzinəsini zənginləşdirən sənət inciləridir.
Professor Sədnik Paşa Pirsultanlının zəngin elmi-nəzəri, pedaqoji-metodik və ədəbi irsi Azərbaycan ədəbiyyatının nadir incisidir, gənc nəslin dünyagörüşünü, bilik dairəsini, əxlaqi-estetik zövqünü zənginləşdirən xəzinədir. Bu xəzinəni yaratmağa gənc yaşlarından başlayan Sədnik Paşa on beş yaşında yazdığı ilk şeiri oxuculara hədiyyə verməyi faydalı bilirik:
Daşkəsəni görən könül,
Fərəhlənir, coşa gəlir.
At keçməzdi bu yerlərdən,
Avtomaşın qoşa gəlir.
Professor Sədnik Paşa bu dövrdən sazla-sözlə maraqlanır, poeziyanı, musiqini sevir, onun vurğunu olur. Qədim və zəngin Azərbaycan poeziyası professor Sədnik Paşa Pirsultanlını cavanlığından ilhamlandırır.
Onun ana nənəsi Leyli qarının çəkdiyi bayatılar, dayısı Əbdülkərimin düzüb-qoşduğu qoşmalar, gəraylılar qəlbini pərvazlandırır, xalq yaradıcılığının vurğunu olmağa təkan verir.
Gəncəbasar aşıq məktəbinin inkişafında Xoşbulaq yaylağı məşhur xalq sənətkarlarının dayancaq məskanı, şer-sənət yurdu olmuşdur. Aşıq Ələsgər iftixarla demişdir:
Həsənnənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı?
Ölsün Ələsgərtək qulların dağlar.
Aşıq Ələsgər dağlara baxıb sarsılmış, nankor ermənilər, ziyankar erməni daşnakları qırğın salmış, talançılıq etmişdir. Buna görə də Aşıq Ələsgər 1905-ci ildə deyir:
Hanı bu dağlarda yaylayan ellər?
Görəndə gözümdən car oldu sellər...
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa güllərin dağlar!
Gözəllər çeşməndən götürmür abı,
Dad verə dahanda kövsər şərabı.
Xaçpərəstlə düşdü pund inqilabı,
Onunçün bağlandı yolların, dağlar!
Kəpəz, Murov, Qonur-gör neçə dağ var...
Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın ortasında yağdırırsan qar,
Səf çəkib üstündə Sərdarın, dağlar!
Azərbaycan şifahi və yazılı ədəbiyyatını öyrənən Sədnik Paşa jurnalist, şair, folklorşünas kimi səmərəli fəaliyyət göstərməyə başlayır. O, “Ağdabanlı Qurban və müasirləri” adlı elmi-tədqiqat üzərində işləyərkən onun müasirləri Aşıq Ələsgər, sənətkar Abdulla, Növrəs İman, Aşıq Bəsti kimi sənətkarların yaradıcılığı ilə ətraflı tanış olmuşdur.
Sədnik Paşa Pirsultanlının Göyçə mahalına səfərləri onun parlaq zəkasını zənginləşdirmiş, aşıq poeziyasını və əfsanələri öyrənməyə başlamış, bu zəngin ədəbi-bədii mənbə onda dərin maraq oyatmışdır.
Sədnik Paşa “Bir əfsanənin izi ilə” (1976), “Dədə Qorqud dastanı və xalq əfsanələri” (1982), “Dəli Domrul boyu və xalq əfsanələri” (1985), “Səməd Vurğun və xalq əfsanələri” (1982), “Əsli-Kərəm” dastanı və xalq əfsanələri” (!983) adlı məqalələr yazıb dövrü mətbuatda çap etdirir.
Bu məqalələr dərin məzmuna və tərbiyəvi mahiyyətə malik sənət inciləridir.
Professor Sədnik Paşa Pirsultanlı yalnız Azərbaycanda deyil, bir sıra ölkələrdə çox mənalı səfərlərdə olmuş və bu yerlərə səyahət edib gəzdiyi zaman yazmışdır:
Mənim Təbriz həsrətim var,
Üstündən keçimmi, Araz?
Ayrılığın göz yaşısan,
Suyundan içimmi, Araz?
Sədnik Paşa müasir dövrümüzdə Qarabağ münasibətlərini “Əylən durnam”, “Ay ana bülbül”, “Didərgin demə”, “Köçkün durnalar” və.s. şerlərində əks etdirir, indiki tarixi hadisələri inandırıcı verir. Ona görə ki, onun alovlu qəlbində vətən həsrəti, ana torpaq sevgisi, xalq məhəbbəti çox qüvvətlidir.
Sədnik Paşa Pirsultanlının “Sevincim, kədərim” silsiləsindən yazdığı “İnciçiçəyim”, “Sənsiz”, “Gözləyir”, “Xoş gəldin”, “Pünhan-pünhan”, “Qoşa yarpaq”, “Bənövşə”, “Dağların”, “Yuxuya həsrət” və s. şerləri sevimli həyat yoldaşı, folklorşünas Səfurə xanım Pirsultanlıya həsr edilmişdir:
Gündüzlər gözümdə, xəyalımdasan,
Gecələr qəribəm, qəribəm sənsiz.
Yuxum yox, yuxuma gələsən gülüm,
Gecələr qəribəm, qəribəm sənsiz.
Professor Sədnik Paşa Pirsultanlı zəngin mənəviyyatlı, incə və ülvi keyfiyyətli ömür-gün yoldaşı Səfurə xanımı alovlu qəlbində əbədi yaşadır. Ona görə də Səfurə xanım haqqında poetik sənət inciləri yaratmağı özünə şərəf bilir.
Sədnik Paşa Pirsultanlının 1996-cı ildə nəşr olunan “İnciçiçəyim” adlı şeirlər kitabı həqiqi mənada amansız fələyin vaxtsız apardığı Səfurə xanımın mənalı ömrünün poetik çələngidir.
Bu kitabda müəllifin elmi-nəzəri ideyasının poetik ifadəsi bədii lövhələrlə çox təsirli ifadəsini tapır. Onun şeir dünyası məzmunlu, mənalı və müdrikdir.
Professor Sədnik Paşa Pirsultanlının “Tale ulduzu”, “Mayaklar”, “Dağlar qızı”, “Murov dağının ətəklərində”, “Gülüstanda bir gün”, “Dağda dəryaça”, “Yazılmamış kitab”, “Günəşə doğru” oçerklər kitabını ictimai həyat və təbiət hadisələri ilə vəhdətdə yazmış, oxucuya gözəl əxlaqi keyfiyyətlər aşılamışdır.
Sədnik Paşanın “Ədəbiyyat və incəsənət” qəzetinin 1955-ci il 2 sentyabr tarixli nömrəsində verdiyi “Aşıq havalarını diqqətlə toplamalı” adlı məqaləsi çox ciddi təsir edir, saz havalarının kütləvi şəkildə lentə köçürülməsi göstərilir.
Sədnik Paşa aşıq şerinin bir növü sayılan divanisinin yazılı şerimizin qəzəl janrından törədiyini və aşıq poeziyasında əbədi yer tutmasını düzgün göstərmişdir.
Tədqiqatçı professor, Sədnik Paşa Pirsultanlı “Ağdabanlı Qurban və Göyçə mühiti” adlı məqaləsində Göyçə aşıq məktəbinin və Kəlbəcər aşıq mühitinin tarixini mənbələr əsasında şərh edir və yazır: “Göyçə aşıqlarının inkişafı Aşıq Ələsgərlə bağlı olduğu kimi, Kəlbəcər aşıqlarının, el şairlərinin yetişməsi də Ağdabanlı Qurbanın adı ilə bağlıdır. O, Kəlbəcərə qayıdandan sonra “Qurban bulağı” məclisini yaradır.
Məclisdə şeir oxuyub müzakirə edirlər. Klassiklərin əsərlərindən parçaları oxuyub qulaq asırlar. Ağdabanlı Qurban, Aşıq Ələsgər, Aşıq Bəsti və Usta Abdulla bu məclisin ilk iştirakçıları olmuşlar”1.
Bu zaman Kəlbəcərdəki “Qurban bulağı” məclisi ilə paralel Şəmkirdə də “Dilqəm bulağı” məclisi səmərəli fəaliyyət göstərmişdir. Bu məclis Şəmkirli Hüseynin təşəbbüsü ilə yaradılmışdır.
Məclisdə Qaracəmirli Qasım, Molla Əhməd, Uğurlu oğlu Cəfər, Dəmirçi Məcnun, Aşıq Çoban, Seyfəli Pənah və başqa istedadlı sənətkarlar fəal iştirak etmişlər.
“Qurban bulağı” məclisində Aşıq Ələsgərin oğlu Talıb, qardaşı oğlanları Nəcəf, İman, kürəkəni Qurban, Ağdabanlı Qurbanın oğlu Şəmşir fəal iştirak etmiş, tanınıb hörmət qazanmışdır.
“Dilqəm bulağı” məclisində Aşıq Çoban, Morullu Teymur və başqa sənətkarlar toplanıb fəaliyyət göstərmişlər.
Sədnik müəllim mənalı fəaliyyətində nankor ermənilərə həmişə nifrət yağdırmışdır.
1918-ci ildə erməni daşnaklarının törətdikləri cinayətlər nəticəsində Göyçə mahalından bir çox ailələr Kəlbəcərdə məskunlaşmışlar. Aşıq Ələsgərin ailəsi də Kəlbəcərə köçür, Qalaboy-nunda yurd salıb yaşayır.
Aşıq Ələsgər də dəyirmançılıqla məşğul olur. Bu ərazi Aşiq Ələsgərin qadını Anaxanımın doğulduğu Yanşaq kəndinin yaxınlığındadır. Hər iki məclis arasında Aşıq Ələsgərlə Şəmkirli Hüseyn səmimi dostluq yaradır.
Professor Sədnik Paşa Pirsultanlı yazır ki, “Göyçə şərilisi”, “Göyçəgülü”, “Nəcəfi”, “Göyçə qaytarması”, “Qurban bulağı” məclisinin, “Aşıq Hüseyni”, “Dilqəmi”, “Aran gözəlləməsi” kimi havalar isə “Dilqəm bulağı” məclisinin iştirakçıları tərəfindən yaradılmışdır.
Folklorşünas Sədnik Paşa Pirsultanlı “Qurban bulağı” və “Dilqəm bulağı” məclislərinə M.P.Vaqif, Ə. Nəbati, Q.Zakir kimi sənətkarların təsir etdiyini elmi şəkildə əsaslandırmışdır.
Professor Sədnik Paşa Ağdabanlı Qurbanın Aşıq Bəstiyə təsirini göstərir və nümunələrlə təsdiqləyir. Aşıq Bəsti deyir:
Çox axtardıq, tapammadıq bir çara,
Bəylər günümüzü eylədi qara.
Bunlar ki, var, Bəsti, daha dağlara,
Nə yaz gəlməz, nə yay olmaz, ay olmaz.2
Professor Sədnik Paşa Pirsultanlı Xəstə Qasım, Növrəs İman, Aşıq Şəmşir kimi görkəmli sənətkarların yaradıcılıq yolunu ətraflı araşdırmış, əhəmiyyətli tədqiqat əsərləri yazmışdır. Onun Göyçə aşıqları, ümumiyyətlə, Azərbaycan aşıqları haqqında apardığı araşdırmalar və yazdığı tədqiqat əsərləri çox qiymətlidir.
Professor Sədnik Paşa Pirsultanlının 1990-cı ildə çap etdirdiyi “XIX əsr azərbaycan aşıq yaradıcılığı” adlı monoqrafiyası çox səmərəli tədqiqatın nəticəsidir. Tədqiqatçı Sədnik Paşanın “Miskin Abdal” (1985), “Ağqızoğlu Piri” (1984), “Məlikballı Qurban” (1987), “Məcnun təxəllüslü şair” (1987), “Uğurlu oğlu Cəfər” (1987), “Növrəs İman” (1869), “Sənətkar Abdulla” (1989), “Tifil Əsəd” (1988), “Ağbulaqlı Aşıq Aqil” (1988) məqalələri dərin məzmunlu, zəngin ideyalı, sənətkarlıqla yazılmış sənət inciləridir.
Professor Sədnik Paşa Pirsultanlının “Kitabi-Dədə Qorqud” və “Koroğlu” abidələri ilə bağlı əfsanələri araşdırıb tədqiq etməsi əhəmiyyətlidir. Onun gəldiyi nəticə bundan ibarətdir ki, “Vəkil oğlu İmran”, “Təpəgöz” və “Domrul” boyları “Kitabi-Dədə Qorqud” eposunun ilkin boylardır.
Professor Sədnik Paşa Pirsultanlının “Nizami və xalq əfsanələri” monoqrafiyasını tədqiqatçılar yüksək qiymətləndirmiş, səmərəli əməyin nəticəsi, misilsiz elm mənbəyi adlandırmışlar.
Professor Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə” poemalarında xalq əfsanələrinin təsir dairəsini düzgün tədqiq etmiş, düzgün yekunlaşdırmışdır.
Sədnik Paşa Pirsultanlının aşıq yaradıcılığına meyli çox güclü olmuşdur. Aşıq Pəri, Aşıq Həməyıl, Aşıq Nabat, Sarı Aşıq və başqa aşıqlar haqqında qiymətli əsərlər yazmışdır.
Professor Sədnik Paşa Pirsultanlı 1990-cı ildə Almaniyaya səfər etmiş, orda türk və Azərbaycan kültür dərnəklərində çoxsaylı mühazirələr oxumuşdur. Onun “Türkdilli xalqların ozan-aşıq sənəti”, “Əski türk soyları və əfsanələri”, “Güney və quzey Azərbaycanında milli şüurun oyanışı və dinə münasibət məsələləri” adlı məruzələri yüksək qiymətləndirilmişdir.
Professor Sədnik Paşa Pirsultanlı Frankfurd Mayns şəhərində “Yunis İmrəyə sevgi ili” devizi altında türk aşıqlarının yarışında iştirak etmiş, bu yarışdakı məruzəsi yaxşı qarşılanmışdır. Ona görə ki, professor Sədnik Paşa Pirsultanlı tarixi mənbələri ətraflı araşdırmış, məruzəsinin mətnini tarixilik və elmilik prinsipləri əsasında yazıb ümumiləşdirmişdir.
Bu da çox təbiidir. Ona görə ki, professor Sədnik Paşa Pirsultanlı filologiya elmləri doktorudur, mahir tədqiqatçı və folklorşünas alimdir.
Sədnik Paşa Pirsultanlı Türkiyəyə yaradıcılıq ezamiyyətinə göndərilmiş, Nevşəhrdə Hacı Vəli Bəktaşi törəninə (toplantısına) dəvət olunmuş, orada “Hacı Vəli Bəktaşi və ozan-aşıq sənəti” mövzusunda məruzə etmiş, sonra Gülşəhrdə dolanmış, Qırşəhrdə adı əbədi aləmdə əfsanələşmiş Yunis İmrənin məzarını ziyarət etmiş və burda “Sarı çiçək” adlı bu şeri yazmışdır:
Mən qaraman dağlarını dolaşdım,
Bilməm hansı çəmənzarda bitmisən.
Ay Yunis İmrənin Sarı çiçəyi,
Necə olub ürəyimdə bitmisən?
Gözəlliyin valeh edir insanı,
İlqara düz, sənin kimi dost hanı?
Ay Yunis İmrənin dini-imanı,
Elə bilmə xəyalımdan getmisən.
Qırşəhrində boz təpənin başında,
Sarı çiçək gördüm məzar daşında.
Sədnik kimi baş əyən çox qarşında,
Yunis İmrəm, xoş vüsala yetmisən.3
Bu poetik çələngdə dərin məna və Yunis İmrəyə misilsiz məhəbbət bədii ifadəsini çox təsirli tapmışdır.
Yaxın və Orta Şərqin mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində “Çeşmə” folklor ansambılı yaratmaq vətənə məhəbbətin nəticəsidir.
Professor Sədnik Paşa Pirsultanlı yaratdığı “Çeşmə” folklor ansamblının poetik tərifini bu misralarda real ifadə etmişdir:
“Çeşmə” gəlir, “Çeşmə” gəlir,
Ayaq saxla, keçmə, gəlir,
“Çeşmə” hara çeşməsidir,
Çeşmələrin çeşməsidir.
Ruhu inci çeşməsidir,
“
Dostları ilə paylaş: |