Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
#16788
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

II. 13. Azərbayacn dilçiliyində  

Kamal Abdulla fenomeni 

 

On bir il bundan əvvəl Kamal müəllimin məşhur "Azərbaycan 



dili sintaksisinin nəzəri problemləri" adlı kitabı (Bakı, 1999) yenicə 

çapdan çıxmışdı. Həmişəki kimi, üstünü yazaraq mənə bağışladığı 

həmin kitabla tanış olandan sonra növbəti görüşdə ona dedim ki, Siz 

Azərbaycan dilçiliyində bir fenomensiniz. Söz də vermişdim ki, 

mən bu fenomenliyi necə başa düşdüyümü mətbuatda yazıb çap 

etdirəcəyəm. Lakin illər ötdü, Kamal Abdulla bu illərdə daha çox 

bədii yaradıcılıqla məşğul olmağa başladı. Rektor oldu, AMEA-nın 

müxbir (həqiqi) üzvü seçildi, böyük Beynəlxalq simpozium və 

konfransların təşkilatçısı və ilhamvericisi oldu. Təkcə dünyanın yüz 

dahisinin əsərlərini orjinaldan tərcümə edilib çap olunması ilə bağlı 

fəaliyyəti son dərəcə  səmərəli qiymətləndirilə bilər. Onun sorağı 


ЫI HİSSƏ 

239 


dünyanın o başından gəlir, əsərləri alman, rus, fransız, ispan, polyak 

və s. dillərinə tərcümə olunur, o artıq dünyada tanınmış Azərbaycan 

yazıçısı, dramaturqu və  ədəbiyyatşünası, bir sözlə bizim fəxr edə 

biləcəyimiz dünya səviyyəli bir alimə çevrilir. Bəli, o daha çox 

ədəbiyyatçı kimi, ya da nadir hallarda teleekranlarda dilimizlə bağlı 

çıxışları ilə yaddaşıma həkk olunmağa başladı. Arabir onun 

rəhbərlik etdiyi ali məktəbdə  fəaliyyət göstərən doktorluq müdafiə 

şurasının iclaslarında opponent kimi iştirak edərkən və elə o vaxtlar 

həmin  şuranın üzvü olarkən çıxışlarına qulaq asırdım. Dilçi kimi 

güclü potensiala malik olduğunu bildiyimdən gözləyirdim ki, yeni 

əsərlə meydana çıxsın. Bu özünü çox gözlətmədi. Budur, bu 

yaxınlarda çapdan çıxmış "Dilçiliyə səyahət" kitabının üstünü adəti 

üzrə yazaraq mənə verdi. Əlimə yaxşı fürsət keçmişdi. Bir dəfə 

dediyim sözü təsdiqləmək lazım gəldi. Kitabı götürüb birnəfəsə 

oxudum. Düzü heyranlığımı gizlədə bilmirdim. Əvvəla kitabın 

yazılış janrı  və üslubu adamı valeh edir. Müəllif Zalxa və  Əhməd 

kimi bir-birini sevən gənclərin vasitəsilə dilçiliyin dolanbac 

yollarına gəmi ilə  səyahətə  çıxır və  hər bir dilçilik problemini bir 

adaya bənzədərək onun açmasını verir. Kitabın üzqabığında aşağıda 

yazılıb ki, bu kitab dilçi olmayanlar üçün dilçilikdir. Axırda da 

müəllif yazır ki, onu "Hamı üçün dilçilik" adlandırmaq istəyirmiş. 

Kitabla yaxından tanışlıq göstərir ki, hər üç ad bu kitaba yaraşır. 

İndi mən öncə Kamal Abdullanın fenomenliyini şərh edim, sonra 

burada haqqında danışdığımız kitabın üzərinə qayıdarıq. 

Kamal Abdullanın fenomenliyi ondadır ki, o, möhkəm özül 

üzərində dayanan mühakimələr yürütmək və müşahidə elədiyi 

hadisələri, faktları öz analitik təfəkkürünün süzgəcindən keçirib 

onları  dərindən təhlil etmək, onlardan ümumi nəzəri nəticələr 

çıxartmağı yüksək dərəcədə bacarır. 

Kamal müəllimin intensiv mütailəsi ona müasir dilçiliyin ən 

aktual problemlərinə dair fikirlər yürütməyə imkan və  zəmin 

yaradır. Azərbaycan dilinin sintaksisi sahəsində irəli sürdüyü 

müddəalar bu gün də aktuallığını qoruyub saxlamaqdadır. 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

240


Kamal müəllim cümlənin aktual üzvülənməsi və mətn dilçiliyi 

sahəsində orijinal fikirlər söyləyən ilk alimlərimizdən biridir. Onun 

mətnin quruluşu və  tərkibi ilə bağlı verdiyi ümumiləşmələr bu 

sahənin Azərbaycanda onun adı ilə bağlılığını şübhə altına qoymur. 

Kamal müəllimin xarici və rus dilçiliyini dərindən tənqidi 

təhlil edərək öyrənməsi ona imkan verir ki, çağdaş nəzəri dilçiliyin 

ön sıralarında addımlasın. 

Nəhayət Kamal müəllimin fenomenal yaddaşı, obrazlı ifadə 

vasitələrindən bacarıqla istifadə etməsi hər yerdə ona baş ucalığı gə-

tirir. 


Təzə kitabı isə Kamal müəllimin yaradıcılıq zirvəsində dur-

masından xəbər verir. Müəllif Zalxa və Əhməd sevgisinin işığında 

dilçiliyin mühüm problemlərini elə gözətləyir ki, oxucu böyük hə-

vəslə onların ardınca gedir, bir tərəfdən Kamal Abdullanın ustalıqla 

şərh elədiyi dil və dilçilik mətləblərilə yaxından tanış olur, digər 

tərəfdən isə intizar içində hadisələrin gedişini izləyir ki, onların 

sevgisinin aqibəti necə olacaq. Özü də saysız-hesabsız haşiyələr və 

bənzətmələrlə, avtoritetlərə yerindəcə müraciətlə. Balaca bir kitabda 

daha kimlərin adları  çəkilmir, kimlərdən sitat gətirilmir. Qədim 

yunan filosoflarından tutmuş, ünlü şair və yazıçılaradək, dilçiliyin 

şah damarını  təşkil edən məktəb və nümayandələrədək: Platon, 

Kaşğari, V.fon Humboldt, F. de Sössür və s. Kitabın "Giriş əvəzi" 

bölməsində oxucuya aydın olur, bu kitab sadəcə dil və dilçilik 

haqqında hekayələr deyil, o daha çox fəlsəfi, linqvistik və psixoloji 

biliklərin sintezidir, o dilin mübhəm sirlərinin açılmasını qarşısına 

məqsəd qoyub. Elə "eyni çaya iki dəfə girmək olmaz" fəlsəfi 

söyləminə müəllifin verdiyi ilk şərh dediyimizi bir daha sübut edir. 

Yəni dil insanın  əbədi sərvətdir, hər zaman insan homo sapiens 

olaraq həyatını dildə keçirir və dilə köklənir: uğuru da, sevinci də, 

kədəri də, uğursuzluğu da dildə olur. 

Artıq birinci fəsildə öz gənc bələdçilərinə aydın olur ki, 

Kamal müəllim böyük alimlərin yanında olub. O hələ Moskva 

mühitini xatırlatmır.  Əsas odur ki, Zalxa Əhmədlə yaxından tanış 

olmaqla bərabər, dilin mahiyyəti, tipləri, habelə bu nəsnələr 



ЫI HİSSƏ 

241 


haqqında uzun əsrlərdən bəri keçib formalaşmış bir elmin-dilçiliyin 

xüsusi tədqiqat üsullarına bələd olsunlar. F.Bekondan sitat gətirərək 

metodu "qaranlıq yolda fənər" adlandırır. Haşiyələr fəsillərin 

bəzəyidir. Mətnin içində deyə bilmədiyini müəllif haşiyələrdə 

açıqlayır. Deməli, dilin əmələ gəlməsindən tutmuş onun təfəkkürlə 

əlaqəsi, reallaşması formaları, habelə dillərin qohumluğu 

(V.Counzdan gətirdiyi nümunə-s.30) və bir-birinə qarşılıqlı  təsiri, 

dilin keçmişi və bu günü, böyük türk oğlu M.Kaşğarinin dünyada 

ilk ensklopedik lüğətin müəllifi olmasını Kamal müəllim necə  də 

şövq və heyranlıqla izah edir! 

Kamal müəllim kitabında görkəmli  şəxsiyyətlərə, filosoflara, 

dilçilərə, yazıçı və şairlərə gen-bol yer ayırır, bəzən onlardan kiçik 

bir nümunə verməklə diliçilik problemini gözləməyə müyəssər olur. 

İkinci fəsildə söhbət dilin ən kiçik elementlərdən – səslərdə 

reallaşan fonemlərindən, bu fonemlərin rəngarəng birləşməsindən 

sonsuz cümlələri yarada bilməsini C.Londonun əsərindəki efemerə-

birgünlük ömrü olan kəpənəklərə istinadən səsin ötəri, ani olmasını, 

amma eyni zamanda bu səslərdə reallaşan fonemlərin sonu məlum 

olmayan cümlələrin maddi qabığını  təşkil etdiyini məharətlə açıb 

göstərir. Doğrudan da, möcüzədir ki, cəmi 12 fərqləndirici  əlamət 

minlərlə sözün və cümlənin maddi tərəfini yaradır. O eyni zamanda 

saitlərin assonansını və samitlərin alliterasiyasını xüsusi şövqlə izah 

edir. Kamal müəllim bu fəsildə  səs simvolizmini də unutmur, səs 

oxşarlığı  və semantik səviyyədəki izomorfizmlə dillərin 

qohumluğunu açıb göstərməyə xidmət edir. Dilçiliyin böyük 

nailiyəti kimi tarixi-müqayisəli və  gənc qrammatiklərin dillərin 

genetik qohumluğu ilə bağlı fikirlərini Zalxa və  Əhmədin gələcək 

qohumluğu və ümumilikdə şəcərə üçün bir istiqamətləndirici rolunu 

oynaya biləcəyini gizlətmir. Dilçiliyin yaranmasında son dərəcə 

mühüm rol oynamış  və  hələ  də mübahisəli olan adlandırma 

problemi kitabın 3-cü fəslinin məzmununu təşkil edir. Burada Dədə 

Qorqudun advermə  ənənəsi, ulu dil məsələsilə ilə bağlı söylədiyi 

fikirlər (A.Şlfyxerin "At və qoyunlar" təmsili ilə ulu german dilini 

bərpa etməsi cəhdi uğursuz oldu, çünki o yalnız sadəcə cəhd idi – 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

242


F.V.) maraqla qarşılanır. Dillərin qohumluq dərəcəsini  əks etdirən 

cədvəllər, dil tiplərinin (analitik, sintetik, inkorporativ) və morfoloji 

bölgü (flektiv, aqlütinativ və kök dillər) prinsipləri kitabda dolğun 

şərh olunub. Məlumdur ki, dilçilik elmi inkişafdadır və buna görə 

də istənilən bölgü elmdə axırıncı söz deyil. Bu gün dünyada 6300 

dil mövcuddur, o dillərin çoxu mövcud bölgü çərçivəsinə sığmır. 

Ötən  əsrin ortalarında böyük rus dilçisi L.Şerba sintaksislə 

semantikanın sıx  əlaqəsini göstərmək üçün süni cümlə düzəldib 

tələbələrinə başa salırdı ki, linqivistik struktur semantik açılış üçün 

vacibdir, ancaq hər qrammatik cəhətdən düzgün qurulmuş struktur 

hər zaman mənalı olmur. Nümunə kimi belə cümlə düzəltmişdi: 

//Qlokaə kuzdra şteka udlanula bokra i kudrəçit bokrenka//. Cümlə 

qrammatik struktur kimi normaldır, ancaq heç bir məna bildirmir. 

Burada yalnız /i/ bağlayıcısı rus sözüdür. Sonralar rus mənşəli 

N.Xomski ingilis dilində //Green ideas sleep furiousy// (Yaşıl 

ideyalar vəhşicəsinə yatırlar) kimi cümlələrlə ideyanı  təkrar etdi. 

Həmin bu beşinci fəsildə Kamal müəllim dil vahidləri və onlar 

arasındakı münasibətləri  əsas götürən məktəbləri və onların 

nümayəndələrinin fikirlərini təhlil edir (Yelmslev, F. de Sössür və 

s.). Bundan başqa sistem-struktur münasibətlərindən söz açaraq 

F.de Sössürün məşhur şahmat oyunu ilə müqayisəsini yada salır və 

sonra göstərir ki, dilçilik elə oyunlarla doludur. Şahmatla müqayisə 

o mənada uğurlu sayıla bilər ki, onda yaranan hər hansı oyun 

vəziyyəti dilin konkret tarixi kəsimini, yəni müəyyən zamanda 

səviyyəsini tam əks etdirir. Ancaq fiqurlarla dil işarələrini 

eyniləşdirərkən isveçrəli ustad səhvə yol verirdi, çünki dil 

işarələrinin təbiəti yalnız səslər ola bilər. 

Dedik ki, Kamal müəllim orjinal üsul seçib. Platon kimi, 

Laybins kimi o da dialoqlardan istifadə edərək öz niyyətinə çatmaq 

istəyir. Onlar kimi, Kamal müəllim də  bəzi fikirləri Zalxanın və 

Əhmədin dililə deyir, hərçənd ki, bunların müəllifinin özü olmasa 

heç bir mübahisə doğurmur. Deməli, Markes, Folkner, Borxes, 

Füzuli, S.Vurğun və s-dən misal verməklə dilin bütün oynaqlığını 

açıb göstərən müəllif altıncı  fəsildə psixodilçilik üçün son dərəcə 



ЫI HİSSƏ 

243 


maraqlı  mətbələrə toxunur və dolayısı ilə Sepir-Uorf fərziyyəsini 

qəbul edir və deyir ki, dillər zəngin və qeyri zənginliyinə görə bir-

birilərindən fərqlənir. 

Dilin yaranması ilə bağlı mübahisələr və müzakirələr tarixən 

mövcud olub, bu gün də vaxtaşırı gündəmə  gəlir. Bu zaman hansı 

xalqın və dilin daha qədim olmasını sübut etmək üçün hər cür 

vasitələrə  əl atılır. Misir padşahının da, dini mənbələrin də,  əmək, 

səs təqlidi və nida nəzəriyyəsi kimi digər nəzəriyyələrin də mövcud 

olmaq haqqı var. Ancaq sonda öz mövqeyini açıqlamağı da yaddan 

çıxartmayıb. Onun fikirincə, dilin yaranmasının özülündə bütün 

fərziyyə və fikirlər içərisində sübuta ehtiyac olmayanı  məhz "İlahi 

nəzəriyyədir" (s.171). Son dövrlərin tədqiqtları birmənalı  şəkildə 

sübut edirlər ki, dil anadangəlmədir. Düzdür bunu Kartezian 

dilçiliyi də irəli sürmüşdü və nəzəriyyəni belə adlandırmışdı: innate 

idea. Deməli, dilin yaranması və hansı dilin birinci olması ilə bağlı 

fikir və mülahizələr zaman-zaman dövriyyəyə buraxılır, sonra bu 

fikirlər səngiyir, gündəmə daha vacib məsələlər çıxarılır. Elə 

Kandilakın dövründəki kimi, F. de Sössürün zamanındakı kimi. 

Birinci dilin yaranması ilə bağlı fikirlərin müzakirəsinə veto 

qoymuşdu, ikinci isə diaxron tədqiqatları  əhəmiyyətsiz hesab 

edərək, dilin mahiyyətini açmağa daha böyük önəm verdiyini xüsusi 

qeyd edirdi. Hesab edirəm ki, bu cür kitablarda dilin yaranması 

haqqında müzakirənin aparılması  məntiqi görünür, xüsusilə  nəzərə 

alsaq ki, müəllifin səfər müşayiətçiləri bir-birinin kimliyini və 

keçmişini israrla öyrənmək istəyirlər. Burada da Kamal Abdulla o 

biri fəsillərdə olduğu kimi qədim tarixi məxəzlərdən (Herodot, 

Platon,  İncildəki Banilistan əhvalatı, müqəddəs Quran) ta 

dövrümüzə qədər (Y.Herder, Engels, Marr və s.) bu problemlə bağlı 

deyilmiş fikirlərə söykənərək öz qəti fikrini açıqlayır. 

Kitabın axırıncı, səkkizinci fəslində Kamal müəllim üçün 

doğma olan problemlərə meydan verilir. Bu da aktual üzvülənmə 

məsələsidir. Zalxanın /Əhməd sabah Bakıya qatarla yola düşəcək// 

məlumatından çıxış edərək fəsildə cümlənin söz düzümü, intonasiya 

qəlibi və alt və üst qatdakı mənalarını məharətlə çözələyən müəllif 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

244


Okkam ülgücündən istifadə edərək cümlədəki yeni və köhnəni 

qarşılaşdırır və göstərir ki, danışan yuxarıdakı söz düzümünü elə 

belə öz istədiyinə  rəğmən seçməyib. Buna həmin danışıq 

məqamından öncəki presuppozisiya səbəb olub. Qrammatik struktur 

isə həmin presuppozisiyanın əsiri olaraq reallaşıb. Cümlədə birinci 

yerə  çıxarılan element danışana məlum olandır: /Əhməd/, /sabah/, 

/Bakıya/, ancaq bunlardan fərqli olaraq Zalxa üçün Əhmədin yola 

düşməsi, həm də qatarla yola düşməsi son dərəcə vacib 

informasiyadır, çünki qız bunu heç istəməzdi. Hər nə olursa olsun, 

Kamal müəllim bu fəsildə öz ampulasındadır və materialın 

çözülməsində  məharətini nümayiş etdirə bilir. Sonda müəllif 

Azərbaycan dilçiliyinin 50-ci illəri üçün səciyyəvi olan linqivistik 

paradiqmini verir, müəllimlərini böyük məmnuniyyət hissilə 

sacayağı kimi təqdim edir. Ancaq etiraf edək ki, növbəti səyahətdə, 

əgər beləsi olacaqsa, bu paradiqma tamam başqa cür olacaq və 

olmalıdır. 

Kitabda son dərəcə  zəngin irsdən istifadə olunub. Buradakı 

dilçi və alimlərin siyahısını  tərtib etsək, böyük bir biblioqrafik 

göstərici ortaya çıxar. Kitabda həm də böyük linqvistik aparat 

mövcuddur.  İşlədilən söz və terminlərin özləri də maraqlı olduğu 

qədər dəqiq və yerində  işlənir: sistem və struktur, əlaqə  və 

münasibətlər birliyi və ya toru, sinxron, informasiya, entropiya, 

funksiya, küy, kanal, alt və üst qatlar və s. və i.a. Kitabın sonunda 

da maraqlı terminlər sadalanır: paralinqvistika, linqvopoetika, riyazi 

dilçilik. İstərdik ki, yeni səyahətlər qələmə alınsın, onlarda bu dəfə 

öz ifadəsini tapmayan konsepsiyalar (İ.A.Boduen de Kurtene, onun 

ikili üzvülənmə  nəzəriyyəsi, fonem, morfem, sıfır morfem, 

alternasiya nəzəriyyəsi, E.Koseriu və üçlü üzvlənmə nəzəriyyəsi) və 

terminlər açılıb göstərilsin (redundantlıq, relevantlıq, izomorfizm, 

sinkretizm, neytrallaşma və s. və i.a.) özünə yer alsın. 

Bütövlükdə biz Kamal qardaşımızı bu möhtəşəm layihəni 

uğurla həyata keçirdiyi, kitab rəfimizə çox dəyərli bir kitab yazıb 

bəxş etdiyi üçün ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq 

uğurları diləyirəm. 



ЫI HİSSƏ 

245 


Fəxrəddin Veysəlli Alman Germanistləri Birliyinin və Bey-

nəlxalq Fonetika Elmləri Cəmiyyətinin üzvü, akad. Y.Məm-

mədəliyev mükafatının laureatı f.e.d., prof. 

 

Bu məqalə 03.03/13.02.2010-cu ildə 525-ci qəzetdə çap olun-

muşdur. 

 

 



II. 14. Azərbaycan dilçiliyinin inkişafi Polşa –

 Azərbaycan əlaqələri kontekstində 

 

Azərbaycan Polşa əlaqələri müxtəlif yönümdən araşdırma və 



ya konkret bir tədbirdə ( konqres, simpozium, konfrans, qurultay və 

s.) məruzə və ya çıxışın mövzusu ola bilər. Elə bu yaxınlarda ünlü 

alimimiz və diplomatımız prof. V.Quliyevin “Polşa tatarları 

Azərbaycanda” kitabı (sayın diplomatımız, tarix e.d. H.Həsənovun 

rəyilə çapdan çıxmış, 2012, 163 s.) ayrıca bir söhbətin mövzusu ola 

bilər. O kitabda tatar-polyak münasibətləri dəqiq ardıcıllıqla təsvir 

olunmuş, 1918/20-ci illərdə Azərbaycan Demokratik 

Respublikasının 23 ayda keçdiyi şərəfli yol faktlar əsasında dolğun 

şəkildə şərh olunmuşdur.

1

 



Azərbaycan Polşa  əlaqələrindən danışanda Azərbaycan  ədə-

biyyatı klassikərinin dilinin və üslubunun Polşa alimləri tərəfindən 

öyrənilməsi sahəsində bir çox ciddi araşdırmalardan söhbət açmaq 

olar. Məlumdur ki, XII əsr Azərbaycan şairi Nizaminin ədəbi irsinin 

öyrənilməsndə polyak şərqşünası akad. A.Zayonçkovskinin 

xidmətləri böyük olmuşdur. O, şairin “Xosrov və Şirin” poemasını 

təhlil etmiş, Nizamini Qızıl Orda şairi Qütblə müqayisə edərək bu 

qənaətə gəlmişdir ki, Sasanilərin padşahı Xosrova və onun istəklisi 

Şirinə  həsr olunmuş bu poema mövzusunda Nizamiyə  qədər də 

(Ə.Firdovsinin”Şahnaməsi“) və ondan sonra da (XIII əsrdə hindli 

şair  Əmir Xosrov Dəhləvi) nəzirələr yazılıb. Ancaq A.Zayanç-

kovskiyə görə, Nizami qədər mövzunu dərindən və hərtərəfli açmaq 

heç kəsə nəsib olmayıb. XIV əsrdə Qütbünün yazdığı əsəri (1383) 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

246


A.Zayonçkovski tam orijinal hesab edir və belə  qənaətə  gəlir ki, 

Nizaminin yaradıcılığına Azərbaycan folkloru birbaşa təsir 

göstərmişdir. Polyak alimi sübut edir ki, Ə.Nəvaidən 100 il əvvəl 

Qütbünün yazdığı  əsər 4700 beytdən ibarətdir, Nizamininki isə 

7000 beytdən ibarətdir. Məsnəvi janrında və Nizami kimi həmin 

ölçüdə yazsa da, Qütbünün şeiri zahirən türkcə olsa da, fars 

orijinalını tam əks etdirir

2

. Bu məsələni tədqiq edən Y.M.Teer öz 



məqaləsinin 5-ci səhifəsində yazır ki, Qütbü hələ M.Kaşğarinın 

“Divan”ında gətirdiyi türk ata sözlərindən istifadə etmişdir. Həmin 

ibarə  və deyimlərdən Nizaminin də istifadə etdiyini A.Zayonç-

kovski sübut edir. A.Zayonçkovski Nizaminin Şirin obrazını elə öz 

sevimlisi, kıpçaq qızı Afaq olduğunu güman edir. Qeyd edək ki, 

A.Zayonçkovski bununla Polşada nizamişünaslığın  əsasını 

qoymuşdur. Niaminin əsərləri Polşada II Dünya müharibəsindən 

sonra yayılmağa başlayıb. Lakin şairin  əsərlərindən ayrı -ayrı 

fraqmentlər çap olunsa da, onun tam əsərləri hələ  də  işıq üzü 

görməyib. Ancaq A.Zayonçkovski ilk Avopa alimidir ki, Nizami 

Gəncəvini Azərbaycanın və onun mədəniyyətinin tərkib hissəsi 

olduğunu elan etmişdir. 

Bu qısa girişdən sonra mən dilçi olduğum üçün Azərbaycan 

dilçiliyinin Polşa və onun alimlərilə bağlı bəzi ilişgilərinə aydınlıq 

gətirmək istərdim. 

İlk öncə qeyd edim ki, Azərbaycan dilçiliyinin yaranmasında 

və inkişafında dilçilərimizin Polşa alimlərilə qarşılıqlı  və dolayısı 

ilə əlaqələri mühüm yer tutur. Azərbaycan əsilli görkəmli dilçi alim, 

Avropa  Şərqşünaslığının banilərndən biri M.Ə.Kazımbəy taleyin 

qismətilə əslən polşalı, Kazan və S.Peterburq dilçilik məktəblərinin 

yaradıcısı, bütövlükdə müasir dünya dilçiliyinin banilərindən 

sayılan İ.A.Boduen de Kurtene ilə bir universitetdə çalışmalı olmuş, 

gənc Boduenin təzəcə elmi fəaliyyətə başladığı S.Peterburq 

universitetində 20 il müddətində  Şərqşünaslıq fakültəsinin dekanı 

vəzifəsində çalışmışdır. M.A.Kazımbəyin yazdığı “Türk-tatar 

(Azərbaycan – F.V.) dilinin ümumi qammatikası” (1939) 

Azərbaycan dilinin ilk sistemli, müqayisəli qrammatikası sayılır. 


ЫI HİSSƏ 

247 


M.Ə.Kazımbəyi Azərbaycan dilinin ilk tədqiqatçısı kimi göstərən 

Ə.Cəfəroğlu yazır ki, bəzi çatışmazlıqlarına baxmayaraq «Mirzə 

Kazım bəyin  əsəri türk dilinin ilk müqayisəli qrammatikası 

olduğuna görə, həmin cəhət ona heç vaxt heç bir naqislik 

gətirməyəcəkdir (türk ləhcəsi ilə bağlı hissələr Joberdən alınmışdır 

– F.V). azəri ləhcəsinə aid hissələrin ümumi kontekstdən çıxarılıb 

ayrıca kitabça şəklində  nəşri məqsədəuyğun olardı» (s.280). 

Təəssüflər olsun ki, nə bütövlükdə kitab, nə də Azərbaycan dili ilə 

bağlı hissə  hələ  də dilimizə  tərcümə olunmamışdır. Lakin bu əsər 

1848-ci ildə «Allgemeine Qrammatik der türkisch-tatarischen 

Sprache» adı ilə J.Zenker tərəfindən alman dilinə tərcümə olunaraq 

Laypsiqdə çap olunub.

Təsadüfi deyil ki, müqayisəli qrammatika, daha doğrusu, 



şimali türk dillərinin müqayisəli fonetikası üzrə ilk tədqiqat işinin 

(1882-83) müəllifi M.Kazımbəy və Boduen məktəbinin davamçısı, 

milliyətcə alman, sonralar Rusiya EA – nın müxbir üzvü olmuş 

V.V.Radlovdur. Sonralar V.V.Radlov türk dillərinin morfologiyası, 

saitlər sisteminin tarixi haqqında  əsərlər yazmış  və türk dillərinin 

fonetik quruluşu haqqında, xüsusilə  də köklə  şəkilçinin qovu-

şuğunda yeni bölünməz formanın yaranmasına səbəb olan 

hüperaqqlütinasiyadan söhbət açmışdır

4



Məlumdur ki, axırıncının yaradıcılığı haqqında İ.A.Boduen de 



Kurtene yüksək fikir söyləmişdir. 

M.Kazımbəyin və  İ.A.Boduen de Kurtenenin bir-birinə 

təsirsiz ötüşməsi heç cür mümkün ola bilməzdi. 20 illik (1850-

1870) dekanlığı dövründə, hələ ondan da çox-çox qabaq 

M.Kazımbəylə İ.A.Boduen de Kurtenenin tanış olması fikri onunla 

sübut oluna bilər ki, onların hər ikisi REA-nın akademiki 

İ.İ.Sreznevskinin rəhbərliyi altında çalışmışlar. Dünya dilçiliyində 

ilk dəfə kvaziomonimlərlə  iş metodunu sınaqdan keçirən və 

dövriyyəyə buraxan, fonem və morfem nəzəriyyələrini

5

  işləyib 



hazırlayan İ.A.Boduen de Kurtene bu gün qərb mənbələrndə tez-tez 

xatırlanmır. Qeyd edək ki, İ.A.Boduen de Kurtenenin dünyada məş-

hurlaşması R.Yakobsonun sayəsində mümkün olmuşdur. Boduenin 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

248


az tanınmasının  əsas səbəbi, böyük polyak alimi V.Doroşevskinin 

dediyi kimi, sağlığında ayrıca kitab çap etdirməməsi göstərilir

6



Küll halında Boduenin əsərləri yalnız 1963-cü ildə Moskvada işıq 



üzü görmüşdür.

7

 



Eyni taleyi M.A.Kazımbəy də yaşamışdır. Onun yuxarıda 

adını çəkdiyimiz kitabı hələ indiyə qədər vətənində çap olunmayıb.

8

 

Ancaq bu iki alimin dilçilik görüşlərini tutuşdurub təhlil edəndə 



onların dilə yanaşması prinsipində  nə  qədər oxşarlıqlar olduğunun 

şahidi oluruq. 

 

M.Kazımbəy

 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin