aparılır.
sı çapıq izi qalmır.
evə buraxılıb.
gəlinməyib.
http://www.amu.edu.az
31 mart 2016-cı il
4
u Epilepsiya Xəstələri Günü
və ya Bənövşəyi Rəng Günü ilk
dəfə 2008-ci il marın 26-da qeyd
olunub.
Bu, Kanadadan
olan, körpə çağ-
larından epilepsi-
ya xəstəliyindən
əziyyət
çəkən
doqquz
yaş-
lı Kessidi Meqa-
nın qəlbinin hara-
yı idi. Əksəriyyət
onun xəstəliyini
dəli liyin
yüngül
forması kimi qə-
bul edirdi. Bu isə
uşağı
incidirdi.
Kessidi adamla-
rı öz xəstəliyinə
inandırmaq
və
onla ra bu barədə danışmaq üçün
Bənövşəyi Gün keçirmək qərarına
gəlib.
AZƏRTAC xarici KİV-lərə isti-
nadla xəbər verir ki, martın 26-
da keçirilən bu tədbirdə hər kəs
epilepsiya xəstələrinə dəstəyini
ifadə edə bilər. Yeni Şotlandi-
yada Epilepsiya Assosiasiya-
sının nümayəndələri, sonralar
isə digər beynəlxalq təşkilatlar
bu uşağın səsinə səs veriblər.
Beləliklə, 2009-cu ildə Bənövşəyi
Günü dəstəkləyən qrupun sırala-
rı 100 minlərlə tələbənin, yüzlərlə
siyasətçinin, habelə müxtəlif
ictimai təşkilatların hesabına
genişlənib. Torontoda məşhur te-
leviziya qülləsini həmrəylik əlaməti
olaraq bir axşam bənövşəyi rəngə
boyayıblar.
Xroniki nevroloji xəstəlik olan
epilepsiyaya qəfil qıcolmalar xa-
rakterikdir. Bu xəstəlikdən Yuli
Sezar, Aligyeri Dante, Napoleon
Bonapart, Makedoniyalı İsgəndər,
Alfred Nobel və digər məşhurlar
əziyyət çəkiblər.
u 24 mart - Bey-
nəlxalq Vərəmlə
Mübarizə Günüdür.
1882-ci il martın
24-də alman alimi
Robert Kox tərə-
findən vərəm miko-
bakteriyası
aş kar
edilib. 100 il sonra,
24 mart Dünya
Səhiyyə Təşkilatı
tərəfindən Vərəmlə
Mübarizə günü elan
olunub.
Vərəm xəstəliyi dünyada ən geniş
yayılmış yoluxucu xəstəliklərdən
biridir. İnsanın vərəm xəstəliyinə
yoluxması 90-95 faiz hava-damcı
yolu ilə baş verir. Vərəm xəstəliyi
erkən aşkar olunmadıqda, xəs tə
həkimə vaxtında müraciət et mə-
dikdə, müalicə çətinləşir, fəsadlar
yaranır. Artıq bu, tək xəstənin de-
yil, bütün cəmiyyətin probleminə
çevrilir.
Dünya Səhiyyə Təşkilatının məlu-
matı na görə, dünyada 20 milyon-
dan artıq insan vərəmdən əziyyət
çəkir ki, onlardan da 7 milyonu
açıq formadadır. Azərbaycanda
da vərəmdən əziyyət çəkənlərin
sayı kifayət qədərdir. Ölkəmizdə
2011-2015-ci illər üçün vərəmlə
mübarizə üzrə tədbirlər proq-
ramı hazırlanıb. Proqramın əsas
məqsədi vərəmin müalicəsinə
yönəlmiş
işlərdən
ibarətdir.
Müalicə stasionar şəraitdə aparıl-
malıdır. Müalicənin müddəti ən azı
6 ay, bəzən isə 2 ilə qədər davam
edə bilər. Müalicə xəstəliyin lokali-
zasiyasından, ağırlığından, bəlğəm
yaxmasının nəticəsindən, əvvəlki
vərəmin müalicəsindən asılıdır.
Bu gün respublikamızda yolu-
xucu xəstəliklərlə mübarizə və
profilaktika sahəsində aparılan
tədbirlər epidemioloji sabitliyi qo-
ruyub saxlamağa imkan verir.
Ölkə üzrə peyvənd planı-
nın təxminən 95-96 faiz yerinə
yetirilməsi nəticəsində xüsusi pro-
filaktika vasitələrlə idarə olunan
xəstəliklərin azaldılması üzrə sta-
bil dinamika əldə edilib.
Vərəmli xəstələrin aktiv müali-
cəyə cəlb olunması, profilaktik
tədbirlərin görülməsi, bu xəs-
tələrin birinci və ikinci sıra dərman
preparatları ilə tam təmin edilməsi
nəticəsində 2015-ci ildə bu
xəstəlikdən ölüm hallarının sayı
azalıb.
V
ərəm
–vərəm çöpləri tərə-
fin
dən törədilən xronik
yo luxucu
xəstə lik dir.
Vərəm xəstəliyi ən çox tənəffüs
orqanlarında, ağciyərlərdə rast
gəlsə də orqanizmin bütün orqan
və sistemlərinin vərəm mənşəli
zədələnməsi mümkündür və
praktik olaraq rast gəlinir.
Belə ki, sümük-oynaq sisteminin,
limfa düyünlərinin, ginekoloji or-
qanların, qarın boşluğu orqanları-
nın, dərinin, gözün və s. orqanların
vərəm xəstəliyi təcrübədə müşahidə
edilən patologiyalardandır. Vərəm
haqqında olan tarixi məlumatların
araşdırılması bu xəstəliyin yaşının
bəşəriyyətin, canlıların yaşı ilə eyni
olması qənaətinə gəlməyə əsas ve-
rir. Vərəmin törədicisinin, yəni vərəm
çöplərinin 125 ilə yaxın, ona qarşı
istifadə edilən ilk dərman prepara-
tı olan “streptomisin”in isə 70 ildən
artıq müddətdir kəşf olunmasına
baxmayaraq, bu xəstəlik tarix boyu
epidemiya halını alaraq çoxsay-
lı insan tələfatına səbəb olmuş və
hal-hazırda da bu xəstəliyin epi-
demioloji göstəriciləri yüksək ola-
raq qalmaqdadır. Tarix boyu vərəm
xəstəliyindən ölənlərin sayı hətta
böyük müharibələrdə ölənlərin sa-
yından çox olmuşdur. Belə ki, birinci
dünya müharibəsi dövründə (1914-
1918-ci illər) hərb çilər arasında
ölənlərin sayı 1,7 milyon təşkil etdiyi
halda, Rusiyanın özündə vərəmdən 2
milyon adam dünyasını dəyişmişdir.
Hal-hazırda da bütün dünyada vərəm
xəstəliyi qlobal problem olaraq qa-
lır. Ümumdünya Səhiyyə Təşkilatının
verdiyi məlumata görə, dünya əha-
lisi nin təxminən 1/3-i vərəm çöpləri
ilə yoluxub və dünyada hər il 10
milyon insan vərəmlə xəstələnir ki,
onların da 3 milyonu, yəni hər 10
saniyədə bir nəfər bu xəstəlikdən
ölür. Son illər dünyada xüsusilə,
dərmanlara dözümlü vərəmlə yolux-
ma, xəstələnmə və ölüm göstəriciləri
artmaqda davam edir. Dərmanlara
dözümlü vərəm çöpləri ilə yoluxma
nəticəsində inkişaf edən birincili dö-
zümlü vərəmin rast gəlmə tezliyinin
artması epidemioloji vəziyyətin daha
da gərginləşməsinə səbəb olur. Buna
görə də vərəm xəstəliyi vaxtında,
erkən aşkar edilməli və müalicə qay-
dalarına əməl edilməklə tam, komp-
leks müalicə olunmalıdır.
Vərəm əsasən aerogen, yəni
tənəffüs yolu vasitəsilə yoluxur.
