Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Universiteti
Kafedra: İctimai Elmlər Kafedrası
Fənn: Psixologiya
Mövzu: İntihar
Fakultə: Humanitar
İxtisas: Tarix müəllimliyi
esse
Müəllim: Könül Cəfərova
Tələbə: Babayev Vüsal
B A K I – 2012
P L A N
İntihar
Giriş
-
Şəxsi intihar
-
Sosial intihar
-
Psixoloji intihar
Nəticə
İstifadə olunmuş ədəbiyyat siyahısı
Giriş
İntihar- acı və faciəli bir reallıq. İstəyimizdən asılı olmayaraq yüzlərlə insan dünyada öz həyatına son qoyur. İntihara bəşəri xəstəlik desək yanılmarıq. Çünki o qədim tarixə malikdir və onun tam qarşısına alan bəşəri qüvvələr yox dərəcəsindədir. İntihar həmdə geniş mənfi təsirlərə malik psixoloji və sosial psixoloji problemdir. Onun baş verməsi ətrafdakı insanlara sarsıdıcı psixoloji zərbələr endirir. Onları həyəcanlandırır, narahat edir. Bu da təbii haldır. [3]
İntiharın real başvermə səbəblərini və onların birbaşa qarşısının alınması mexanizmini işləyib hazırlamaq müasir elm adamlarına, tibb mütəxəssislərinə nəsib olmayıb. Ona görə də, mütəxəssislər əsasən intiharı təsnifləməklə və təhlil etməklə məşğul olurlar. Biz də bu problemin mahiyyətini və hansı formalarda yaranması proseslərini aydınlaşdırmağa çalışaq. Özü də, biz bu problemə daha orijinal formada yanaşacağıq. [2]
Öncə neçə növ intihar olduğunu dəqiqləşdirək. İntiharın tarixi və başvermə prinsipləri göstərir ki, onlar əsasən, üç- “şəxsi”, “sosial”, və “psixoloji” formalarda baş verir. [3], [2]
I Şəxsi intihar
Şəxsi intihar insanın şəxsi həyatındakı faciəni, kədərli prosesləri və bununla əlaqədar yaranan sarsıdıcı mənəvi hissləri əhatə edir. Güclü şəxsi faciələr, ailədaxili münaqişələr, yaxın adamların itirilməsi, məhəbbətdə uğursuzluqlar məhz, şəxsi intiharların yaranmasına səbəb olur. Bu cür intiharları təhlil etmək mümkündür. Yəni, onların şəxsi həyatla bağlı məlum səbəbləri hamımıza bəlli olur. [1]
II Sosial intihar
Sosial intihar insanların sırf sosial problemləri və münasibətləri ilə bağlı olur. Güclü uğursuzluq, vəzifədən çıxarılma, maddi çətinliklər, cəmiyyətdəki sosial ədalətsizliklərlə barışmamaq kimi hallarda sosial intihar reallığa çevrilir. Bu cür intiharlar keçid dövründə olan ölkələrdə daha çox dəbdə olur. Azərbaycanda da bu cür intiharlar baş verir. Xüsusilə də, maddi çətinliklərdən yaranan intihar hallarına tez-tez rast gəlinir. Sosial intiharın da əsas yaranma səbəbləri bəlli olur. [3], [1]
III Psixoloji intihar
Psifoloji intihar çox qəribə və anlaşılmaz intihardır. Psixoloji intihar mütəmadi, təkrarlanan və daha ağır sarsıdıcı psixi problemlərin real nəticəsi kimi meydana çıxır. Elə ona görə, şəxsi və sosial intiharlardan fərqli olaraq, psixoloji intiharların əsas səbəbləri çox vaxt bəlli olmur. Əslində, psixoloji intihara düçar olmuş şəxs də əsas səbəbləri dərindən anlamır, çünki psixi stresslər, təlatümlü mənəviyyat həmin şəxsi çox acınacaqlı vəziyyətə salır. Nəticədə, fərdin yaşamaq maraqları, onun yaşamaq uğrunda mübarizəsi heçə enir. [3]
Psixoloji intiharlar müxtəlif formalarda baş verir. Məsələn, anlaşılmaz şəkildə əsəbiləşib, heç nədən özünü qətlə yetirənlərin intiharlarına da rast gəlinir. Psixoloji intiharları sırf psixi xəstəliklər kimi qəbul etmək mümkündür. [3], [4]
Psixoloji intihar cəmiyyətdə ən çox yayılanıdır. Lakin, şəxsi və sosial intiharlardan fərqli olaraq, psixoloji intiharların qarşısını almaq qismən mümkün olur. Burada dəyişilmiş şərait, təsadüfi hadisələr, şəxsin fərdi iradəsi köməyə gələ bilir.
Burada bir ümumi yanaşmanı qeyd etmək lazımdır: bütün intiharlar mahiyyət, başvermə xüsusiyyətləri və daxili funksiyaları baxımından psixi xəstəliklərin nəticəsi kimi qəbul oluna bilər. İntiharı yaradan səbəblər müxtəlif olsa da,onun yaranma və həyata keçmə mexanizmi artıq sağlam psixikanın məhsulu ola bilməz. Real səbəblərdən və uzunmüddətli sarsıdıcı proseslərdən sonra yalnız artıq zədələnmiş, xəstələnmiş psixika öz orqanizminin məhvinə qərar verə bilər. Hər hansı formada intihar hadisəsi sağlam insanın əməli ola bilməz. Psixikada tənzimlənməyən, idarə olunmayan psixi anormal proseslər tamamilə yaranan zaman məlum şəxsin yaşamamaq, məhv olmaq istəyi- intihar hadisəsi baş verir. Deməli, intihar- birbaşa real nəticəsi olan sarsıdıcı və sonu bəlli olan psixi xəstəlikdir. [3]
Nəticə
Hələlik dünyada intiharın qarşısını alan müalicə metodu yoxdur. Lakin köməyə gələn təbii və ali bir qanunauyğunluq mövcuddur. Yəni, insan öz istəyilə də ölməyə məhkum deyil. Əgər sən bu təbii qanunauyğunluğa tabe olmaq istəmirsənsə, deməli, sənin ölməyin labüddü. Nə edək ki, degər yaşamaq qanunlarımız yoxdur. Olanına da tabe olmalıyıq. [5]
Mübarizə apar, həyatın dibinə düş, başın “əlhəd” daşlarına dəysin. Sonra özün də, bunu anlayacaqsan, digər dünya axtarmağa və cəhənnəmə düşməyə ehtiyac duymayacaqsan.
Əgər özünlə bacarmırsansa, dünyanı, səni yaradana və öldürənə- Böyük Allaha sığın. Unutma: sənin doğuluşun da, yaşamağında, ölümün də və deməli qurtuluşun da onun əlindədir. [3]
İstifadə olunmuş ədəbiyyat siyahısı
-
Şükürov Aydın “Azərbaycan fəlsəfəsi” Bakı 1993
-
Əlizadə Əbdül Əli oğlu “Pedaqoji psixologiya” Bakı 2010
-
Bayramov Əkbər Salman oğlu “Psixologiya” Bakı 2006
-
Əsgərov Şahlar Qaçay oğlu “Düşüncə tərzi” Bakı 2008
-
Fərhadoğlu Maqsud “Fəlsəfənin əsasları” Bakı 2002
Dostları ilə paylaş: |