Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

31 yаnvаr 1990-cı il. Bu məqаləni 1990-cı il ömrümüzə 

qədəm qоyduğu ilk gündən tərcümə  еtmək fikrinə düşmüşdüm. 

Хеyli işlədim, lаkin 19-20 yаnvаr qаnlı  şənbə  və  bаzаr günləri və 

оndаn sоnrа  хаlqımızа  hаqsız yеrə  tаnklа, tоplа, tüfənglə divаn 

tutulmаsı məni möhkəm sаrsıtdı. Uzun müddət bu işə qаyıdа bilmə-

dim. Yаlnız yаnvаrın ахırınа qədər tərcüməni tаmаmlаdım. Gümаn 

еdirəm ki, bu tərcümə öz dоğmа dilinə insаfsızcаsınа yаnаşаn, аdını 

аzərbаycаnlı  qоyub, fаmiliyаsındаn bаşqа  hеç bir аzərbаycаnlılığı 

оlmаyаnlаrа, müəllim və  tərbiyəçilərə  çох  dəyərli bir mаtеriаl 

оlаcаqdır. 



ЫI HİSSƏ 

173 


 

II Hissə 

 

 

Azərbaycan dili və dilçiliyilə baðlý düþüncələr 

 

 

II. 1. Azərbaycan dilinin inkişaf perspektivləri 

 

1. Yüz illiklər boyu Azərbaycan xalqının dili yaşayır və yenil-



məz bir qala kimi ünsiyyət vasitəsi olaraq bütün dünya 

azərbaycanlılarına  şərəflə xidmət edir. Dilimizin qədimliyini sübut 

etmək üçün 1300 ildən artıq tarixi olan möhtəşəm dastanımız 

“Kitabi Dədə Qorqud"u nəzərdən keçirmək kifayətdir ki, oğuz 

türklərinin dili, ərazisi və düşüncə tərzi haqqında tam təsəvvür əldə 

etmək mümkün olsun. Bizə  gəlib çatan ilk yazılı nümunə  Həsən-

oğlunun XIII əsrdə yazdığı  şeir olsa da, bundan sonrakı dövrdə 

doğma dilimizdə nə qədər iri və kiçik həcmli əsərlər yaranıb, bu dil 

böyük Xətainin sayəsində dövlət dili səviyyəsinə qaldırıldı. 

Nəsiminin və Füzulinin vəsf elədiyi Azərbaycan türkcəsində son-

rakı dövrlərdə Vaqif, Zakir, Axundzadə,  Ələsgər, Məmmədqulu-

zadə, Haqverdiyev, Sabir, Cabbarlı, Vurğun, Rəhimov,  İbrahimov 

və daha kimlərin yaradıcılığı sayəsində  bədii sənət nümunələri, 

fəlsəfi traktatlar meydana gəlmişdir. 1918-20-ci illərdə, ilk cüm-

huriyyətimiz dövründə Azərbaycan dili parlamentimizdə  səsləndi, 

qanunvericilik səviyyəsində hüquqi və ictimai-siyasi xarakter 

daşıyan sənədlərin və müqavilələrin yazıldığı dilə çevrildi. Dahi 

Üzeyir bəyin sayəsində  Şərqdə ilk dəfə opera bu dildə yarandı. 

Bununla da dilimiz nəinki Qafqaza, hətta dünyaya ayaq açdı. 1919-

cu ildə fəaliyyətə başlamış ilk universitetimiz elmi – nəzəri üslubun 

formalaşmasına təkan verdi, təhsilin öz dilimizdə aparılmasına 

imkan yaratdı. Bütün bunlar dilimizin qədimliyini və yenilməzliyini 

göstərən danılmaz faktlardır. 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

174


2. Azərbaycan dili böyük əsərlərin obyekti olmuş, M.Ə.Ka-

zımbəydən bu yana bu dilin sistem və struktur xüsusiyyətləri 

cildlərlə əsərlərin konkret tədqiqat obyektinə çevrilmişdir. XX əsrin 

20-ci illərində Bakıya dəvət olunmuş B.Çobanzadənin rəhbərliyi 

altında dilimiz dərindən tədqiq olunmağa başlamış, bir sıra 

görkəmli dilçilərimiz yetişmiş, dilçiliyimizin inkişafında onların 

böyük xitmətləri danılmazdır. Həmin əsrin 20-ci illərində Türkiyəyə 

getmiş  Ə.Cəfəroğlu dilimizin nəzəri və praktik problremlərilə 

yaxından məşğul olaraq bir sıra sanballı  məqalələr yazıb orada və 

Avropada çap etdirmişdir. Bu gün BSU-nun səmərəli fəaliyyəti 

sayəsində Ə.Cəfəroğlunun “Seçilmiş əsərləri” toplanıb çap edilərək 

oxucuların istifadəsinə verilmişdir. Deməli, dünya dilçiliyində 

gedən prosesləri bizim M.Kazımbəy, B.Çobanzadə,  Ə.Cəfəroğlu 

kimi sələflərimiz dərindən izləmiş  və dilçiliyimizə yeni ab-hava 

gətirmışlər. Onların hər üçü öz dövrünün nəzəri dilçiliyinin təsiri 

altında olan görkəmli alimlərimizdir. 

3. Azərbaycan dilinin elmi qrammatikasının yazılmasında 

1926-cı ldə Bakıda keçirilən I Türkoloji Qurultayın xidmətləri 

olduqca böyük olmuşdur. Qurultayın ümumi gedişi və onda 

müzakirə olunan məsələlər son dərəcə aktual idi. Qurultayda 

L.V.Şerba kimi tanınmış alimlərin iştirakı onun əhəmiyyətini qat-

qat artırırdı. Elə bu fəallığın nəticəsi idi ki, qurultay türk dilləri 

xalqlartının latın qrafikalı əlifbaya keçməsilə bağlı yekdilliklə qərar 

qəbul etdi. Bakı universitetində mühazirələr oxuyan B.Çobanzadə 

həm ümumidilçilik, həm də Azərbaycan dilinin elmi cəhətdən 

tədqiqinə yeni ruh verərək Azərbaycanda elmi məktəbin yara-

dılmasının bünövrəsini qoydu. Respublikamızda yaranan Elmlər 

Akademiyası isə dilimizin və dilçiliyimizin inkişafında mühüm rol 

oynadı. 

4. Müharibədən sonrakı dövrdə dilin öyrənilməsinə münasibət 

köklü  şəkildə  dəyişdi. Sözsüz, bu da dünya dilçiliyində gedən 

proseslərlə bağlı idi. B.Çobanzadə  qərbdə  təhsil almış bir alim 

olaraq nəinki gənc qrammatiklərin (A.Şlayxer, K.Bruqman, H.Paul 

və b.), həm də Avropada təzəcə kök atmağa başlayan struktur 



ЫI HİSSƏ 

175 


dilçiliyin (İ.A.Boduen de Kurtene, F.de Sössür) problemlərindən 

xəbərdar idi. O həmçinin yeni intişar tapan funksional-struktur 

dilçiliyin (N.Trubeskoy, R.Yakobson, S.Karsvski və b.) incəliklərini 

dərindən bilən bir adam kimi Azərbaycanda sinxron dilçiliyin 

rüşeymlərini yaymağa başladı. Elə bunun da nəticəsi kimi XX əsrin 

50-ci illərindən başlayaraq Azərbaycan dilinin ayrı-ayrı aspektərilə 

bağlı bir-birindən maraqlı  tədqiqatlar meydana gəldi. Azərbaycan 

dilinin dialektologiyası sahəsində M.Şirəliyev, fonetikası sahəsində 

Ə.Dəmirçizadə, morfologiyası sahəsində M.Hüseynzadə, leksikası 

sahəsində S.Cəfərov, leksikoqrafiyası sahəsində  Ə.Orucov öz 

məktəblərini yaratdılar. 

5. Ötən  əsrin 60-cı illərindən başlayaraq Azərbaycan dilçili-

yində yeni nəsil dilçiləri yetişdi ki, onlar da Azərbaycanda yeni 

tədqiqat istiqamətlərinin  əsasını qoydular. Sintaksis Ə.Abdulla-

yevin, morfologiya F.Zeynalovun, feilin inkişaf problemləri 

Q.Bağırovun, dilçiliyin əsasları kimi mükəmməl dərsliyin 

hazırlanması N.Məmmədovun və A.Qurbanovun adları ilə bağlıdır. 

Artıq ötən əsrin 60-cı illərindən sonra dilçilik arenasına A.Axundov, 

M.Adilov, M.Tağıyev, T.Hacıyev, V.Məmmədəliyev, A.Ələkbərli, 

Ə.Rəcəbli, Q.Kazımov kimi alimlər çıxdılar. Bunların hər biri öz 

sahələrində xüsusi xidmətləri olan, müəyyən mənada öz elmi mək-

təblərini yaratmış alimlərdir. Azəraycan dilçiliyinin yeni qollarının 

yaranması, dünya dilçilik təlimlərinə baş vurması onu gəstərdi ki, 

dilçiliyimiz düz yoldadır. Bir tərəfdən keçmiş ittifaqın elm 

mərkəzlərində  təhsil almış K.Abdullayev, Ə.Şükürlü, A.Məm-

mədov, F.Veysəlli, M.Musayev kimi gənc tədqiqatçılar, digər tərəf-

dən respublikamızda öz orijinal tədqiqatları ilə  gənclərə yeni ide-

yalar verən A.Axundov, H.Bayramov, Z.Tağızadə,  Ə.Abdullayev, 

T.Hacıyev, A.Ələkbərli, M.Tağıyev kimi alimlərdən dərs almış 

gənclərimiz (N.Cəfərov, K.Vəliyev, F.Cəlilov, N.Xudiyev və b.) 

dilimizin tədqiqində  və dilçiliyin geniş yayılmasında yeni cığırlar 

açdılar. Məhz onların sayəsində  mətn dilçiliyi, intonasiya və 

prosodiya problemləri, Azərbaycan dilinin etnogenez məsələləri, 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

176


semantika və frazeologiya, onomastika kimi sahələr intişar tapmağa 

başladı. 

6. Yeni dilçiliyimizin inkişafında və Azərbaycan dilinin 

müasir dil nəzəriyyələri kontekstndə  hərtərəfli tədqiq olunmasında 

dilçilərimizin dünya elminin korifeylərilə yaxından tanış olmaları 

üçün konkret xarici dilləri bilməsi və mütaliə edərək dünya 

dilçiliyində baş verən proseslərə müdaxilə etməsi baxımından çox 

əhəmiyyətlidir.  İndi təkcə rus dili vasitəsilə informasiya almaq 

kifayət etmirdi. Dünyanın aparıcı dillərində (ingilis, alman, fransız, 

italyan, ispan və s.) çıxan dilçilik ədəbiyyatını mütaliə edərək 

faydalanmaq xüsusi əhəmiyyət kəsb edirdi. N.Ağazadə, M.Qara-

yeva, V.Məmmədəliyev, Ə. Məmmədova, O.Musayev və başqaları 

xarici dillərdəki elmi-nəzəri ədəbiyyatı oxuyaraq onlardan yararlana 

bildilər.  İndi  İ.A.Boduen de Kurtene, F.de Sössür, N.Trubeskoy, 

E.Koseriu, S.Potter və s. kimi dünya şöhrətli alimlərin  əsərləri 

dilimizə çevrilərək nəşr olunması  uğurlu layihələrdən olmaqla 

dilçiliyimizin inkişafına təkan verən amillərdəndir. N.Xomski kimi 

dahinin Azərbaycan auditoriyasına gətirilməsi dilçiliyimiz üçün 

əvəzsiz xidmət sayılmalıdır. Fikrimizcə, xarici müəlliflərin  əsərlə-

rinin dilimizə  tərcümə olunaraq gənc tədqiqatçıların istifadəsinə 

verilməsi  ənənəsi hər cür tərifə layiqdir və onlar dilçiliyimizin 

inkişafına güclü təkan verəcəkdir. Eyni zamanda biz müsabiqə yolu 

ilə yeni tələblərə cavab verən fundamental və funksional qrammati-

kamızı hazırlayıb çap etdirməliyik. 

7. Dilimizin inkişaf perspektivlərindən danışanda həmçinin 

çeşidli lüğətlərimizi, birinci növbədə orfofonik lüğətimizi hazırla-

malıyıq. Bu axırıncı  hər bir azərbaycanlının stolüstü kitabı 

olmalıdır. Çeşidli lüğətlərin elektron versiyası, Azərbaycan dilinin 

danışıq kitabçasının və digər öyrədici vəsaitlərin yazılıb çap olun-

ması qloballaşma  şəraitində dilimizin yadelli təsirlərə müqavimət 

göstərməsində yaxşı  mənbə ola bilər. Bu qəbildən olan işlərə 

Azərbaycanda cəmiyyət və dillə bağlı xüsusi monitoring qrupunun 

yaradılması da dilimizin işlənməsində yol verilən yayınmaların 

qarşısını almaqda əvəzsiz rol oynaya bilər. 



ЫI HİSSƏ 

177 


8. Dilin böyüklüyü, alman mütəfəkkiri Y.V.fon Qöte de-

mişkən, özünə qapanıb qalmasında deyildir. Dil yad təsirlərə 

müqavimət göstərmək üçün onun leksikonuna, ifadə  tərzinə  və 

sintaktik-semantik düşüncə dünyasına qatılmaq üçün yenilikləri 

qəbul etməyi və götürdüklərini öz sistem və struktur qəlibinə uyğun 

olaraq mənimsəməni yüksək səviyyədə bacarmalıdır. Yalnız belə 

olduqda dilin daim hərəkətdə olmasının şahidi oluruq. Gözümüzün 

önündə dünyanın aparıcı dilləri belə yad təsirlə müqavimət göstərə 

bilmir. Bu gün tam aydınlığı ilə dərk etməliyik ki, dildə alınmalara 

keçmişdən qalma basmaqəlib yanaşma bizə kömək edə bilməyəcək. 

Dünya təcrübəsi göstərir ki, bu gün sosial şəbəkənin geniş yayılması 

bir daha sübut edir ki, dillərin işlənməsi sferası getdikcə daralır, 

qlobal dil bizdən asılı olmayaraq evimzə girir, dilimizə soxulur. Biz 

dünyanı məcbur edə bilmərik ki, bizim dilimizdə danışsın. Buna nə 

iqtisadi qüdrətimiz yol verir, nə  də siyasi sahədə hökmranlığımız 

şərait yaradır. 

9. Dilimizə qayğı ulu öndərdən başlayaraq (H.Əliyevin “Azər-

baycan  əlifbası  və Azərbaycan dili gününün təsis edilməsi 

haqqında” (9. VIII. 2001), “Azərbaycan Respublikasının Dövlət dili 

haqqnda” (30. IX. 2002 və 2. I. 2003) fərmanları bu günə kimi 

həmişə diqqət mərkəzində olmuşdur. Ancaq indiki müstəqillik 

dövründə təkcə dilimiz yox, həm də dilçiliyimiz dövlətin qayğısını 

daim hiss edir. Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin 

2012-ci ilin mayın 23-də ölkəmizdə Azərbaycan dilinin işlənməsinə 

və dilçiliyin inkişafına dair Dövlət proqramının hazırlanması  və 

həmin il mayın 29-da AMEA Nəsimi adına Dilçilik İnstitutunun 

maddi-texnik bazasının möhkəmləndirilməsilə bağlı  sərəncamları 

dediyimizə bariz nümunədir. Habelə başqa dillərdən dilimizə keçən 

xüsusi adların transkripsiyası  və başqa dillərə (alman, ingilis, 

fransız, ispan, rus və s.) transliterasiyasının işlənib hazırlanması 

üzrə ciddi işlər görülməlidir. 

 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

178


 

II. 2. Transliterasiya haqqında bir neçə söz 

 

Transliterasiya Azərbaycanda adların (insan, yer, şəhər, 



qəsəbə, çay, dağ, fauna, flora və s.) real tələffüzünü və onların 

dünyanın aparıcı dillərindən olan alman, ingilis, fransız, ispan, rus 

və s. dillərə transliterasiyasını geniş material əsasında işləyib 

hazırlamağı qarşısına məqsəd qoyur. Sovet dönəmində bizim xaricə 

çıxışımız rus dili vasitəsilə olurdu. O zaman ölkədə hökm sürən 

qaydaya  əsasən bütün sənədləşmə, o cümlədən, xarici pasport-

larımız rus dilində yazılmalı idi. Lakin ölkəmiz müstəqillik  əldə 

edəndən sonra dünyaya çıxışımız sərbəst olmuşdur.  İndi adları-

mızın, soyadlarımızın, ümumilikdə isə bütün toponimlərimizin 

sənədləşməsini öz dilimizin spesifik xüsusiyyətlərini nəzərə alaraq 

transkripsiya etmək və başqa dillərə transliterasiyasını vermək üçün 

vahid prinsiplərin işlənib hazırlanması ciddi bir vəzifə kimi dilçi 

alimlərimizin qarşısında durur. Bu məsələnin nə qədər ciddi olduğu-

nu başa düşmək üçün bir neçə misala müraciət edək "Azərbaycan" 

sözü alman dilinə "Aserbaidschan" kimi verilir. Dilmizdəki /ə/ və 

/

ʤ



/ fonemlərinin qarşılığının alman dilində olmaması həmin sözün 

ciddi dəyişikliyə  uğrayaraq verilməsinə  səbəb olur. Rus, ingilis və 

digər dillərdə də həmin sözün təhrif olunmuş şəkildə verilməsi elmi 

cəhətdən böyük səhvdir, çünki belədə sözün milli mənsubluğu 

məlum olmur. Başqa dillərdəki adları da dilimizə çevirəndə çox 

ehtiyatlı tərpənmək lazımdır. Bu işdə ən azı mütxəssis rəyinə qulaq 

asmaq lazımdır. 

Başqa bir misal. Böyük alman şairi Yohan Volfqanq fon Gö-

tenin adını dilimizdə “Höte” kimi verməyi qərarlaşdıranda, yəqin ki, 

mütəxəssis fikri nəzərə alınmayıb. Guya bunu “Qöte” kimi versək 

xoşagəlməz söz təəssüratı yaranır. Lakin bu cür düşünənlər qəti 

səhv edirlər. Əvvəla, bizdəki tabu sayılan söz /ћ/ fonemilə başlayır, 

bu da dilortası, kipləşən-partlayışlı, cingiltili samitdir. Ona biz 

/gəmi/, /gələcək/ və s. kimi sözlərdə rast gəlirik. Azərbaycan dilində 

tabu sözü də həmin bu samitlə başlayır. Alman şairinin adındakı ilk 


ЫI HİSSƏ 

179 


fonem isə /g/ ilə başlayır, bunu biz hazırkı  əlifbamızda “q” 

qrafemilə veririk. Bu samit dilin arxa hissəsində yaranır. Ona biz 

/qaçqın/, /qardaş/, /qala/ və s. kimi sözlərimizdə rast gəlirik. 

Göründüyü kimi, şairin adındakı baş fonemin, bəzilərinin 

düşündüyü kimi, /ћ/ ilə heç bir əlaqəsi yoxdur. Onda bəs biz niyə bu 

qədər dolaşıqlığa yol vermişik? Sualın cavabını rus dlində axtarmaq 

lazımdır. Ruslar alman şairinin adını belə yazırlar: «Qеtе». Rusun 

əlifbasnda alman dilinin “h” və “g” qrafemlərini ya «q» (müq.et: 

“Heine”, “Hegel” – «Qеynе», «Qеqеl», ya da müvafiq olaraq «х» 

və «q» qrafemlərilə (“Hartmann”, “Goethe”- «Хаrtmаn», «Qеtе») 

verirlər. Beləliklə, aydın olur ki, bizim dilimizdəki transliterasiya 

tamamilə rus dilinin əsasında olmuşdur. Bu da ondan irəli gəlir ki, 

kirill  əlifbası latın  əlifbasının bir çox spesifik xüsusiyyətlərini 

(qrafemlərini) verməkdə acizdir. Lakin biz artıq neçə ildir ki, latın 

qrafikalı əlifbaya keçdiyimz üçün Avropa dillərindən adları dilimizə 

çevirəndə sadəcə olaraq latın qrafikasının imkanlarını  və öz 

dilimizin fonetik və fonoloji özəlliklərini nəzərə almalıyıq. 

Adların yanlış verilməsi halları ölkə, yer, şəhər və s. topo-

nimlərin bir dildən başqa dilə verilməsində də ciddi problem yara-

dır. Məsələn, ölkəmizin adı alman dilində səhvən “Aserbaidschan” 

kimi yazılır. Halbuki elmi cəhətdən bu söz “Asärbaidshan” kimi 

verilməlidir. İlk baxışdan bu elə bir ciddi məsələ təsiri bağışlamır. 

Ancaq məsələnin mahiyyətinə varanda məlum olur ki, bu cür 

transliterasiya real gerçəkliyi əks etdirmir. Bu söz alman dilinə rus 

dili vastəsilə keçib. Rus dilində  də, məlum olduğu kimi, /ə/ saiti 

yoxdur. Bundan başqa dilimizdəki /

ʤ

/ samitinin almanca qarşılığı 



yoxdur. Buna görə də ikinci hecada /ä/ yazılmalı olduğu halda “e” 

yazılır. Dördüncü hecada isə “dsh” yazılmalı olduğu halda “dsch” 

yazılır. Beləliklə, sözün əsl Azərbaycan sözü olması  təhrif olunur. 

Bu sözdə /e/ və /t∫/ fonemləri olmadığı halda, həmin söz alman 

dilində məhz bu fonemlərlə verilir. 

Digər tərəfdən, dilimizdə xarici mənşəli adların verilməsi də 

elmi prinsiplərə  əsaslanmadığından çoxlu variantlar yaranır. 

Məsələn, məlumdur ki, almanlar və ingilislər “Alexander” yazırlar, 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

180


ancaq bu adı /Aleksandr/ kimi tələffüz edirlər. Xaricilər ölkəmizə 

gələrkən onların adlarının pasportda olduğu kimi yazılmasını tələb 

edirlər. Bu isə dilimizin fonetik prinsipinə  və fonoloji qaydasına 

uyğun gəlmir. Bəzi fonetik və fonoloji hadisələrin yanlış olaraq 

verilməsi beynəlxalq elmi praktikaya ziddir. 

Müasir elmdə xüsusi adların transliterasiyasında üç yol vardır: 

1. Transliterasiyanın etimon dilinin yazısına  əsaslanması. 

Məsələn, ingilis dilində “London” sözü /l^nd

ṇ/ kimi tələffüz olunsa 

da, transliterasiyada yazılış forması  əsas götürülüb. Eyni sözləri 

“Moskva” haqqında da deyə bilərik. Ancaq Azərbaycanın paytaxtı 

dilimizdə “Bakı” kimi yazılıb deyilsə də, xarici dillərdə bu “Baku” 

kimi verilir. 

2. Transliterasiyanın etimon dilin tələffüz xüsusiyyətlərinə 

əsaslanması. Məsələn, dilimizdə işlətdiyimiz “Şekspir” sözü elə bu-

rada yazdığımız kimi yazılır və tələffüz olunur. İngilislər də bu sözü 

təxminən belə  tələffüz edirlər. Ancaq bu söz ingilis qrafikasında 

“Shakespeare” kimi yazılır. 

3. Adların transliterasiyasında bir yol da sözün hansı dil va-

sitəsilə keçməsilə bağlıdır. Məsələn, Avstriyanın paytaxtını avstri-

yalılar “Wien” kimi yazıb, uzun /i:/ saitilə, yəni /vi:n/ kimi tələffüz 

edirlər. Biz isə bunu”Vyana” kimi yazıb bu cür də  tələffüz edirik. 

“Niyə belə olur?” sualına cavabı fransız dilində axtarmalıyıq. 

Fransızlar bu sözü /Vyen/ kimi deyirlər, ruslar /Vena/ kimi verirlər, 

biz də türk dili vasitəsilə həmin sözün fransız dilinə yaxın formasını 

qəbul etmişik. Burada hərcmərclik ola bilməz. Hər şey ənənəyə və 

elmi əsaslara söykənməlidir. 

Düzgün transliterasiya təkcə şəxs adları ilə bağlı deyil. Bizdə 

“Kür” və “Araz” kimi yazılan, elə bu cür də tələffüz olunan bu hi-

dronimlər rus dilində “Kura” və “Araks” kim yazılır və təxminən bu 

cür də  tələffüz olunur. Qeyd edək ki, XX əsrin  əvvəlləridə böyük 

rus bəstəkarı P.İ.Çaykovski onları bizim dilimizdəki kimi translit-

erasiya etmişdi. 

Beləliklə, biz bu layihəni həyata keçirməklə şəxs, yer, qəsəbə, 

dağ, dərə, fauna və floramızla bağlı adlarımızı dilimizin qanun-


ЫI HİSSƏ 

181 


auyğunluqları  əsasında başqa dillərə çevirə bilərik. Eyni zamanda 

başqa dillərdən aldığımız sözlərin də yazılışında və  tələffüzündə 

dilimizin imkanlarını nəzərə almış olarıq. 

Layihəmiz aşağıdakı strukturda planlaşdırılır: 

- baş söz öz qrafikamızda yazılır və tələffüzümüzə əasən tran-

skripsiya olunur. Qarşısında sözün alman, ingilis, fransız, ispan, it-

alyan və rus dillərində normaya əsasən transliterasiyası verilir. 

Məsələn: 

“Nəsimi” – /nəsim`i/; alm. – “Näsimi“ – /nəsi.m’i/; ing. – 

«Naesimi“ – /nəsi.m’i/; rus. -“Nəsimi

ˮ – /N’e – simi/ və s. 

- eyni prinsiplə şəhər, qəsəbə, küçə, döngə və kənd adları veri-

ləcək. 

- dağ, dərə, çay və su hövzələri də bu cür tərtib olunacaq. 



- dilimizə keçmiş  və keçməkdə olan sözlər də bu prinsiplə 

tərtib olunacaq. 

 

II. 3. Azərbaycanda dil siyasəti 

 

1. Müstəqillik yolunda inamla irəliləyən Respublikamızda dil 



situasiyasını  və buna uyğun elmi cəhətdən  əsalandırılmış dil 

siyasətini düzgün qurmaq üçün xalqımızın gələcəyinə yönəlikli bir 

konsepsiya işləyib hazırlamağa böyük ehtiyac var. Bu konsepsiya 

həm dilçiliyin və dilöyrənmənin müasir səviyyəsini, həm iqtisadi 

amili, hə  də xalqımızın strateji maraqlarını  nəzərə almalıdır. Belə 

bir konsepsiya o zaman yaxşı qarşılanar və  səmərəli olar ki, o bu 

günün tələblərinə cavab versin, həm də yaxın və uzaq gələcəyi 

hədəf götürsün. Bu konsepsiya həm də Azərbaycan dilinin və öl-

kəmizdə dilçiliyin inkişafına dair dövlət proqramının müddəalarını 

ehtiva etməlidir. Bunun üçün ilk növbədə ölkəmizdə dil situasiyası 

dərindən təhlil olunmalı, onun real mənzərəsi bütün incəliklərilə 

ortaya qoyulmalı və yalnız bundan sonra dil siyasətilə bağlı konkret 

sənəd hazırlanmalıdır. Bu gün müstəqil Azərbaycan Respubli-

kasında dil situasiyasını belə ümumiləşdirə bilərik: 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

182


- ölkəmizdə imperiyanın qalıqlarından biri də rus dilidir. 

Bunun obyektiv və subyektiv səbəbləri vardır. Uzun illər ikidillilik 

şəraitində yaşayan və rus dilinə önəm verən azəbaycanlılar özlərinin 

əsas ünsiyyət vasitələrindən olan rus dilindən ayrıla bilmirlər. 

Əvvəla, bu psixoloji-informativ və  mənəvi amillərlə izah oluna 

bilər. Həmişə rus dilli informasiya məkanında olmağa vərdiş etmiş 

adamlar asanlıqla öz vərdişlərindən imtina edə bilmirlər. Rus dili və 

ədəbiyyatı, rus mənəviyyatı ruhunda böyüyən adamlar bu ənənənin 

təsir dairəsindən çıxa bilmirlər, bütün davranışlarını rusca kök-

ləməyə daha az enerji sərf etməklə nail olurlar. Təsəvvür edək ki, 

sabitləşmiş dil situasiyasından üz çevirib yenisinə alışmaq nə qədər 

enerji və vaxt tələb edər. Elə bu səbəbdəndir ki, Respublikamızın 

paytaxtı əhalisinin xeyli hissəsi, xüsusilə həmişə ruslara rəğbəti olan 

ailələr və onların törəmələri, eyni zamanda Respublikamızın iri 

şəhərlərində keçmiş sovet, partiya və komsomol nomenklaturasının 

yetişdirmələri, bu gün də rusca oxuyur, rusca düşünür və bunu da 

özlərinə  şərəf bilirlər. Digər tərəfdən, imperiya dağıldısa da, onun 

güclü varisi öz ədası və ambisiyaları ilə qalmaqdadır. Bütün bunlar 

bizdə rus dillilərin hələ  də dil stuasiyasının formalaşmasında 

mühüm rol oynamalarını təsdiqləyən amillərdir: 

- qlobal dünyamızda bütün sahələrdə olduğu kimi, dil si-

tuasiyasında da amerikan-ingilis düşüncə tərzi və ingilis dili mühüm 

ünsiyyət vasitəsinə çevrilir. Bu meyil özünü gənclər arasında daha 

çox büruzə verir. Dünya miqyasına çıxmaq meyli, müasir sivily-

asiyaya qovuşmaq, dünya iqtisadi və mədəni bazarında yer tutmaq 

istəyən gənclərimiz ingilis dilinə daha çox maraq göstərir, bütün 

güclərini sərf edərək bu dili öyrənib öz gələcək həyatlarını təmin et-

məyə can atırlar. Dünya əmək bazarında özlərinə bu dillə yer tuta və 

bu yolla da karyeralarını qura biləcəklərinə  əminlik onların bu 

sahədə daha qətiyyətli addımlar atmalarını şərtləndirir. 

- müstəqillik illərinin əvvəllərində sərhədlərin açılması və ta-

rixən mənəvi və qan bağlılığımız  əhalimizin böyük əksəriyyətində 

Türkiyəyə meyli motivləşdirdi və ziyalılarımızın böyük qismi 

dərhal bundan yararlanmağa başladı. Gənclərimiz də bu fürsətdən 



ЫI HİSSƏ 

183 


kifayət qədər yararlandı. Dilimzə xeyli türk sözləri axıb gəldi, 

televiziya və radioda hətta türk dilinin intonasiyası və vurğusu tez-

tez eşidilməyə başladı. Bu gün bu meyil bir qədər azalsa da, türk 

dilinin öz dilimizə qarışaraq işlənməsi adi hal almışdır. 

- dil situasiyasının bir istiqaməti də  ərəb dilidir. İmperiya 

dövründə  əlimizdən alınmış vicdan azadlığı özümüzə qayıdandan 

sonra islam dininin əsas daşıyıcısı olan ərəb dili həyatımıza daha 

geniş miqyasda və  əhatədə daxil olmağa başladı.  Əvvəllər yalnız 

dini mərasimlərdə axund və mollaların fəaliyyətində ardıcıl səslənən 

ərəb dili bu gün xeyli gəncimizin təhsil dili oldu, Səudiyyə 

Ərəbistanına gedən zəvvarlarımız və  ərəb dünyasında təhsil alan 

gənclərimiz ölkəmizdə dil situasiyasına güclü təsir göstərən 

mənbələrdən biridir. Müqəddəs kitabımız “Qurani Kərimi” 

orijinalda oxumaq həvəsi bu gün çoxlarının ali məqsədinə çevrilib. 

- dil situasiyasına təsir edən digər amil İran  İslam Respubli-

kası və onun fars dilidir. Son dərəcə həssas olan odur ki, İranda bi-

zim 30 milyondan çox can bir, dil bir qardaşlarımız yaşayır. Onlarla 

ünsiyyət bizim üçün həmişə  əhəmiyyətli olmuşdur. Lakin fars şo-

vinizmi bizə öz ideologiyası prizmasından yanaşmış  və öz soyda-

şlarımızla ana dilimizdə ünsiyyətə qısqanmış və nəticədə biz də ya 

birbaşa, ya da dolyaısı ilə fars dilinin təsirinə məruz qalmışıq. Hətta 

İranın Azərbaycandakı  səfiri azərbaycanlı olsa belə, biz rəsmi 

görüşlərdə onun farsca danışdığının şahidi olmuşuq. 

- bütün bu sadaladıqlarımızdan kənarda qalan dil mühiti bizim 

doğma Azərbaycan türkcəsidir. Bu gün KİV-də, radio və televi-

ziyada, parlamentdə  səslənən dil bizim əzəmətli Azərbaycan dili-

mizdir. Bölgələrimizdəki dil ölməz ana dilimizdir. Öz şirinliyi, saf-

lığı və zənginliyinə görə bu dil dünyanın bir çox dillərilə bir sırada 

addımlayır. Onun qorunması üçün dövlətimiz öz missiyasını 

layiqincə yerinə yetirir. 

2. Dil situasiyasının yuxarıdakı  təhlilindən sonra bizim 

Respublikada dil siyasəti haqqında söhbət açmağımız yerinə düşər. 

Dil siyasəti deyəndə biz ölkəmizdə Azərbaycan dilinin milli et-

niklərin dillərinə  və xarici dillərə münasibətinin qanun şəklində 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

184


nizamlanmasını  nəzərdə tuturuq. Məlumdur ki, AR-nın Konsti-

tusiyasında Azərbaycan dilinin dövlət dili olması ayrıca maddə ilə 

(73) təsbit olunmuşdur. Bu o deməkdir ki, Respublikamızda kar-

güzarlıq, təhsil, qanunvericilik, ticari, mədəni və s. fəaliyyətlərimiz 

Azərbaycan dilində olmalıdır. Ancaq eyni zamanda biz bilirk ki, 

konkret fəaliyyət sahələrində başqa dillərlə  də rastlaşmalı oluruq. 

Belə olduqda istər-istəməz bir sualla rastlaşırıq. Hər bir Azərbaycan 

vətəndaşı praktik olaraq neçə dil bilməlidir? Bu suala biz hələ bir 

neçə il bundan öncə (20.V.1995, 67-69, Xəzər Universiteti) cavab 

vermişik. Aşağıda həmin fikirəri bir qədər yığcam şəkildə belə şərh 

edərdik: 

- dövlət dili. Azərbaycan Respublikasının dövlət dili Azər-

baycan dilidir və bu dövlətin ərazisində bu dil ünsiyyət vasitəsidir. 

Hətta xarici qonaqlar burada bu dildə danışmağa çalışmalıdırlar. 

Düzdür, biz dil və din baxımından tolerant xalqıq, ancaq buna 

baxmayaraq qonaqlarımızla ünsiyyətə öz dilimizdə can atmalıyıq. 

Bunu bizdən Konstitusiyamız tələb edir. 

- davranış dili. Etniklər, sərhəd zonasında yaşayanlar Azər-

baycan dilindən davranış dili kimi istifadə edə bilərlər. Borçalı 

mahalında yaşayan azərbaycanlıların dövlət dili gürcü dilidir, orada 

Azərbaycan dili onların ana dili olsa da, ünsiyyətdə bu dil onlar 

üçün davranış dili kimi müəyyənləşdirilə bilər. Azərbaycan  ərazi-

sində yaşayan bütün etniklər üçün Azərbaycan dili həm dövlət 

dilidir, həm də müxtəlif azlıqların nümayəndələri öz aralarında 

Azərbaycan dilindən davranış dili kimi istifadə edirlər. 

- fundamental dil. Respublikamızda fundamental dil orta 

ümumtəhsil məktəblərinin 5 – ci sinifndən müəyyən proqram və 

dərslik əsasında tədris olunur. Ona görə də bu dili idarə olunmayan 

ana dilindən fərqli olaraq idarəolunan dil adlandırmaq olar. Bu, 

tanınmış xarici dillərdən biri ola bilər. Təəssüf ki, bizdə bu, son 

ilərdə ingilis dili istiqamətində daha geniş yayılıb. 

- ünsiyyət dili. İndi vətəndaşlarımız bir xarici dillə dünyaya 

çıxa bilmirlər. Düzdür, indi hər yerdə ingils dili bu funksiyanı ye-

rinə yetirə bilir. Ancaq biz Rusiyada və ya Fransada olanda rus və 



ЫI HİSSƏ 

185 


ya fransız dilindən istifadə etsək bu çox yaxşı qarşılanar. Həmin bu 

dili biz ünsiyyət dili adlandırırıq. 

- araşdırma və ya arama dili. Azərbaycan vətəndaşı öz dar 

ixtisası ilə bağlı hər hansı bir dil öyrənmək istəyirsə, o, yazılı abidə-

lərin və ya qaynaqların hifz olunduğu dili öyrənməlidir. Məsələn, 

şumerlərin, gürcülərin, qədim türk dilini və s. öyrəniriksə, bunu 

araşdırma dili adlandırmaq olar. F.fon Diits oğuzların möhtəşəm 

abidəsi olan “Kitabi Dədə Qorqud” dastanını oxuyub alman dilinə 

tərcümə etmək üçün Azərbaycan türkcəsini araşdırma dili kimi 

öyrənmişdir. 

3. Beləliklə, Respublikada dil situasiyasını  təhlil edib öyrə-

nəndən sonra dıl siyasətini də müəyyənləşdirə bilərik. Respubli-

kamızın hər bir vətəndaşı ən azı üç (dövlət, davranış və fundamental 

dili) dil öyrənməlidir.. Qarşıda duran məqsəddən asılı olaraq biz 

maksimim beş dil bilməliyik: dövlət, davranış, fundamental, 

ünsiyyət və araşdırma dilləri. 

Dil siyasəti layihəsi hazırlanarkən burada söylənilən fikirlərlə 

bağlı digər fikirləri də müzakirə etmək olar. 

 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə