Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 110,86 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix16.12.2023
ölçüsü110,86 Kb.
#181848
  1   2
Kazımlı Nərmin, 2301 . 1.Hisslərin fizioloji əsasları və funksiaları 2Şəxsiyyətin inkişafı və özünütərbiyə üsulları



AZƏRBAYCAN RESPULİKASININ ELM və TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
SƏRBƏST İŞ 
 
Fakültə: Məktəbəqədər təhsil 
İxtisas: Məktəbəqədər təhsil 
Qrup: 2301 
Fənn: Psixologiya 
Müəllim: Gülnarə Əlixanova 
Tələbə: Nərmin Kazımlı
Mövzu: 1.Hisslərin fizioloji əsasları və funksiyaları 2.Şəxsiyyətin 
inkişafı və özünütərbiyə üsulları 
 
BAKI-2023 


Hisslərin fizioloji əsasları və funksiyaları
Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa 
psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində 
gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə 
olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin 
əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox 
mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz 
vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi 
orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı 
hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə 
nəticələnir. Məsələn: tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, ya da 
azalır, nəbz vurma dəyişir, göz bəbəyi genişlənir, tüklər biz-biz olur, tərləmə 
artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi 
Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü 
emosiyanın ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz 
emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər. Hisslərin əmələ gəlməsində 
dinamik stereotipin yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat 
tərzindən, münasibətindən asılı olaraq beyində müəy-yən rabitələr əmələ gəlir və 
get-gedə möhkəmlənir. Odur ki, həmin rabitələrdə hər hansı dəyişikliyin baş 
verməsi mövcud rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq, 
narazılıq, sevinc, heyrət, şübhə, maraq, qəzəb və s. kimi hisslərin əmələ gəlməsi 
ilə nəticələnir. Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və ya 
pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin fizioloji əsasını təşkil edir. 
Hiss və emosiyaların əmələ gəlməsində və cərəyan etməsində ikinci siqnal 
sistemi xüsusi rol oynayır. Çünki hər hansı emosional halı elə sözün köməyi ilə 
də yaratmaq olar. Beləliklə beyin qabığında və qabıqaltı sahədə baş verən sinir 
prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab olunur. Psixologiya 
tarixində hiss və emosiyaların əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr 
mövcud olmuşdur. Bunlardan Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və 
S.Şixterin konsepsiyasını qeyd etmək olar. İnsanın emosional və hiss halına 


simpatik və parasimpatik sinir sistemi nəzarət edir. Dalaşarkən və ya qorxuya 
düşüb qaçarkən simpatik sistem insan orqanizmində müəyyən dəyişikliklər 
etməklə (məsələn: qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yüksəlir, tərləmə 
artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji dolu qanı bütün 
hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra 
parasimpatik sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu 
normalaşdırır. Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, təhlükəli 
vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayəti ilə yaşayırıq. İnsan 
oğlunun ətrafıyla etdiyi çoxəsrlik davadan, vuruşmadan salamat çıxmasına bu 
iki sistem yardım etmişdir. Deməli, emosiyalar orqanizmin düşdüyü vəziyyətə 
uyğunlaşmasını təmin etməklə, insan həyatının davam etməsində önəmli rol 
oynayır. 
Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimetmə və
kommunikativ funksiya. Bu funksiyalar ümu-milikdə insanın ətraf aləmi düzgün 
əks etdirməsinə və ona uyğunlaşmasına xidmət göstərir. Biz emosiyaların 
köməyi ilə nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional 
durumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq. Hiss və 
emosiyaların xarici təzahürlərinə əsasən müx-təlif mədəniyyətə malik olan, 
dilini bilmədiyimiz hər hansı xalqın nümayəndəsinin emosional halını, şad, 
kədərli, qəzəbli olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən 
edə bilərik. Hisslər insanın idrak obyektinə bəslənən subyektiv münasibətlə 
bağlıdır. 
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin 
hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. Bundan 
sonra davranış və rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə 
müəyyən dəyişikliklər edirik. İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin 
motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin 
tənzim etmə funksiyası ilə bağlıdır. Məsələn: hər hansı dilə olan maraq, onu 
öyrənmək istəyi insanı müvafiq ali məktəbdə oxumağa təhrik edir. Dilə olan 


həvəs insanı həmin xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar 
oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar edir. 
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi 
hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. 
Hisslərin bu cür ekspres­siyası, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir. 
Beləliklə, 
həmin 
kommunikativ funksiya şəxsiyyətlərarası qarşılıqlı 
münasibətlərin tənzimlənməsinə xidmət göstərir. Məsələn: kədəri ekspressiya 
etməklə insan qarşı tərəfə özünün pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal 
onun köməyə ehtiyacı olduğu haqqında başqasına məlumat verir. Bundan sonra 
biz həmin adama kömək etmək istəyir, onun dərdinə şərik olur və təsəlli veririk. 
Amerikan psixoloqu K.İzard qeyd olunan funksiyalarla yanaşı emosiyaların 
motivasiya və sosializasiya funksiyalarının olduğunu da qeyd etmişdir. Məsələn: 
qorxu hissi insanı kömək axtarmağa məcbur edir. Güclü yanğın təhlükəsi 
qonşularda qorxu hissi yaradır. Bu da onların birləşməsinə və mütəşəkkil 
formada qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb olur. Bu qorxunun 
yaratdığı sosializasiyadır. Hər bir emosiyanın özünə məxsus sosializasiya 
funksiyası var. İkrah emosiyası olmasaydı, insanların gigiyenik qaydalara əməl 
etməsi, estetik tələbatları ödəməyə ehtiyac qalmazdı. Bu mənada fərdin 
sosiallaşması prosesi hiss və emosiyanın hesabına həyata keçirilir. Ümumiyyətlə 
hiss və emosiyaların yerinə yetirdiyi funksiyalar bir-birilə vəhdət təşkil edir. 
Psixoloji araşdırmalarda aşağıdakı fundamental emosiyalar müəyyən olunmuş 
və təsvir edilmişdir (K. İzard, 1980) maraq, sevinc, heyrət, kədər, qəzəb, nifrət, 
həqarət, qorxu, həya, günah, həyəcan, əzab. 
Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif 
şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə 
formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya. 
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət 
davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün 
gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval 
xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi 


emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya 
bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli 
müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz 
müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi,
inamla yerinə yetirir. Mənfi əhval-ruhiyyə isə insanın fəaliyyətinə ləngidici təsir 
göstərir. Bir çox hallarda əhvalın yaranması və dəyişməsi böyük emosional 
təəssürat ya- radan, bəzi hissləri canlandıran, digərlərini zəiflədən müxtəlif 
həyat hadisələrindən ibarət ola bilər. Ona görə də birinci növbədə məktəblilərdə 
pis əhvalın yaranmasına təsir edən mənbələrin aşkara çıxarılması, imkan 
daxilində onların aradan qaldırılması, məktəbliyə nəzakətli yanaşmaq lazım 
gəlir. Bu prosesdə şagirdin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması da 
zəruridir. 
Affektlər. Affektlər surətlə yaranan, qüvvətli, nisbətən tez keçib gedən 
emosional hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi 
nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan 
keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. Adətən,
insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən, mənliyə toxunan hərəkətlər 
onu bir anda, sürətlə özündən çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb 
olur. İnsan bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır. Onun bütün 
hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji affekt adlanan bu hal 
tez də keçib gedə bilir. 
Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) – insanın fəaliyyət və 
ünsiyyət prosesində çətin və mürəkkəb fi- ziki, zehni işlər görərkən, eləcə də 
təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti 
qarşısındaqaldıqda keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress – insanın 
keçir- diyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin 
emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə ki, stress 
halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir,
bəzən isə əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir 
göstərməklə, çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. Bu 


mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi adaptasiya 
sindromu» adlandırmış və onun üç mərhələdən ibarət olduğunu göstərmişdir: 1. 
həyəcanlanma. 2. müqavimət. 3. əldən düşmə və üzülmə. H.Selye stressi – hər 
hansı fövqaladə təsirə qarşı qeyri – spesifik müdafiə reaksiyası adlandırmışdır.
Deməli psixi proseslərin diqqətin, qavrayışın, hafizənin, təfəkkürün gedişinə 
dolaşıqlıq yaradan psixi vəziyyəti distress adlandırmaq olar. Uzunmüddətli 
distress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu, keçəllik, diş 
tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji stress emosional və 
informasion stressə bölünür. Emosional stress təhlükəli, çətin, qorxulu şəraitdə 
özünü biruzə verir. Belə olan halda psixi fəaliyyətin gedişində neqativ 
məzmunlu dəyişiklik təzahür edir. İnformasion stress isə informasiya gününün 
həddən ziyadə çoxluğu nəticəsində tapşırığın öhdəsindən gələ bilməkdə özünü 
göstərir. Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, yaradıcılıq 
müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində yaranan müsbət gərginlik 
vəziyyətidir. Eustress – əmək fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı 
müqavimətini gücləndirir. 
Frustrasiya. Frustrasifa - (latınca frustrasio – aldanma, nahaq gözləmə,
əhval pozuntuluğu) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz 
məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması 
nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır. 

Yüklə 110,86 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin