Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti


II. 9. II Türkoloji Simpozium (Varşava)



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
#16788
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

II. 9. II Türkoloji Simpozium (Varşava) 

 

Sentyabırın 11-də yerli vaxtal axşam saat 20-də (Bakı ilə 3 



saat fərqlidir) Azərbaycan Respublikasının, Türkiyə Respub-

likasının və Varşava Universitetinin təşkil etdiyi Sayca ikinci 

simpoziumda iştirak etmək üçün başda AMEA-nın vitse-prezidenti 

akad. N.Vəlixanlı olmaqla bir qrup alimimiz Varşavaya çatdılar. 12 



ЫI HİSSƏ 

217 


sentyabrda saat 10-da Varşava Universiteti Senatının akt salonunda 

simpozium iştirakçılarının qeydiyyatı keçirildi. Bundan sonra saat 

11-də simpozium Varşava Universiteti Şərq fakültəsinin dekan 

müavini prof. dr. P.Taraça, rektor müavini Polşa Xarici İşlər 

Nazirliyinin təmsilçisi, Türkiyənin Polşadakı səfiri prof. Yusif Ziya 

Özcan, Azərbaycan Respublikasının Polşadakı səfiri prof. H.Ə.Hə-

sənovun və bu sətirlərin müəllifinin təbrik nitqilə  işə başladı. 

Bununla  İkinci Türkoloji Simpozium uğurla öz işini bölmələrdə 

davam etdirdi. Bütövlükdə simpoziumda 22 bölmə iclası oldu. 

İclaslarda bizim respublikadan Z.Qasımova ("İncəsənətlər və 

stereotiplər"), Z.Həsənov ("Dil və dilçilik"), X.Əliyeva ("Miflər və 

inancalr"), N.Mustafayeva ("Təhsil və folklor") bölümlərində 

başqan olmuşlar. 

Ümumilikdə simpoziumda 22 mövzu müzakirəyə  çıxarılmış, 

onlardan "İncəsənət və stereotiplər", "Polşa türkoloqları", "Tarix I, 

II", "Dil və dilçilikI, II, III", "İncəsənətlər", "Ənənə  və  təsəvvür", 

"Ədəbiyyat I, II", "Təhsil problemləri", "Miflər və inancalr", 

"Siyasət və tarix", "Təhsil və tarix", "Sovet və kolonial dövrdən 

sonra", "Musiqi və teatr", "Ailə  və qohumluq", "Türkoloji 

problemlər", "Dil-qədim mətnlər I, II", "Poeziya və proza" kimi 

bölmələr diqqət çəkən oldu. Bütövlükdə iki gün ərzində simpo-

ziumun bölmələrində 100-ə  qədər məruzə dinlənildi. Onlardan bir 

neçəsi bizim respublikadan idi. Məruzəçilərimizdən A.Qədim-

alıyevanın, Z.Həsənovun,  Ş.Kərimovanın,  Ə.Salamzadənin, Z.Qa-

sımovanın, N.Novruzovanın, A.Hacıyevanın, N.Mustafayevanın, 

B.Məhərrəmlinin,  Ş.Orucovanın və başqalarının məruzələri 

simpozium iştirakçılarının marağına səbəb oldu. 

Səfir H.Ə.Həsənovun təşəbbüsü ilə bizim nümayəndə heyə-

tinin akad.N.Vəlixanlı, prof.Ə.Salamzadə və mən də daxil olmaqla, 

A.Mitskeviç  İnstitunda görüşümüz çox maraqlı keçdi. İnstitun 

direktoru P.Protoroç institut haqqında geniş  məlumat verdikdən 

sonra AMEA-nın vitse-prezidednti N.Vəlixanlı Azərbaycan tarixi 

muzeyinin 90 illiyinə  həsr olunmuş medalı  təntənəli  şəkildə 

institutun direktoruna təqdim etdi. Yeri gəlmişkən, qeyd edim ki, 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

218


Adam Mitskeviç İnstitutu Polşa  ədəbiyyatını, mədəniyyətini və 

dilini xaricdə təbliğ etməklə məşğuldur. Güman edirəm ki, belə bir 

institutun bizdə də yaradılması yaxşı olardı. 

Sentyabırın 13-də  əvvəlcədən  əldə olunmuş razılığa  əsasən 

Varşava Universitetində "Poloncim" adlı Polşa dili və mədəniyyəti 

mərkəzinin direktoru prof.Andrey Ziyeneviçlə görüşdüm. Bir 

saatdan artıq çəkən bu görüşdə biz Azərbaycan-Polşa  əlaqələrinin 

inkişaf perspektivlərini müzakirə etdik, gələcək planlarımızdan 

ətraflı danışdıq. İlkin razılaşma əldə olundu ki, biz gələcəkdə dil və 

mədəniyyət sahəsində qarışılıqlı fayda verən əməkdaşlıq edə bilərik. 

Həmin gün saat 14 tamamda Varşava Universitetinin böyük salo-

nunda Azərbaycan Respublikasının xalq rəssamı H.Əliyevin rəsm 

əsərlərindən ibarət sərgiyə tamaşa etdik. Sərgidə  rəssamın nəvəsi 

Ə.Əliyev də iştirak edirdi. 

Sentyabrın 13-də saat 16:00-da Varşava Universitetinin akt 

zalında Polşa-Azərbaycan əlaqələrinin başlanmasının 540 və həmin 

əlaqələrin bərpa olunmasının 20 illiyinə  həsr olunmuş panel iclası 

başladı. Azərbaycanın Polşadakı  səfiri prof. H.Həsənov qısa nitq 

söylədi və sonra iclası aparmaq üçün N.Vəlixanlını kürsüyə  dəvət 

etdi. Nailə xanım Polşa-Azərbaycan  əlaqələrinin tarixindən 

slaydlardan istifadə edərək geniş bir məruzə ilə çıxış etdi. Sonra söz 

AMEA-nın  İncəsənət və Memarlıq  İnstitutunun direktoru prof. 

Ə.Salamzadəyə verildi. O da məruzəsində iki xalqın tarixində iz 

buraxmış incəsənət və memarlıq  əsərlərindən söhbət açdı. Bundan 

sonra mən slaydların müşayiətilə Azərbaycan-Polşa arasındakı 

dilçilik əlaqələrindən geniş məruzə ilə çıxış etdim. Mən məruzəmdə 

Azərbaycanın dünya şöhrətli dilçisi M.Kazımbəyin müasir dünya 

dilçiliyinin banilərindən sayılan  əslən polyak İ.A.Boduen de Kur-

tene ilə  əlaqələrini açıb göstərməyə çalışdım. AMEA-nın Folklor 

İnstitunun  əməkdaşı A.Ramazanovanın məruzəsi də panel iştirak-

çılarının marağına səbəb oldu. Bu iclasda maraq doğuran məruzə-

lərdən biri də P.Olşevskinin 1917-1920-ci illərdə Polşa-Azərbaycan 

əlaqələri mövzusunda oldu. Onun həmin bu məsələlərlə həsr etdiyi 

kitabının üz qabığındakı  xəritədə Azərbaycan və Gürcüstan ərazi-



ЫI HİSSƏ 

219 


lərini Ermənistan ərazisi kimi göstərməsi ciddi etiraz doğurdu. O isə 

bu işə peşman olduğunu və indi tamam başqa mövqedə dayandığını 

bəyan etdi, yanlış təsir altına düşdüyünü açıq etiraf etdi. 

Beləliklə, 3 gün çox gərgin iş  şəraitində keçən II Türkoloji 

Simpozium öz işini tamamladı. Simpozium zamanı  səfirimiz, çox 

dəyərli ziyalımız və dövlət xadimimiz prof. H.Həsənov, onun xa-

nımı A.Həsənova, habelə səfirliyimizin gülərüz və mehriban işçiləri 

– Elnara xanım, Samir, Rüfət, Fərhad, Kamil və digərləri bir an belə 

diqqətlərini bizdən çəkmədilər, səhərdən axşama qədər bizimlə bir 

yerdə oldular. 

Onların hamısına təşəkkür edir və xalqımızın yolunda yorul-

madan çalışdıqları üçün onlara minnətdarlığımızı bildiririk. 

 

525-ci qəzet 25.09.2012. 

 

II. 10. A.Axundov türkologiyanın axırıncı magikanıdır 

 

Azərbaycan dilçiliyi uzun və  şərəfli bir yol keçib bugünkü 



səviyyəsinə çatmışdır. Dilçilyimizin başında duran fədakar alimləri-

miz ciddi tədqiqatlar aparmış və özlərinə layiqli nəsil yetişdirmişlər. 

Azərbaycan dilçiliyinin inkişafında mərhum alimlərimizdən B.Ço-

banzadə, Ə.Dəmirçizadə, M. Şirəliyev, M.Hüseynzadə, F.Zeynalov, 

Ə.Abdullayev, M.Tağıyev, N.Ağazadə,  Ə.Orucov, F.Kazımov, 

Z.Tağızadə, V.Aslanov, F.Hüseynov, M. Adilov, A.Axundov, 

T.Hacıyev, Y.Seyidov, A.Qurbanov, Z.Budaqova və s. əməyini xü-

susi qeyd etmək lazımdır. Dilçiliyimizin canlı  təmsilçiləri, 

A.Ələkbərov,  Ə.Rəcəbli, O.Musayev, K.Abdullayev, Q.Kazımov, 

N.Cəfərov, M.Musayev, və onlarca başqa dilçi alimlər bu gün 

elmimizi ölkəmizdə  və ondan çox-çox uzaqlarda layiqincə  təmsil 

edirlər. Ümumnəzəri problemlərin və Azərbaycan dilinin konkret 

məsələlərinin həllində yuxarıda adları çəkilən hər bir alimin öz yeri 

və  çəkisi vardır. Onların yaradıcılığı xalqımızın yolunda şam kimi 

ərimək anlamına gəlir. Bu gün bu alimlərin yetişdirdikləri tələbələr 

dilçilik elmimizin ön sıralarında gedirlər. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

220


Uzun müddətdir ki, AMEA-nın Nəsimi adına Dilçilik 

İnstitutu bütün Azərbaycan Respublikası üçün dilçi kadrların 

hazırlanmasında böyük əmək sərf edərək cidi nailiyyətlər  əldə 

etmişdir. Bu nailiyyətlərin qazanılmasında uzun illər institiuta 

rəhbərlik etmiş görkəmli teoretik və türkoloq A.Axundovun əvəzsiz 

xidmətləri vardır. Bu məqaləni işıqlı ziyalımız A.Axundovun 80 

illik yubileyinə həsr edirəm. 

Ağamusa Ağası oğlu Axundovu mən 60-cı illərin sonlarından 

tanımışam. Mən əsgərlikdən yenicə qayıdıb gəlmiş cavan bir institut 

müəllimi kimi o zaman bizim Azərbaycan Pedaqoji Dillər 

İnstitutunun elmi işlər üzrə prorektoru mərhum professorumuz 

Nəzakət xanım Ağazadənin təklifi ilə aspiranturaya daxil olmaq 

üçün qəbul imtahanı verəndə xarici dildən (ingilis dilindən) imtahan 

komissiyasının tərkibinə  gənc filologiya elmləri doktoru 

A.Axundovu da daxil etmişdilər. Mən o zaman bilirdim ki, 32 

yaşında doktorluq dissertasiyasını  uğurla müdafiə etmiş belə bir 

alimimiz var, ondan əvvəl isə onun “Felin zaman kateqoriyası” adlı 

namizədlik dissertasiyasının sonralar “Felin zamanları” adlı kitabı 

(1961)  şəklində çapdan çıxmış variantını müasir Azərbaycan 

dilindən mühazirə  və seminarlarda mərhum professorumuz 

H.Bayramov  ədəbiyyat siyahısında onu göstərdiyindən o əsərlə 

tanış idim. Doktorluğunu isə 4-cü kursda oxuyarkən bizə alman 

dilinin nəzəri fonetikasından dərs keçən çox mötəbər bir 

müəllimimiz C.M.Cəfərov mühazirə  və seminarlarda tərifləmişdi. 

Nə isə imtahana girəndə gördüm ki, Nəzakət xanımın yanında 

cavan, hündürboylu, gülərüz bir adam əyləşib. Buradaca qeyd edim 

ki, yuxarıda adını çəkdiyim bu dörd nəfər alimin mənim dilçi kimi 

yetişməyimdə çox böyük əməyi olub. Mən onları heç vaxt 

unutmaram! 

İndiki kimi yadımdadır, imtahanda yaxşı cavab verdim. 

Ancaq qəzet materialı çox çətin idi, özü də reqbidən bəhs edirdi. 

Mən cavab verəndə Ağamusa müəllim sakitcə Nəzakət xanıma şirin 

bir ləhcə ilə dedi ki, reqbidən hər adam baş çıxarda bilməz, ancaq 

namizədlik minumumu verən bu cavan elə danışır ki, elə bil özü 



ЫI HİSSƏ 

221 


reqbi oynayandır. Nəzakət xanım eynəyini tarazladı, qayıdıb 

sınayıcı  nəzərlərlə  Ağamusa müəllimə baxdı  və  qərar çıxartdı ki, 

Fəxrəddin, bəsdir. Koridorda gözləyin. Nəzakət xanım məni bizə 

alman dili tarixindən mühazirə  və seminar dərslərini apararkən 

tanımışdı. Bir azdan Ağamusa müəllim çıxdı, utandığımdan ona 

yaxınlaşa bilmədim. Gülümsəyərək siqaret çəkə-çəkə yanımdan 

keçdi. Bizi içəri dəvət edib qiymətlərimizi oxudular. Mənə beş 

yazmışdılar. 

Bundan sonra həmin o Nəzakət xanımın tövsiyyəsilə  mən 

Leninqrada (S.Peterburqa) getməli oldum. Orada məşhur germanist, 

Leninqrad (S.Peterburq) fonoloji məktəbinin lideri L.R.Zinderin as-

pirantı oldum. İxtisasım fonetika olduğu üçün Ağamusa müəllimin 

doktorluq dissertasiyasını diqqətlə oxuyub gördüm ki, bu nəhəng al-

im gənc yaşlarında Azərbaycan dilçiliyində inqilab etmişdir. Nə idi 

onun etdiyi inqilabın məğzi. İlk öncə qeyd edim ki, ötən əsrin 60-cı 

illərində Azərbayanda dilçiliyin fonetika və fonologiya sahələri 

başqa sahələrə nisbətən daha çox inkişaf etmişdi. Mən bunun 

səbəbini ilk növbədə bizim Ə.Dəmirçizadə, F.Kazımov, 

Q.Ələkbərli, S.Sadıqov, C.M.Cəfərov, T.Hidayətzadə kimi son 

dərəcə istedadlı dilçilərimizin olması ilə izah edirəm. Digər 

tərəfdən, dünya dilçiliyində fonologiya aparıcı mövqedə idi. Gənc 

Ağamusa müəllim də dilçilikdəki bu yeniliyi duymaya bilməzdi, 

çünki onun davamlı  və  təhliledici mütaliəsi və güclü müşahidə 

qabiliyyəti vardır. Üçüncü bir tərəfdən Ağamusa müəllim 

təbiətşünaslıq elmlərinə, xüsusilə  də riyaziyyata meyilli dilçidir. 

Bütün bunlar onu humanitar elmlərin şahı olan fonologiyaya gətirdi. 

Buradaca qeyd etmək yerinə düşər ki, məşhur antropoloq 

K.L.Stross yazırdı ki, nüvə fizikası  dəqiq elmlər üçün nədirsə, 

fonologiya da sosial elmlər üçün odur. 

Maraqlı burasıdır ki, namizədlik dissertasiyasının müda-

fiəsindən çox keçməmiş A.Axundov gələcək tədqiqatının 

yönümünü tamam dəyişərək dilçiliyin zirvəsi sayılan fonologiyaya 

üz tutdu. Hətta mən deyərdim ki, namizədliyi yazarkən o 

fonologiyaya bağlanmışdı, artıq doktorluq işi üçün gələcək elmi 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

222


istiqamətini seçmişdi. Bunu onun müdafiədən cəmi bir il sonra, yəni 

1959 – cu ildə yazdığı  məqalə  də sübut edir. O, APDİ-nin “Elmi 

əsərlərində” F.Kazımov və C.M.Cəfərovun çap olunmuş  məqalə-

lərinə yazdığı rəydə onların mövqeyinə öz kəskin münasibətini bild-

irərək göstərirdi ki, onlar uzun sait və geminatların (uzun 

samitlərin) müəyyənləşməsində yanlışlıqlara yol vermişlər

1



Deməli, fonologiyaya həvəs və maraq onu gətirib bu 



istiqamətin ağuşına atdı və Axundov Azərbaycanda, mən deyərdim 

ki, dünya türkologiyasında ilk sanballı fonoloji araşdırmaların 

əsasını qoydu. Fonologiya onu ənənəvi dilçiliyin əsarətindən xilas 

olmağa və gələcəkdə adlı-sanlı dilçi olmasına bir növ təkan verdi. 

1977/78-ci illərdə  mən Berlin universitetində doktorluq dis-

sertasiyası üzərində işləyərkən A.Axundov Leninqrad (S.Peterburq) 

universitetində yaradıcılıq ezamiyyətində idi. O zaman dünyanın 

tanınmış dilçilik məktəblərindən biri olan LDU-da A.Axundovu 

gənc olmasına baxmayaraq çox sanballı bir alim kimi qəbul edir, 

onunla hesablaşırdılar, hərçənd ki, həmyerlimiz fonologiyanın 

müəyyən məsələlərində onlardan fərqli mövqe nümayiş etdirirdi. Bu 

barədə rəhbərim mərhum professor L.R.Zinderin mənə yazdığı, bir 

də  mənim o zaman həmin universitetdə  təkmilləşmədə olan dis-

sertantım, çox talantlı, lakin vaxtından tez dünyasını  dəyişmiş ro-

manist C.Məmmədquliyevin məktublarından xəbər tuturdum. 

Düzdür, mən Berlində olarkən dünya Fonetistlər Cəmiyyətinin 

“Fonetika, ümumi dilçilik və kommunikativ tədqiq” adlı jurnalının 

baş redaktoru prof. Q.F.Mayerdən də A.Axundov haqqında xoş 

sözlər eşitmişdim. Q.F.Mayer mənimlə söhbətlərində  Ağamusa 

müəllimin çox yüksək elmi səviyyəsindən danışır, onu dünyanın 

məşhur dilçilərilə bir sıraya qoyurdu. Əslində, bu mənim gələcəyin 

nəhəng alimi akad. A.Axundovla ikinci, mən deyərdim ki, qiyabi 

tanışlığım idi. Sözün düzü, mən o zaman dilçiliyimizdə kimin kim 

olduğunu yaxşı bilirdim və A.Axundovla fəxr edirdim ki, bizim də 

üzə çıxartmalı belə bir dilçi alimimiz var. Doktorluq dissertasiyası 

(“Azərbaycan dilinin fonemlər sistemi”, 1973) əsasında 

A.Axundovun on bir il sonra, yəni 1984-cü ildə hazırlayıb çap etdir-


ЫI HİSSƏ 

223 


diyi Azərbaycan dilinin fonetikasına həsr etdiyi kitabında fonoloji 

yanaşma üstünlük təşkil etdiyindən onun bu kitabı mütəxəssislər 

tərəfindən çox maraqla qarşılandı

2

. A.Axundovun yeniliyi nədə idi? 



Əvvəla, bu alim dilin fonemlərinə bir sistem kimi yanaşırdı. Sis-

temdə  hər bir fonemin statusunu o, linqvistik kriteriyaların 

köməyilə sübut edir: fonoloji qarşılaşma yaratmaqla fonemlər söz 

mənasını fərqləndirmək qabiliyyətinə malikdir. Leninqrad Fonoloji 

Məktəb (LFM), məlum olduğu kimi, məna fərqləndirməni  əsas 

götürmür. Digər tərəfdən, bu məktəbə görə fonemin danışıq aktın-

dan ayrılıb götürülməsi mexaniki qarşılaşdırma yolu ilə deyil, po-

tensiyada morfemlə bağlılığı  əsasında həyata keçirilir. İkincisi, o, 

fonemlərin maddi varlığının səslərdən ibarət olduğunu əsas götürür, 

bununla da o zaman dilçilikdə hökm sürən atomizmi (hər bir fone-

min ayrılıqda reallaşmasının fiziki və fizioloji təsvir edilməsi) və 

abstaktlığı (fonemin real səs təzahüründən qopardılaraq abstrakt bir 

hadisə kimi təsvir edilməsi) qəbul etmirdi. Üçüncüsü, A.Axundov 

türkologiyada ilk dəfə dil vahidlərinin-fonemlərin distribusiyasının 

təsvirində riyazi-statistik metoddan istifadə etmişdir. Sonralar onun 

bu sahədə çalışmalarının nəticəsi kimi riyazi dilçilkdən dərs vəsaiti 

meydana gəldi. Eyni vaxtda onun ümumi dilçilikdən yazdığı orijinal 

dərslik işıq üzü gördü

3

. Bu əsər ümumi dilçilik sahəsində çox dəyər-



li ümumiləşdirmələrə əsaslanırdı, hətta bəzi məsələlərin şərhində (II 

bölmənin üçüncü hissəsində) dünya dilçiliyi səviyyəsinə qalxa 

bilmişdir, dilin daxili quruluşu məsələlərinin  şərhində orijinal yol 

seçmiş, bir sıra hallarda öz konsepsiyasını  əsas götürmüşdür. Dö-

rdüncüsü, Ağamusa müəllim həmişə konkret dil materialından çıxış 

edərək öz elmi qənaətini vermişdir. Beşincisi, Ağamusa müəllim 

dilin tarixinə, onun işlənməsi məsələlərinə  və  tədrisinə, dil və 

mədəniyyət məsələlərinə  və s. həmişə önəm vermiş  və onların 

tədqiqinə sanballı  əsərlər həsr etmişdir

4

. Artıq deyildiyi kimi, 



A.Axundovun elmi yaradıcılığında Azərbaycan dilinin fonetik 

aspektinin tədqiqi mühüm rol oynayır. Ona görə  də biz bu barədə 

bir qədər  ətraflı danışmaq istərdik. Məsələ burasındadır ki, 

A.Axundov dilimizin fonetikasının funksional, akustik və artikulya-



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

224


tor aspektlərinin tədqiqinə  həsr olunmuş ilk fundamental əsərin 

müəllifidir. Dediyimiz kimi, bu əsərin cazibədarlığı  həm də müəl-

lifin statistik hesablamalara böyük yer ayırmasındadır. A.Axundov 

bu kitabında nəinki seqment vahidlərin müxtəlif mövqelərdə  və 

şərtlər daxilində işlənməsi ehtimalını və kombinatorikasını konkret 

materiallar əsasında açıb göstərir, həm də onların superseqment va-

sitələrin (vurğu, intonasiya və s.) təsiri altında dəyişikliklərə 

uğramasını da ətraflı  təhlil edir. Özü də fonoloji vahidlərin 

paradiqmatik və sintaqmatik planda xüsusiyyətlərini ön plana çəkir. 

Bu da türkoloji dilçilikdə sinharmonizm (həmahənglik) adı altında 

məlum olan tipik əlamətin qabardılması, dilimizin və dilçiliyimizin 

avrosentrizmdən qurtulması istiqamətində irəliyə atılmış ciddi 

addım deməkdir

5

. Deməli, bu kitabda danışıq aktında baş verən 



aksent xüsusiyyətləri, fonotaktikanın və söyləm intonasiyasının 

özəllikləri də geniş planda təhlil olunur. O da şübhəsizdir ki, 

Azərbaycan dilinin sintaktik fonetikası ilk dəfə bu kitabda belə 

hərtərəfli  şərh olunur. Düzdür, Ə.Dəmirçizadənin də kitabında 

avazlanma adı altında cümlə intonasiyası barədə  məlumat verilir. 

Ancaq A.Axundovun bu kitabında isə konkret tonaqramlar veril-

məklə müxtəlif tip cümlələrin intonasiyası geniş  şərh olunur. Seq-

ment vahidlərdə olduğu kimi, intonasiyanın şərhində də müəllif eks-

perimental – fonetik metoddan istifadə edir. 

A.Axundov dilimizin fonem tərkibi haqqında mövcud fonoloji 

yanaşmalara tənqidi münasibət bildirir. Hər bir səsin fonoloji sta-

tusunu müəyyənləşdirərkən o öz kriteriyalarını irəli sürür. Maraq 

doğuran cəhət odur ki, A.Axundovun fonem anlamı bütövlükdə türk 

dillərinin, o cümlədən Azərbaycan dilinin spesifik xüsusiyyətlərini 

əhatə edir. Bu kitabında A.Axundov öz əvvəlki fonem konsep-

siyasından geri çəkilir, yəni Azərbaycan dilində uzun saitləri 

fonoloji sistemdən kənara çıxararaq onlara mövqe ilə bağlı variant-

lar kimi yanaşır. 

Samit yarımsisteminə  gəldikdə isə A.Axundov, Azərbaycan 

dilinin fonoloji təsvirlərinə  həsr olunmuş  əsərlərdə olduğu kimi, 



ЫI HİSSƏ 

225 


məlum samit inventarına 2 əlavə samit daxil edir və dilimizdə 

samitlərin sayını 25-ə çatdırır. 

Kitabın ciddi maraq doğuran məziyyətlərindən biri də odur ki, 

hər bir fonemin geniş akustik, artikulyator və distributiv təhlili very-

lir, hər bir yarımbölmənin sonunda qaydalar müəyyənləşdirilir, on-

lar heç bir mübaliğəsiz istənilən orta və ali məktəb dərsliklərinə və 

dərs vəsaitinə daxil edilə bilər. Burada verilmiş çoxsaylı  əyani 

vəsait, fonemlərin distributiv xarakteristikasının statistik hesablama 

cədvəlləri kitabın dəyərini və keyfiyyətini olduqca artırır. 

Kitabda sinharmonizmə böyük yer ayrılıb. Burada da müəl-

lifin linqvistik anlamının və dil materialının təhlilinin dərinliyi 

özünü büruzə verir. Bu da müəllifə  hər bir fonetik hadisənin arx-

asında gizlənən linqvistik dəyəri və dilin fonoloji səviyyədə sistem-

liliyini açıb göstərməyə imkan verir. 

Yuxarıda deyildiyi kimi, kitabda yeni olan şeylərdən biri də 

intonasiya ilə bağlıdır. A.Axundov intonasiyanı mürəkkəb bir 

fonetik hadisə kimi götürür və onun reallaşmasını, çox düzgün olar-

aq, sintaktik strukturla bağlayır. Qısa akustik girişdən sonra müəllif 

intonasiyanın funksional tərəfini daha dolğun işıqlandırır. O, in-

tonasiyaya qeyri-müəyyən bir sintaktik quruluşa xas olan hadisə 

kimi yox, müəyyən konturların sistemi kimi yanaşır və  bu  da  in-

tonasiyanın fonoloji baxımdan öyrənilməsi deməkdir. 

Müəllif dilimizin intonasiya sistemində 4 intonasiya 

konturunun olması fikrini irəli sürür. Məsələnin belə qoyuluşu 

nəzəri baxımdan mübahisə doğurmur. A.Axundov çox doğru olaraq 

qeyd edir ki, sintaktik (sintaqmatik) fonetika az işlənmiş sahədir. 

Ona görə də kitabın bu hissəsində nə deyilibsə ciddi maraq doğurur 

və Azərbaycan dilçiliyi üçün yenidir. Bu kitabdakı tonoqramlar 

əyanilik baxımından çox dəyərlidir. 

Kitabın ümumilikdə yaxşı  təəssürat yaradan tərəfi bir də on-

dan ibarətdir ki, onda müəllif öz mövqeyini güclə qəbul etdirmir, o, 

oxucuya imkan verir ki, özü konkret nəticəyə  gəlsin. Bu da müəl-

lifin böyüklüyüdür, dil hadisələrinin şərhində Axundov manerasının 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

226


gözlənilməsidir. A.Axundovun bu kitabı ümumi və Azərbaycan 

dilçiliyinə bir töhfədir. 

A.Axundovla üçüncü tanışlığım 1984-cü ildə oldu. O zaman 

Cənubi Qafqazda german dilləri üzrə namizədlik dissertasiyalarının 

müdafiəsini təşkil edən Müdafiə  Şurasını SSRİ AAK-ı Tbilisidə 

Çavçavadze adına unversitetdə yaratmışdı. Mən də Qafqazda ger-

man dilləri üzrə ilk elmər doktoru olduğum üçün bu Şüranın 

tərkibinə daxil edilmişdim. Səhv eləmirəmsə, 1984-cü ilin bir bahar 

günündə mənim aspirantım F.Hacıyeva orada müdafiə etməli oldu. 

Şura prof.A.Axundovu həmin müdafiə  işinə birinci opponent kimi 

təsdiq etmişdi. Müdafiə çox uğurlu oldu. Ağamusa müəllim rus 

dilində gözəl bir çıxış etdi. Görkəmli gürcü türkoloqu prof. 

N.N.Canaşiya, germanist, Humboldt təqaüdçüsü və Humboldtun 

“Seçilmiş  əsərləri”nin rus dilinə  tərcüməçisi və redaktoru mərhum 

prof. Q.V.Ramışvili, habelə Suxumidən prof. P.Şubinin bizim 

Ağamusa müəllimə verdikləri yüksək qiyməti eşidəndə qəlbim dağa 

dönürdü.  İlk dəfə idi ki, beynəlxalq aləmdə bizim alimin çıxışına 

verilən bu böyük qiymətin  şahidi olurdum. Mən onda bildim ki, 

bizim də dünya alimləri sırasında duran dilçilərimiz vardır. 

Sonrakı illərdə  mən elmimizin ağsaqqalı, hörmətli Ağamusa 

müəllimlə tez-tez təmasda olmuşam, ona heyranlığımı gizlədə 

bilməmişəm. Onun təmkini, dillə bağlı  dərin məntiqi ümu-

miləşmələrini hər zaman hiss etmişəm. Heç yadımdan çıxmaz, 

mənim aspirantlarımdan biri onun rəhbərlik etdiyi, AMEA-nın 

Dilçilik İnstitutundakı Müdafiə Şurasında doktorluq dissertasiyasını 

müdafiə edirdi. Bir neçə germanist kimi məni də birdəfəlik müdafiə 

şurasına üzv salmışdı Ağamusa müəllim. Müdafiə başladı, prosedur 

məsələlər qurtardı, opponentlər çıxış elədi, sonra müzakirə başladı. 

Mən söz alıb çıxış etdim. Görünür, mənim çıxışım akademik 

A.Axundovun xoşuna gəlmişdi. Fasilədə yaxınlaşıb hal-əhval tu-

tanda dedi ki, özünü çox yorma. Sən eləyə bildiklərini etmisən. 

Özündən muğayat ol. Mən minnətdarlığımı bildirdim, bir neçə gün-

dən sonra ona növbəti kitabımı bağışlayanda dedi: “Fəxrəddin, səni 

“Türkologiya” jurnalının redaksiya şurasına daxil etmişik”. 



ЫI HİSSƏ 

227 


Sevincimin həddi-hüdudu yox idi. Deməli, bu böyük alim mənim 

yaradıcılığımı izləyirmiş. . 

Ağamusa müəllim çox ləyaqətli, alim etikasını gözləyən, 

mehriban və alicənab insandır. Bildiklərini ətrafdakılarla bölüşməyə 

həmişə hazır olan bu böyük insan ömrünün ahıl çağında da 

yorulmadan xalqımzın yolunda çalışır, “Orfoqrafiya lüğəti”mizin 

yeni təkmilləşmiş  nəşrini çapa hazırlayır, “Seçilmiş  əsərləri”nin 

ikicildliyini tamamlayaraq nəşriyyata təqdim edib. 

Ağamusa müəllim nədən yazırsa-yazsın, o hər yerdə ye-

nilikçidir, novatordur, dilimizi və dilçiliyimizi yüksək zirvələrə 

daşıyan zəhmətkeş sadə bir alimdir. Ömrünün bu çağında ona uğur-

lar diləyərək can sağlığı arzulamaqla bu kiçik yazını burada 

tamamlamaq istəyirəm. Daima yaşayıb yaradın,  əziz və hörmətli 

Ağamusa müəllim! 



Dilçilik institunun əsərləri. Bakı, 2012. №1, s.157-165. 

Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin