Hicrətin 60-cı ili rəcəb ayının ortalarında Müaviyə Dəməşqdə həlak olduğu zaman oğlu Yəzid Həvranda idi. Zəhhak ibn Qeys kəfəni götürüb mənbərə çıxdı. Allaha həmd və səna etdikdən sonra dedi: “Müaviyə ərəbin dayağı , köməyi və babası idi. Allah onun əli ilə fitnənin qarşısını almış, onu öz bəndələrinə rəhbər etmişdi, onun əli ilə şəhərləri fəth etmişdi. Bu onun kəfənidir, biz onu bu kəfənlə kəfənləyib, qəbrinə qoyub əməlləri ilə baş-başa buraxırıq. Ondan sonra isə o, Qiyamət gününə kimi Bərzəxdə gözləyəcək. Sİzlərdın kim ona şahidlik etmək istəsə gəlsin.
Zəhhak onun cənazə namazını qılıb “Babus-səğır”dəki qəbristanlıqda dəfn etdikdən sonra Bureydi başsağlığı verməsi üçün oğlu Yəzidin yanına yolladı. Yəziddən insanlardan beyət alması üçün tez gəlməsini istədi.
Seyid Məhəmməd Şövki 02:46
Hicrətin 60-cı ili rəcəb ayının ortaları Müaviyə ibn Abu Süfyan öləndən sonra Yəzidin xilafətə çatdı. Təbii ki, Yəzid xilafətə Şamda çatmışdı və bu xilafət atadan oğula ötürülmə yolu ilə baş verdi, yəni ötürülmə əməliyyatı baş verdi.
Çünki Müaviyə xilafətin oğluna ötürülməsi üçün çox işlər görmüşdü. O, Yəzidin xəfəlik işlərinin möhkəmləndirilməsi üçün çox çalışmışdı. Ölümündən əvvəl oğluna yazılı olaraq olan vəsiyyətində demişdir: “ Bu işin sənin üçün çətinliyini nəzərə alıb, boyunları sənin qarşında (itaət üçün) əydirmişəm”
Xəlifəlik ötürülmə yolu ilə Şamdaca həll olundu, buna görə də Yəzid bu mövzuda heç bir çətinliklə qarşılaşmadı.
Corc Zəki
03:45
Cənazə işlərini gördü və meyiti dəfn etdikdən sonra Havranda olan Yəzidə telegraf göndərib xəbər verdi ki, Müaviyə ölüb, xilafəti ələ almaq üçün tez özünü Şama çatdırsın.
Şeyx Abdullah 04: 03
Hər halda… Yəzid atasının dəfnindən üç gün sonra Dəməşqə daxil oldu. Dərhal (keçmiş xəlifənin) valisi olaraq etməli olduğu işlərin icrasına başladı. Təbii ki, ilk olaraq Dəməşqdən başladı. Hətta nəql olunur ki, Yəzidin xəlifə elan olunduğu ilk vaxtlar Dəməşqdəki nüfuzlu şəxslər onun xilafəliyini qəbul etmək üçün gəlməmişdilər. Heç kim ona ilk vaxtlar beyət etmədi.
Corc Zəki
04: 48
Yəzid Şama qayıdanda Zəhhak bir qrup insanla onu qarşıladı. Onunla birlikdə atası Müaviyənin qəbri kənarına getdi və ona dua oxudu. Sonra mənbərə çıxıb hamının başına gələ biləcək və heç kimin inkar edə bilməyəcəyi , qiyamətə qədər bəşər zatına aid olan bu həqiqət, yəni ölüm haqqında bir xütbə oxudu. “Müaviyə allah bəndələrindən biridir. Xəlifə idi. Allah onu seçdi, öz məhzərinə apardı və… və… və…
Mən sizə yaxşı xəlifə olacağıma söz verirəm. Əgər Müaviyə sizə qış aylarında müharibəyə aparırdısa, mən söz verirəm ki, sizi heç yerə məcbur aparmayacağam. Hətta yay olsa belə sizi bir yerə aparmaram. O sizə beytul maldan üçdə birini verirdisə, mən bütün beytulmalı verəcəyəm”
Yəzid elə bilirdi ki, bu sözlərlə müsəlmanların rəğbətini qazanacaq. Lakin heç kim onunla bir kəlmə də danışmadı. Heç atasına görə ona başsağlığı da vermədilər.
Şeyx Abdullah
06:07
Heç kim öz xoşluğu ilə ona beyət etməyə gəlmədi. Yalnız, Bəni Üməyyənin Müaviyədən əvvəl və ondan sonra istifadə olunan zalım üslubunu tətbiq etdikdən sonra beyət ala bildi. O üslub – qorxutma və şirnikləndirmə üslubu idi. İnsanların bəziləri qəbul etdilər və möminlərin işlərini və müsəlmanların xilafətini ona təslim etdilər.
Corc Zəki
06: 37
Abdullah ibn Səluli dedi: “Sən ən xeyirli sələfin ən xeyirli xələfisən. Sən eləsən, sən beləsən... Sən ilahi xilafətin varisi olaraq Allah xəlifəsi oldun”.
O sözlərini bitirəndən sonra Səqif tayfasından bir kişi ayağa qalxıb Yəzidi tərifləməyə başladı. Onu Allah xəlifəsi və müsəlmanların təqvalı rəhbəri kimi xüsusiyyətlərlə vəsf edərək dedi: “ Sən bu iş üçün münasibsən, sən o aslan kişinin oğlu bala aslansan.
Sonra müxtəlif yerlərdən insanlar qalxıb Yəzidi təriflədilər, hətta şam cammatı hamılıqla ayağa qalxıb bir ağızdan dedilər: “ Sən hara getsən biz də ordayıq, nəyə hökm etsən ona hökm edərik, Sənin əmrlərində hazırıq!”
İkinci hissə
07:55
Camaat onu təbrik etdi. Və Yəzid sözə başladı:
“ Biz din və haqq tərəfdarlarıyıq. Sevinin, ey Şam cammatı! Xeyir sizinlədir. Siz mənimlə İraq cammatı arasında döyüş qoşunu olacaqsınız. Ona görə ki, üç gecə bundan əvvəl yuxuda gördüüm ki, mənimlə iraqlılar arasından çox sürətlə qan çayı axır. Çalışırdım ki, o çayı keçim, amma bacarmırdım. Lakin mənim qarşımda Übeydullah keçir, mən isə ona baxa-baxa qalıram”
Şam cammatı ucadan səsləndilər:
“ Bizə istədiyin əmri verə bilərsən! Bizim iraqlıların Siffeyndə tanış olduqları qılınclarımız səninlədir”
Bu çıxışlarından sonra Yəzid onlara təşəkkür edib onlara böyük miqdarda pul hədiyyələri payladı.
Seyid Məəhəmməd Şövki
09: 02
Yəzid öz xilafət kürsüsündə yerini möhkəmlədəndən sonra islam məmləkətlərində yerləşən xadimlərinə məktublar göndərdi və onlaradan özü üçün cammatın beyətini almalarını tələb etdi. Ən çox da Mədinə camaatının , xüsusən də atası Müaviyə ibn Əbu Sufyanın dövründə ona etiraz edən oradakı bəzi tanınmış şəxslərin beyətinə əhəmiyyət verirdi.
Şeyx Abdullah
09: 37
Yəzid o əhəmiyyətli şəhərlərin strateji əhəmiyyətli şəxslərindən hər hansı yolla olursa, olsun beyət alınmasına daha çox maraq göstərirdi. Peyğəmbər şəhərində bir neçə əhəmiyyətli şəxsiyyətdən beyət alınmasına daha çox çalışırdı, onların içində də ən əhəmiyyətlisi İmam Hüseyn(ə) idi.
Seyid Məhəmməd Şövki
10: 09
Yəzid Mədinə camaatından beyət almağa çox əhəmiyyət verməklə yanaşı həm də çox tələsirdi, xüsusən də hələ də ona beyət etməyən strateji vacib şəxslərdən. Onların beyət etməməsi Yəzidin hökümətinin qeyri- qanuni hesab olunması demək idi. Hətta başqa qalan məntəqələr hamısı beyət etmiş olsalar da belə, bu məsələni dəyişmirdi. Çünki Mədinə risalət mərkəzi hesab olunurdu və orada peyğəmbər səhabələri və tabeinlər var idi. Həmçinin də orada islam cəmiyyətinə təsirli olan böyük və dəyərli şəxsiyyətlər var idi.
Sanki Yəzid hiss edirdi ki, əgər onlardan beyət ala bilməsə onun höküməti insanlar arasında öz leqallığını təsdiq edə bilməyəcək. Bu səbəbdən də Yəzid üçün mədinəlilərdən beyət almaq çox əhəmiyyətli idi.
Üçüncü hissə
11: 12
Yəzid şəhərlərdəki valilərinə məktub yazıb atasının ölümünü xəbər verdi. Onların vəzifələrini açıqladı. Müaviyənin müşaviri(şamlı nəsrani) Sərcun ibn Mənsurun məsləhəti ilə Bəsrə və Kufəni Ubeydullah ibn Ziyada tapşırdı.Vəlid ibn Utbəyə bu mövzuda bir məktub yazdı:
“ Məqsədə gəlincə, Müaviyə Allah bəndələrindən idi, Allah ona kəramət göstərib seçdi və hakimiyyətlə gücləndirdi, sonra isə onu öz rəhmətinə aldı və cənnətinə apardı. Bir qədərlə yaşadı və bir əcəllə öldü. O (xilafəti) mənə vəsiyyət etmiş və Əbu Turab(Əlidən) ailəsindən qan tökməkdə cürətli olduqları üçün ehtiyat etməyimi tövsiyə etmişdi. Ey Vəlid, sən bilirsən ki, Allah –Taala məzlum Osmanın intiqamını Əbu Sufyan ailəsinin əli ilə aldı. Çünki onlar haqq tərəfdarı və ədaləttələbdirlər. Məktubum sənə çatan kimi Mədinə camaatından beyət al!”
Sonra yazdığı məktuba kiçik yazılı bir vərəq də əlavə etdi. Həmin vərəqdə,- Hüseyndən, Abdullah ibn Ömərdən, Əbdurrəhman ibn Əbu Bəkr və Abdullah ibn Zübeyrdən güclə də olsa beyət al. Boyun qaçıran olsa, başını kəsib mənə göndər!”
Seyid Babəkr
12: 56
Mədinənin valisi Vəlid ibn Utbə idi.Yəzidin məktubu gecə ona çatdı. Məktubda adları çəkilən şəxslərdən gecikdirmədən təcili beyət alınması haqda göstəriş var idi. Həmin adları çəkilən şəxslər Hüseyn ibn Əli, Abdullah ibn Zübeyr və Abdullah ibn Ömər ibn Xəttab idi.
Seyid Məhəmməd Şövki
13: 22
O zaman Mədinənin valisi olan Vəlid ibn Utbə ibn Əbu Sufyana iki məktub yazdı.Birinci məktubda ümumi Mədinə camaatından beyət alınması tapşırığı idi. Həmin məktuba bir çox tarixçilərin dediyinə görə siçan qulağı kimi bükülmüş (kiçikliyinə işarədir) kiçik bir məktub da əlavə olunmuşdu. Həmin kiçik məktub İmam Hüseyn(ə), Abdullah ibn Zübeyr və Abdullah ibn Ömərə açıq- aşkar təhdid idi.Yəni (beyət etməyəcəkləri təqdirdə) onlara şiddətli basqı edilməsi tapşırığı var idi. Yəqubinin verdiyi xəbərə əsasən beyət etməsələr boyunlarının vurulması tapşırılmışdı.
Bu məzmunda olan məktublar Mədinənin valisi Vəlid ibn Utbəyə çatdı. Məktubları görən Vəlid ibn Utbə öz vəzifəsinin çətinliyini hiss etdi. Xüsusən də, ikinci məktubu oxuduğu zaman adları çəkilən şəxslərin beyət etməyəcəkləri təqdirdə qətl olunmaları əmrini görəndə çaşqınlığı daha da artdı.