Xəstəliyin əsas yoluxma mənbəyi
vərəm çöpü ifraz edən ağciyər
vərəmi olan xəstələrdir. Bu xəstələrin
öskürməsi və asqırması nəticəsində
(hava-damcı yolu) və yaxud onla-
rın bəlğəmi ilə çirklənmiş torpaq-
dan hava-toz yolu ilə yoluxma daha
çox müşahidə edilir. Bundan başqa
vərəmə qida, təmas və s. yollarla
da yoluxmaq mümkündür. Vərəm
çöpləri ilə yoluxma xəstələnmə üçün
vacib olsa da, başlıca faktor de-
yil. Çünki, vərəm çöpləri yoluxduğu
orqanizmdə latent (“yatmış”) forma-
da qalaraq xəstəlik törətməyə bilər
və yaxud immunitetin zəiflədiyi za-
manda aktiv formaya keçərək xəstəlik
törədə bilər. Vərəmin lokalizasiya-
sından asılı olmayaraq bu xəsətəlik
üçün xas olan əlamətlər - axşamlar
zəif subfebril hərarətin (37,2-37,4C
0
)
olması, gecələr səhərə yaxın bo-
yun, ənsə və kürək nahiyyəsinin
tərləməsi, arıqlama, ümimi halsızlıq,
zəiflik əlamətlərinin qabarıq büruzə
verməsidir. Ən çox tənəffüs orqanla-
rının, ağciyərlərin vərəmi rast gəldiyi
üçün qeyd etmək lazımdır ki, ağciyər
vərəminin müxtəlif formalarında ən
çox müşahidə edilən əlamətlər - 3
həftədən çox davam edən öskürək,
bəlğəm ifrazı, döş qəfəsində ağrı,
təngnəfəslik və qanhayxırmanın ol-
masıdır. Təbii ki, bu əlamətlərin bir
və ya bir neçəsinin olması heç də
həmin insanın vərəmlə xəstə olma-
sını sübut etmir. Ancaq bu əlamətlər
vərəmə şübhə yaradır və müşahidə
edildikdə həkim-mütəxəssisə müra-
ciət etmək məsləhətdir. Çünki,
xəstəliyin diaqnozu aparılan komp-
leks müayinələrin əsasında müm-
kündür.
Qeyd etmək lazımdır ki, vərəm
xəstəliyi nə qədər tez aşkar edi-
lib düzgün müalicəyə başlanılarsa
nəticəsi bir o qədər daha effekt-
li olar. Bir şeyi unutmaq olmaz ki,
vərəmin müalicəsi uzunmüddətlidir,
yəni vərəmin ən məhdud forması
olan xəstə minimum 6-8 ay fasiləsiz
müalicə edilməlidir. Bir çox hallarda
vərəm erkən aşkar edilib tam komp-
leks müalicə olunduqdan sonra pa-
toloji proses tam sorulur və həmin
şəxsin nə vaxtsa vərəmlə xəstə ol-
masını təyin etmək mümkün olmur.
Cəmiyyətdə vərəm xəstəliyinə və
vərəmlə xəstələnənlərə münasibətin
pis olması, insanlarda bu xəstəlik və
onun müalicə edilərək tam sağala
bilməsi haqqında yetərli məlumatın
olmaması səbəbindən bəzən vərə-
min diaqnostikası çox gecikir, ya da
xəstələr qeydiyyata düşməkdən və
müalicədən yayınır. Ancaq bilmək
lazımdır ki, vərəmlə hər bir kəs öm-
rünün istənilən dövründə xəstələnə
bilər. Əbəs yerə deyilməyibdir ki,
vərəm elə xəstəlikdir ki, əvvəlcədən
öz vizit kartını heç kəsə göndərmir.
Döğrudur vərəmlə xəstələnməyə
görə risk qruplarından olan, yəni,
şəkərli diabet olan, hormonal pre-
paratlar qəbul edənlər, qidalanma-
sı, yaşayış şəraiti yaxşı olmayan-
lar və s. şəxslər bu xəstəliyə daha
çox tutulur. Ona görə də bu qrup-
dan olan insanlar vərəmin heç bir
əlaməti müşahidə edilməsə də ildə
1-2 dəfə bu xəstəliyə görə profi-
laktik müayinədən keçməlidirlər.
Amma hər kəs vərəmlə xəstələnə
bilər.
Vərəmlə
xəstələnməmək
üçün normal qidalanmaq, düzgün
gün rejiminə əməl etmək, idmanla
məşğul olmaq, immuniteti zəiflədən
faktorlardan və zərərli vərdişlərdən
uzaq olmaq lazımdır.
Rafiq BAYRAMOV,
Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb
üzrə fəlsəfə doktoru, dosent
Vərəm tam sağalan
xəstəlikdir
Bənövşəyi gün necə yaranıb
Ölkəmizdə vərəmdən ölüm
hallarının sayı azalıb
31 mart 2016-cı il
http://www.amu.edu.az
5
Tədbiri açan AMEA-nın prezi-
denti, akademik Akif Əlizadə çıxış
edərək bildirdi ki, müsabiqənin əsas
məqsədi hər il olduğu kimi yuxarı
sinif şagirdlərində müasir düşüncə
tərzinin formalaşdırılması, onların
idarəetmə və tədqiqatyönlü fəaliyyətə
cəlb edilməsi, o cümlədən gənclərə
elmi təfəkkür tərzi və tədqiqatçılıq
vərdişlərini aşılamaqdan ibarətdir.
“Sabahın Alimləri” V Respublika
müsabiqəsində 250 şagird 129 elmi
layihə ilə iştirak edib. Müsabiqəyə
Bakı şəhəri ilə yanaşı, bölgələrin
ümumtəhsil məktəblərinin şagirdləri
də öz layihələrini təqdim etmişlər.
Təqdim edilən layihələr münsiflər
heyəti tərəfindən I, II və III yerlərə la-
yiq görülüb.
Bu maraqlı müsabiqəyə Azərbaycan
Tibb Universitetinin alimləri də qoşul-
muşlar. Belə ki, BDU-nun nəzdindəki
“Gənc İstedadlar” liseyi ndən və Bakı
şəhəri Yasamal rayonunun 60 say-
lı tam orta məktəbindən ATU-nun
rəhbərliyinə müraciət edərək Elmi
Tədqiqat Mərkəzində hazırlanmış
“Naftalan yağı ilə termiki və kimyəvi
yanıqların müalicəsi” mövzusunda
elmi tədqiqat işlərinin müsabiqəyə
hazırlanmasına köməklik istəmişlər.
Bununla əlaqədar olaraq, ETM-in
direktoru, ə.e.x., professor Qalib
Qarayev mərkəzin farmakologiya
şöbəsinin müdiri, professor Ramiz
Axundova təqdim edilən mövzunu
şagirdlərlələ birgə araşdırmağı xahiş
edib.
Professor R.Axundov ilk növbədə
şagirdləri laboratoriyanın avadanlıları
və təcrübə heyvanlarına qulluq qay-
daları ilə tanış etməklə, mövzuya dair
ədəbiyyat materiallarının toplanma-
sında şagirdlərə dəyərli məsləhətlər
verib. Aparılan elmi-tədqiqat işlərinin
nəticəsində naftalan neftinin dəri
xəstəliklərində və oynaq ağrıların-
dakı müalicəvi xüsusiyyəti məlum
olub. Tədqiqat işlərinin nəticələrinə
əsasən müxtəlif yanıq formalarına
məruz qalmış təcrübə dovşanları-
nın ümumi vəziyyəti müəy yən olu-
nub. Belə ki, oyanıqlıq, hərəkətlilik,
davranış motivasiyasının dəyişikliyi,
qida qəbulunun azalması, aritemi-
ya, bədənin normal temperaturunun
artması, eksudatlı qabarıqların əmələ
gəlməsi ilə müşahidə olunurdu. Ter-
miki yanıqlarla olan təcrübədə nafta-
lan yağının təsir dinamikası izlənildi.
Belə ki, tədqiq olunan dovşanda ar-
tıq 3 sutkadan sonra termiki təsirin
toksiki elementləri aradan qalxdı,
dəri səthi yumuşalmağa, eritema və
qabarlar azalmağa, qaysaq itməyə
başladı. Eksperimentin 7-10 günündə
yaranın sonrakı sağalması qeyd olun-
du və yeni tük örtüyü əmələ gəldi.
Qeyd edək ki, universitetimizin
professoru R.Axundov keçirilən bu
mühüm müsabiqənin işində dəfələrlə
fəal iştirak edib. Onun rəhbərliyi
altında tədqiqat işlərinə qatılan
şagirdlər hər dəfə yüksək yerlərə və
sertifikatlara layiq görülüblər.
Tədbirdə çıxış edən Beynəlxalq EKO
Energetika akademiyasının preziden-
ti, akademik Fəqan Əliyev naftalan
yağının müalicəvi xüsusiyyətini qeyd
edərək, dünyada belə bir əhəmiyyətli
sərvətin məhz Azərbaycana məxsus
olmasından qürur duyduğunu dilə
gətirdi.
AMEA-nın binasında müsabiqə
qaliblərinin mükafatlandırılması mə-
ra simi oldu. Aparılan elmi-təd qiqat
işlərinin nəticələri “Sabahın Alimləri”
V Respublika müsabiqəsinə təqdim
olundu və üç gün ərzində davam edən
müasbiqədə BDU-nun nəzdindəki
“Gənc İstedadlar” liseyinin şagirdləri
Ziya Sadıqlı və Murad Qasımlzadə
2-ci yerə (gümüş medal və sertifi-
kata), Bakı şəhəri Yasamal rayonu-
nun 60 saylı tam orta məktəbinin
şagirdləri Məlik Atabəyli, Lalə Həsənli
və Maya Həsənova isə 3-cü yerə (
bürünc medal və sertifikata) layiq
görülüblər. Bu müvəffəqiyyətlərin
qaznılmasında BDU-nun nəzdindəki
“Gənc İstedadlar” liseyinin direkto-
ru Qasım Hüseynovun və Bakı şəhəri
Yasamal rayonunun 60 saylı tam orta
məktəbinin rəhbərliyinin rolunu xü-
susi qeyd etmək lazımdır.
Mukafatlandırma
mərasimində
Təhsil naziri Mikayıl Cabbarov, BDU-
nun elmi işlər üzrə prorektou, AMEA-
nın müxbir üzvü, professor Aydın
Kazımzadə və başqaları çıxış edərək
bu müsabiqənin əhəmiyyətindən
söhbət açaraq belə tədbirlərin
keçirilməsinin gələcək alimlərin
yetişməsinə böyük təsir edəcəyini
vurğulayıblar. Bildiriblər ki, belə is-
tedadlı gənclərə istər dövlət, istərsə
də ayrı–ayrı elmi-ictimai təşkilatlar
tərəfindən gələcəkdə də hər cür
dəstək veriləcək.
M.ƏLƏKBƏRLİ
“Sabahın Alimləri” V Respublika müsabiqəsi
“Sabahın Alimləri” V Respublika müsabiqəsi
A
zərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət
Strategiyası əsasında Azərbaycan
Milli Elmlər Akademiyasında “
Sabahın Alimləri” V Respublika
müsabiqəsi keçirilmişdir.
Müsabiqə Təhsil, Gənclər
və İdman nazirlikləri, Azad
Həmkarlar İttifaqı Respublika
Komitəsi və İntel İSEF-in birgə
təşəbbüsü ilə baş tutub.
Dağınıq skle-
roz xəstəliyi bir
çox ölkələrdə
olduğu kimi,
Azərbaycanda da
səhiyyənin aktual
problemlərindən
biridir.
Səhiyyə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a
veri-
lən məlu mata görə, öl kə-
mizdə “Dağınıq skleroz
xəstəliyinin müalicəsi, pro-
filaktikası və onunla mü-
barizə tədbirlərinə dair
Dövlət Proqramı”nın qəbul
olunması bu xəstəliyə tutu-
lanların dövlət tibb müəs-
sisələrində müayinə və
müali cəsinin keyfiyyətinin
artırılmasına, onların inyek-
siya vasitələri, dərman pre-
paratları ilə təminatının yax-
şılaşdırılması uçun hər cür
lazımi şərait yaradıb. Belə ki,
2013-2015-ci illərdə proq-
ram çərçivəsində 1000-dən
çox insan müayinə olunub.
Müayinə olunanlardan 845-
nə dağınıq skleroz diaq-
nozu qoyulub. Onlar mü-
vafiq preparatlarla dövlət
tərəfindən tam təmin olu-
nurlar. 100-dən artıq xəstə
dinamik müşahidəyə götü-
rülüb, 60-dan çox xəstədə
isə diaqnoz tamamilə inkar
edilib.
Hazırda proqram çər-
çivəsində tibb iş çi lərinin bu
sahədə təkmilləşdirilməsi,
habelə əhali arasında bu
xəstəliyə dair maarifl ən-
dir mə işinin təşkili da-
vam edir. Əziz Əliyev adı-
na
Azərbaycan
Dövlət
Həkimləri Təkmilləşdirmə
İnstitutunun
sinir
xəstəlikləri kafed-
rasında
200-dək
həkim nevropatoloq
üçün dağınıq skleroz
xəstəliyinin diaqnos-
tikası, müalicəsi və
reabilitasiyası barədə
seminarlar, praktiki
məşğələlər keçirilib.
Bundan əlavə, 2013-
cü və 2015-ci ildə
Türkiyənin
aparıcı
mütə xəssislərinin iştirakı
ilə tibb bacıları üçün Avo-
nex preparatının inyeksi-
ya metodikasına dair təlim
kursu keçirilib. Əziz Əliyev
adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə
İnsti tutunun
Azərbaycan
Tibb Universitetinin, İcti-
mai Səhiyyə və İslahatlar
Mərkəzinin
əməkdaşları
birgə “Dağınıq skleroz üzrə
klinik protokol” hazırlayıb-
lar. Eyni zamanda, “Dağınıq
sklerozun klinikası və diaq-
nostikası” üzrə tədris vəsaiti
hazırlanaraq 2015-ci ildə
çap olunub.
Skleroz xəstələri dərman preparatları ilə
dövlət tərəfindən tam təmin olunurlar
Səhiyyə Nazirliyi-
nın Analitik Ekspertiza
Mərkəzinin nəzdində sa-
hibkarlar və vətəndaşlarla
iş üzrə “Bir pəncərə
xidməti” yaradılıb.
Nazirliyin mətbuat xid-
mətindən AZƏRTAC-a verilən
məlumata görə, məqsəd sahib-
karların və vətəndaşların mü ra-
ciətlərinə baxılmasının sadə ləş-
dirilməsi və şəffaflığının təmin
edilməsidir.
Yeni xidmətin əsas fəaliyyət
istiqamətlərinə sahibkar və
vətəndaş müraciətlərinin qəbulu
və operativ cavablandırılma-
sı, ölkəyə idxal olunan dərman
vasitələri ilə bağlı sənədlərin
qəbulu və icazələrin təqdim
edil məsi, qeydiyyat sənədlərinin
qəbulu və sahibkarlara təqdim
edilməsi, eləcə də şikayət və
sorğuların qəbulu və cavablan-
dırılması kimi mühüm məsələlər
daxildir.
Müraciətlərin
qeydiyyata
alınaraq elektron bazaya da-
xil edilməsi, dərkənar üçün
rəhbərliyə təqdimatı, mü ra-
ci ətin icrası üçün mərkəzin
digər şöbələrinə göndərilməsi,
şöbələr tərəfindən icra olunan
sənədlərin ərizəçilərə çatdırıl-
ması, şifahi müraciət edən şəxs-
lərin aidiyyəti üzrə suallarının
cavablandırılması bu xidmət
vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, dərman vasitələri
və tibbi avadanlıqlarla bağlı id-
xal və qeydiyyat sənədləri həmin
xidmət vasitəsilə qəbul oluna-
caq, qanunvericiliyə müvafiq ca-
vablandırılacaq.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzində yeni xidmət yaradılıb